18.04.2020, 11:40 - Baxış sayı: 653

Pandemiya şəraitində fəlsəfə və etikanın yeni vəzifələri


Pandemiya şəraitində fəlsəfə və etikanın yeni vəzifələri(Seminar üçün qeydlər)
Pandemiya etika problemlərinin və hər şeydən əvvəl, məsuliyyət etikası və şəhər etikası məsələlərinin aktuallaşmasına təkan verdi. Məsuliyyətdən başlayaq; belə ki, demokratiya həmişə insan və vətəndaş azadlığını prioritet sahə hesab edib. Lakin pandemiya təhlükəsi və gələcək pandemiyaların baş verə biləcək (təsəvvür olunan pandemiya imkanlarının olması göstərir ki,) azadlıq məsuliyyətli olmalıdır, əks təqdirdə, o, həm cəmiyyət, həm də dünya üçün təhlükəli ola bilər. Diqqət yetirdikdə fərdin özünü təcrid etməsi, öz davranış və həyat fəaliyyəti tərzini seçməsi onun məsuliyyətli olmasını göstərirsə, karantinin tətbiq olunması isə məsuliyyətin kifayət səviyyədə olmamasını göstərir. Güman olunur ki, koronavirus pandemiyasından sonra bütün dünyada məsuliyyət hissi prioritetə çevriləcəkdir.
Şəhər etikasına gəlincə, biz müasir gündəlik həyatımızda böyük şəhərlərin, binaların, parkların, konsertlərin mövcud olduğuna, şəhər həyatının rahatlığının qarşılığında onun sıxlığının qaçılmazlığına alışmışıq.Düşünürəm ki, pandemiyadan sonra şəhər həyatında bir çox şeyə yenidən baxmaq lazım gələcək. Məsələn, səhərlər hamı kütləvi surətdə işə gedir. Bu vəziyyəti dəyişdirmək lazımdır. Pandemiya dövründə akademiyanın alimləri bu və ya digər dərəcədə uğurla onlayn rejimində (internet vasitəsi ilə) işləməyə, seminar, konfrans keçirməyə çalışdılar, eyni üsul təhsildə də tətbiq olundu. Görünür, bu fəaliyyət forması çoxları üçün prioritetə çevriləcəkdir.
Alber Kamyü və J.-P.Sartr haqqında. Vaxtı ilə ekzistensialistlər bu problemlərə toxunmuslar, "Ekzistensializm – humanizmdir" adlı kiçik bir əsər yada düşür. Düşünürəm ki, onların irsi yenidən aktuallaşacaq və yeni bir mahiyyət kəsb edəcəkdir. Pandemiya şəraitində humanizm necə olmalıdır, cəmiyyət üçün kimin həyatı daha dəyərlidir, kimi seçməli və yeni şəraitdə insaniyyətin mahiyyəti nədən ibarət olacaq. Pandemiya başa çatacaq, çox güman, yaxın gələcəkdə, bu gerçəkləşəcəkdir. Cox istərdik ki, yeni humanizm məsuliyyətli humanizm adlandırılsın.
İdentiklik və universallıq haqqında. Güman edirəm ki, pandemiya zamanı və ondan sonra milli identiklik (kimlik) prioritet təşkil edəcək, lakin universallıq da öz əhəmiyyətini itirməyəcəkdir. Bu o deməkdir ki, universallıq identikliyin inkişafı üçün lazımdır. Pandemiyalar zamanı vətəndaş-milli identiklik prioritetə çevrilir, çünki yalnız milli dövlət vətəndaşlarının mühafizəsini, qorunmasını təmin edə bilər. Əlbəttə, ki, ailə, ailə əxlaqı və qarşılıqlı yardım da. Ailə bağları zəif olduğu zaman sağ qalmaq çətindir. Bununla belə, universallıq cəmiyyətin inkişafı üçün zəruridir, çünki elm, maarif, mədəniyyət sahələrində münasibətlərin nəhayət, dövlətlə əlaqələrinin olması zəruridir. Azərbaycan Prezidentinin türkdilli dövlətlərin başçıları ilə təşkil etdiyi videokonfransın, başqalarının təcrübəsinin qərar qəbul etmək və s. üçün nə qədər əhəmiyyətli olduğuna diqqət yetirin. Lakin identiklik vətəndaşın məsuliyyəti üzərində qurulmalıdır.
Yeni quruluş haqqında. Bu barədə biz yazmışdıq ki, yeni quruluşun yaradılması prosesi gedir. Görünür, pandemiya güclü milli dövlətə söykənən çox qütblülükdən ibarət olacaq yeni quruluşu dəqiqləşdirir. Nə ABŞ, nə Rusiya, nə də Çin, onların hamısı və onların mövcudluğu ilə yaradılan güclü məsuliyyətli milli dövlət. Güclü liderlərin əhəmiyyəti artacaq.

İlham Məmmədzadə
AMEA Fəlsəfə İnstitutunun direktoru