10.05.2020, 11:37 - Baxış sayı: 764

Heydər Əliyev və Azərbaycan-Türkiyə münasibətləri


EYNULLA MƏDƏTLİ
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir

Ulu Öndər Heydər Əliyevin parlaq şəxsiyyəti və müdrik dövlətçilik siyasəti, məharətli idarəetmə təcrübəsi, zəngin siyasi irsi və gələcək nəsillərə ötürdüyü siyasətin varisliyi ənənəsi təkcə bizim ölkəmizdə deyil, yaxın və uzaq xarici ölkələrdə də politoloji tədqiqatlar üçün aktual mövzulardan-dır. Heydər Əliyev siyasi irsinə maraq illər keçdikcə daha da artmaqdadır. Xüsusilə də, türk xalqları arasında Heydər Əliyevin şöhrəti, nüfuzu hər zaman diqqətçəkici olmuşdur və SSRİ hökumətinin rəhbərliyindəki yüksək məqamında rəhbərlik etdiyi çox mühüm sahələrdə gördüyü ölçüyəgəlməz işlərlə, həyata keçirdiyi layihələrlə, eyni zamanda güclü iradəsi və cazibədar şəxsiyyəti ilə O, ümumxalq ehtiramını qazanmışdı.
1990-cı illərin əvvəllərində dərin böhrana sürüklənmiş, parçalanma və müstəqilliyin itirilməsinin astanasında olan, iqtisadi-siyasi və mənəvi çö-küş mərhələsi keçirən Azərbaycan Respublikasını üzləşdiyi fəlakətdən xilas edib, sabitlik və inkişaf yoluna yönəldən, öncə qonşu ölkələr, ardından dünyanın aparıcı gücləri ilə milli maraqlar zəminində münasibətlər quran Heydər Əliyevin xilaskarlıq missiyası, xalqı birləşdirib Öz ardınca apara bilmək qabiliyyəti bir sıra ölkələr üçün əsl ustad dərsləri oldu.
Çox keçmədən Azərbaycan rəhbərliyinin və onun Naxçıvandakı funksionerlərinin təzyiqinə baxmayaraq fərdi təqaüdçü, heç bir vəzifə və imtiyaza malik olmayan Heydər Əliyevi Naxçıvan seçiciləri həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də Naxçıvan Muxtar SSR Ali Sovetinə deputat seçərək böyük xilaskarlıq missiyası üçün Ona yol açdılar. Onun hələ sıravi deputat kimi Naxçıvandakı hadisə və prosesləri milli müstəqillik yoluna istiqamətləndirən, bir sıra inqilabi dəyişikliklərə yön verən və bunlara şəxsi töhfəsini verən, Azərbaycan Ali Sovetinin tribunasından davam edən erməni təcavüzü şəraitində bağışlanmaz passivlik və prinsipsizlik göstərərək hələ də Moskvanın diqtəsilə öz xalqına münasibətdə xəyanətkarlıq edən respublika rəhbərliyini kəskin tənqid etməsi və vəziyyətdən çıxış yolları göstərməsi xalqda möhkəm inam yaratmışdı ki, yalnız Heydər Əliyev xalqımızı bu çıxılmazlıqdan qurtara bilər.
Ermənistanın Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına silahlı təcavüzü şəraitində, eyni zamanda Azərbaycanın mərkəzi hökumətinin Naxçıvana və naxçıvanlılara qarşı əsassız təzyiqlər göstərdiyi bir vaxtda - 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi deputatlarının hamısının yekdilliklə səs verməsi və Muxtar Respublika əhalisinin dəfələrlə təkidli tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublika Ali Məclisinə Sədr vəzifəsinə seçilməyə razılıq verdi. Həmin dövrdə Naxçıvandakı ictimai-siyasi prosesləri izləyən və dərindən təhlil edən akademik İsa Həbibbəyli yazır: “Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr vəzifəsinə seçilməsi geniş mənada Azərbaycanda dövlət hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş ümumrespublika əhəmiyyətli tarixi hadisədir. Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikasında ümummilli vəzifələri qətiyyətlə həyata keçirən Heydər Əliyevin simasında ölkəmizin müstəqilliyinin qarantı olacaq qüdrətli dövlət xadimini görür, Ona böyük ümid və inam bəsləyirdi”.
