Pandemiya dövrünün nəticələri
İlham Məmmədzadə
AMEA Fəlsəfə İnstitutunun direktoru
fəlsəfə elmləri doktoru, professor
Pandemiya çağından hansı nəticələrin çıxarıla biləcəyi barədə məsələ, fikrimizcə, həm elmi, həm də sosioloji əhəmiyyət və mahiyyət kəsb edir. Əvvəlcə pandemiya dövrünün başlanğıcının, yəni onun ərəfəsini, onunla həmhüdud olan zamanı, bu və ya digər cəmiyyətin həmin əyyama hələ daxil olmağa başladığı vaxtı ehtiva edən məqamın mövcudluğu barədə. Hal-hazırda bizi bir məsələ maraqlandıracaq: biz fövqəladə vəziyyətə nə qədər hazır idik, yəni mütəşəkkilliyimiz, elmi və etik standartlarımız hansı səviyyədə idi, dünya qeyri-standart vəziyyətə nə dərəcədə hazır idi, kimin təcrübəsi və fəaliyyəti təsirli oldu. Bundan sonra, təbii ki, hakimiyyətin qəbul etdiyi qərarlar, pandemiya zamanı vətəndaşların davranışı barədə düşüncələr, onların dəyərləndirilməsi aktuallaşır. Burada, görünür, hansı qərarların qəbul olunduğu, onların necə yerinə yetirildiyi, hökumətə etimadın qalıb-qalmadığı, bütövlükdə cəmiyyətin pandemiyadan sonrakı dövrə nə qədər hazır olduğu barədə düşünmək lazımdır. Fikrimizcə və ən başlıcası, gələcəkdə qeyri-standart vəziyyətlərdə ən az itki ilə sağ qalmaq və qərar qəbul etmək iqtidarında olmaq üçün məhz hansı nəticələr çıxartmalı olduğumuz haqda fikirləşməliyik.
Çıxışımızdan bir və ilk nəticəni artıq çıxartmaq olar: sonradan baş verən hər şey bizim fövqəladə vəziyyətə hazırlığımızın, biliklərimizin, qəbul etdiyimiz qərarların və konkret davranışımızın, nəticə çıxarmaq və dəyişə bilmək bacarığımızın nəticəsidir. Başqa sözlə, pandemiya dövlət, cəmiyyət, elm, idarəetmə strukturları, hər bir vətəndaş və ailənin sarsılmazlığının sınağıdır. Dərhal aydın oldu ki, qloballaşma dərinləşdikcə dövlətin rolunun azaldığı və ya azalacağı barədəki bütün keçmiş illüziyalar rədd olundu. Prinsipcə, Azərbaycanda iqtidarın nümayiş etdirdiyi böyükmiqyaslı səylər göstərdi ki, ölkədə hər şeyə nəzarət edilir, məsələ və problemlər buna zərurət yaranan kimi həll edilirdi. Lakin biz qloballaşmanın artıq sona çatacağı fikri ilə razı deyilik. Görünür, qloballaşma milli suveren dövlətlərin onunla münasibətlərini necə quracağından asılı olacaq. Buradaca liderimizin onlayn beynəlxalq münasibətlərdə göstərdiyi fəallığı qeyd edək. Si TszinPin, V. Putin və D. Trump da aktiv idilər.
