SOSİAL PSİXOLOGİYA


Əliyev Bəxtiyar Həmzə oğlu
AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru, professor - "Sosial psixologiya" şöbəsinin müdiri

2001-ci ildə "Sosiologiya və sosial psixologiya" şöbəsi yaradılıb. Şöbənin fəaliyyət istiqaməti "Sosioloji və sosial psixoloji problemlərin tətbiqi və tədqiqi məsələləri" olmuşdur. 2003-cü ildən şöbə məcmuə və toplular nəşr etməyə başlamışdır. 2003-2004-cü illərdə "Cəmiyyət keçid dövründə" adlı məcmuələr nəşr edilmişdir. 2006-cı ildə keçid mərhələsi ilə bağlı orta sinfin formalaşması və inkişafı məsələləri tədqiq olunmuş və azərbaycan, rus dillərində çapdan çıxmışdır. Bu illər ərzində şöbə əməkdaşları tərəfindən müasir cəmiyyətdə təhsilin sosiologiyası məsələləri ilə bağlı ciddi tədqiqatlar aparılmış və ümumiləşmiş şəkildə məcmuə nəşr olunmuşdur. İnsanşünaslıq problemlərinə dair şöbə əməkdaşları bir sıra məqalələr, beynəlxalq konfranslarda çıxışlar, və bu istiqamətin nəticəsi kimi 2011-ci ildə "İnsanşünaslıq XXI əsrin elmidir" monoqrafiyası yazılmışdır. 2014-cü ildə isə şöbə əməkdaşları müasir cəmiyyətin problemlərindən çıxış edərək həyat sosiologiyası və onun sosioloji və sosial psixoloji problemləri işlənilmiş və məcmuə şəklində nəşr olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli 1/16 nömrəli Qərarına əsasən AMEA-nın Fəlsəfə İnstitutunun yeni strukturuna əsasən "Sosial psixologiya" şöbəsi yaradılmışdır.

Şöbədə 9 şəxs fəaliyyət göstərir.
1. Əliyev Bəxtiyar Həmzə oğlu- Şöbə müdiri, AMEA-nın müxbir üzvü, psixol.ü.e.d., professor
2. İbrahimova Mehin Eldar qızı- Böyük elmi işçi, f.ü.f.d.
3. Məmmədova Ruhiyyə Aydın qızı- Elmi işçi, f.ü.f.d.
4. İsmayılova Gültəkin İbrət qızı - Kiçik elmi işçi
5. Rüstəmov Elnur Məcnun oğlu- Kiçik elmi işçi
6. Xəlilova Xalidə Oktay qızı - Kiçik elmi işçi
7. İsmayılova Nigar Yaşar qızı- Kiçik elmi işçi
8. Musayeva Tünzalə Rəcəf qızı- Kiçik elmi işçi
9. Qarayeva Məlahət Əliağa qızı - Böyük Laborant
10. Əsgərova Şəfa Ədalət qızı - Laborant