Ali Məclisin Sədri kimi, Azərbaycanda müstəqil dövlət quruculuğunun ilk və əsas tədbirlərini həyata keçirən, Naxçıvanın erməni işğlın-dan xilası, sosial-iqtisadi vəziyyətin düçar olduğu ağır böhran durumundan qurtarılması üçün fədakarlıqla səy göstərən, bütün çətinliklərə əzmlə dözüb vəziyyətdən çıxış yolları tapan Heydər Əliyev ilk növbədə Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına önəmli əhəmiyyət verirdi. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri, dövlət və hökumət başçıları ilə görüşləri və şəxsiyyəti və müdrik dövlətçilik siyasəti, məharətli idarəetmə təcrübəsi, zəngin siyasi irsi və gələcək nəsillərə ötürdüyü siyasətin varisliyi ənənəsi təkcə bizim ölkəmizdə deyil, yaxın və uzaq xarici ölkələrdə də politoloji tədqiqatlar üçün aktual mövzulardan-dır. Heydər Əliyev siyasi irsinə maraq illər keçdikcə daha da artmaqdadır. Xüsusilə də, türk xalqları arasında Heydər Əliyevin şöhrəti, nüfuzu hər zaman diqqətçəkici olmuşdur və SSRİ hökumətinin rəhbərliyindəki yüksək məqamında rəhbərlik etdiyi çox mühüm sahələrdə gördüyü ölçüyəgəlməz işlərlə, həyata keçirdiyi layihələrlə, eyni zamanda güclü iradəsi və cazibədar şəxsiyyəti ilə O, ümumxalq ehtiramını qazanmışdı.
1990-cı illərin əvvəllərində dərin böhrana sürüklənmiş, parçalanma və müstəqilliyin itirilməsinin astanasında olan, iqtisadi-siyasi və mənəvi çö-küş mərhələsi keçirən Azərbaycan Respublikasını üzləşdiyi fəlakətdən xilas edib, sabitlik və inkişaf yoluna yönəldən, öncə qonşu ölkələr, ardından dünyanın aparıcı gücləri ilə milli maraqlar zəminində münasibətlər quran Heydər Əliyevin xilaskarlıq missiyası, xalqı birləşdirib Öz ardınca apara bilmək qabiliyyəti bir sıra ölkələr üçün əsl ustad dərsləri oldu.
Çox keçmədən Azərbaycan rəhbərliyinin və onun Naxçıvandakı funksionerlərinin təzyiqinə baxmayaraq fərdi təqaüdçü, heç bir vəzifə və imtiyaza malik olmayan Heydər Əliyevi Naxçıvan seçiciləri həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də Naxçıvan Muxtar SSR Ali Sovetinə deputat seçərək böyük xilaskarlıq missiyası üçün Ona yol açdılar. Onun hələ sıravi deputat kimi Naxçıvandakı hadisə və prosesləri milli müstəqillik yoluna istiqamətləndirən, bir sıra inqilabi dəyişikliklərə yön verən və bunlara şəxsi töhfəsini verən, Azərbaycan Ali Sovetinin tribunasından davam edən erməni təcavüzü şəraitində bağışlanmaz passivlik və prinsipsizlik göstərərək hələ də Moskvanın diqtəsilə öz xalqına münasibətdə xəyanətkarlıq edən respublika rəhbərliyini kəskin tənqid etməsi və vəziyyətdən çıxış yolları göstərməsi xalqda möhkəm inam yaratmışdı ki, yalnız Heydər Əliyev xalqımızı bu çıxılmazlıqdan qurtara bilər.
