26.10.2020, 14:30

Professor İlham Məmmədzadə “İpək yolunda sivilizasiyaların səslənməsi” beynəlxalq forumunda iştirak edib


Professor İlham Məmmədzadə “İpək yolunda sivilizasiyaların səslənməsi” beynəlxalq forumunda iştirak edib19 oktyabr 2020-ci il tarixində YUNESKO Milli Komissiyasının Qazaxıstan və İran İslam Respublikaları ilə birgə Beynəlxalq Türk Akademiyasının Əl Fərabinin yubileyinə həsr edilmiş “İpək yolunda sivilizasiyaların səslənməsi” beynəlxalq onlayn forumu keçirilmişdir.
Bir çox ölkələrin elm xadimlərinin iştirak etdiyi forumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “Mədəniyyətlərin bir-birinə təsirinin fəlsəfəsi və yeni İpək Yolu” mövzusunda çıxış etmişdir. Beynəlxalq Türk Akademiyasının prerzidenti D.Kıdırali məktub göndərərək konfrasda iştirakına görə İlham Məmmədzadəyə minnətdarlığını bildirib.
Qeyd edək ki, forumun materialları məqalə toplusunda çap ediləcək.
Professor İlham Məmmədzadə “İpək yolunda sivilizasiyaların səslənməsi” beynəlxalq forumunda iştirak edib