08.10.2020, 10:34 - Baxış sayı: 755

Zəfər salnaməsi


Günel Məlikli
AMEA YAP İdarə Heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri


Ermənistan tərəfindən 1988-ci ildən yürüdülən işğalçı planın nəticəsində bütün qanunlar, insan hüquqları kobud şəkildə pozulmuşdur. Qaçqın və məcburi köçkünlər ölkənin 69 şəhər və rayonunda müvəqqəti məskunlaşmış, 700 min nəfər məcburi köçkün isə 1600-dan çox sıx məskunlaşma obyektində yerləşmişlər. 1990-cı il yanvarın 20-də gecə xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakının zəbt olunması təmin edildi.
Bu qanlı aksiya nəticəsində Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu sözün həqiqi mənasında “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş ” qanlı cinayət idi.
Necə zəbt olundu? Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingenti etirazçılara-əli yalın adamlara divan tutmaqla Bakının küçələrində sosial-siyasi və psixoloji cəhətdən dəhşətli ab-hava yaratmaqla. Bu rüsvayçı akt fövqəladə vəziyyət elan edilmədən reallaşdırıldı.
Ordumuzun əzmi, qüdrəti nəticəsində hər gün tariximizin şanlı səhifələrinin yazıldığı günlərdir.
İllərdir torpaqlarımızın itgisi acısını Azərbaycan ordusunun zəfər yürüşünün gətirdiyi qürur, qələbəyə inam, əzm hissi üstələyib.
Şuşamızda, Xankəndində bayrağımızı ucaldacağımız günü səbrsizliklə gözləyirik.
Bu gün bütün millət ordudur, millət o ruhun içərisindədir. Hər tərəf Azərbaycan bayrağı ilə bəzədilmişdir.
İki ordu qarşı-qarşıya durmuşdur.
Biri xeyirin, digəri isə şərin ordusudur. Erməni ordusu pisliyin, şeytanın, zalımın ordusudur.
İlham Əliyevin dəyərlər sistemində dövlət birinci yerdədir və bu, şəxsiyyət dəyərlərini istisna etmir. Bizim şəraitimizdə bu, götür-qoy edilmiş yoldur. Zəif cəmiyyətə malik güclü demokratik dövlət ola bilməz. Dövlət maşınını ətalətdən, dövlət aparatını durğunluqdan, şəxsiyyəti isə hakimiyyətin qanunsuz hərəkətlərindən ancaq cəmiyyətin mükəmməl həyatı qoruya bilər
Azərbaycan ordusu haqqın, ədalətin ordusudur.
Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.
Cənab prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb.
Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.
Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da Ermənistanın xalqımıza qarşı apardığı işğalçılıq siyasətindən danışaraq söyləmişdir: “Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insan­lar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, -bu gün səhər mən bütün bölgələrdən, cəbhəyanı bölgələrdən məlumat almışam, -Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.
Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri – rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binala­rını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.
İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektlərini atəşə tutması nəticəsində 200-dən artıq yaşayış evinə, həmçinin, çox sayda mülki obyektə külli miq­darda ziyan vurulmuş, eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, xeyli hey­van tələf olmuşdur.
Paşinyan hökuməti isə silahlı qüvvələrini məğlubiyyətdən xi­las etmək, işğal etdiyi ərazilərdə mövcudluğunu saxlamaq üçün havadarlarının təcili müdaxiləsi ilə Azərbaycan Ordusunun hücumları­nı dayandırmağı yeganə çıxış yolu sayır.
Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziya­sının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilmiş, Ordumuz Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qalmış, hərbçilərimiz Şuşakənddə düşmənin İrəvandan yenicə gətirdiyi S-300 raket kompleksini dəqiq atəşlə, həmçinin Azərbaycan Ordusu­nun bölmələri tərəfindən Tonaşendə düşmənin 2 tankı məhv edilib.
Azərbaycan Ordusu düşmənin silahlı bölmələrinin təxribat xa­rakterli hücumlarına qarşı taktiki döyüş və əks-hücum əməliyyatları həyata keçirmişdir.
Əməliyyat zamanı xeyli düşmən hərbçisi məhv edilib və onlara dəstək üçün gələn digər erməni əsgərləri silah-sursat, hərbi texnika və avtomobillərini ataraq geri qaçmışlar.
Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilmişdir.
Düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket komplek­sinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli re­aktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb.
Ötən günlərdə düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyun­ca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.
Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Burada düşmənin hərbi hissəsində çaxnaşma və atışma yaranıb. Erməni könüllüləri müxtəlif bəhanələrlə döyüşə girməkdən imtina edirlər. Bunun əvəzinə qadın batalyonunun yaradıl­masına qərar verilib. Cəbrayıl, Füzuli istiqamətində ordumuz düşməni geri çəkilməyə məcbur edib və irəli gedib.
