Zirvədən dünyaya səslənən Azərbaycan
Könül BÜNYADZADƏ
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü
Vətən müharibəsi Azərbaycan bayrağının Qafqazın mədəniyyət beşiyi, Azərbaycanın incisi olan Şuşada dalğalanması - tam Qələbə ilə bitdi.
44 günlük zəfər yürüşü, haqq-ədalətin bərpa prosesi Şuşa ilə taclandırıldı. Azərbaycan bütün dünyaya həm XXI əsrin yüksək texnologiyalarla aparılan müharibəsini, həm də savaş mədəniyyətini, heç vaxt köhnəlməyən insanlığın ən yüksək nümunəsini göstərdi. Bu müharibədə yalnız haqlı və haqsız tərəflər qaldı. Bu, silahlardan daha çox ağıl və məntiqin, diplomatiya və siyasətin qarşılaşması oldu və daha güclü olan qalib adını qazandı. 44 gün Azərbaycan haqq səsini çatdırmaq üçün bütün beynəlxalq aləmə səsləndi və bu müddət ərzində dünya ictimaiyyətinin diqqəti bizə fokuslandı. Bütün dünya heyranlıqla Lider-Xalq vəhdətinin yüksək nümunəsini, eyni zamanda cəsarətlə mərhəmətin tandemini izlədi. Azərbaycan 44 günlük qısa bir zaman kəsiyi ilə çoxəsrlik müharibə tarixinə yeni bir səhifə yazmağı bacardı. Kiçik ərazisindən qat-qat böyük ruhuna yalnız Qələbənin yaraşdığını əyani şəkildə sübut etdi.
Keçilən zəfər yolu - xalqın yaddaşının, ruhunun bərpası
Coğrafi mövqeyinə, yeraltı və yerüstü sərvətlərinə görə Azərbaycan daim yadelli işğalçıların marağını çəkib.
Bəlkə də elə bu səbəbdən yurdumuzun övladları həm torpağın verdiyi yüksək istedada, müdrikliyə, həm də döyüşkənlik ruhuna, cəsarətə sahib çıxıblar. Bir tərəfdən, mənsub olduğu sivilizasiyanın qurucularına çevriliblər, digər tərəfdən də öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıblar. Tarixin qızıl səhifələrini də elə bu xüsusiyyətləri ilə yaza biliblər. Azərbaycan dünyada həm Şihabəddin Yəhya Sührəvərdi, Xətib Təbrizi, Məhsəti Gəncəvi və daha neçə filosof və ədibi ilə, həm də Babək, Şah İsmayıl Xətai, Nadir şah kimi görkəmli sərkərdələri ilə tanınır. Bəli, artıq əsrlərdir sübut olunur və XXI əsrdəki Vətən müharibəsi bir daha təsdiqlədi ki, bu millətin genlərində hər iki xüsusiyyət - müdriklik və cəsarət qoşa cəmləşib.
Azərbaycan tam müstəqillik qazanandan sonra sovet imperiyasının tərkibində olduğu 70 il ərzində parçalanmış, təhrif edilmiş tarixini, mənəviyyatını bərpa etməklə yanaşı, həm də XIX əsrin başlanğıcından bu günə kimi bir yara olaraq düz yanında yer alan erməni adlı problemlə də mübarizə aparmalı olub. Bir tərəfdən millətin daxili tarazlığının pozulması, cəmiyyətdə anlaşılmazlığın get-gedə artması, dövlət başına naşı insanların gəlişi, digər tərəfdən də mənfur qonşunun torpaq iddiası Azərbaycanı zəiflətdi və o, vətəndaş müharibəsi ilə üz-üzə qaldı, nəticədə ərazisinin 20 faizini itirdi. Əslində, bu geri çəkilməyin mənəvi yükü, əzabı 20 faizdən qat-qat artıq oldu. Yalnız güclü Lider - Ulu Öndər Heydər Əliyev sayəsində millət tam çökmədi və yoluna davam etməyi bacardı.
