Milli dövlətçilik və müasirlik: İrs varislik əlaqələrinə nəzəri baxış
Sənan Həsənov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.
YAP AMEA Fəlsəfə İnstitutu Təşkilatının sədri
XX əsrin əvvəllərində bütün dünyada baş vermiş gərgin proseslər hər hansı siyasi addımın atılmasında çox böyük fədakarlıq tələb edirdi. Bir yandan dünyada baş vermiş hadisələr, pozulmuş siyasi sistem müstəqillik uğrunda mübarizəni və bu mübarizəni aparan mütəfəkkirlərin həttə taleyini sual altında qoymuşdur. Belə bir siyasi vəziyyətdə Şərq aləmində dövlətçilik ideyalarının bəşəri prinsiplərə əsaslanan xüsusi bir axını Azərbaycandan başladı. Bu zaman milli ideya və milli kimlik siyasi düşüncəsini dövlətçilikdə tətbiq edən, demokratiya və dünyəviliyin harmoniyasında formalaşan unikal bir dövlətçilik modeli dünyaya təqdim edildi. SSRİ dövründə də Azərbaycanın dövlətçilik tarixinin özünəməxsusluğu xalqların nümunə götürəcəyi bir tarix idi. Ona görə də biz müstəqillik tariximizi yazarkən bu məsələyə siyasi elmin bir kateqoriyası kimi həm də Azərbaycan dövlətciliyində irs və varislik əlaqələrinin sıx bağlılığı kontekstində yanaşmalıyıq.
Şərq mütəfəkkirlərinə görə: "Əgər hara getdiyini bilmirsənsə, o zaman heç bir səmt küləyi sənə kömək edə bilməz". Bu deyimin doğruluğu XX əsin əvvəllərində və 90-cı illərində də Azərbaycanın düşdüyü vəziyyət ifadə edir. Yəni xalqın ictimai fəallığını tarixi dövlətçlik ənənələri ilə bağlı şəkildə tarixi şəraitlə uzlaşdıraraq hara getməyin aydın hədəflərinin müəyyən edilməsində xalqın milli düşüncəli qabaqcıl mütəfəkkirlərinin gerçək siyasi təfəkkür sistemi əvəzsiz rola malikdir. Çünki, belə ağır məqamlarda xalqı vahid məqsəd uğrunda birləşdirən ideyalar qədər vacib, onun dərk edilməsində xüsusi rola malik olan siyasi liderlərin tarixi qərarlarıdır. Tarixdə çox az liderlər milli ideyanı tarixin verdiyi qısa və çətin zamanda milli varlığın təcəssümünə çevirməyə nail olurlar. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları xalqımızın tarixində ona görə böyük ehtirama layiqdirlər ki, onlar çox qısa bir müddətdə Azərbaycan xalqının kimliyini, onun təfəkkürünün səviyyəsinin dünyaya bir örnək olduğunu göstərdi. Onlar bir çox xalqlara müstəqilliyin fəlsəfəsini, əsl mahiyyətini anlatdı, onu necə əldə etməyin yollarını göstərdi.
Məlumdur ki, 1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti devrildi. 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini (Zaqafqaziya Parlamentini) yaratdılar. Bu Seymdə 44 müsəlman deputat vardır və onların təşəbbüsü ilə 1918 ci ilin aprel ayında müsəlman deputat fraksiyasının təşəbbüsü ilə Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi. Birləşmuş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bu 28 may tarixinə gedən mühüm yol idi və Azərbaycan ədiblərinin bu prosesdə böyük rolu vardır. Bu zaman erməni seperatcıları Seym daxilində təxribat yaratmağa hər vasitəilə cəhd edir, prosesin gedişatına mane olur, ərazi iddiaları irəli sürürdülər. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələri Seymdən çıxdılar və ertəsi gün, mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər. May ayının 27 də isə Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında gəlinən yekdil qərara əsasən may ayının 28-də 26 deputatın yekdil səsi ilə “İstiqlal bəyənnaməsi” qəbul edildi.
Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanları yaradır.
6. Müəssisələr Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şurası və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.
“İstiqlal Bəyannaməsi” Azərbaycanın dövlətçilik tarixində humanizm, dünyəvi, demokratik dəyərlərin əks olunduğu bir hüququ sənəd olaraq dövlətcilik tariximizə daxil oldu. Bütün bunlara rəğmən M.Ə.Rəsulzadə deyirdi: Azərbaycanlılar lap əzəldən qloballığın və multikulturalizmin bir nümunəsi olmuşlar. M.Ə.Rəsulzadə deyirdi ki, azərbaycanlılar bir millət kimi türk, dini etibarilə islam, mədəniyyəti cəhətinə görə isə şərqlidirlər. Hazırki qloballaşma və qərbləşmə hərəkatı bu xalqın getdikcə daha çox Qərbə inteqrasiyasını gücləndirir ki, bu da onun yeni cəmiyyətlərə transformasiyasını şərtləndirir.
2001-ci il oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 10-cu ildönümünə həsr edilmiş yubiley toplantısında Ulu Öndər Heydər Əliyev bu barədə demişdir: "Biz Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Onların işinin davamçısıyıq - ancaq yeni şəraitdə, yeni zamanda. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bu günkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir. Əgər Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədisə, Azərbaycan müstəqil dövlət olaraq yaşayacaq və müstəqilliyimiz əbədi olacaq". Bu tarixi fikir milli dövlətçilikdə irs və varislik prinsipinin bir-biri ilə ayrılmaz şəkildə bağlılığını sübut etdi. 1998-ci il ərzində isə Azərbaycan Xalq Cümhuriyyətinə dair 4 sərəncam və qərarlar (AXC-nin 80 illiyinin keçirilməsi haqqında 30 yanvar 1998-ci il tarixli Sərəncam, Əsərlərin nəşr edilməsi haqqında 22 fevral 1998 –ci il tarixli Sərəncam, AXC-nin 80 illik yubileyinə həsr edilmiş ümumrespublika mərasiminin kecirilməsi haqqında 24 may 1998-ci il tarixli Sərəncam, AXC Parlamentinin 80 illiyi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı 11 dekabr 1998-ci il tarixli qərarı,) imzalanmışdır. 01 fevral 2003-cü il tarixdə isə AXC-nə abidə ucaldılması haqqında verilmiş Sərəncam, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
(15 fevral 2008-ci il) və digər sonrakı mühüm sənədlər bu istiqamətdə çox mühüm tarixi sənədlər kimi dövlətçilik tariximizin şanlı səhifəsinə verilən xüsusi önəm idi. Demək mümükndür ki, Azərbaycanın XX əsrdə iki dəfə əldə etdiyi müstəqillik siyasi baxımdan üç prinsipin vəhdətini irs-varislik və müasirliyi milli dövlətcilik tariximizin güclü ideoloji bazası kimi şərtləndirir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları da öz ideyalarında məhz bu prinsipi önə çəkməklə Şərqdə yeni bir sivil dövlətçilik formasını bəşəriyyət tarixinə gətirmiş oldular.
Dahi siyasi xadim Heydər Əliyev Azərbaycan dövlətçilik tarixində irs və varisliyin vəhdətini yaradan və bu vəhdəti əsaslı olaraq güclü dövlətçilik naminə tətbiq edən siyasi liderdir. Belə ki, Əgər üçrəngli bayrağın yaradılması ilə AXC milli-mənəvi mənsubiyyətimizi ideya kimi ortaya qoydusa, ulu öndər Heydər Əliyev bu əsaslara söykənən azərbaycancılıq ideologiyasını zamanında dövlətin sarsılmaz idealına çevirdi. Ümummilli lider Heydər Əliyev, “Mən, fəxr edirəm ki, azərbaycanlıyam”, kəlamı ilə bütün dünya azərbaycanlılarının qürur mənbəyi kimi özünəməxsus azərbaycanlı obrazı ilə milyonların mütəşəkkilliyini yaratdı, Azərbaycan şerini özünəməxsus ifa tərzi ilə səsləndirərək kiçikdən böyüyə qədər hamıda Vətən sevgisi, “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır”, ifadəsi ilə də dövlətçilik ruhunun formalaşması yolunda hamımızda siyasi iradə və vətənpərvərliyin mütəşəkkilliyini yaratdı.
