Yeni dövrün çətin postulatlarının təhlükəsiz qət edilməsinin şərtləri
Hüseyn İBRAHIMOV,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru
Azərbaycan öz inkişafının yeni mərhələsinə dünyanı bürüyən pandemiya ilə mübarizə şəraitində qədəm qoyur. Bu mərhələnin ən mühüm dəyərlər sistemini “xalq–iqtidar” birliyi, dövlətin öz vətəndaşlarının sağlamlığının qorunması, mümkün iqtisadi fəallığın artırılması məqsədilə görülən tədbirlər təşkil edir. “Bizim üçün əsas prioritet məsələ insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır” – deyən Prezident İlham Əliyev ən mürəkkəb şəraitlərə uyğun gələn fəaliyyət mexanizmini işə salmağı diqqətə çatdırır.
Göründüyü kimi, pandemiya şəraitində dövlət başçısını düşündürən ən vacib prinsip insanların sağlamlığıdır. İnsanların sağlam olması cəmiyyətin qorunması, bütövlüyü və dövlətin suverenliyi deməkdir.
Müasir pandemiyanın dalğalanan çevrəsi və kəskinləşən dünya böhranı o qədər çoxşaxəlidir ki, bu təsirlər dövlətlərin suverenliyinə təhdidlər yaradır. “Biz öz addımlarımızı elə atmalıyıq ki, postkarantin rejiminə hazırlıqlı olaq”, – deyə ölkə başçısı cəmiyyəti bu prosesin sonrakı mərhələsinə səfərbər edir. Bu proseslər dövründə Azərbaycan xalqı və dövləti həmrəy şəkildə problemləri həll etməyə səfərbər olunmuşdur.
“Ölkəmizdə milli həmrəylik bu günə kimi müşahidə edilməyəcək şəkildə artıb. Bu bizim xalqımızın böyüklüyünü göstərir”. Cənab İlham Əliyev bu tezisində milli həmrəyliyin əsas təsiredici, səfərbəredici gücünün məhz xalqın iradəsi olduğunu diqqətə çatdırmaqla cəmiyyətin maraqlarını önə çəkir.
Bu, ölkənin siyasi mədəniyyətinin göstəricilərindəndir. Azərbaycanda siyasi mədəniyyət göstəricilərinin idarəetmə prosesində təkmilləşməsi ideyası Azərbaycan Respublikası Prezidentinə məxsusdur. Azərbaycanda xalq- dövlət inteqrasiyasının ideoloji əsasları həm də Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illər Azərbaycanın mədəni-tarixi irsinin, milli maraqlarının beynəlxalq təşkilatlarda müdafiəsi siyasəti ilə möhkəmlənmişdir. Mehriban xanımın beynəlxalq təşkilatlarda milli maraqlarımızın və mədəni irsimizin qorunması istiqamətində apardığı böyük mədəni-ideoloji təbliğat fəaliyyəti ölkəmizi qlobal beynəlxalq dialoq yerinə beynəlxalq problemlərin həllinin siyasi məkanına çevirmişdir.
Azərbaycan Prezidentinin Dağlıq Qarabağda Ermənistanın seçki adı ilə təşkil etdiyi proseslərə münasibəti qəti və aydındır. Xüsusən, ölkə başçımız bütün beynəlxalq qurumların Ermənistanın Dağlıq Qarabağda apardığı seçki oyununa münasibətinin mənfi olduğu təqdirdə Avropa Şurası Parlament Assambleyasının mövqe bildirməməsini haqlı şəkildə tənqid etdi. Onu da qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağda hərbi xuntanın təşkil etdiyi seçkiləri tanımadığı barədə bəyanatını bir qədər gec səsləndirmişdir.
Azərbaycanın bu günə qədər tutduğu yolun fəlsəfəsi sülhün regionda təhdidə məruz qalmaması siyasəti ilə bərabər multikulturalizm konsepsiyasının dünyada möhkəmlənməsi çağırışları ilə zəngin olmuşdur. Azərbaycan dövlət müstəqilliyi mərhələsinin keçid prosesini uğurla başa çatdıran ölkə olaraq COVİD -19 pandemiyasının çətin sosial-iqtisadi nəticələrindən də az itkilərlə çıxmağı və insan təhlükəsizliyini mak¬simum təmin etməyi qarşıya məqsəd qoymuşdur.