Qələbə müəyyən ərazini ələ keçirtmək deyil. Bu səbəbdən 30 il əvvəl öz havadarlarının dəstəyi ilə Azərbaycanı işğal etmiş hayları nə bizim xalq, nə də məsələnin mahiyyətini bilənlər heç vaxt qalib hesab etmədilər. Qələbə üçün ruh bütün qüdrəti ilə ayağa qalxmalı, nəinki düşməni, ölümün özünü belə diz çökdürən iradə səfərbər olmalıdır. Belə olan halda yalnız silahlar deyil, yuxarı qalxan yumruq belə ağır zindan kimi düşmənin başına düşüb onu əzə bilir. Azərbaycan xalqı 30 il səbrlə, təmkinlə dözdü, gözlədi, çünki öz Liderinə inanırdı. Lider - ölkə başçısı
İlham Əliyev isə bütün beynəlxalq səviyyəli görüşlərdə, superdövlətlərin, hayların havadarlarının qarşısında qətiyyətlə vurğulayırdı ki, Azərbaycan ərazisinin bir qarışını belə düşmənə bağışlamayacaq və işğal faktoru ilə barışmayacaq. Eyni sözləri o, artıq azad olunmuş Qarabağda dalğalanan bayrağın altında da təkrarladı: "Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var”. Qələbə ruhun, ağılın, səbrin qalib olmasıdır və Vətən müharibəsi məhz bu qüruru yaşatdı vətəndaşlara.
Bəli, 44 gün ərzində xalq yalnız öz ərazisini bərpa edib, düşməni yerində oturtmadı, həm də çoxəsrlik yaddaşını, kimliyini xatırladı, genlərində var olan cəsarətini ayağa qaldırdı, öz mənliyini bərpa etdi. Bu günlər həmişə qürur duyduğumuz tariximizin nağıl, əfsanə deyil, gerçək olduğunu təsdiqləyib möhürlədi. Azərbaycan xalqı heç vaxt qılıncını ağıl olmadan qaldırmayıb, çünki nəticənin özü üçün xəcalət, bəşəriyyət üçün fəlakət olacağından əmindir. Bu gün qələmlə qılınc, ağılla güc ayrılmaz bir vəhdət təşkil etdiyinə görə millət də ikiqat qürur yaşayır. Bu birliyin, bütövlüyün möhtəşəmliyi, böyüklüyü idi ki, bir oğulun yerini min oğul tuta bildi, Ali Baş Komandanın diplomatiya cəbhəsində verdiyi döyüşü, qələmlə yazdığını əsgər öz silahı ilə tamamlaya bildi, hər ikisi bir-birinə sarsılmaz arxa durdu. Bu, elə bir oyanış, milli kimliyə elə bir qayıdış oldu ki, sanki bütün tarixdə olan qəhrəmanlarımızın, şəhidlərimizin, qeyrətli oğullarımızın ruhu da bu böyük orduya qatılıb, düşmənə savaş açdı. Bu bir təsadüf deyildi ki, Ali Baş Komandan Şuşanın alınmasını Azərbaycana çatdırmasında iki çox əhəmiyyətli detalı nəzərə almışdı. Əvvəla, o, bunun Ulu Öndər Heydər Əliyevin vəsiyyəti olmasını vurğuladı, ikincisi isə, bu Qələbəni məhz Şəhidlər xiyabanından - Azərbaycan yolunda canlarını fəda etmiş oğulların yanından bəyan etdi, ilk növbədə, onları müjdələməsi oldu.