İndi, fikrimizcə, insanı, əsas dəyər kimi həyatı yada salmalı olan fəlsəfə haqqında. O, həyata nikbin münasibət bəsləyən etika, sosial psixologiya, maarifçilik, mülahizə və nəticələrin məntiqlə yoxlanılması ilə ayrılmaz surətdə bağlı olan hər şey xüsusunda qüvvələrin müəyyənləşdirilməsi və ya yenidən bölüşdürülməsi barədə düşünməlidir. Güman edirəm ki, belə bir fəlsəfə insana lazımlı olacaq, çünki pandemiya insanın öz fəlsəfəsi və həyatının mənasına malik olduğu, nə üçün və nəyin naminə yaşadığını anladığı zaman şəxsiyyət kimi güclü, çətinliklərə dözməyə hazır olduğunu göstərdi. Məncə, insan həyatı qoruyub saxlayan dəyərlərin naminə yaşayır. Əlbəttə, heç kim fəlsəfəni ideologiya, məntiq və metodologiyanın mahiyyəti, dünyanın necə dəyişəcəyi, onda və konkret ölkələrdə hansı dəyərlərin həlledici rol oynayacağı, dünya nizamının necə olacağı ilə bağlı sualları cavablandırmaqdan azad etməyəcək: Çin və ya ABŞ, milli dövlət yoxsa inteqrativ cərəyanların güclənməsi, bazar və ya sosial dövlət, lider yoxsa demokratiya və s. Ancaq pandemiya həm də göstərdi ki, vətəndaşdan, onun məsuliyyətliliyindən, başqa insanlara münasibətindən də çox şey asılıdır. Digər adamlara müsbət münasibət bəsləyən insan başqalarından öz məqsədləri üçün istifadə, onlarla manipulyasiya edənlərdən nə ilə fərqlənir? Cəmiyyət, millət və milli ideologiyanın actual problemləri barədə əvvəllər yazdıqlarımızla yanaşı, pandemiya göstərdi ki, millət, ilk növbədə, insanların bir-birinə, təsisatlara, dəyərlərə inamı deməkdir. Çox güman, maarifçiliyə yenidən marağın oyanması onun insana böyük diqqət göstərməsi, maarifçiliyin maariflənənlərə lazım olması ilə bağlıdır, toplum bu məsələdə insana münasibətdən asılılıq kontekstində sanki ikinci dərəcəli olur. Maarifçiliyin bu aspekti vurğulanmamış idi, lakin onun XIX və XX əsrlərin maarifçilərinə xas olduğu qeyd edilib. Hələ Z.B.Göyüshov H.B. Zərdabi, onun insana olan münasibəti, ədibin fəaliyyətinin insan ləyaqətinin qorunması ruhunda köklənmiş olması, ünsiyyətin əhəmiyyəti barədə fikirləri haqqında yazirdı (З.Б.Геюшев Мировоззрение Г.Б.Зардаби, Баку, Тэкнур, 2014, с.505, 507- Z. B. Göyüşov. H.B.Zərdabinin dünyagörüşü, Bakı, Təknur, 2014, səh.505, 507). Yeri gəlmişkən, bu gün Z.B.Göyüshovun özünün yaradıcılığına olan maraq filosofun öz əsərlərində sadə azərbaycanlı ilə ünsiyyət üçün açıq olması, etikasının onunla ayrılmaz şəkildə bağlı olduğu ilə əlaqədardır.
Pandemiya həm də göstərdi ki, məsuliyyət etikası, peşə etikası və şəhər etikası ilə əlaqəli problemlərin aktuallaşması ondan başlayacaq. Fəlsəfə və etikanın son zamanlar, fikrimizcə, bir-biri ilə əlaqləri itirdiyini nəzərə alaraq hesab edirik ki, onların yenidən dərk olunmasına qayıtmaq lazımdır. Məsuliyyətdən başlayaq, çünki demokratiya insan və vətəndaş azadlığı sahəsinə həmişə üstünlük verir. Lakin pandemiya gerçəklikləri və gələcək pandemiyaların baş verə biləcəyi ehtimalı təsdiq edir ki, azadlıq məsuliyyətli