Dünya nizamının modifikasiyası: PANDEMİYA VƏ ELİTALAR
Şahin Bağırov
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Siyasi elmlər üzrə fəlsəfə doktoru
Pandemiyanın yaratdığı yeni dünya
Koronavirus həyatın bütün sahələrinə təsir edən bir problemə çevrildi və dünya ölkələrini bir növ, səriştəli qərarlar qəbul edilməsi tələbi ilə imtahana çəkdi. Əlbəttə, bu proses “qarşısını almaq mümkün olmayan şeylərə adekvat cavab vermək" kimi problemli oldu və düşünən dünya elitalarının siyasi ponoramı da maksimum dərəcədə cəlbedici təsir bağışladı… Bu bir faktdır ki, koronavirus məişətimizi və gündəlik həyat tərzimizi də dəyişməkdə davam edir. Adi həyat tərzi pozulur, bu da mövcud durumda vərdiş etdiyimiz ənənəvi qanunauyğunluqların şübhə altına alınması deməkdir. Belə ki, siyasi reallıqların qavranılması dəyişir, dəyərlər iyerarxiyası yenidən qurulur, əhəmiyyətli görünən məsələlər gündəmdən sıxışdırılır. Amma bu o demək deyil ki, artıq əvvəlki problemlər aradan qalxıb, yox… Əslində həmin problemlər artıq yeni baxış əmsalı - koronavirus bucağı ilə düşünmək zehniyyətini tələb kimi ortaya qoydu. Odur ki, bu dəyişiklikləri yalnız gündəlik həyat və iş formatlarına deyil, həm də dövlətlərin siyasi rəhbərliyinə də aid etmək mümkündür. Qeyd edək ki, hazırda pandemiya, bir sıra aparıcı dünya ölkələrinin əhalisi tərəfindən çox ciddi bir təhlükə olaraq qəbul edilir. ABŞ kimi supergücün əhalisində xəstəliyin yayılmasından narahat olan respondentlərin nisbəti mart – aprel aylarında 70% -ə çatdı. Aparılan sorğuların nəticələrinə görə, İngiltərədə əhalinin 48% -i koronavirusdan ciddi şəkildə qorxur. Bir çox nəhəng dövlətlərdə olduğu kimi bu pandemiya Rusiyada da insanları dəhşətli dərəcədə vahiməyə salıb.
Yəqin ki, “İspan qripi” pandemiyasından bəri planetimizdə ilk dəfə olaraq bu qədər sayda insan öz sağlamlığına yaranan təhlükəni aydın şəkildə dərk etməyə məhkum oldu. Digər tərəfdən, rəqəmlərin də dəhşətli dərəcədə böyüməsi insanlar arasında vahiməni artırır, qorxu hissi güclənir və bu qaçılmaz olaraq onların düşüncə və fikirlərinə də öz mənfi təsirini göstərmiş olur. Əlbəttə, siyasi elm və sosial psixologiya ekzistensial təhlükələrin aktuallaşması kontekstində siyasi dəyər və tələblərin çevrilməsi barədə kifayət qədər empirik material toplamışdır. Məsələn, ölüm qorxusunun insan davranışında əhəmiyyətli bir amil olduğu kimsəyə sirr deyil. Amma “Qorxu” idarəetmə nəzəriyyəsinə (qeyd:”Terror” idarəetmə nəzəriyyəsi) görə, öz həyatı üçün təhlükə ilə qarşılaşan bir insan, istər-istəməz simvolik ölümsüzlükdən dəstək alır, ona məsləkcə yaxın olan sosial qruplar ilə əlaqələrinə görə özünə hörmətini təsdiqləyir. Son dərəcə əhəmiyyət kəsb edən bir cəmiyyətə, yaxud dövlət təşkilatına olan mənsubiyyət hissi onu sakitləşdirir və gərgin bir dövr yaşamağa stimul verir. Ümumi yanaşmada, bu yolda göstərişlərin motivasiyaverici qüvvəsi açıq-aydın şəkildə din, insanlar və dövlət olur. Epidemiya şəraitində, üstəgəl, dini qrupların birgə etiqad etmək üçün imkanlarının məhdud olduğunu nəzərə alsaq, onlarda dövlət və vətənpərvərlik hissinin xüsusilə tələb olunan doqmatik bir istəyə çevrildiyini güman etməyimizə əsas yaradır. Milli rəmzlər də siyasi liderlərin çıxış etdikləri mərasimlərdə onların sözlə təsir etmə imkanlarını, bilavasitə, qorxu və vahimənin dəf edilməsini və bəzi təcrübələrdə sınaqdan keçmiş lazımi ümid hissini və dolğunluğu təmin edir. Demək olar ki, cəmiyyət üzvlərinin əksəriyyəti mühafizəkar aspektdən problemlərin həllinə uyğun gəlir və ehtiyaclı görünür. Cəmiyyət həyatında status-kvonun qorunub saxlanması, adət-ənənələrə, qaydaya, nüfuza və mənəvi-əxlaqi dəyərlərə söykənmək məhz belə şəraitdə ehtiyac duyularaq artan tələblərə çevrilir. Pandemiya da insanların həm öz sağlamlığı, həm də iqtisadi rifahı baxımından mümkün itki hissini kəskin şəkildə artırır.