Ermənistanın Azərbaycana, o cümlədən Naxçıvan Muxtar Respublikasına silahlı təcavüzü şəraitində, eyni zamanda Azərbaycanın mərkəzi hökumətinin Naxçıvana və naxçıvanlılara qarşı əsassız təzyiqlər göstərdiyi bir vaxtda - 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi deputatlarının hamısının yekdilliklə səs verməsi və Muxtar Respublika əhalisinin dəfələrlə təkidli tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublika Ali Məclisinə Sədr vəzifəsinə seçilməyə razılıq verdi. Həmin dövrdə Naxçıvandakı ictimai-siyasi prosesləri izləyən və dərindən təhlil edən akademik İsa Həbibbəyli yazır: “Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr vəzifəsinə seçilməsi geniş mənada Azərbaycanda dövlət hakimiyyətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilmiş ümumrespublika əhəmiyyətli tarixi hadisədir. Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikasında ümummilli vəzifələri qətiyyətlə həyata keçirən Heydər Əliyevin simasında ölkəmizin müstəqilliyinin qarantı olacaq qüdrətli dövlət xadimini görür, Ona böyük ümid və inam bəsləyirdi”.
Ali Məclisin Sədri kimi, Azərbaycanda müstəqil dövlət quruculuğunun ilk və əsas tədbirlərini həyata keçirən, Naxçıvanın erməni işğlın-dan xilası, sosial-iqtisadi vəziyyətin düçar olduğu ağır böhran durumundan qurtarılması üçün fədakarlıqla səy göstərən, bütün çətinliklərə əzmlə dözüb vəziyyətdən çıxış yolları tapan Heydər Əliyev ilk növbədə Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin qurulmasına önəmli əhəmiyyət verirdi. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə səfərləri, dövlət və hökumət başçıları ilə görüşləri və müzakirələri nəticəsində Azərbaycan hökuməti tərəfindən gözümçıxdı-ya salınan Naxçıvana yollar açmaq, əhalini aclıq və soyuqdan qorumaq mümkün oldu. Məhz Heydər Əliyevin dünya şöhrətli dövlət xadimi və nüfuzlu şəxsiyyət olması bu yardımların göstərilməsini mümkün etdi. Heydər Əliyevin Türkiyənin Baş naziri, sonra isə prezidenti Süleyman Dəmirəllə möhkəm dostluğa və qardaşlığa çevrilən xoş münasibətləri sayəsində 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı.
SSRİ dağılandan sonra istiqlaliyyət qazanmış türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi və humanitar əlaqələrin qurulması və genişləndirilməsində dövlət başçılarının mütəmadi görüş və müzakirələrinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan Heydər Əliyev bu sahədə Türkiyə Cümhuriyyəti tərəfindən atılan addımları, verilən dəstəyi yüksək qiymətləndirirdi. Xüsusilə də, Prezident Turqut Özalın 1992-ci ildə Ankarada yeni istiqlal qazanmış türk cümhuriyyətlərinin dövlət başçılarının ilk Zirvə görüşünün xalqlarımızın qarşılıqlı əlaqələrinin daha da zənginləşməsində faydalı başlanğıc olduğunu qeyd edirdi.
Naxçıvan MR Ali Məclisinin Sədri seçiləndən sonra qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrə çox böyük əhəmiyyət verən Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanı, bununla da Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində “Ümid” körpüsünün tikintisinə başlandı. Təməli 1991 -ci il oktyabrın 29-da - Türkiyə Cümhuriyyətinin quruluş günündə atılan bu körpü 1992-ci ilin mayın 28-də Azərbaycan Respublikasının Milli bayramı gününüdə artıq “Vüsal” körpüsü kimi Heydər Əliyevin və Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açıldı. Bu açılış Azərbaycan -Türkiyə münasibətlərində yeni bir mərhələnin də təməlinin qoyulması idi.