olmalıdır, əks təqdirdə, o, həm cəmiyyət, həm də dünya üçün təhlükəli ola bilər. Diqqət edin ki, insanın özünü təcrid etməsi onun məsuliyyətli olması, özünün davranış və məhdudiyyət xəttini seçməsi, karantin rejiminin tətbiq olunması isə məsuliyyətin kifayət qədər olmaması deməkdir. Hər şey karantindən, fövqəladə vəziyyədən başlaya bilər, amma onları gerçəkləşdirmək və onlardan çıxmaq vətəndaşın məsuliyyətli olmasını nəzərdə tutur. Məncə, onsuz heç bir karantin bizi xilas edə bilməz. Yəqin etmək olar ki, bundan sonra bütün dünyada məsuliyyət prioritetə çevriləcəkdir. Peşəkar etika xüsusunda qeyd etmək istərdim ki, hər hansı bir sənətdə onlayn təlimin, onlayn tədqiqatların və s. əhəmiyyəti artır. Əslində, hər bir mütəxəssis informasiya mədəniyyətinə yiyələnməlidir. Yəqin ki, tərəqqi etmiş mədəniyyətlər pandemiyadan sonra bu təmayülləri itirməyəcək, əksinə inkişaf etdirəcək. Fikrimizcə, bu fəaliyyət sahələri prioritet təşkil edəcək: elm, təhsil və fəlsəfə, səhiyyə, tibb fəlsəfəsi və bioetika, rabitə və informasiya mübadiləsi üçün proqram təminatı. Asudə vaxt, ailə ünsiyyəti, psixoloji məsləhətvermə və psixologiya fəlsəfəsi də çox əhəmiyyətli olub. Əksəriyyət bununla razılaşar. Ancaq, görünür, hər bir işin logistikası, bir neçə variantın və seçimin mövcudluğu da əhəmiyyət kəsb edəcək. Hər işdə köhnə logistika, paradiqma əvəzinə yeni bir şey axtarmaq, icad etmək lazımdır. Əgər söz təhsildən gedirsə, onda onlayn təhsil dərslərin aparılmasında, biliklərin qiymətləndirilməsində, müəllimlə tələbə arasındakı ünsiyyətin keyfiyyətində dəyişikliklərin apaılmasını tələb edir. Milli ideologiyanın paradiqmasında, ideologiya, siyasi etika və dövlətin etik problemləri, hakimiyyətin məsuliyyəti məsələləri üstünlük qazanazaq. Şəhər etikası xüsusunda qeyd etmək istərdik ki, biz böyük şəhərlərin çoxsaylı əhali, nəhəng evlər, parklar və konsertlərdən ibarət olduğuna alışmışıq, müasir gündəlik həyatımız bizi şəhər sıxlığı, tünlüyü ilə həmişəlik bağlayıb. Bütün bunlar şəhər rahatlığının əvəzində ödədiyimiz qaçılmaz, labüd bir şey kimi başa düşülürdü. Düşünürəm ki, pandemiyadan sonra şəhər həyatında bir çox şeyə yenidən baxmaq lazım gələcək. Məsələn, səhərlər hamı izdihamla işə gedir. Bu cür vərdişləri dəyişdirmək lazım gələcək. Pandemiya dövründə akademik alimlər müxtəlif dərəcədə uğurla onlayn rejimində (İnternet vasitəsi ilə) işləməyə, seminar, konfrans keçirməyə çalışdılar, bu, təhsil sistemidə də həyata keçirildi. Çox ehtimal, bu cür fəaliyyət forması insanların əksəriyyəti üçün prioritetə çevriləcəkdir. Məhz bu səbəbdən, görünür, yalnız məsuliyyətli deyil, həm də çevik, yaradıcı və yenilikçi insanların vaxtı gələcək, liderlik və onun təzahürünün ictimailiyi, lokal təcrübəyə, zəkaya, intellektə səmtləşmə, G. Başlyarın lokal rasionalizm adlandırdığı fenomen tələb olunacaq. Vurğulamaq istərdim ki, bu keyfiyyətlərə ümumiyyətlə tələb yaranacaq, çünki onlarla həyat, onun qorunub saxlanması bağlı olacaq.
