22.11.2024, 08:01 - Baxış sayı: 10

COP29-un dividendləri və Birinci vitse-prezident Mehriban Əliyevanın sülh, barış, “yaşıl mədəniyyət” çağırışlı paradiqmaları


Rəna MİRZƏZADƏ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri professor, AMEA Qadınlar Şurasının sədri

Ah, nə xoşdur əbədi sülh olsa!
Hüseyn Cavid


Azərbaycan strateji baxımdan bəşəri dəyərlərə malik, çoxkonvensiyalı, tolerant-multikultural, çoxiqlimli, çox zəngin təbii yeraltı və yerüstü resurslu, biomüxtəlif növlü çoxgörünüşlü yaşıllıq zonasına malik, özünü təmin edən, Cənubu Şimalla, Qərbi Şərqlə birləşdirən vacib beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsinə körpü olan geosiyasi məkan, dayanıqlı, inkişaf edən iqtisadiyyatı, müstəqil siyasəti, 30 illik işğalda olan Qarabağ torpaqlarını azad edən güclü dövlətdir.XXI əsr süni intellekt erası, canlı və qeyri-canlı həyatın “ağıllı” modifikasiyası, innovativ inkişafla yanaşı yeniliklərə yönəlik gərginliklər, təbiətin “istismarı” ilə iqlimin dəyişməsi, canlı həyatın bütün parametrlərinin-torpağın, havanın, suyun, təbiətin qorunması problemləri də aktual müzakirə predmetidir.Dünyanın 200 ölkəsinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycana verilməsi BMT səviyyəsində mövcud etibarlı tərəfdaş, respublikanın nüfuzlu və beynəlxalq müstəvidə geosiyasi mövqeyindən irəli gəlir. Bu həm də dünya siyasətində Azərbaycanın iştirak yerinin göstəricisi, dövlətlər və beynəlxalq təşkilatların ölkəyə olan marağının ifadəsi, “yaşıl iqtisadiyyat”a keçid strategiyası məntiqidir. Bu missiyaya adaptik 2024-cü il Azərbaycanda Prezident Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilibdir.Yada salaq ki, 2024-cü il sentyabrın 20-24-də BMT-nin Nyu-Yorkdakı Baş qərargahındakı tədbirdə “Gələcəyin Sammiti” tədbiri keçirilmişdi. 22 ölkədən iştirakçıları olan 44 QHT nümayəndəsi iqlim ədaləti fəalları müxtəlifliyi, inklüzivliyi və gender bərabərliyini təşviqinin təbliğində COP29 Sədrliyinə dəstək də nümayiş olunmuşdu. Məhz COP29-un əsas mesajlarından biri də bütün siyasi fərqliliklərin bir kənara qoyulmasıdır.Bakı COP29 tədbiri IV Sənaye inqilabının yaşıl enerjili “yeni sənaye inqilabı” mədəniyyətinə doğru bəyanat və çağırışların səsləndiyi dünya səviyyəli tədbirdir. COP29 Bakı tədbirinin məğzi yeni “yaşıl hərəkatlı həyat” və “yaşıl iqlimli dünya yaradaq” mahiyyətlidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “COP-un son illərdə neft ölkələrində baş tutması bu ölkələrin öz iqtisadiyyatını “yaşıl enerjiyə” keçid istiqamətində formalaşdırması, ətraf mühitə həssas yanaşmanın əlamətidir”. Bakı platformasında müasir çağırışlar, Sülh və iqlim dəyişikliyi, alternativ enerji və “yaşıl” dünya ilə bağlı məsələlər geniş müstəvidə, çoxşaxəli müzakirə olunaraq tövsiyyə və təkliflər verildi.COP29-da Prezident İlham Əliyev siyasi-strateji mahiyyətli məruzəsində qeyd etdi ki: “Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonasına çevrilir və ölkə günəş və külək kimi təbii mənbələrdən “yaşıl enerji” istehsalını ildən-ildə artırmağa davam edir”.“Yaşıl dünya naminə həmrəylik” ili və COP29 beynəlxalq tədbirləri həyatın bütün sahələrində, o cümlədən qadınların da iştirakı ilə cəmiyyətdə yeni “yaşıl təfəkkür”, yeni “yaşıl düşüncə” fəlsəfi kontekstli mədəniyyəti yaradır.COP29-un yüksək səviyyədə təşkilində cəmiyyətin müxtəlif təbəqələri səfərbər olunmuşdu. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsində gender balansı tam təmin olunub, üzvlərin 44-46 faiz nisbəti gender balansının əksi, qadınların cəmiyyətdəki roluna olan diqqət və etimadın real göstəricisidir.Nəzərə yetirək ki, COP29-da, gender strateji xətti də xüsusi əhəmiyyət daşıdı. Belə ki, qadın siyasətçilərin, qadın rəhbər və birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusundakı konfransda əsasən gender balansı ehtiva olundu. Bu aspektdən, 2024-cü il noyabrın 12-də COP29 çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” adlı konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və s. iştirak ediblər.