Azərbaycan dövlətçiliyi ifadəsi xatırlanarkən dövlətçiliyimizin tarixi sınaqları və bu sınaqlara öz müdrikliyi ilə xalqının xilaskarı kimi qalib gəlmiş əfsanəvi şəxsiyyətlərimizin Vətən, xalq sevgisi haqlı olaraq çoxlarımızı düşündürməli, fikirlər söyləməyə, əsərlər yazmağa sövq etməlidir. Bunlar o, böyük şəxsiyyətlərdir ki, onların siyasi iradəsi hamımızı bir araya gətirib, milli məsələlərdəki məsuliyyətin dərk olunmasını qarşımıza qoyub. Fikrimizcə, bu həm də əbədiyaşarlığın mahiyyətini ifadə edən amildir.
Böyük mütəfəkkir və filosof Mark Avreli yazırdı: “Hər bir xalqın gerçək potensialı yalnız fenomenal liderlik keyfiyyətlərini öz parlaq şəxsiyyətində yaşadan mütəfəkkirlərin dövlətçilik fəaliyyətində açıla bilər”. XX əsrin sonunda tarixin bizə verdiyi növbəti fürsətdə bu cahanşümül məqsədlər ulu öndər Heydər Əliyevin timsalında müstəqil Azərbaycanda reallığa cevrildi, irəli sürdüyü ideoloji konsepsiya tarixi ənənələrdən başlanğıc götürərək zəngin dövlətcilik irsinin inkişaf strategiyasına tətbiq olunması kimi mühüm tarixi mərhələni uğula keçdi. 1998-ci il 27 may tarixdə ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə uzun tarixə planlaşdırılmış strategiyanın möhkəm əsaslara malik olmasını isə belə ifadə edirdi: "1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz bu tarixi addımı atdılar. Biz, Azərbaycanda müstəqilliyin, demokratiyanın əsaslarını yaradan insanları böyük minnətdarlıq hissi ilə yad edirik. Bundan sonra da “Xalq Cümhuriyyətinin yaradıcıları - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətləri yüksək ehtirama layiqdirlər”. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Biz Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik”. 2001-ci il oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 10-cu ildönümünə həsr edilmiş yubiley toplantısında isə demişdir: "Biz, Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Onların işinin davamçısıyıq - ancaq yeni şəraitdə, yeni zamanda. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir. Əgər Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədisə, Azərbaycan müstəqil dövlət yaşayacaq və müstəqilliyimiz əbədi olacaq. Biz, düz yolla - Demokratiya, Həqiqət, Müstəqillik yolu ilə gedirik. İnanın ki, tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır. Gələcək nəsillər bizim etdiyimiz işlərin bəhrəsini görəcəkdir".
Odur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövlətcilik tariximizə şanlı bir tarix yazdı, dövlətçilik məktəbinin əsasını qoydu. 1991-ci ildə ikinci dəfə müstəqilliyimizin əldə olunması yenidən siyasi varislik kimi məsuliyyətli bir məsələni millətimizin qarşısına qoydu. Lakin müstəqilliyimizə olan təhlükələr və səriştəsizlik müstəqilliyimizin 21-ci ayında dövlət və millət olaraq uçurumun astanasına gətirib cıxarmışdır. 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə dövlətə rəhbərliyə qayıdaraq Azərbaycanı bu uçuruma yuvarlanmaqdan xilas etdi.
