14.10.2020, 10:00 - Baxış sayı: 588

Regional geopolitik böhranın mənbəyi Ermənistandır


Zeynalov Şölət
f.ü.f. d. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi

(fəlsəfi təhlil)

Tezislər: Terrorçuluq və müharibə Ermənistanın idarəetmə strategiyası və ideoloji kursudur. Yarıtmaz Paşinyan rejimi erməni xalqını total fəlakətə Rusiyanı isə beynəlxalq intiriqaya sürükləyir.
Moskva tərəddüd içindədir: ənənəvi siyasət? - yəni rəzil vəziyyətə düşən Ermənistanı müdafə etmək, yoxsa, yeni dünya düzəni formalaşmasında Türkiyə ilə yaxınlaşmaq və birgə addımlamaq.
90-cı illərdə geostrategiyada erməni maraqlarına görə buraxılan səhvlər Rusiyanı enerji kəmərlərindən kənarda saxladı.
Rusiya xalqının maraqları bir ovuc erməniyə qurban verilir?
Türkiyəsiz Rusiyanın Yaxın Şərq siyasəti fiyaskodur!
Erməni terrorizmi bəşəriyyətə pis örnək verir.
Ermənistanın din xadimləri və siyasi rəhbərliyi Monoteizmin böhranını dərinləşdirməkdə maraqlıdır və onlar bu siyasəti dinlərarası münasibətlərin gələcək perspektivinə çevirməkdə israrlı görünürlər. Bu bəşəriyyəti Orta əsrlərə döndərmək cəhdidir. Ənənəvi “biz” və “özgəsi” problemi beynəlxalq siyasətdə aradan qaldırılmazsa bəşəriyyətin gələcəyi sual altındadır.
Mürəkkəb proqnozlardır amma erməni terrorizmi dünyada durdurulmazsa bu yuxarıda qeyd edilənlər regionun, o cümlədən dünyanın yaxın gələcəyinin perspektividir.
Moskvada elan edilmiş 3 günlük humanist atəşkəslə terrorizmə yenidən təşkilatlanmaqda imkan və şəraitlər yaradılmadı ki? Bu kimi humanitar atəşkəsləri terrorçuya yeni nəfəs vermək deyil ki?
Suallar çoxdur və bu kimi sualların cavablarını mənalandırmaq indi həm dünya ictimayətinin, həm də geosiyasətin vəzifələrindəndir.
MÜHARİBƏ YOXSA SÜLH?!
Moskvada humanitar atəşkəs elan olundu, ardınca 11 oktyabr 2020-ci ildə gecə saat ikidə yenidən Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması (9 mülki ölüm hadisəsi, 40 dan artıq yaralı) göstərdi ki, ermənilər üçün humanitar atəşkəs sadəcə yeni fürsət qazanmaq şansdır! Bu onu göstərir ki, terrorçunun dini, vicdanı, humanizm hisləri olmur, ona görə də Rusiya öz perskektiv gələcəyi naminə daxilini riyakar erməni siyasətçilərindən təmizləməlidir. Çünki bu təşəbbüsün vasitəçisi Möskvadır və kimin hansı rakursdan çıxış etməsindən asılı olmayaraq Azərbaycan və Rusiya əlaqələri indi tarixin heç bir dövründə olmadığı qədər mədəni, mənəvi humanizm anlamda yaxınlaşmaqdadır. Başqa sözlə desək, dünyanı yeni geopolitik düzənində Azərbaycan Rusiya Türkiyə üçbucağında müstəqil bit tərəfdir və bu tərəfin etnogenezi Türkiyə ilə sıxı bağlıdır. Amma faktlar göstərir ki, Rusiyanın hal-hazırda maraqları Türkiyə ilə ona görə üst-üstə düşmür ki, erməni mənşəli siysətçilər rusların milli mənafelərini müdafiə etməyə imkan vermir. Belə desək daha dəqiq olar: riyakar erməni xisləti Rusiya informasiya məkanını az qala tamamilə zəbt etmək qüvvəsindədir. Halbuki yeni tarixi şərait rusları və türkləri bir müstəvidə ortaq maraqlar baxımından yağınlaşmağa vadar etməkdədir. Bunlar sadəcə tezislərdir. Neçə illərdiir ki, bu barədə yazılsa da və yenə də o fikirdəyik ki, əgər ruslar və türklər ortaq bir məxrəcə gələ bilsələr Avrasiyanın gələcəyi bu mərkəzləşmiş gücdən - iqtisadi, mədəni, humanitar birlikdən asılı olacaqdır. Çünki elmi-texniki tərəqqinin inkişafı və qloballaşmanın gətirdiyi yeni ab-hava göstərir ki, xalqların gələcəyi humanitar - mənəvi – mədəni birliklərdən asılıdır. Yəni ziddiyətli məqamların çoxluğundan asılı olmayaraq Türkiyə və Rusiya münasibətləri həm dünyanın, həm də regionun yaxın perspektividir. Bu ittifaqda Azərbaycan xüsusi statusa malik olacaq, Ermənistan isə sadəcə rusların özləri tərəfindən "qaqa yara" xəstəliyi kimi lokallaşdırılacaqdır. Bu siyasət Rusiya və Türkiyənin geosiysətdə strategiyası olmalıdır. Çünki əbədi nifrət nissi ilə indi dünyada öz mövcudluğunu təsbit etməklə sadəcə mümkün deyildir. Pis odur ki, erməni ideoloqları öz mənfur siyasətləri ilə tarixən bu iki nəhəng dövləti üz-üz qoya bilmişdir.
