Fenomenal iradə sahibi
İlham Məmmədzadə,
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.
Heydər Əliyev
Ümummilli lider
Bəşər cəmiyyətinin mövcudluq salnaməsi zaman-zaman minlərin, milyonların arasından seçilmiş fenomenal şəxsiyyət və liderlərin ictimai-siyasi proseslərə hədsiz təsirini, bəzən hətta cərəyan edən hadisələrin məcrasını başqa səmtə yönəltmək qüdrətini özündə tam parlaqlığı ilə təcəssüm etdirir. Yaranmış müəyyən bir əlverişli mərhələdə meydana çıxan liderlər xalqının əsrlər boyu formalaşaraq, ümumbəşəri dəyərlərlə fəlsəfi siyasi-ictimai dünyagörüşü və mental iradəsi əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını yaradır, beləliklə, pozitiv rakursda siyasi varislik ənənələrini formalaşdırırlar.
XX əsrin 90-cı illərində dövlət müstəqilliyini əldə etmiş Azərbaycan məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Məhz ona görə də bu böyük lider təkcə öz ömrünün, insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 50 illik tarixinin və 30 ilə yaxın suverenlik dövrünün bütün mərhələlərində bu fenomenal şəxsiyyətin geniş fəaliyyətinin izləri qabarıq duyulur. Məhz, bu baxımdan da ulu öndərin öz fikri ilə dediklərimizi təsdiqləyək: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Prezident İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli Sərəncamında deyildiyi kimi, “dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz, Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.
Tarixdən məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtdir. Məhz, belə xarizmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır.
Müasir Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşması və inkişafının nəzəri əsasları da böyük Heydər Əliyev dühasının məhsuludur. XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın da ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu milli dövlətçilik institutunu formalaşdıracaq lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanılması özü nəinki milli ideyaya çevrilmirdi, hətta, ölkəyə ciddi təhdidlər belə var idi. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ulu öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır. Buna görə də 15 İyun Azərbaycan xalqı üçün əsl Qurtuluş Günüdür.
Heydər Əliyev böyük şəxsiyyət kimi cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək, bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikada vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir.
Ümummilli lider hakimiyyətə gəlişinin ilk illərində liberal dəyərlərlə manipulyasiya edən bəzi beynəlxalq siyasi dairələrin “daha çox demokratiya, daha az dövlət” çağırışlarına cavab olaraq, Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin ictimai inkişafın ilkin pilləsində dövlətçilik prinsipinin dominantlığı zərurətini əsaslandırmalı olmuşdur. Aydın məsələdir ki, dövlət olmadan müasir milli ideologiyanın əsas hədəflərindən olan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək də mümkün deyildir. Lakin o biri tərəfdən, insanların hüquq və azadlıqlarını qoruya bilmədikləri dövlət son nəticədə cəmiyyətin inkişafı üçün təkanverici rolunu yox, buxov və əngəl rolunu oynamağa məhkumdur. Ümummilli lider Heydər Əliyev bu iki siyasi ideyanın hər ikisinin eyni dərəcədə düzgün olduğunu qəbul etdiyi üçün onlar arasında elə ritmik bir ahəng yaratmışdı ki, nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirməsin. Azərbaycan xalqı müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə liberal dəyərlərdən nəyi qazanıbsa, məhz dövlətçilik prinsiplərinin aliliyinə əsaslanan ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qazanmışdır.
Ulu öndər Heydər Əliyev bu mərhələdən respublikanın yeni dövrü üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir.
Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.
Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də, məhz, Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider də cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliyinin dərin siyasi-nəzəri əsaslarını irəli sürmüşdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək, onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir. Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; o, həmçinin, milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş həmrəyliyini və vahid sosium üçün uğurlu təməl rolunu oynayır.
Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan multikultural xətti seçən dövlət kimi ərazisində yaşayan bütün xalqların Vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya da təkcə azərbycanlıların deyil, digər milli azlıqların maraqlarını özündə ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını ön plana çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikada insanların dini inancları, habelə, vicdan azadlığı yüksək səviyyədə təmin olunur.
Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi İslam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası dini tolerantlığın başlıca təminatçısı kimi çıxış edir. Azərbaycanda tolerantlığın səviyyəsi tarixən formalaşmışdır və onun əlavə heç bir stimula ehtiyacı, zərurəti yoxdur. İdentikliklərin və mədəniyyətlərin inteqrasiyası baxımından multikulturalizm ölkənin çoxəsrlik təcrübəsindən də bəhrələnə bilər.