Doğrudur. İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal, sadəcə, bayraq qaldırılması, himn oxunması və bu faktın dünyaya bəyan edilməsi ilə məhdudlaşmır. Bu istiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli qeyrət və vətənpərvərlik yanğısı ilə qorumaq, nəhayət, dövlətçiliyi dönməz və əbədi etmək üçün səriştə, təcrübə, fəhm, uzaqgörən siyasət və iradə ardıcıllığı zəruridir. Yalnız bu keyfiyyətlərin daşıyıcısı olan liderə xalq şərtsiz arxalana, özünün taleyini ona həvalə edə bilər. Ulu Öndər hakimiyyətinin ilk vaxtlarından öz siyasi iradəsini ortaya quydu və bu yolda onu hec bir qüvvənin döndərə bilməyəcəyini bəyan etdi. O, 1995 ci il 28 may tarixində bu fikri bəyan etdi və sarsılmaz iradəsi ilə ömrünün sonun qədər xalqımızın, müstəqilliyimizin keşiyində dayandı. Ona görə də müasir Azərbaycanın güclü dövlətcilik strategiyasında bu istiqamət doğru olaraq ümummilli lider Heydər Əliyevin siyasi baxışlarının inikası və dövlət quruculuğunun strateji hədəflərinin möhkəmləndirilməsi kimi qiymətləndirilir. Dahi şəxsiyyət həm də sübut etdi ki, demokratiya ancaq dövlətçiliyin düzgün dərkinin hesabına mövcud ola bilər. Odur ki, Qərb standartlarını tətbiq etdi və həmin standartların milli mentalitetlə vəhdətini yaratdı. Müasir siyasi nəzəriyyələrdə bu prinsip prioritet kimi qəbul edilir və sivil ölkələrədəki təcrübələr göstərir ki, demokratiyanı güclü hakimiyyət və milli mentalitetdən kənarda təsəvvür etmək mümkün deyildir. Bu mərhələdə, həm də Azərbaycanda yaşayan hər bir xalqın milli mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi kimi siyasi məsələ, deyərdim ki, çox dəqiq və zamanında həll edildi. Onlara yaxşı şərait yaratmaqla yanaşı bütöv xalqı vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Bu isə ölkədə sabitlik yaratmağın çox mühüm amili oldu. Həmin tarixi şəraitdə milli ideologiyamıza olan zərurəti və onun əhəmiyyətini ümummilli lider Heydər Əliyev öz tarixi nitqi ilə belə ifadə edirdi: “Azərbaycanın suverenliyi, bütövlüyü və bölünməzliyi, ölkəmizin bütün vətəndaşlarının mənsub olduğu azərbaycan xalqı, azərbaycançılıq, ölkəmizin dövlət dili olan azərbaycan dili, xalqımızın tarix boyu yaratdığı milli-mənəvi dəyərlərimiz, xalqımızın milli-əxlaqi mentaliteti, ümumbəşəri dəyərlər və bütün bu dəyərlərin sintezi respublikamızın ilk demokratik konstitusiyası, bu konstitusiyada hər bir vətəndaş üçün vəzifələr və hüquqlar, Azərbaycanın milli bayrağı, gerbi, himni – bütün bunlar mənim fikrimcə müstəqil Azərbaycanın milli idelogiyasının əsasını təşkil edən prinsiplərdir”. Bütün bu strategiyanın həyata kecirilməsi ilə ulu öndər Heydər Əliyev Azərbaycan tarixində irs və varisliyin gücülü dövlətcilik naminə möhkəm əsaslarını formalaşdırdı. Bu ardıcıllığın praktik baxımından həyatımıza tətbiqi Azərbaycanı müasir demokratik, sivil yol tutmuş ölkə kimi qısa vaxtda dünyaya tanıtdı. Odur ki, Azərbaycan dövlətçiliyində irs və varisliyin strateji xəttini modern prinsiplərə əsasən həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə XXI əsrdə dünyada “inkişafın Azərbaycan yolu” adlı idarəçilik modeli formalaşmışdır.
Yaşasın Müstəqil Azərbaycan!
"İkisahil.az"