Dünyaya göstərilən nümunə
İnsanın kimliyi, mənəviyyatı daha çox onun qəzəb anında, bütün digər hisslərin yox olduğu, "gözünü qan örtən” məqamında bəlli olur. Kimin nəcib, kimin isə vandal genlərə, vəhşi xislətə sahib olduğu ortaya çıxır. Bu müharibədə sanki insanlığın tamamilə iki zidd qütbü üz-üzə durmuşdu. Bir tərəfdə zülmə məruz qalsa da, 30 il ərzində tamamilə susqun beynəlxalq aləmin laqeydliyi ilə çarpışsa da, öz mərhəmət hissini, imanını, əsl-nəcabətini itirməyən Azərbaycan xalqı, digər tərəfdə isə havadarları hesabına isti yerdə oturmağına, özünə mənsub olmayan torpaqlarda ağalıq etməyinə baxmayaraq, qanındakı barbarlığı daha da artan, vəhşiliyi daha da azğınlaşan haylar. Qarabağda əhaliyə müraciət edən Ali Baş Komandan deyir: "Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq”. Ölkə Prezidentinin düşmənin xarabaya çevirdiyi bu torpaqlarda dediyi, daim təkrar etdiyi, xarici jurnalistlərə də israrla eşitdirdiyi bir cümlə var: biz buraları təkrar abadlaşdıracağıq, buraları cənnətə çevirəcəyik! Biz bu yerlərə sülh, sevinc gətirəcəyik! Necə böyük bir paradoks! Aqressiyasını dilsiz heyvana belə göstərməkdən çəkinməyən, hətta bununla fəxr edən düşmənin qarşısında quruculuqdan danışan bir Xalq durur. Bu ruhun, bu nəcib genin daşıyıcısı Ali Baş Komandan deyir: "Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”.
Belə xislətə sahib hayların hansı gen daşıyıcısı olduğunu təyin etmək çox çətindir, ancaq onların bizim qonşu, elə bizim torpaqların üzərində qurduqları dövlətdə yaşamaqları bir faktdır. Belə olan halda nə etməli?! Qarabağda bayrağımızı qaldıran ölkə Prezidenti İlham Əliyev vurğulayır ki, "Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik - münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq”. Zülmlə barışmaq özü də zalımlığın bir növüdür. İşğalı, vandallığı görüb susmaq özü də ədalətsizliyə yol açmaq, haqsızlığı artırmaqdır. Bunu gözəl dərk edən dövlət başçısı İlham Əliyev bütün dünyaya bəyan etdi ki, "Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq”.
Bu, işin görünən tərəfidir: qəsbkarla onun öz dilində danışmaq, sözlə anlamayana yumruqla anlatmaq taktikası. Amma məsələnin bir də görünməyən tərəfi var. Qaranlıq həmişə işıqdan qorxub, çünki onun ən kiçik şüası ən qatı zülməti yarmağa qadirdir. Hayastan 30 il idi daş beton konstruksiyası quraşdırırdı ki, özünü, işğal etdiyi ərazini qorusun, quldurluğunu gizlətsin. Ancaq Azərbaycan əsgərinin ilk addımında, düşmən generalının da etiraf etdiyi kimi, 15 nəfərin qarşısında 1500 nəfərlik bir ordu fərarilik edib, olduğu məkanı qoyub qaçıb. Əslində, qaçmaq onun tək çıxış yolu, ölməmək üçün yeganə xilası idi. Belə məlum olur ki, Qarabağ torpağı, daşı, meşəsi yad nəfəsi qəbul etməyib, elə bu səbəbdən də düşmən o torpaqlarda heç bir quruculuq işi apara bilmirdi və orada zorla qalmaq istəyirdi, sanki özünü ora betonla pərçimləmək istəyirdi. İlk doğma nəfəsi hiss edəndə isə düşmənin ayağının altındakı torpaq da od tutub yandı, dağ-daş da onları lənətlədi. Ali Baş Komandan deyir: "...Bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik”.