Bu konfransın mühüm istiqaməti Mərkəzi Asiya və türkdilli ölkələrin iqlim dəyişikliyi ilə bağlı apardığı mübarizəni dünya ictimaiyyətinin nəzərinə yetirmək və gənclərin baxışlarını iqlim məsələlərinə yönəlməklə, həm də beynəlxalq öhdəliklər sahəsində keçirilən tədbirlərin yekununa diqqət yönəldilməsi idi.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu konfransda ictimai-siyasi və sosio-humanitar paradiqmalı məzmunda ətraflı məruzə ilə çıxış etdi. Xanım Mehriban Əliyevanın məruzəsinin əsas paradiqmaları “ölkələrə sülh və əmin-amanlıq diləməklə” dünyaya barış çağırışı idi.Birinci vitse-prezident bu panelin məqsədi, vəzifələri, mahiyyətini öz məruzəsində elmi-məntiqi dəlillərlə şərh etdi. Xanım Mehriban Əliyeva dünyanın yeni düzəni erasında cəmiyyətlər, təşkilatlar, ölkələr arasında “əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanın yaradılması imkanı” təklifini irəli sürdü və vurğuladı ki: “COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir”.Birinci vitse-prezident elmi-ictimai yönlü çıxışında “biosferin çirklənməsi, içməli suyun qıtlığı, quraqlıqlar, ərzaq təhlükəsizliyi probleminə” də toxunaraq Azərbaycanın bərpa olunan enerji-yaşıl mədəniyyətli uğurlarını real faktlarla açıqladı.Xanım Mehriban Əliyevanın məruzəsinin əsas mahiyyəti də məhz Azərbaycanda “yaşıl enerji” strategiyasının, “yaşıllaşdırma mədəniyyətinin”, “yaşıl təfəkkür”, “yaşıl davranış” paradiqmal metodu, yəni qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullar komponenti idi. Həmçinin Birinci vitse-prezident çıxışında diqqətlərə çatdırdı ki: “Bu gün mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib”.Nəzərə yetirək ki, bu məsələlər məhz 2020-ci il 27 sentyabr Vətən müharibəsindən sonra daha da çoxaldı. Azərbaycan xalqı, suveren respublika öz tarixi ərazilərini 30 illik işğaldan azad etdi, öz milli maraqlarını, müstəqil mövqeyini daim qorudu. Xanım Mehriban Əliyeva söylədiyi kimi: “Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir”. Həqiqətən də ikili standartlar istər işğal dövrü, istər postmüharibə dövrü dünyanın bəzi dairələrinin sanki “yazılmamış qanuni” yanaşmalarıdır.
Birinci vitse-prezident bəyan edib ki, Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, məqsədimiz “Qlobal Cənub və Qlobal Şimal, eləcə də, inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışmaqdır”.Birinci vitse-prezidentin məruzəsinin əsas vacib göstərici paradiqmasında ƏDALƏT, SÜLH, BARIŞ motivasiyası dayanır. Burada “qızıl orta” əsas İNSAN amilidirsə, “ortaq xətt” xanım Mehriban Əliyevanın “qlobal koalisiya yaransın və orada hər böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin” ictimai-diplomatik Bəyanatıdır. Xanım Mehriban Əliyeva bir daha vurğulayır ki: “Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyalarının aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır”. Məruzədə motivləşdirmə tendensiyası yolu Ədalət və Düzgünlük, Ləyaqət və Məsuliyyət komponentlərinə çağırışdır.Çox yerində olaraq Xanım Mehriban Əliyeva bəyan edir ki: “COP29 iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır”.Və uğur yolunun da əsas istiqaməti-bu yolun AÇARI - “Ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq olması” fəlsəfəsinə gedən xəttdir.Bəs, COP29 Azərbaycana nə qazandırdı...
-Bakının növbəti dəfə beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyini layiqli yerinə yetirən regional liderliyi dünyaya nümayiş olundu;
-COP29 böyük qlobal tədbirini keçirməklə ölkənin ictimai-siyasi, daxili sabitliyi, geoiqtisadi gücü, beynəlxalq münasibətlər sistemində yeri və rolu göstəricisini təsdiqlədi.