Əzəl gündən azərbaycançılıq məfkurəsini milli istiqlalın tərkib hissəsi kimi təlqin edən Heydər Əliyev milli kimliyi etnik mənsubiyyətlə üzvi əlaqələndirməklə yanaşı, vətənçiliyə, azərbaycançılığa üstünlük verirdi. Hələ 24 noyabr 1990-cı il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan xalqının milli kimliyi və türk dili məsələsi ilə əlaqədar müxtəlif fikirlər səsləndiriləndə Heydər Əliyev bununla bağlı birmənalı olaraq Öz fikrini bildirmişdi. Heydər Əliyev demişdi: “Burada çıxış edən deputatların bəziləri dedi ki, biz 38-ci ilə qədər (1938-ci il anlamında -E.M.) türk olmuşuq, türk yazılmışıq. 38-ci ildə çoxunuz olmamısınız. Amma mən olmuşam. Özü də o vaxt milliyyətim də yadımdadır - burada o vaxt pedaqoji texnikumda oxuyurdum, türk yazılmışdı. 38-ci ildən sonra biz olduq azərbaycanlı.”Bu fikirləri söyləyəndən sonra Ulu Öndər vurğuladı: “Ancaq bir şeyi də tarixlə maraqlanan yoldaşlar bilməlidirlər ki, təəssüf ki, elə bizim əsrin lap birinci onilliklərini götürsək, o vaxtın ədəbiyyatlarına, tarixi məqalələrə baxsaq, bizim çox məşhur adamlarımız bizim millətə türk deməyiblər, müsəlmanlar deyiblər. Müsəlman milləti yoxdur axı. Elə götürün Nəriman Nərimanovun 22-ci illərdə (1922-ci il anlamında - E. M.) olan yazılarına baxın. Orada müsəlman deyir bizə. O deyir:- ruslar, ermənilər, müsəlmanlar. Yaxud da ki, inqilabdan qabaqkı yazılara baxın - müsəlman deyirlər. Bunu niyə çatdırmaq istəyirəm. Bizim ümumi bədbəxtliyimiz ondan ibarətdir ki, bizim bu millətin adı uzun müddət tam müəyyən olunmayıb. Məsələn, Lenin əsərlərində “Qafqaz tatarları”işlədir, yaxud da bəzi yerlərdə “tatarlar” yazır. Əgər o vaxtlar biz özümüzün milliyətimiz barədə türk yazsaydıq, elə türk deyəcəkdilər də. Bəs, nə üçün belə yazmırlar? Çünki, biz özümüz-özümüzü qarışdırmışıq. Ancaq bunlara baxmayaraq mən də hesab edirəm ki, biz türkük”.
Sovetlər dönəmində olduğu kimi, hansı vəziyyət olursa-olsun Heydər Əliyev təhsilə böyük önəm verirdi və Azərbaycan gənclərinin Türkiyədə təhsil almasını çox vacib və gərəkli hesab edirdi. Onun 1992-ci ilin mart ayının 22-24-də Türkiyə Cümhuriyyətinə səfərinin yekunu olaraq imzalanmış işbirliyi Protokolunda da bu mühüm milli əhəmiyyətli məsələyə xüsusi yer ayrılmışdı. Qeyd edilməlidir ki, 1992-ci il martın 22-dən 25-nə qədər Türkiyə Respublikası hökumətinin dəvəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Türkiyədə səfərdə olmuşdur. Ankarada Heydər Əliyevi Türkiyə Respublikasının Prezidenti Turqut Özal qəbul etmişdir. Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri arasında əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunmuşdur. Görüşlər zamanı Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı məsələlərə də toxunulmuşdur. Burada iqtisadi, sosial və mədəni əlaqələrlə yanaşı, daha bir maddə - hər il 100 nəfər naxçıvanlı gəncin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması maddəsi də yer almışdı. Heydər Əliyevin bu təşəbbüsü həmin dövrdə Naxçıvan əhalisinin ərzaq, enerji və sair həyati zəruri ehtiyacları qədər lazımlı idi, belə ki, cəmiyyətdə baş verən böhranlı proseslər təhsil sahəsinə də ağır zərbə vurmuşdu. Eyni zamanda, blokada şəraiti naxçıvanlı gənclərin Azərbaycan Respublikasının ali məktəblərində təhsilə müntəzəm davam etmələrinə də ciddi əngəllər yaratmışdı. Belə bir şəraitdə Türkiyə universitetlərinin qapısının açılması və Azərbaycanlı tələbələrin təhsilinin və yaşamının həmin dövlət tərəfindən qarşılanması olduqca böyük imkan idi. Bu əsil qardaşlıq köməyi idi.