Bir az Alber Kamyü və J.-P.Sartr irsinin yenidən mənalandırılması barədə. Onlar vaxtı ilə həyatın özlüyündə dəyərliliyi, azadlıq və mənəvi seçim, insanlıq haqqında yazıblar. Kamyünün “Vəba” romanı və Sartrın “Ekzistensializm humanizmdir” adlı kiçik əsəri yada düşür. Məncə, onların irsi yenidən aktuallaşacaq və yeni bir məna kəsb edəcək. İlk növbədə, hər bir karantinin insan üçün nə ilə təhlükəli olduğu barədə düşünmək gərəkdir. Ekzistensializm Avropa irsidir, hərçənd onun təsiri yalnız Avropa fəlsəfəsi ilə məhdudlaşmadı. Onların özü (Kamyü və Sartr) başa düşürdülər ki, Avropa mentalitetinin xüsusiyyəti bundan ibarətdir ki, o, başqalarını anlamağa qadirdir, hərçənd, deyəsən, bu gün avropalılar digərlərinə qarşı bu həssaslığını itiriblər. Pandemiya şəraitində humanizm necə olmalıdır, cəmiyyət üçün kimin həyatı daha dəyərlidir, kimi seçməli və yeni şəraitdə insaniyyətin mahiyyəti nədən ibarət olacaq: bu məsələlər yalnız Avropa üçün əhəmiyyət kəsb etmir. Burada Kamyünün sözləri yada düşür: çox şey karantinin nə zaman başa çatacağından asılıdır. “İnsan – insanın gələcəyidir” (F. Ponj). İnsan həm azad, həm də məsuliyyətli olmalıdır. Düşünürük ki, pandemiyaların daha olmayacağı barədə fikir illüziyadır, çox güman ki, artıq yaxın gələcəkdə onların təkrarlanması və qaçılmazlığı gerçəkliyə çevriləcəkdir. Biz də yeni humanizmi məsuliyyətli, çevik və s. adlandırmaq istərdik. Fikrimizcə, Azərbaycan fəlsəfəsində həyat, gələcək və müasir dövrümüz, süni intellekt və lokal humanizm, yaxın gələcəyin dərki və onun rasional surətdə ölçülməsi mövzuları aktuallaşır.
İdentiklik və universallıq haqqında. Güman edirəm ki, pandemiya zamanı və ondan sonrakı dövrdə fəlsəfədə milli identiklik (eyniyyət, kimlik) prioritet olaraq qalacaq, lakin keçmişin yox, bu günün problemləri ilə, tarixlə deyil, etika ilə bağlı olacaq, sosial fəlsəfə, sosiologiya, sağlamlıq və təhsil fəlsəfəsi düşüncələrin əsas obyektini təşkil edəcək. Və universallıq öz əhəmiyyətini saxlayacaq, lakin yalnız identikliyin inkişafı üçün istifadə olunması kontekstində. Bu, o deməkdir ki, universal olan müstəsna surətdə identikliyin inkişafı üçün lazımdır. Pandemiyalar zamanı vətəndaş-milli kimlik prioritet təşkil edir, çünki yalnız milli dövlət vətəndaşın qorunmasını təmin edir. İctimai, peşə, gender identikliyi populyarlığını itirəcəkdir. Əlbəttə ki, ailə, ailə əxlaqı və qarşılıqlı yardım milli dəyərlərlə bərabər əhəmiyyətini saxlayacaqdır. Ailə bağlarının zəif olduğu yerdə sağ qalmaq çətindir. Bununla belə, universallıq insan və cəmiyyətin inkişafı üçün zəruri şərt olaraq qalır, çünki elm, maarif, mədəniyyət sahələrində münasibətlərin, nəhayət, dövlət əlaqələrinin olması labüddür.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri və Qoşulmama Hərəkatının sədri Azərbaycan Prezidenti İlham Əliyevin təşkil etdiyi videokonfrans vasitəsilə aprelin 10-da Türk Şurasının fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının Təmas Qrupunun mayın 4-də Zirvə görüşünün keçirilməsinin ölkə üçün nə qədər əhəmiyyətli olduğuna diqqət yetirin, müxtəlif qərarlar qəbul etmək üçün başqalarının təcrübəsi ilə tanış olmaq əvvəlki kimi vacibdir.