Ermənistanın baş na­ziri “Facebook” hesabında öz xalqını təşvişə salacaq formada paylaşımlar etmişdir. Paşinyanın yalan paylaşımına görə, hansısa dronlar İrəvan üzərində hərəkət edirlər. Paşinyan bu dronların vurulması ilə bağlı da paylaşımlar etmişdir.
Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir.
Dövlətimizin İlham Əliyev bu fikirləri "Əl-Cəzirə” televiziya kanalına müsahibəsində danışıqlar və ilkin şərtlər barədə danışarkən bildirmişdir: "Bizə gəldikdə, biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq. Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq.
Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir”.
Paşinyanın ölkəyə, bütün beynəlxalq tədbirlərdə yalan danışdığı dünya ictimaiyyətinə bəllidir. Paşinyan Azərbaycan Prezidentinin qarşısında yenə də aciz duruma düşmüşdür.
Cənab prezident söylədiyi kimi: “Bu gün Azərbaycan Ordusunda da, ölkə ictimaiyyətində də böyük ruh yüksəkliyi var. Dövlət başçısının söylədiyi kimi, qanlı döyüşlər Azərbaycan xalqı üçün həqiqət anıdır. Məhz bu günlərdə Azərbaycana dəstək olan ölkələr, təşkilatlar, insanlar da heç vaxt unudulmayacaq. Müxtəlif ölkələrdə yaşayan dünya azərbaycanlıları, eləcə də qardaş Türkiyədən, Ukraynadan, Pakistandan olan gənclər Prezidentə məktub yazaraq torpaqlarımızın azadlığı uğrunda gedən savaşlara könüllü qoşulmaq istədiklərini bildirirlər. Cənab İlham Əliyev də bütün bunları çox yüksək dəyərləndir”.
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da açıq şəkildə qeyd etdi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır: “Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir”.
Cənab prezident BMT tribunasından çıxış edərkən öz fikirlərini bildirmişdi.
Belə ki, sentyabr ayının 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlət başçısı son günlər baş verən hadisələr barədə ətraflı məlumat vermişdi.
Dövlət başçısı bildirdi ki, ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb: “Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır”.
Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt üzü ilə qarşılaşdı. 32 ildir səbr edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca yenidən səfərbər oldu, düşmənin cavabının yalnız müharibə, hərb, savaş olduğuna qərar verdi.
İşğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı.
Bəli, məhz Vətən müharibəsinə. Adına əks-həmlə, əks-hücum əməliyyatı desək də, bu, artıq Vətən müharibəsidir!
Həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı olaraq onu da qeyd tmək istərdim ki, İnstitutumuzun direktoru professor İlham Məmmədzadə qəlbi cəbhədə igidlik göstərən əsgərlərimizin qəlbi ilə, vətən eşqi ilə döyünür.
Gərgin axtarışları ilə fundamental elmlər sahəsində unikal yeniliklərə imza atan görkəmli alim həm də yüksək idarəçilik keyfiyyətləri, ictimai-siyasi fəallığı, böyük vətəndaşlığı ilə seçilir.
Böyük alim haqqında deməyə uzun illərin müşahidələrimdən doğan fikirlər mənə haqq verir.
Bu yurd, bu torpaq babalarımızdan bizlərə əmanətdir.
İgidlərimizin qanıyla suvarılıb bu torpaq!
Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru bir gənc olaraq hər zaman müharibəyə getməyə hazır olduğumu cənab przidentimizin yanında olduğunu bütün gənclər adından bildirirəm.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünün gəncliyinə ünvanlanmış: «Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm» sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.
Möhtərəm prezidentimizin bu çağırışından gəncliyə olan böyük inamından və sevgisindən ilham alaraq gənclərimiz hər biri doğma Qarabağımızı düşmən əsarətindən xilas etmək üçün hər an döyüşə atılmağa hazır olmalıdır.
«Gənclər əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq».
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkə gəncliyinə inamla dolu bu sözləri həm də gənclərimizin böyük potensialından xəbər verir.
Belə bir unudulmaz nəğmə var. Hardan başlanır Vətən?
Böyük insanların ürəyindən, qəlbindən başlanır Vətən.
Nəbzi Vətənlə döyünən Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qismən səfərbərliklə bağlı sərəncamını yüksək əhvali-ruhiyyə ilə qarşılanır: "Biz birlikdə güclüyük!”, "Biz zəfər çalacağıq!” Çünki bizim işimiz haqq işidir. Vətən sevgisi, yurd təəssübü milli mənlik şüurunun təməl daşlarıdır!”
Vətən gözdür, biz kiprik,
Gözümüzün keşiyini çəkirik.
Şəhidlər, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən igidlərimizdir!
Düşməndən qisas almaq əzmində vuruşan, qeyrətli Vətənin ən layiqli oğulları. Tarix boyu Azərbaycan oğulları, Şah İsmayılın, Koroğlunun soyundan gəlmişdir.
Vətən üçün ölməyə dəyər!
Vətənin dar günündə düşmən qarşısına önə atılaraq, sinənisini sipər etmişlər.