1992-ci ilin oktyabrın 5-də Heydər Əliyev Türkiyədə təhsil almağa göndərilən 75 nəfər naxçıvanlı gənclə Muxtar Respublika Ali Məclisində keçirdiyi görüşdə qardaş Türkiyəyə olan hüsn-rəğbətini bəyan edərək demişdi ki, Onun rəhbərliyi ilə 1976-cı ildən sonra hər il 800-900 nəfər və böyük əksəriyyəti, 95 faizi azərbaycanlılar (Azərbaycan türkləri- E.M) olan gənclər Sovet İttifaqının təxminən 50 şəhərindəki institutlarda təhsil almağa göndərilirdilər. Ulu Öndər deyirdi: “...Mən o dövrdə gənclərimizin bir qisminin də Türkiyədə təhsil almasının çox həsrətində olmuşam. Çünki, Türkiyə ilə Azərbaycan tarixən son dərəcə yaxın olublar. Bunu sübut etməyə ehtiyac yoxdur. Lakin o vaxtlar belə bir imkan yox idi”.
Tələbə gənclərə tarixi öyüdlərini verən, onlara yol göstərən Heydər Əliyev həmin görüşdə aşağıdakı fikirləri ayrıca vurğulamışdı: “Bizim dilimiz birdir: Biz Naxçıvanda da türkük. Ancaq Türkiyənin türkcə dili var, Azərbaycanda azərbaycanca türk dili var. Bunların müəyyən fərqləri var. Biz güman edirik ki, bizim gənclər orada türk dilinə dərindən yiyələnəcəklər”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəylə birlikdə Türkiyə Respublikasının Prezidenti Turqut Özalın Ankarada və İslanbulda keçirilən matəm mərasimlərində iştirak etmişdir. Ankarada olarkən Heydər Əliyev Türkiyə Respublikasının ilk Prezidenti Mustafa Kamal Atatürkün və Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olan Məmməd Əmin Rəsulzadənin qəbirlərinə əklillər qoymuşdur.
Heydər Əliyevin Ankarada Baş Nazir Süleyman Dəmirəllə görüşündə Süleyman Dəmirəl Heydər Əliyevi dünya siyasətində möhtərəm bir şəxs, keçmiş Sovet İttifaqında və Azərbaycanda yüksək dövlət işlərində çalışmış bir siyasi lider kimi dəyərləndirmişdi. Onun və Azərbaycanın haqqında səmimi sözlərinə görə təşəkkürünü bildirən Heydər Əliyev vurğulamışdı ki, belə münasibət Azərbaycanda olan türklər üçün, Azərbaycan xalqı üçün çox lazımdır... Dağlıq Qarabağda olan vəhşiliklər, ermənilər tərəfindən türklərin qovulub çıxarılması, kəndlərin dağıdılması, yandırılması - bunların hamısı birinci növbədə, ilk əvvəl Türkiyə vasitəsilə, Sizin kimi böyük siyasi xadimlərin vasitəsilə bütün dünya ictimaiyyətinə çatdırılır və mən güman edirəm ki, bundan sonra da daha geniş, daha dərin surətdə çatdırılacaq. Türkiyənin açıqca, qorxmadan öz türk qonşusunu qorumaq və ona yardım etmək haqqındakı mühüm sözləri şübhəsiz ki, bütün başqa dövlətlərin rəhbərlərinə və beynəlxalq aləmə təsir edəcək. Mən heç də şübhə etmirəm ki, hörmətli Baş nazir, bütün türk millətini sevən insanların hamısı Azərbaycana yardım edəcəkdir. Azərbaycan türk diyarıdır, azərbaycanlılar türklərdir. İndi 100 ildən sonra türklərin qalxması üçün, türklərin bir-birinə yaxınlaşması üçün, türklərin birləşməsi üçün böyük bir fürsət yaranıb. Bu fürsətdən hər bir türk respublikası yaxşı istifadə etməlidir. Heydər Əliyev vurğuladı ki, 70 il Sovet quruluşunda bu millətin türk adını üstündən götürüb, onları millətini unutdurmağa çalışırdılar. Bu dövrdə nə qədər təbliğ olundu ki, siz türk deyilsiniz, ancaq hər bir kəsin qəlbində türk millətinə mənsub olması hissi qaldı və fürsət tapılan kimi aşkara çıxdı. Bu, Azərbaycanın tərkib hissəsi olan Naxçıvanda daha açıq görsənir.