Epidemiyanın yaratdığı psioxoloji problemlər
Məsələyə belə bir mühafizəkar prizmadan yanaşılması pandemiyanın qaçılmaz fəsadlarının dərk olunması kimi və həm də ona uyğunlaşması lazım olan bir dəyişiklik tələbi kimi qəbul olunmalıdır. Rusiyalı politoloq, Valday klubunun mütəxəsisi Oksana Sinyavskaya sosial bərabərsizliyin həddən ziyadə yüksək olmasına imkan verən cəmiyyətlərin, pandemiya nəticəsində yaranan böhrandan çıxmaq üçün daha yüksək qiymət ödəməli olduğunu qeyd edir. O, bildirir ki, bu vəziyyət özünü ölüm hallarının daha çox olmasıyla, əhalinin bir hissəsinin yoxsulluq riskiylə üzləşməsi və həlli müşkülə çevrilən daha dərin problemlərlə üz-üzə qoyacaq. O.Snyavskaya görə, “böhran üçün sifariş tələbi, media və sosial mediada hiperbolik çaxnaşma dalğaları ilə güclənir. Çünki insanların hamısı ciddi karantin qaydalarına riayət etməyə hazır deyil. Valday sözçüsünə görə, Britaniya əhalisinin 87% -i öz həmyerlilərinin pandemiyaya ciddi yanaşmadığı qənaətindədir, 60% -i isə faktiki olaraq özünütəcridetmə rejiminin qaydalarını pozdu”.
Belə nəticəyə gəlmək mümkündür ki, kütləvi şüura hakim kəsilən panik durum sərt reallığın qabağında sarsılır və çıxış yolu mühafizəkarlıq ruhunda aydın idarəetmə qərarlarında görünür. Hökumətin vəzifəsi təkcə bütün zamanlarda olduğundan daha çox təlimat vermək, maarifləndirici təbliğat və təşviqatı gücləndirmək, fəaliyyətin düzgün konkret istiqamətlərini müəyyənləşdirmək və xoşbəxtliyin əsl mənasını izah etmək deyil, bilavasitə, əməli formada vahid qayda və prosedurları qurmaqla effektiv idarəetməni həyata keçirmək daha məqsədəuyğundur. Bu mübarizə metodu ÜST və digər beynəlxalq qurumlar üçün daha diqqət çəkən və cəlbedici görünür. Mixael Akşotun “Hökumətin vəzifəsi isti başları sərinlətmək və təhlükəli istəklərin atəşini söndürməkdir” fikirlərinə haqq qazandırmamaq olmur… Digər tərəfdən, ilk baxışdan belə təsəvvür formalaşır ki, COVID-19 ilə əlaqəli mürəkkəb risklərin tanınması, bilavasitə, müxtəlif epidemiyaların qarşısını almağa yönəlmiş insanpərvər yönümlü qlobal tibbi nəzarət sisteminin inkişafına zəmin yaradılması, bir növ post-milli məsuliyyətə səbəb ola bilər.