Bu gün bütün evlərin eyvanları yollar üçrəngli bayrağımızla bəzənmişdir.
Vətən torpağı uğrunda şəhid gedən oğullarımız o əqidəylə, o saflıqlan sonuna qədər getməsəydilər, onlara şəhidlik nəsiblik olmazdı.
Şəhidlik elə bir zirvədir ki, onu həm gərək ilahidən sənə qismət olunsun, həmçinin özün ona doğru can atasan, o müqəddəs məqamı arzu etmiş olasan.
Şəhidlərimiz bu gün adlarını qürurla çəkdiyimiz milli qəhrəmanlarımız torpaq uğrunda özləri o zirvəni qazanaraq, o torpağın namusunu öz namusları bilərək, qəlblərin də ana sevgisi çiyinlərində vətən yükü, vətən möhləti savaşa atılmışlar.
Uca zirvəni qazandıqlarından tarix hər zaman onların ruhu önündə baş əyəcəkdir.
15 yaşlı Bahar, 13 yaşlı Şəhriyar. Bir mərmiylə bir ailədən gedən 5 həmvətənimiz kimi...
Balaca Fariz kimi, Zəhra kimi... Nurlar içində yatsınlar! Çox az qalıb!
Allah xalqımızı, ordumuzu və Prezidentimizi qorusun!
Övlad ata-anasıyla öyündüyü kimi mən də sənin dünənin, bu günün, sabahınla öyünür, qürur duyuram əziz vətənim!.
Qoy bu günlərdə hər bir vətən övladının arzuları, ümidləri, istəkləri çin olsun. Şəhidlərimizin ruhu şad olsun.
Vətən torpaqları işğaldan azad olunsun.
Ey Ən Qadir olan Allahım yardım edib dəstəkləyən cəsur və Şanlı Azərbaycan ordusunun qollarına qüvvət ver.
Ey Qalib olan əsla məğlub olmayan Allahım cəsur Azərbaycan əsgərinə qələbə nəsib et!
Amin!
Azərbaycan Ordusunun şanlı qələbəsi, igid əsgərlərimizin məğrurluğu hər kəsdə ruh yüksəkliyi yaradıb. Ordumuz, xalqımız qələbəyə köklənib. Böyük Qələbəyə az qalıb.
İravnuk” qəzeti yazır ki, Azərbaycan Ordusu addım-addım Xankəndiyə yaxınlaşır: "Xankəndini vahimə bürüyüb. Hər gün minlərlə insan buranı tərk edir. Acı həqiqət olsa da, vurğulayaq ki, 30 ildən sonra Azərbaycan Qarabağa yenidən qayıtmağa çox yaxındır. Özü də bu məsələdə Azərbaycana dəstək verənlərin sayının artması Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistanı
İlham Əliyev qarşısında kim məğlub duruma saldı? Çox təəssüf ki, Ermənistan Azərbaycana qarşı müharibədə uduzur, Paşinyan isə bu məsələ ilə bağlı hansısa ciddi mövqe ortaya qoya bilmir”.
"Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik” - deyən cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəliyi ilə düşmənin təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan şanlı ordumuz illərlə həsrətlə boylandığımız, qürurumuzun və şərəfimizin Murov zirvəsinə üçrəngli bayrağımızı sancıb.
Dövlət başçısının bu həssas və şərəfli günlərdə verdiyi müdrik, qətiyyətli qərarlar xalqımız tərəfindən rəğbətlə, coşquyla qarşılanır. Ali Baş Komandanımızın sərkərdəliyi ilə şanlı ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr bizi bütün tarixi torpaqlarımıza hər saat, hər an daha da yaxınlaşdırır.
Dövlət başçısı da dedi ki, bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir xalq onlara dəstək olmalıdır: "Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq. Bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Gənclər üçün siz nümunə olmalısınız, örnək olmalısınız. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib”.
Cənab prezident, Ali baş komandan İlham Əliyev “Twitter"də məlumat paylaşıb: "Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!”
Xalqımızın qəlbi Azərbaycan əsgəri ilə döyünür. Bakıdan səngərə kimi hamı qələbə əhvali-ruhiyyəsindədir. Azərbaycan Ordusu isə şərəfli missiyasını bitirənədək dayanmayacaq. Ali Baş Komandanın söylədiyi kimi, biz öz torpaqlarımızda vuruşuruq. Erməni əsgəri Azərbaycan torpağından rədd olana qədər mübarizəmiz davam edəcək. İlham Əliyevin qətiyyəti və Ordumuzun rəşadəti böyük qələbəni sürətlə yaxınlaşdırır.
İllər keçəcək, 2020-ci ilin bu tarixi qalibiyyət günləri ilə gələcək nəsillərimiz haqq işimizdə qazandığımız bu qələbə ilə, canlarını fəda edən qəhrəmanlarımızla qürurlanacaq, fəxr edəcək...
"Sia.az"