Tarix qəhrəmanları sevir, çünki onların sayəsində bütün dövr şərəflənir, işıqlanır, yeni səhifələr əlavə olunur. Qəhrəman da sıradan bir insandır, sadəcə özündə xalqın bütün uca, ülvi keyfiyyətlərini ehtiva etdiyinə görə bir növ kiçik bir Vətəndir. Onunla üzləşən düşmənin qarşısında sanki bir insan deyil, bütün xalq durur. Qəhrəmanlıq dastanları məhz bu qəhrəmanlar haqqında yazılır. Elə ki, bütün xalqın ali keyfiyyəti, öz coğrafi məkanında oynadığı nəcib rol ön plana keçir, onda həmin xalqın eposu yaranır. Əhəmiyyətli bir faktı xatırladaq ki, hər xalq epos yaratmağa qadir deyil. Məhz belə xalqın tarixində elə səhifələr olur ki, bütün bəşəriyyətə həqiqəti anladan, haqq-ədalətin hər şeydən ucada durduğunu göstərən rəmzlər, məqamlar var. Və eposlar da belə xalqa mənsub olur. Axı eposlar həmin xalqın bəşəriyyət adına atdığı addımın tərənnümüdür. Eposlar xalqın məhz xalq kimi formalaşması prosesini təsvir edir. Hər ikisində də diqqət cəlb edən məsələ bəla gələndə, yaxud qələbə və sevincli günlərdə bütün xalqın öz lideri ətrafında birləşməsidir. Yəni eposlarda gücün məhz birlikdə olması ideyası durur. 44 gün həmin eposun yaranması prosesi idi.
Şuşaya çəkilən yol - İşığın qaranlıq üzərində qələbəsi
Müstəqillik qazanandan bəri Azərbaycan böyük uğurlara imza atıb, ölkə böyük bir inkişaf yolu keçib. Bu müddət ərzində Qarabağ, əvvəllər xəritədə qeyd olunduğu kimi, elə qara rəngdə qalmaqda davam edirdi.
Bəli, inkişaf etmiş, çiçəklənmiş Azərbaycanın içində Qarabağ yox idi, onu da qaytardılar, Vətən bütövləşdi, Azərbaycan "qara ləkədən” qurtuldu. Bayraq sancılandan sonra ilk iş ölkə Prezidentinin ora yol çəkməyə əmr verməsi oldu: "Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır”. Müəyyən mənada bunu Azərbaycanın öz taxt-tacını qaytarmağa da bənzətmək olar. Ali Baş Komandan onu da vurğulayır: "Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil”.
Əslində, Şuşaya çəkilən yol özündə bir çox məna kəsb edir. Yaxın keçmişə baxanda bu, 2016-cı ildə Cocuq Mərcanlıya çəkilmiş yolun davamı kimi görünür. Uzaq keçmişə baxanda isə, bu, Ana Torpaq yolunda xalqını öz ətrafında yumruq kimi birləşdirən, həm sözü, həm də qılıncı ilə vuruşan, Vətənin bir qarışını belə düşmənə verməyən, Vətənin hər daşını müqəddəs bilən və onun paklığını qoruyan sərkərdələrin yolunu görmək mümkündür. Bu yol Xalqının ruhunu tanıyan, bu ruhu əziz bilən Liderin yolunun davam etməsidir. Məhz xalqının tarixini, onun şərəfli səhifələrini, xalqının bacarığını nəzərdə tutan Ali Baş Komandan deyir ki, "Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi”.
Şuşaya çəkilən yolun daha bir rəmzi mənası da var. Zəfər bayrağını Qarabağda qaldıran İlham Əliyev deyir: "Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik”. Bəli, ilk gündən dövlət başçısı vurğulayırdı ki, bizim yolumuz haqq yoludur. Prezidentdən müsahibə götürən hər jurnalistə, hər nümayəndəyə təkrar-təkrar çatdırırdı ki, Azərbaycan öz ərazilərində ədalətin bərpası üçün vuruşur və bizi bundan heç kim döndərə bilməz. Şuşaya çəkilən yol məhz həmin Yoldur - heç bir qara qüvvənin mane ola bilmədiyi, heç bir hədədən çəkinmədən sona qədər davam edən müqəddəs Haqq yolu. Məhz bu yolun verdiyi güc, qüdrət Azərbaycan xalqına zəfər çalmaqda, müqəddəs torpağına qayıtmağa imkan verdi. Ali Baş Komandanın dediyi kimi: "Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
"Azərbaycan" qəzeti