ESTETİKA


    Şöbə müdiri – fəlsəfə elmləri doktoru, professor Adil Əsədov
    Estetika şöbəsi 2010-cu ildə “Gözəlliyin fəlsəfəsi” qrupu əsasında yaradılmışdır.
    Adil Əsədov 1986-1989-cü illərdə fəlsəfə ixtisası üzrə Azərbaycan SSR Elmlər Akademiyası (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsil almışdır. "Təfəkkürün tarixi tipləri və mühəndis fəaliyyəti" mövzusunda dissertasiyasını vaxtından əvvəl, aspirantura müddəti başa çatmamış müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almışdır. 1994-cü ildə "Təfəkkür tipləri dinamikası "cəmiyyət və təbiət" sistemi kontekstində" mövzusunda dissertasiyanı müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.     Aspiranturanı bitirdikdən sonra Akademiyada işə qəbul olunmuş və burada elmi karyeranın bütün mərhələlərindən keçmişdir: əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi, qrup rəhbəri və şöbə müdiri vəzifələrində çalışmışdır.
Şöbədə 2 aparıcı elmi işçi, 1 böyük elmi işçi, 2 elmi işçi, 2 böyük labarant çalışır.