Amma etiraf edək ki, bu çox çətin bir işdir - "yara dərindir". Erməni ideologoyasının təsiri altında olan və ənənəvi Rusiya siyadəti son 300 illik bataqlığından ayrıla bilmir. Yaxud ayrılmaq məsələləri gələn kimi, pesvdodindarlıq ermənilərin ən köhnə lakin zəhərli silahı kimi ortaya atılır. Ancaq biz bir şeyi etiraf etməliyik ki, Rusiya - Türkiyə birliyi dini, yeni ekspansionist və s. hərbi birlik formasında deyil, iqtisadi, mədəni-humanistik yaradıcı yeni təfəkkür formasında - yeni birlik formasında təzahür etməlidir.
Bu siyasətdə Azərbaycanın yalnız bir istəyi var: bölgəyə sülh gəlsin, torpaqlarımız işğaldan azad edilsin! Azərbaycan rəhbərliyinin son 30 ildə apardığı sülh və təhlüksəsizlik, multikulturalizm və dialoq fəlsəfəsi strategiyası region və dünyada insanlığın yeni idarəetmə fəlsəfəsinə gətirilsin.
Odur ki, hər halda erməni təsirinə düşməyən rus politoloqları fikirləşməlidirlər ki, Ermənistan kimi bir terrorçu dövlətə görə, Türkiyə və Azərbaycan kimi, hüdudsuz iqtisadi, humanistik, geopolitik imkanlara malik ölkələrlə düşmən olmağa dəyərmi?
Digər bir həqiqət ondadır ki, istər sülh yolu, istərsə də zorla olsun Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və sarsılmaz iradəs altında erməni işğalına son qoyacaqdır. Hər kəs yaxşı bilir ki, 27 ilə yaxındır ki, atəşkəs elan olunmuşdu və bu illər ərzində xəstə erməni ideologiyası imkan vermədi ki, dialoq aparmaqla bölgədə Böyük Sülhə imza atılsın. Bu illər ərzində təəssüf ki, Ermənistan işğala son vetmək əvəzinə ən iyrənc imitasiyalarla məşğul oldu. Minsk qrupunun fəaliyyəti isə sadəcə söz oyunundan o tərəfə keçmədi. Pis odur ki, bəzi dövlətlər gizli, bəziləri isə terrorçunu bu illər ərzində açıq şəkildə müdafiə etdilər. Əslində, bu hümanizmin və dünyada sülh fəlsəfəsinin böhranı idi. Böyük güclər sivilizasiya tarixini əsas tutaraq daima sülh adından öz maraqları üçün - "yağlı tikə" əldə etmək üçün barış əvəzinə ritorika ilə məşğul oldular. Şans itirildi?!
Bu illər ərzində Azərbaycan həm daxildə, həm də dünyada humanizm, multikulturalizm, birgəmövcudluq və dialoq fəlsəfəsini xalqlararası əlaqə və münasibətlərdə həyata keçrilməsi üçün çox böyük işlər gördü: Son illər elə bil ki, Şərq ilə Qərb, Çənubla Şimal, bütövlükdə, Sivilizasiyalar XX əsr tarixlərinin ən kommunikativ dövrlərini Azərbaycanda yaşadılar! Ən yüksək səviyyədə mədəniyyətlər, dinlər, sivilizasiyalararası həmrəylik nümayiş olundu, dünyaya sülh, multikulturalizm, birgəyaşayış modelləri təqdim olundu. Zira etiraf edək ki, ikili standartlar və “ermənizm” bu kimi müqəddəs bəşəri amalların bölgədə, dünyada təntənə çalmasına imkan vermədi. Ağrılı da olsa reallıq budur. Ermənistan kimi şəri dəstəkləyən ölkələr dünyanı üçüncü dünya müharibəsinə təhrik edir. Sizvilizasiya tarixi fəlsəfi təfəkkür süzgəcindən keçirilərkən sual yaranır: dəyərmi?