Milli ideya sabit və statik xarakterli olmayıb zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir. Hələ XX əsrin 90-cı illərinin əvvəllərində ulu öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi formasiya üçün zəruri iqtisadi islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdir. Lakin son illərdə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə yeniliyi qəbul etmişdir.
Yeni üçüncü minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın son illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də, məhz, ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Müstəqil Azərbaycan dövlətinin illər ərzində keçdiyi yol sübut edir ki, əldə edilən tarixi uğurların əsasında ulu öndər Heydər Əliyevin uzaqgörən, düşünülmüş, əsrlərin perspektivlərinə hesablanmış milli dövlətçilik siyasətinin reallaşdırılması dayanmışdır. Fenomen şəxsiyyət olan Heydər Əliyev siyasi irsinin öyrənilməsi, təbliğ edilməsi və tətbiqi günümüzün strateji istiqamətləridir. Bu yolda Prezident İlham Əliyevin də uğurlu fəaliyyəti Azərbaycanın gələcək inkişaf perspektivlərini nəzərdə tutan milli düşüncə fəlsəfəsinin meyarlarıdır. Zaman və məkan ölçüsündə dahi Heydər Əliyev milli ideyaları Azərbaycan dövlətçiliyinin, milli birliyinin və milli dəyərlərinin həm siyasi-ictimai, həm də mədəni-mənəvi təməli kimi daim yolumuzu müəyyənləşdirəcəkdir.
Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyinə az qalıb. Bu, həm az, həm də çoxdur. Tarix kontekstində bu, bir andır. Lakin bu müddət ərzində ölkədə çox işlər görülüb. Ümummilli lider Heydər Əliyevin dövründə “Əsrin müqaviləsi” imzalandı, o, nəinki çox neft verdi, həm də əsl müstəqilliyə yol açdı, alternativlər yaratdı. Konstitusiya qəbul edildi. İndi dəqiqləşdirə, konkretləşdirə bilərik, amma bütün dövlətimizin hüquqi əsası 1995-ci ildə yaradıldı. Ümummilli liderin rəhbərliyi altında çoxvektorlu xarici siyasətin strategiyasının əsasları işlənib hazırlandı, ölkədə sülh və dialoq kimi başa düşülən azərbaycançılıq ideologiyası fəlsəfəsinin əsası qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, bəsirətli, gələcəyi düşünən siyasəti nəticəsində həmin uğurlar bu günün tələblərinə uyğun olaraq daha da inkişaf etdirildi. Burada varislik, ardıcıllıq və yenilik, dövrümüzün yeni çağırışlarının nəzərə alınması dialektik surətdə birləşib. Bizim dövlət və cəmiyyət həyatının bütün sahələrində ciddi uğurlarımız vardır. Beləliklə, kimsə deyə bilər ki, sıfırdan başlayaraq, böyük perspektivləri olan bir dövlət yaradıldı. Dünyanın bütün inkişaf reytinqlərində biz MDB ölkələri arasında liderik. Hətta, böhran dövründə belə, inkişafın energetika paradiqmasından qeyri-neftə keçmək lazım gəldikdə, biz özümüz və bütün aləm ölkəmizin iqtisadi təməllərinin sabitliyinə əminik. Və burada, iqtisadiyyatın sanki hər şeydən vacib olduğunu vurğulamaq istərdik. Bəli, ən başlıcası iqtisadiyyatdır, amma yalnız o yox. İnnovasiyalar, yaradıcı təfəkkür, informasiya texnologiyaları çox əhəmiyyətlidir, ancaq təkcə onlar yox. Və iş yalnız Dağlıq Qarabağ münaqişəsi, işğalçı qonşu, onu dəstəkləyən dövlət və beynəlxalq təşkilatların (yeri gəlmişkən, onların sayı indi xeyli azalıb – İ.M.) təhdidlərində deyil.
Tarixdə və müasir dövrdə bir çox məsələlərin həlli ordunun dövlətin müstəqilliyinin qorunması üçün üzərinə götürdüyü məsuliyyətdən və qabiliyyətindən asılıdır. Bu gün Azərbaycanın güclü, döyüş sınaqlarından keçmiş, yaxşı silahlanmış Milli Ordusu var. Bütün uğurlara baxmayaraq, ordu inkişafa, güclənməyə və yenidən silahlanmağa hazır olmalıdır. Bu isə təkcə iqtisadi deyil, həm də bir çox digər parametrlərdən asılıdır. Güclü dövlətlərin maraqlarının toqquşduğu, qeyri-sabit bir bölgədə yerləşən yeni bir dövlət üçün onun Ali Baş Komandanının istedadı, idarəetmə dühası, güclü ideologiya, hakimiyyət və cəmiyyət arasında birlik, nüfuzlu xarici siyasət və bütövlükdə, dövlətin dünyada qazandığı qədr-qiymətin əhəmiyyəti böyükdür. Eyni zamanda bütün məqsədlərimizə çatmaq üçün vətəndaşlarımız xeyli səy göstərməlidir. Lakin bunun üçün, hər şeydən əvvəl, liderin xalqa, xalqın isə liderə inamı olmalıdır.