Hətta bəzi siyasi liderlər də illərdir davam edən qarşıdurmadan sonra pandemiyanın nəticələrinin Yer kürəsi sakinlərini birləşdirə biləcəyini iddia edirlər. Buna baxmayaraq, əsl mənzərə tamamilə əksinədir. Avropada və dünyada aşınma, təcrid, hətta millətçilik və ksenofobiyanın artması daha artıq dərəcədə müşahidə olunur. Bəyan olunan Avropa dəyərləri tətbiq edilmir. Risklərə cavab vermək sərt qərarlar və hərəkətləri əhatə edir. Məsələn, italyanlar üçün COVID-19 riskləri digər təhdidlərdən daha vacibdir. Nəticə etibarilə Avropa Birliyindən kömək gözləsələr də, ancaq öz fəaliyyətləri iflic olub və İtaliya dövləti lazımi tibbi, maddi və maliyyə dəstəyi vermək barədə vaxtında qərar qəbul etmədi. Demək olar ki, bütün AB ölkələrinin maraqları arasındakı fərq göz qabağındadır. Məsələn, onlar yalnız kvazidemokratik mahiyyət kəsb edən qanunlarına görə sərhədlərini bağlamırlar, həm də milli səfərbərlik naminə yeni qlobal risklərin idarə olunması üçün çox vacib olan sosial və tibbi əməkdaşlığı dayandırırlar. Pandemik mifləri aradan qaldırmaq üçün heç bir iş görülmür. Üstəlik xəstə insanlarla əlaqəli yeni anklavlar meydana çıxdı. Eyni zamanda, inanmaq olar ki, bu faciəli vəziyyət əbədi olmayacaq və amma hər halda COVID-19-dan sonra dünya haqqında ciddi düşünmək zərurəti ortadadır. Bu istiqamətdə dünya insanlarında potensial mümkün ola bilən ümidlərin və gələcək dünyanın görüntülərinin bir neçə eskizi təsəvvürlərdə formalaşıb. Əlbəttə, pandemiyanın nəticələri dünya xaosunun artmasına səbəb olmadı. Amma bununla belə, pandemiya eyni zamanda, bəşəriyyət üçün ümumi problemlər, kosmopolit etika və həmrəyliyə əsaslanan tamamilə yeni bir dünya nizamının qurulmasına kömək edə bilər. Əlbəttə ki, bunun həyata keçirilməsi xalqların iradəsindən, siyasi liderlərin konkret fəaliyyət istiqamətlərindən asılıdır. Məsələn, Kreml sözçüləri bunun bariz nümunəsi kimi RF prezidenti Vladimir Putinin "humanitar dəhlizlər" yaratmaq ideyasını diqqətə çəkirlər.
Bu ideyanın həyata keçirilməsinin tərkib hissəsi olaraq Rusiyanın artıq Çin, İtaliya, ABŞ və Serbiyaya tibbi yardım göstərməsini nümunə göstərirlər. Həm də qeyd olunmalıdır ki, müxtəlif ölkələr və onların elitaları COVID-19 risklərinə fərqli reaksiya göstərdilər. Bu, şübhəsizdir ki, ayrı-ayrı ölkələrin xalqlarının gələcəyinin xüsusiyyətlərinə də təsir edəcəkdir. Çox güman ki, yaxın gələcəkdə qlobal tibbi nəzarəti tələb edən və sağlamlıq təhlükəsizliyini təmin etməyə yönəlik yeni siyasi hərəkatlar da yaranacaqdır. Nəticə etibarilə yeni liderlər hakimiyyətə gələcək və yeni siyasi elitalar təşəkkül tapacaqdır. Bu məsələnin hətta Vladimir Putin və Donald Trumpın liderlik etdiyi ölkələr arasında fərq olmasından asılı olmayaraq, COVID-19 pandemiyası ilə mübarizənin nəticələrindən və ölkələrindəki epidemik vəziyyətdən asılı olacağını güman etməyimizə də əsas verir. Pandemiya çağırışları, Avropanı təlatümlü və güclü bir qitə olaraq dəyişdirəcəkdir. Belə ki, mövcud zərbələri məhdudlaşdırmaq və davamlı inkişafa nail olmaq üçün yeni siyasi elitalar qarşıdurmalardansa beynəlxalq münasibətlərdəki müxtəlif dünya aktorları ilə müxtəlif əməkdaşlıq formalarına keçəcəklər. Yenilənmiş Avropa Birliyində, pandemiyanın aradan qaldırılmasında uğurlar nümayiş etdirən və müxtəlif ölkələrə konkret dəstək verən Çinin xüsusi dostluq statusu qazanması ehtimalı çox yüksək qiymətləndirmək mümkündür. Həmçinin, Qərblə Rusiya arasında da normal siyasi və iqtisadi əlaqələrin bərpası üçün əsaslı səbəblər var. Əlbəttə, post-Putin dövrü üçün hesablamalar daha müvafiq əlaqələri ehtiva edə bilərdi… …Əlbəttə ki, COVID-19-dan sonra yeni bir dünyanın doğulması çətin olacaq. Bəlkə də iqtisadiyyatın, sosial həmrəyliyin və azadlıq və intizamın ayrı-ayrı formalarına əsaslanan yeni dünya nizamında mühüm amil ola biləcək bir tənəzzül müşayiət ediləcəkdir. İnanmamaq mümkün deyil ki, istehlakda təvazökarlıq fetişizmi doğulur. Artıq kollektiv istehlak formaları ortaya çıxdı - təkcə avtomobil paylaşma və yaşayış yerlərinin fərqləndirilməsi deyil, həm də qida və dərmanların fərqli menyuda təqdimat alması kimi... Tibbi xidmətin təşkilində sosial ədalət və bərabərliyə nail olmaq üçün bəzi istiqamətlər mövcuddur. Pandemiya zamanı Norveç hakimiyyəti bütün vətəndaşların səhiyyə xidmətlərinə əlçatan olması üçün çox iş gördü. Bu təcrübələr digər ölkələrdə də inkişaf etdirilə bilər. O cümlədən, sosial sığortanın dəyəri yenidən nəzərdən keçiriləcəkdir.