-Azərbaycanın bütün sahələrində bir sıra dividendlər qazandırmaqla ölkənin inkişafını, milli resurs və mahiyyətini, nüfuzunu daha da yüksəldərək tanıtdı:
-Ölkəyə yönəlik ikili standartlı mövqelərin qarşısının alınmasında Azərbaycanın gerçək reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına əhəmiyyətli təkan oldu;
-Azərbaycan neft-qaz məkanı olaraq tanınsa da, xarici dövlət başçıları, şirkət rəhbərlərinin iştirak etdiyi tədbir əyani göstərdi ki, ölkədə “yaşıl enerji” ilə bağlı aparılan işlər “yaşıl enerjinin” dünya bazarlarına nəqli prioritet məsələlərdəndir.
-Dünya liderləri Azərbaycanı daha yaxından tanımaq imkanına malik oldu, Azərbaycanın qlobal səviyyədə etibarlı tərəfdaşlığı sübut olundu;
-Azərbaycanın COP29-da müzakirə olunan mövzuları sırasında iqlim maliyyəsi ilə bağlı konsensusun əldə olunması təşəbbüsü dəstəkləndi. COP29-a ev sahibliyi edən ölkə olaraq “üçlük” - COP28, COP29 və COP30-a ev sahibliyi edən ölkələrin birgə fəaliyyətini əlaqələndirən format formalaşdırıldı.
-COP29-da ölkənin iqtisadi investisiya, sosial və turistik əhəmiyyətinin böyük olduğu əks etdirildi. Turizmin inkişafı, otelçiliyin, aqrar sektorun, qalanteriya sənayesinin inkişafına yeni bir impuls verəcəkdir. Bu, qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin də artmasına töhfə verəcəkdir.
-Bakıda keçirilən bu vacib platformada “dünyanın 80 faizinin iqlim dəyişikliyindən əziyyət çəkdiyi bir vaxtda” problemin həlli yolları müəyyənləşdirildi;
-İqlim dəyişikliyi ilə mübarizə məqsədilə keçirilən Bakı COP29 tədbiri beynəlxalq investisiyaları cəlb etmək və ekoloji layihələrdə əməkdaşlıq imkanlarını genişləndirdi.
-COP29-un əsas müzakirə mövzusu iqlim maliyyəsidir və Bakı tədbirində yeni kəmiyyət hədəfi də formalaşdırıldı. Ölkənin məqsədi yalnız milli yox, həm də qlobal səviyyədə də yeni yanaşmalar və innovativ həll yolları təklif etməsidir. Azərbaycan COP29-un ev sahibi olaraq 14 əsas təşəbbüs irəli sürdü. Hətta, inklüzivlik də Bakı COP29 sədrliyində mühüm prinsiplərdən olub, inklüzivliyi prioritetləşdirməklə, həllərin ədalətli, eləcə də bərabərliyinin təminini hədəfləndirdi.
-COP29-da Azərbaycan Sədrliyi ilə baş tutan rəsmən flaqman təşəbbüs - COP Atəşkəs Çağırışı irəli sürüldü. COP29-un keçirildiyi zaman atəşkəsə əməl edilməsinə çağırış olunmuşdu. Belə ki, münaqişələr ekosistemin məhvinə, ətraf mühitin çirklənməsinə, iqlim dəyişməsini daha da gücləndirir və planeti qorumaqda çətinlik törədir.
-Bakı COP29 tədbiri bəşər həmrəyliyinin simvoluna çevrilərək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma olaraq tarixləşdi.
-COP29 Bakı tədbiri dövlətin iqlim siyasətinin mütəşəkkil formalaşdırılması və inkişaf etməkdə olan ölkələrin “yaşıl mədəniyyətinin” ekoloji şüur və davranışının artmasına zəmin olacaqdır.
Bu yanaşmalardan da:
-COP29 kimi mötəbər bir tədbirin Bakıda baş tutması, təbiətin ani olaraq yaratdığı gözlənilməz fəlakətlərin bəzən öncədən qarşısının alınması, törətdiyi fəsadların aradan qaldırılması və s. bu kimi iqlim dəyişikliyi ilə əlaqədar qərarların qəbulunda Azərbaycanın ev sahibliyi ölkənin beynəlxalq səviyyədə aparıcı aktorlardan olduğu faktorudur.
-Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik” elan etmə məntiqi, COP29-da “dünya Bakıya toplaşıb” Bəyanatı Azərbaycanın dünyanın yeni düzəni erasında bəyanatı, Cənubi Qafqazda yeni reallıqlar yaradan, etibarlı tərəfdaşlığı, dayanıqlı inkişafa, sabitliyə, birgə qarşılıqlı əməkdaşlığa istiqamətlənən Dialoqlu Həmrəylik strateji siyasətidir.
-Birinci vitse-prezident Mehriban Əliyevanın məruzəsi Konsensus və Ədalət paradiqmalı, “riyakarlığa yox deyək” Xeyirxahlıq və Həmrəylik mətnli, milli və beynəlxalq müstəvidə Sülh-Barışdırıcılıq missiyasını əxz edən humanitar Çağırışlı Azərbaycan Rəhbər Qadınının motivasiyalı Uğur Siyasi ictimai-diplomatik fəlsəfəsidir.

science.gov.az