Azərbaycan öz iqtisadiyyatını liberal bazar iqtisadiyyatının norma və prinsipləri ilə qurur. Prezident İlham Əliyev çıxışlarında bildirir: “İqtisadi liberallaşmaya inamla getməliyik”. Məhz Prezidentin iqtisadi sahədə fəallığı qorumaq siyasətinin nəticəsidir ki, ölkəmiz “iqtisadi azadlıq indeksi”nə görə bu gün 19 pillə irəliləyərək 44-cü yerdədir. Azərbaycan “iqtisadi azadlıq indeksi”ni daha çox təkmilləşdirən 11 ölkə sırasındadır. İqtisadi azadlıqların təmin olunması sosial dövlət dayaqlarının möhkəmləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Hətta, pandemiya yüksələn xətlə getdiyi dövrdə Azərbaycan Prezidentinin çıxışlarının, verdiyi sərəncamların əsas ideyasında liberal iqtisadiyyata əlavə imkanlar, pandemiya şəraitində mümkün iqtisadi fəallığı təmin etmək taktikası və sosial dövlət strategiyası yer alır. Pandemiyanın sürətlə vüsət aldığı Avropanın ən inkişaf etmiş ölkəsi olan Fransa qoruyucu-maska vasitələrinin istehsalına aprelin ikinci yarısı başlamışdır. Azərbaycan bu sahədə operativ təşəbbüslər göstərərək pandemiyanın ilk həftələrində maska istehsalını sürətləndirdi. Ölkə başçısının liberal yönümlü demokratik siyasəti Azərbaycanı istehsal və xidmət sahəsinə investisiya qoyuluşu üçün əlçatan etmişdir. “Bizim iqtisadi sahədə apardığımız siyasət və iqtisadi sabitlik pandemiyaya qarşı mübarizədə bizə əlavə imkanlar yaradır”, – söyləyən dövlət başçısı karantin rejimindən mərhələli şəkildə çıxmaq ideyasını cəmiyyətin diqqətinə çatdıraraq bu dövrün cətin postulatını birgə və təmkinli dəf etməyin mümkünlüyünü qarşıya qoyur.
Azərbaycan Prezidentinin apardığı siyasətin müasir mərhələsi aşağıdakı mühüm paradiqmalara əsaslanır:
– insan təhlükəsizliyi, əhalinin sağlamlığı, pandemiyanın təsirlərinin qarşısının alınmasında maksimum səfərbərlik;
– pandemiya və pandemiyadan sonrakı dövrün sosial-iqtisadi nəticələrinin vətəndaşlara, xüsusən əhalinin aztəminatlı hissəsinə mənfi təsirlərini azaltmaq;
– pandemiyadan sonrakı dövrün inkişaf strategiyasının təməlinin nəzəri-praktiki əsaslarını formalaşdırmaq;
– yeni gəlir yerlərini – istehsal müəssisələrini araşdırıb formalaşdırmaq;
– Ermənistanın Azərbaycanın tarixi ərazilərində əl atdığı seçki oyununun qarşısının alınmasında addımların səfərbərliyi.
Göründüyü kimi, yeni dövrün – pandemiya şəraitinin ölkə üçün qayğıları elə də az deyildir. Xüsusən, indiki dünyada siyasi sistemlərin izolyasiyası şəraitində görülən bu böyük işlər ölkə başçısının xarizması və uzaqgörən strategiyası sayəsindədir. Bu baxımdan, fəaliyyət sahəsindən asılı olmayaraq müasir şəraitdə hər bir Azərbaycan vətəndaşı ölkə başçısının ətrafında sıx birləşmək ideyasını inamla fərdı şüurunun ideoloji səviyyəsinə daxil etmişdir.
“Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik”. Dövlət başçısının bu tarixi tezisinin preampulası Azərbaycan vətəndaşlarını təhlükəsiz və firavan görmək istəyi ilə başlanır. Bu gün, dünyanın son illərdə davam edən beynəlxalq münasibətlər nəzəriyyələri (sosial, iqtisadi, mədəni, ideoloji amillər nəzəriyyəsı) fonunda ölkəmizin və regionun uğuruna səslənən çıxış faktorları bir daha aktuallaşır:
– davamlı beynəlxalq forumlar vasitəsilə dünya ölkələrinin Bakıda humanitar ideyalar ətrafında, liberal iqtisadi münasibətlər istiqamətində səfərbər olunması;
– enerji siyasətinin nəinki region, eləcə də Avropa enerji təhlükəsizliyinin təminatçısı rolu səviyyəsinə yüksəldilməsi;
– Azərbaycan regionlarının sosial – iqtisadi inkişafı proqramlarının davamlı şəkildə mərhələli reallaşması.
Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində reallaşan bu proqramlar həm də ictimai təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi müasir çətinlikləri dəf etməyə ideoloji zəmindir. Pandemiya şəraitində karantin qaydaları ən inkişaf etmiş ölkələrin konstitusiyasını pozmuşdur, – desək, yəqin ki, səhv etmərik. Belə ki, insanların azad hərəkət etmək, azad toplaşmaq, zəruri iş saatları ilə təminatı kimi haqlar məhdudlaşdırılmışdır. Bu onu göstərir ki, dünya ölkələrinin əksəriyyətinin pandemiyadan sonra öz ali qanunvericilik aktlarına yeni əlavələr etməsi labüddür. Həmçinin, ərazı toxunulmazlığı və mədəni irsin toxunulmazlığı ideyasını insan haqlarının qorunması qədər mühüm tutan maddələr beynəlxalq təsisatların yeni fəaliyyət prinsiplərinə daxil edilməlidir. Genişlənəcək rəqəmsal dünya münasibətləri çərçivəsində konfliktlərin həllinin beynəlxalq təşkilatlar tərəfindən uzadılması taktikaları nəinki ayrı-ayrı regionlar, eləcə də dünya əhalisi üçün təhdidləri artıra bilər.
Eyni zamanda, pandemiyadan sonrakı dünyanın qlobal çağırışları 3 mühüm paradiqmanın aktuallığını bir daha təsdiqlədi:
1. Multikulturalizmin qlobal ideologiyaya çevrilməsi.
2. Elektron hökumətin formalaşması və idarəçiliyi mexanizmlərinin tam bərqərar olması.
3. Liberal iqtisadiyyatın rolunun yüksələn dinamikası.
Azərbaycan Respublikası Prezidentinin həm də son 10 ildə apardığı siyasətin dünyanın yeni inkişaf yolunun tələbləri ilə üst-üstə düşməsi bir daha onu deməyə elmi-ideoloji və siyasi əsas verir: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.” Bəli, ölkə başçısı multikulturalizmi dövlət siyasətinə çevirmək tələblərini qarşıya qoyduqda, dünyanı bu ideyanı qəbul etməyə səslədikdə, elektron hökumətin bərqərar olması ilə bağlı daxili siyasəti səfərbər etdikdə, eləcə də liberal iqtisadiyyata əlavə imkanların artırılması ilə bağlı tapşırıqlarını verdikdə gələcək dünyanın hansı inkişaf yolu ilə gedəcəyi ehtimallarını müəyyənləşdirərək müvafiq addımları atmış və kompleks siyasi fəaliyyət kursunu sözügedən istiqamətdə səfərbər etmişdir. Beləliklə, Azərbaycanın müasir və pandemiyadansonrakı dövr risklərini qabaqlaması siyasətinin nəzəri əsasları ölkə başçısının həm də sözügedən 3 mühüm istiqaməti hələ bir neçə il öncə dövlət siyasəti prioritetlərinə gətirməsi olmuşdur.
"Xalqqazeti.com"