Yeni nizam haqqında. Biz bu barədə bir çox kitablarımızda yazmışıq (onlardan sonuncusu: И.Мамедзаде. «Философия о современности, истории и культуре», Баку, «Elm və təhsil», 2020- İ.Məmmədzadə. “Fəlsəfə müasirlik, tarix və mədəniyyət haqqında”, Bakı, “Elm və təhsil”, 2020). Biz yeni bir düzənin qurulduğu dövrdə yaşayırıq. Görünür, pandemiya yeni nizamın çoxqütblü olduğunu dəqiqləşdirəcək, yəqin ki, söhbət üç-, hətta dördqütblü dünyanın yaradılmasından gedəcək. Deməli, kiçik ölkələrin inkişaf etmiş, güclü milli dövlətə malik olması daha da vacibdir. Milli suverenlik, müstəqillik bir çox dövlət üçün prioritet olacaqdır. Nə ABŞ, nə Rusiya, nə də Çin, hərçənd onların rəqabəti dünyada çox şeyi müəyyənləşdirir və müəyyənləşdirəcək, lakin güclü məsuliyyətli milli dövlətin mövcudluğu ilə yanaşı. Güclü liderlərin əhəmiyyəti də artacaq. Hər halda, pandemiya göstərdi ki, məhz onlar, onların düzgün və tez qərar qəbul etməsi, seçim etməsi dəyərləndirilir. Çox ehtimal, inteqrativ cərəyanlar zəifləyəcək. Bəzi təhlilçilər hesab edirlər ki, pandemiya iqtisadi böhran müharibə və ya müharibələrə səbəb ola bilər. Birinci və İkinci Dünya müharibələri dövründəki analogiyaları xatırlasaq, demək olar ki, dünya siyasətində avantürizm daha da qüvvətlənəcək, kasıbların sayı xeyli artacaq. Lakin indi dünyanın “isti müharibə” olmadan qalibin aşkarlandığı soyuq müharibə təcrübəsi var.
Və nəhayət, aydındır ki, fəlsəfə və etikanı yalnız pandemiya zamanı rastlaşdığımız şeylər deyil, yaxın gələcəyimiz, o cümlədən indiki təcrübəmizin dərk olunması da narahat edir. Burada fəlsəfənin məhz nəyə görə məsuliyyət daşımalı olduğu və nə kimi fayda verə biləcəyi barədə düşünmək üçün səbəb var. Güman edirəm ki, ekologiya bəşəriyyətə pandemiya, iqlim dəyişikliyi şəklində bir çox sürpriz təqdim edəcək, buna görə də düşünürəm ki, kollektiv və sosial, fərdi təcrübə üzərində düşünmək bacarığı fəlsəfənin verə biləcəyi fayda olacaq. Məsuliyyət etikası, ekzistensializmin, lokal rasionalizm və humanizmin qayıtması uzun müddət davam edəcək tendensiyalardır.
İndi isə bu milli suverenlik, məsuliyyətli lider və vətəndaşların gözlənilən çağırışlara, problemlərə cavab vermək üçün ayrılmaz şəkildə bağlı olması barədə. Humanizm və rasionalizm milli status qazanaraq artıq yalnız Avropa fenomenləri olmayacaq. Ölkədə, ailədə, kollektivdə insan üçün məsuliyyətin əhəmiyyət və spesifik xüsusiyyətlərini nəzərə almayan cəmiyyətləri nələrin gözlədiyi barədə düşünmək belə istəmirəm. Milli müstəqillik, ideologiya insan həyatı ilə çox möhkəm bağlı olacaq. Fəlsəfə həyatın, humanizmin, etik standartların və identikliyin onun üçün prioritet olduğunu bəyan edəcək. Görünür, belə bir fəlsəfə kontekstində yeni iqtisadi prioritetlər barədə də ətraflı düşünmək lazımdır. Güman etmirəm ki, bazar prioritetləri dəyişməz qalacaq. Sosial və effektiv dövlətin, nəzarət və zəiflərə yardımın, əsas gəlirlərin maraq doğuracağı təkcə fəlsəfə olmayacaq. Ona isə qəbul edilən qərarların insanın özünü necə dəyişdirəcəyi üzərində düşünmək lazım gələcək.