Qeyd edilməlidir ki, Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasında və dünya siyasətinə inteqrasiyasında, ölkəmizin siyasi-iqtisadi, elmi-texniki, mədəni-mənəvi maraqlarının formalaşdırılıb reallaşdırılmasında atdığı mühüm addımlar sırasında qardaş Türkiyə Cümhuriyyəti ilə münasibətlərin daha yüksək səviyyədə və etibarlı təməllər üzərində qurulmasına çox böyük önəm verməsi idi.
Heydər Əliyev ölkəmizin Türkiyə ilə münasibətlərə necə böyük önəm verdiyini ilk günlərdən bəyan edərək deyirdi ki, bizim ölkələrimiz - Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır. İndi Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil dövlət olaraq öz ölkəsinin, xalqının, öz sərvətlərinin sahibidir. Azərbaycan Respublikasının müstəqilliyini dünya ölkələri arasında ilk dəfə Türkiyə tanımışdır. Bu isə o vaxt Azərbaycanın dünya dövlətləri, dünya birliyi tərəfindən tanınmasında çox böyük addım olmuşdur.
Prezident Heydər Əliyevin 8-11 fevral 1994-cü il tarixlərində Türkiyə Cümhuriyyətinə rəsmi səfəri ölkələrimizin qarşılıqlı əlaqələrinin tamamilə yeni məcrada və yeni keyfiyyətdə qurulmasına və inkişafına zəmin yaratdı. Əlbəttə, bundan əvvəl də, Azərbaycan öz istiqlalını elan edən vaxtdan qardaş Türkiyə ölkəmizə yardımlarını əsirgəməmişdi. Lakin, eyni zamanda da münasibətlərdə nizamsızlıq, qeyri-ardıcıllıq, emosional çalarlar daha çox idi. Həmin ilin oktyabr ayının 19-da Türk dövlətləri başçılarının Zirvə görüşündə qəbul edilmiş “İstanbul bəyannaməsi”nin imzalanma mərasimində Heydər Əliyev deyirdi: “Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də, bunlar hamısı xalqlarımızı hələ müstəqil olmadığımız vaxtda bir-birindən ayırmayıb, bir-birinə bağlayıb, bir-birilə daha çox əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliklərini əldə edəndən sonra, müstəqil dövlətlər kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəli getməliyik”.
Bu müdrik fikirləri Heydər Əliyev 6 noyabr 1996-cı il tarixində Türk dünyası yazıçılarının III qurultayındakı nitqində daha da inkişaf etdirərək, türk xalqlarının keçdiyi tarixi inkişaf yolunu, bəşər mədəniyyətinə böyük töhfələr verərək onu zənginləşdirdiyini vurğulayaraq deyirdi ki, biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik.
Qeyd edilməlidir ki, Ulu Öndərin Türkiyə Cümhuriyyətinə növbəti rəsmi səfəri (5-8 may 1997-ci il) həm əhatəliliyi, keçirilən görüşlərin sıxlığı ilə qarşılıqlı münasibətlərdə qoyulan təməlin necə möhkəm, etibarlı olduğunu bir daha təsdiqləmiş oldu. Mayın 5-də Azərbaycan Prezidenti Heydər Əliyevə Türkiyə Respublikasının “Dövlət nişanı”nın təqdim olunması mərasimində çıxış edən Ulu Öndər demişdir: “Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdir”.
Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi milli-mənəvi dəyərlərimizin tarixən ortaqlığını, xalqlarımızın mədəniyyətinin, incəsənətinin, musiqisinin, bütünlükdə mənəvi dünyasının bir-biri ilə təbii-tarixi qarşılıqlı əlaqədə olduğunu da əks etdirir. Nəzərə alınmalıdır ki, Ulu Öndər “Azərbaycanla Türkiyə “Bir millət, iki dövlətdir” dedikdə yalnız etnik olaraq türkləri deyil, bütövlükdə Azərbaycan xalqını onun bütün etnik tərkibini və mənzərəsini əhatə etməklə bir millət kimi nəzərdə tuturdu. Şübhəsiz ki, Mustafa Kamal Atatürk də zamanında “Nə mutlu türküm deyənə” ifadəsi ilə bütün Türkiyə Cümhuriyyətinin vətəndaşlarını və özünü türk sayan hər kəsi nəzərdə tuturdu.