Qeyd olunmalıdır ki, Almaniyadakı yüksək təşkilatlılıq, digər ölkələrə nisbətən daha çox koronavirusa yoluxmuş insanların həyatını xilas etdi. Bu baxımdan, rəqəmsal əsaslı uzaqdan yardım sistemləri öz dəyərlərini sübut etdi - bu tədbirləri genişləndirmək zərurəti də yəqin ki, inkişaf etdiriləcək. Həm də müxtəliflilik məsələsi dünya siyasətində millətlərin yeri və rolunun yenidən kəşf etmək zərurətini ortaya qoydu. Mövcud meyarlara əlavə olaraq (iqtisadi inkişaf, silah istehsalı və s.) yeni amillər nəzərə alınmalıdır: epidemiyalara qarşı effektiv mübarizə aparmağı, vətəndaşlar üçün ekoloji və farmakoloji təhlükəsizliyi, rəqəmsal istehlakçılığı praqmatik istehlakçılığın səhiyyə sahəsinə yönəltmə qabiliyyətini və s... Həmçinin, sağlamlıq, həyat təhlükəsizliyi, əlverişli mühitin qorunması hüququ da daxil olmaqla insan hüquqları genişləndirilməlidir. Əlbəttə, COVID-19 səbəb olduğu yeni kosmik qorxu bəşəriyyət üçün böyük bir imtahana çevrilir. Onun aradan qaldırılması təsirli kosmopolit həmrəyliyi və qlobal humanitar tibbi nəzarətin qurulması, ictimai şüuru pozan yalan məlumatların yayılmasına qarşı da təsirli vasitələrin axtarışı ilə əlaqələndirilir. Bütün bunlar COVID-19-dan sonra yeni dünyanı daha rasional və məntiqli edə bilər.
Siyasətə yeni nəsil gəlir
Qeyd edək ki, mütəxəssislər də pandemiya səbəbiylə dünya elitalarında bir dəyişiklik olacağını proqnozlaşdırırlar. Bəzilərinə görə, bir koronavirus pandemiyası dünya elitalarının sıralarında yenidən təşəkkül tapan qlobal quruluşa səbəb olacaqdır. Qərbdə 30-40 yaşlı siyasətçilər 70 yaşlıları əvəz edəcək. Rusiyalı politoloq Andrey Zlobinə görə, Rusiyada yeni texnoloji quruluşa rəhbərlik edə biləcək yeni “görmə qabiliyyətli” elm adamları və ya radikal vətənpərvərlik ideologiyası, ədalətli imici və xarizması olan "ağıllı Ştirlis" yeni lider ola bilər. SGİMO-nun Siyasi Elitalar üzrə Araşdırma Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutunun ekspertləri də koranavirus pandemiyasının dünya elitalarının sıralarında qlobal dəyişikliklərə səbəb ola biləcəyini bildirir. “Gələcəyin Elitası” proqramı çərçivəsində, “Vedomosti”nin nəzərdən keçirdiyi koronavirusdan sonra fərqli ölkələrdə siyasi mənzərənin inkişafı üçün ssenarilərə dair hesabatlar hazırladılar. Bütün bu ehtimalları nəzərə alaraq söyləmək mümkündür ki, dünya ölkələrində hazırkı elitaların 2020-2024-cü illərdəki kəskin böhrandan canını qurtarmaq ehtimalı var, lakin 2025-2035-ci illərdə onlar yeni aktual gündəliyi olan gənc nəsillərlə əvəzlənəcək. Bu məsələyə həmin institutun Beynəlxalq Problemlərin Tətbiqi Təhlil şöbəsinin dosenti Andrey Bezrukov da “Qlobal Elitləri yenidən başlatmaq” adlı məruzəsində xüsusilə toxunur. "Rusiyada nəsil uğursuzluğunu bağlaya biləcək yeni liderlər üçün bir sosial sifariş var" deyə ekspert qeyd