Sülh və barış əvəzinə 27 sentyabr tarixindən - İyul və avqust aylarında olduğu kimi Ermənistanın təxribatlarından sonra bölgəyə sülh və dialoq, ədalət və humanizm əvəzinə Böyük Müharibə gəldi. Bütün bunlar isə Azərbaycanı öz varlığını müdafiə etmək və ədaləti bərpa etmək üçün əks-hücuma vadar etdi. Beləliklə özünümüdafiyəyə məcbur qalan Azərbaycan Ordusu Ali baş Komandanın rəhbərliyi altında Böyük Sülh yaratmaq misiyasını öz üzərinə götürdü. Görünür bu tale məsələsidir, humanizm və sülh, ədalət və insanlıq cəngavər gücü ilə bərpa olunmalıdır! Zəhərlənmiş terrorçu idrakı humanizm və terapiya üsulları ilə deyil, cərrahiyə üsuluyla müalicə olunmalıdır. Dialoqla məşğul olan bir şəxsin müharibəyə tərəfdar çıxması çətin olsa da, etiraf etməliyik ki, artıq zərurətdir. Tarixdə bu kimi Müqəddəs müharibələr az olmayıbdr. Başqa sözlə desək, şərin idrakı humanizm, sülh və əminamanlığa açıq olmadığundan o, məcbur edilərək, müharibə vasitəsilə sülhə gətrilməlidir. Ruslarda, türklərdə bu şər ocağını – ram etməkdə Azərbaycana yardım etməlidirlər. Bu misiyanı indi uduzmuş dünyanın humanizm siyasəti ilə deyil, hərbi güclə həyata keçirmək lazımdır.
Başqa sözlə desək, bu, həm də Azərbaycan əsgərinin, Ali Baş Komandanın alın yazısıdır. Görünür, Qərb fəlsəfi təfəkküründə Personalizm nəzəriyyəsi boşuna yaranmayıbdır: Seçilmiş Şəxsiyyət amili xalqların, bəşəriyyətin taleyini həll edəcəkdir. Bu müqəddəs amalda Azərbaycanın haqq işini dəstəkləyənlərə isə insanlıq həmişə minnətdar olacaqdır. Biz və bütövlükdə dünyada sülhü, humanizmi müdafiə edənlərin inamı budur, bölgəyə, dünyaya sülh gəlməlidir, onun necə gəlməsi isə alın yazısıdır. Tanrı göylərdə bu müqəddəs işə öz imzasını atmışdır! Yetər ki, regional güclər Azərbaycanın müqəddəs işinə yardımçı olsunlar. Onun həyata keçirilməsi isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan əsgərinin Tale vəzifəsi kimi alnına yazılıb!!! İşğala son qoyulacaq!!! Cinayətkar Ermənistan rejimi mütləq öz cəzasını alacaq və nəhayət bölgədə şər deyil, xeyir təntənə çalacaqdır!
P. S. Bəşəriyyətin gələcəyi bu gün yazılır, buna biganə qalmaq olmaz! Tarixdə bioloji movcudolma ilə İdrakı anlamda mövcudolma arasında ciddi fərqlər vardır. İnsanı insan edən, sivilizasiyanı da, bəşəriyyəti də yaradan budur. İdrak! Dünya ənənəvi - Ekspansionizm siyasətindən imtina edilərək Yaradcı Sivilizasiya – İnsanlıq proqramına keçilməlidir. Atom silahları işə düşərsə artıq gec olacaqdır. Hər halda bunu bizə fəlsəfə – istər Qərb, istərsə də Şərq fəlsəfəsi deyir. Dünya faşizmin ən qorxulu təzahüründən erməni terrorizmindən azad olmalıdır!!! Bu işdə iki dövlət: Rusiya və Türkiyə daha böyük səy göstərməlidir, bunu yeni geopolitik şərtlər tələb edir!