İndi isə vurğulamaq lazımdır ki, Azərbaycan iqtidar və cəmiyyəti birləşdirən, milli dəyərlərin inkişafını şərtləndirən, birlik və vətənpərvərlik üçün məsuliyyətimizi qüvvətləndirən güclü bir ideologiyaya malikdir. Onun mərkəzində ümummilli lider Heydər Əliyevin mənəvi irsi dayanır. Bu gün bizim üçün bu irsdə həlledici nədir? Hər şeydən əvvəl, ölkə vətəndaşlarının həyatının qorunmasına xidmət edən müstəqillik və məhz, bu keyfiyyəti onun lideri üçün əsas dəyərdir.
Ümummilli lider Heydər Əliyevin mənəvi irsi bir çox tanınmış alim və tədqiqatçılar tərəfindən öyrənilir. Bizim məsələnin kontekstində başlıcası onun irsinin yalnız Azərbaycanın hüquqi dövlətinin və demokratiyanın inkişafını, çoxvektorlu xarici siyasətini, güclü sosial siyasətini müəyyənləşdirməsi deyil, ilk növbədə, ölkənin ideologiyasında maariflənmiş vətənpərvərliyin, humanistik və mənəvi amilin, tolerantlıq prinsipinin əhəmiyyətli rol oynamasıdır. Onun bu ideologiyası və prinsipləri əsasında İlham Əliyevin yeni bir siyasi fəlsəfəsi formalaşdı. Yaxın dövrlərə qədər bu amilin əhəmiyyəti heç də hamı tərəfindən etiraf edilmirdi. Pandemiya əyani surətdə göstərdi ki, biz maariflənmiş tolerantlıq və humanizmin idarəetmədə, ədalət və bərabərliyin təmin edilməsində zəruri olduğu yeni bir müasirliyə qədəm qoyuruq. Yaxın keçmişdə bir çoxları əmin idi ki, ədalət bərabərlik olmadan da mövcud ola bilər, amma indi aydın olur ki, çətin qeyri-adi şəraitində bu ayırma cəmiyyətdə destruksiya və böhranlara səbəb olur. Bu tezis ictimai və siyasi həyatın bütün sahələrinə təsir göstərir. Misal üçün, səhiyyə və ya təhsil sahəsini götürsək, burada ədalət və bərabərlik arasındakı əlaqələrin nə qədər vacib olduğu çox gözə çarpar. Və bu əlaqəni ölkə Prezidenti pandemiya zamanı verdiyi bütün qərarlarda gözləyir.
Və nəhayət, bir çox alimlərin qloballaşma adlandırdığı müasir dövrdə müstəqil dövlət fəlsəfəsinin aktuallığını az adam yada salır. Bu mövzu XIX və XX əsrlərdə aktual idi. Bundan başqa, o dövrdə bəşəriyyətin tərəqqi perspektivləri milli dövlətin müstəqilliyi ilə bağlı idi. Hegel və onun ardıcılları üçün siyasi dövlət hüquq sistemi və vətəndaş cəmiyyətindən daha vacib idi, onlarda söhbət mənəvi kamilliyin ölkə və vətəndaşların ləyaqəti üçün əsas olacaq ən yüksək forması, azadlığın xüsusi bir növündən gedirdi. Bu xətt ümummilli lider Heydər Əliyevin siyasətində həlledici idi və ardıcıl surətdə Prezident İlham Əliyev üçün ən vacib xətt olaraq qalır. İndi bir çoxlarına aydın olur ki, milli dövlət nəinki qalmaqda davam edir, hətta yeni dəyərlər və çağırışlar, funksiyalar əldə edir, bəzi hallarda qloballaşma ilə xüsusi münasibətlər qura bilir.
Və nəhayət, müstəqillik və azadlıq uğrunda güclü, özlərinə inamlı insanlar mübarizə aparırlar. Elələri də var ki, ondan qaçır və azadlıqdan qorxurlar, digər dövlətlərin kölgəsində, himayəsində yaşamaqdan məmnundurlar. Ölkənin azadlığını qazanan, ona nail olanlar başa düşməlidirlər ki, bundan sonra onu daha da inkişaf etdirmək lazımdır. Müstəqillik müdrik, mərd, cəsarətli və intizamlı insanlara nəsib olur.
"Xalq qəzeti", 11 iyun 2020-ci il