edir. "Yeni insanlıq üçün yeni elitlər" hesabatının müəllifləri Evgeni Minchenko və Kirill Petrov fərqli ölkələrdə elitaların dinamikası üçün ortaq bir nöqtəni idarə olunan yenilənmə strategiyası adlandırırlar. ABŞ-da yeni liderlərin seçimi "azlıqların tələb etdiyi əvvəlcədən düşünülmüş görüntülərə və siyasi düzgünlüyə görə kastinq" vasitəsilə baş verir, Avropada böyük kapital "siyasətdə Macron və Zelenski kimi idarəetmə təcrübəsi olmayan insanları" təbliğ edir. Rusiyada idarə olunan yeniləmə tendensiyası prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun keçirdiyi “texnokratik liderlik təcrübəsi”ndə əksini tapmışdır. Minçenko və Petrov bəhs etdiyi bu müzakirədə bir problemi xüsusi qeyd edirlər: "texnokrat elita ya Putin dövrünün uzanmasının inertial yolunu izləyəcəklər, ya da bu paradiqmadan imtina edəcəklər və hər hansısa bir əsas məzmunu olan elmi konseptual baxışları yenidən yaratmağa başlayacaqlar". Bununla belə, "30-40 yaşlılar dərhal 70 yaşlıları əvəz edəcək" – deyə, Minçenko və Petrov razılaşırlar. Və israrla qeyd edirlər ki, nəticədə radikal və sosialist fikirlər Amerika gündəminə əlavə ediləcəkdir… Bezrukov isə hesab edir ki, texnokratlardan yaxşı bir lider çıxa və xidmətiylə bacarıqlı iraçı ola bilər. Lakin onun fikrincə, onlar rəqabətəmeylli deyillər və az legitimliyə malikdirlər: "Yerdəki nəticədən asılıdırlar, öz siyasi qüvvələrini təmsil etmirlər və özlərini birləşdirən konsepsiyalarına sahib deyillər" deyə qeyd edir. Bezrukovun sözlərinə görə, ABŞ prezidenti Donald Trump və tərəfdarları qlobalistlərə və Çinə qarşı əks-hücum təşkil etdilər və ölkəni liberal nizamın ləğvindən çıxartdılar, amma onlardan gələn böhran və yorğunluq 2024-cü ilə qədər və ya da daha erkən zaman kəsiyində mövqelərini pozacaq. Onları Demokrat Partiyasının "sosialist" qanadının gənc nümayəndələri və "texno-xilasedicilər" - yüksək texnoloji biznesin rəhbərləri əvəz edəcəklər. …Fikrimizcə, gənc nəslin əvvəlki elitalar tərəfindən qazılmış bir çuxurdan qurtulmasına tələbat yüksək səviyyədə müşahidə olunur və bir növ sosial sifarişə çevrilib. Həmçinin, qeyd etmək yerinə düşər ki, Avropada böhran dövründə "Avropa bürokratları" alternativ qüvvələrin parçalanması istiqamətində real rəqabət apara bilmirlər. Lakin proqnozlaşdırmaq mümkündür ki, pandemiya sona çatdıqdan sonra canlanan milli elitalar da daxili ideoloji rəqabət problemi ilə üzləşəcəklər. Nəticədə "vahid Avropa məkanının dağılması ehtimalı var". Digər tərəfdən, Avropadakı elitaların yenilənməsi prosesi koronavirus böhranının bu ölkələrə nə dərəcədə təsir edəcəyindən də asılı olacaq. Bununla belə, hazırkı böhran yalnız cərəyan edən mövcud tendensiyaların katalizatoru idi. Belə nəticəyə gəlmək mümkündür ki, siyasi arenadakı bu sistem dəyişikliklərinin gec-tez baş verəcəyini anlamaq vacibdir.