Müstəqil dövlətçiliyimizi möhkəm dayaqlar üzərində qurub yaratmaqla yanaşı, Heydər Əliyev azərbaycançılıq ideyasını da dövlətçilik müstəvisinə gətirib onu milli məfkurəyə cevir-di. Lakin Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq məfkurəsi heç də ümumtürk mənsubiyyətini inkar etmirdi, əksinə türkçülüyün müxtəlif coğrafi- siyasi məkanlarda özünəməxsus milli formada, vətən və milli dövlət müstəvisində yeni mənzərəsini ortaya qoyurdu.
Qeyd edilməlidir ki, Ulu Öndər dövlətçilik fəaliyyətində azərbaycançılıq məfkurəsini hər zaman hər şeydən üstün tuturdu. Akademik Nizami Cəfərov yazır: “Heydər Əliyevin nə səviyyədə bir azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata keçirilməsi tarixindəki rolu barəsində danışarkən yalnız bircə gerçəkliyi yada salmaq kifayətdir ki, O, məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər romantik siyasi təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməmiş azərbaycançılıq idealına bir millətin müqəddəratını təyin edəcək dərəcədə rəsmi məz-mun-mündərəcə verdi. Azərbaycançılıq Heydər Əliyevin geniş miqyaslı fəaliyyətinin, sadəcə, tərkib hissələrindən biri deyil, həmin fəaliyyətin (əslində mübarizənin) əsası, başqa sözlə, mahiyyətidir”.
Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bu isə Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin birbaşa nəticəsidir. 3 oktyabr 2009-cu il tarixində Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət başçıları Zirvə görüşü keçirib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını (Türk Şurası) təsis etdilər. Keçən il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə görüşü Heydər Əliyev ideyalarının bariz təcəssümünə çevrildi. Artıq Özbəkistanın da Türk Şurasının tam hüquqlu üzv olaraq qatıldığı görüşdə ümumtürk birliyinin formalalaşması istiqamətində, türk dövlətlərinin bir-biri ilə yaxınlaşması, ortaq mənafelər naminə əməkdaşlıq formalarının genişləndirilməsində, əməkdaşlığın indiki səviyyəsinin əldə edilməsində on il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə imzalanmış Naxçıvan Sazişinin önəmli rol oynadığı vurğulandı.
İlk növbədə qeyd etməliyik ki, ölkələrimizin bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələri hər keçən gün daha da inkişaf etməkdədir. Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında iqtisadi əməkdaşlıq getdikcə dərinləşir və son illər yeni xarakter daşımağa başlamışdır. Tarixi köklərə və qardaşlığa söykənən, hər zaman həmrəylik nümunəsi olan münasibətlərimizin iqtisadi sahədə ağırlığı müstəqilliyimizin ilk illərində daha çox qardaş Türkiyənin üzərinə düşürdü. Türkiyənin Azərbaycanın qeyri-neft sektorunda ən böyük investor olması da bunu təsdiq edir. Bu gün isə Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin həcminə görə Türkiyə birinci yeri tutur. Hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir.
Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsinin ildən-ilə artmağı da diqqətəlayiqdir və bu rəqəm artıq 4 milyard dollara yaxınlaşmaqdadır. Əldə edilmiş nailiyyətlərər və qarşıda duran vəzifələr 2019-cu ilin sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasında hərtərəfli təhlil edilmişdir.
Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə uyğun olaraq hər iki ölkə geniş təsir imkanları olan, qarşılıqlı fayda gətirən, regionda sülh və əmin-amanlığa xidmət göstərən bir çox layihələr üzərində işləyir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Türkiyə nə qədər güclü olsa, Azərbaycan da bir o qədər güclü olar. Bizim gücümüz birliyimizdədir və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik” mövqeyi əməkdaşlığımızın əsas prinsiplərindəndir.
Nəticə olaraq qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini, hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili və mənəviyyati, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan - Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir.

yeni-azerbaycan.pdf [1,97 Mb] (Yüklənib: 7)