Azərbaycan vətəndaşı hər zaman dövlətimizin dəstəyinə arxalanıb
Günel MƏLİKLİ,
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan bu gün koronavirus pandemiyasına qarşı mübarizənin ön sıralarında dayanır. Beynəlxalq miqyasda göstərilən səylərə çox ciddi töhfələr verir.
Vətəndaş amili, öz vətəndaşının marağını, sağlamlığını hər şeydən üstün tutmaq Prezident İlham Əliyev siyasətinin ana xəttini təşkil edir.
Dövlət başçısı istər iqtisadi, sosial, istərsə də hərbi sferadan, o cümlədən də müxtəlif dönəmlərdə yaşadığımız təbii fəlakətlər zamanı dəfələrlə sübut etmişdir ki, hər zaman öz vətəndaşının yanındadır.
Prezident İlham Əliyev hər dəfə olduğu kimi, yaranmış indiki durumda da “Mənim üçün vətəndaşın sağlamlığından qiymətli heç nə yoxdur” söyləmişdir.
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dünyanı bürümüş pandemiyaya həsr olunan fövqəladə Zirvə görüşünün keçirilməsi, beynəlxalq təşkilat tərəfindən bu mövzuda təşkil olunan ilk video-konfransda səsləndirilən bəşəri çağırışlar Azərbaycanın atdığı mühüm addımlardır.
Dünya miqyasında ilk ölkə olaraq Azərbaycanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans şəkildə keçirilən Zirvə görüşü prezident İlham Əliyevin qətiyyətinə, qlobal çağırışlara daha tez reaksiya verdiyinə nümunədir.
Mövcud çətinliklərə baxmayaraq, əhalinin sağlamlığını bir nömrəli məsələ hesab edən Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska avadanlığı və xammalın Azərbaycana gətirilməsinə nail oldu. Dövlət başçısının aprelin 14-də 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan video-konfrans şəklində müşavirədə pandemiyanın təsirlərini azaltmaq üçün qarşıda duran vəzifələrə sistemli və kompleks şəkildə nəzər saldı, mövcud bəlanın reallıqlarını izah etdi. Prezident öz çıxışında qeyd etmişdir: “Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə 10 min, bəlkə də 20 min ola bilərdi”. Ölkə rəhbərinin bu konteksdə mövzuya diqqət etməsi dünyada yaşanan faciəvi mənzərənin bizdə təkrarlanmamasına çağırış kimi də qəbul edilməlidir.
Görülən tədbirlər yalnız ölkə daxili ilə məhdudlaşmır, eyni zamanda xaricdə olan soydaşlarımızı da əhatə edir. 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkədən təxliyə edilmiş, onların əksəriyyəti 4-5 ulduzlu oteldə, istirahət zonalarında yerləşdirilmişdir.
20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların əksəriyyəti son 16 il ərzində tikilib istifadəyə verilmişdir.
İlham Əliyevin Azərbaycan vətəndaşının sağlamlığının qorunması naminə atdığı addımlardan mart ayında Qazax, Goranboy və Şəmkir şəhərlərində 500, paytaxtda isə 575 nəfər çarpayılıq yeni klinik xəstəxananın istifadəyə verilməsi, hazırda 2000 çarpayılıq 10 modul tipli xəstəxana tikilməsi bütövlükdə ölkəmizdə səhiyyə imkanlarının yüksək səviyyədə olmasına əyani sübutdur.
Umumdünya Səhiyyə Təşkilatı, BMT və digər beynəlxalq qurumlar Azərbaycanın yalnız daxili deyil, həm də regional və qlobal miqyasda atdığı addımları təqdir edir.
Azərbaycan məhz o dövlətlərdəndir ki, operativ və təxirəsalınmaz tədbirlər görür və mövcud vəziyyəti nəzərə alaraq təsirli addımlar atır. Ölkədə koronavirus pandemiya- sının yayılmasının qarşısını almaq, fəsadlarını minimuma endirmək üçün olduqca böyük miqyaslı işlər aparılır. Humanizmdən qaynaqlanan tədbirlərin davamı kimi aprelin 6-da Prezident İlham Əliyevin sərəncamı ilə insan hüquqlarının müdafiəsinə yönəlmiş si-yasətinin bariz nümunəsi olaraq 176 məhkum yaşı və səhhəti nəzərə alınmaqla əfv edilərək azadlığa qovuşmuşdur.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrdən olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi qərarı qəbul edilmişdi və 20000-dən çox tələbə bu qərardan yararlanmışdır.
Bu gün söyləmək olar ki, dünya iqtisadiyyatı bu virusun yaratdığı ağır böhranın fəsadlarını uzun illər üzərindən ata bilməyəcək.
Azərbaycan bu proseslərdən yan keçməyəcəkdir. Lakin bu itkiləri minimuma endirmək məqsədi naminə Prezident İlham Əliyevin tapşırığı ilə koronavirusla mübarizədə ölkə iqtisadiyyatına dəstək proqramlarının hazırlanması, 4 işçi qrupunun təklifləri əsasında və Nazirlər Kabinetinin hazırladığı tədbirlər planının icrasına start verilmişdir.
İqtisadi artım, məşğulluq məsələləri və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə nəzərdə tutulan vəsaitin 2,5 milyard manata çatdırılması ölkədə iqtisadi dayanıqlılığı yüksək səviyyədə təmin etmək məqsədindən irəli gəlir.
İqtisadi sabitliyi təmin etmək məqsədilə 44000 sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli hissəsini dövlət ödəyir. Həmçinin, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanmışdır.
Ölkə rəhbərinin siyasi iradəsi ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, iqtisadi inkişafla bağlı hədəflərin dəqiq müəyyən edilməsindən ibarətdir.
Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində çalışan 300 min nəfər muzdlu işçinin əmək haqlarının ödənilməsi məqsədilə sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə vəsaiti dəstəyi göstərilmişdir.
Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri eyni zamanda dövlət sektoru və özəl sektor üzrə işçilərin əməkhaqqı gəlirlərinin qorunub saxlanılması üçün görülən tədbirlər sırasındadır.
Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalqının sağlamlığı və rifahı istiqamətində qısa müddət ərzində sahibkarlara göstərilən diqqət, ödənişli ictimai iş yerinin yaradılması, ümumilikdə vətəndaşların rifahının qorunub saxlanılması dövlət tərəfindən müəyyənləşdirilən prioritet istiqamətlərdir.
Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti tərəfindən təsdiq edilən tədbirlər planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində 190 manat birdəfəlik vəsaitin verilməsi bu istiqamətdə vətəndaşlara dövlət dəstəyinin təzahürüdür.