11.04.2020, 17:08

AMEA-nın Fəlsəfə İnstitutu Prezidentin cağırışlarına qoşulur


Ölkəmizdə koronavirus pandemiyasına qarşı həyata kecirilən bütün tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması naminədir.
Bəşəriyyətdə növbəti dəfə təbiət və cəmiyyət arasında tarazlığı pozan, insanları fəlakət qarşısında qoyan və dünyanın geosiyasi vəziyyətinə yenidən baxmaq zərurətini gündəmə gətirən koronavirus pandemiyasının qarşısının alınması ücün Azərbaycan dövlətinin qısa zamanda atdığı addımlar beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən səmərəli fəaliyyət olaraq qiymətləndirilir. Bu qiymətləndirmənin kifayət qədər əsasları vardır və ölkəmizin pandemiyaya qarşı mübarizə üsulu bir sıra dövlətlər ücün təcrübə və nümunə rolunda cıxış edir. Prezident İlham Əliyevin müvafiq fərman və tövsiyyələri məhz bu tarixi məqamda bir daha bizi ənənəvi dəyərlərimizə, milli həmrəyliyə, təəssübkeşliyə sədaqətli olmağa cağırır, mərhəmətli və nəcib əməllər görməkdə vətəndaşlıq missiyası qarşıya qoyur. Birmənalı olaraq bilməliyik ki, məhz milli dəyərlərimiz, milli özünəməxsusluq, ənənələrimizə sədaqətlilik, xalqımızın müdrikliyi tarixin cətin anlarında onun xilaskarı rolunuda cıxış edib.
Digər tərəfdən ölkəmizdə qısa zamanda qabaqlayıcı tədbirlərin görülməsi bir daha onu göstərdi ki, Azərbaycan dövləti bəşəriyyət ücün təhlükə mənbəyi olan hər hansı “virus”a” qarşı həssasdır və bir yandan öz xalqının taleyini düşünürsə, o biri tərəfdən bəşəriyyətin xilaskarlığı missiyasını hər zaman olduğu kimi önə cəkir. Əbəttə, bu tədbirlərin görülməsi həm də indiki beynəlxalq vəziyyət baxımından gərgin siyasi təhlil və iradə tələb edir. Hesab edirəm ki, bu addımlar vətəndaşlarımız tərəfindən düzgün qiymətləndirilməli xalq dövlət həmrəyliyinin alternativsiz mübarizə üsulu qənaətində olmalıdırlar. Dünyada təhlükəli “virus”lar coxdur və onların bir coxu tibbi mahiyyətini coxdan aşıb. Ona qarşı səmərəli mübarizə aparan qüvvələr isə təəssüf ki, azdır. Bu mürəkkəb vəziyyətdə eyni fikir, eyni əqidə, milli təəssübkeşlikdən doğan həmrəylik fəlsəfəsi hər sahədə qələbəmizi təmin edə bilər.
Qeyd etməliyik ki, Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarının mahiyyəti həm də onu göstərir ki, xalq-dövlət həmrəyliyi tezliklə bu bəlanın qarşısının alınmasına imkan yaradacaq. Ən tez bir vaxt ərzində pandemiyaya qarşı müasir tipli “Yeni Klinika” xəstəxanası istifadəyə verildi, regionlarda bir sıra tibb müəssisələr ən müasir avadanlıqlarla təchiz olundu və yeni mərkəzlərin yaradılması haqqında qərar qəbul edildi, Sumqayıt şəhərində tibbi maska istehsal edən zavod işə düşdü. Dərman preparatları istehsal edən zavodların yaradılmasına başlanıldı. Bunlarla yanaşı vətəndaşlarımızın sağlamlığı ücün elan olunmuş karantin rejiminin tələblərinə əməl olunması, dövlətlimizin tövsiyylərinin düzgün qiymətləndirilməsi, ictimai rəy və maarifləndirmə işlərinin aparılması hamimizin üzərinə düşən məsul vətəndaşlıq vəzifəsidir. Yəni təhlükəyə qalib gəlmək həm də ümumxalq işidir.
Gedən proseslər özündə həm də onu ehtiva edir ki, təbiət daim özünütəmizləyən və insanlara xidmət edən və onun ayrılmaz hissəsi olan böyük bir qüvvədir. Ona görə də onda olan hər şey təbiidir, uzunömürlüdür.Bu tarazlıq yalnız ona qarşı zülm edən insanların əməlləri nəticəsində pozulur və nəticədə onun qəzəbi cəmiyyətdəki proseslərin məcrasını dəyişməli olur. Hesab edirəm ki, koronavirus epidemiyasının fəsadlarından nəticə cıxarılması, belə virusların qarşısının alınması ücün insanların həmrəyliyə təbiət-cəmiyyət münasibətlərinə yenidə baxmağa, dünyanın təhlükələrdən xilası ücün birgə səylərin ortaya qoyulnası yolunda həm də tarixi bir fürsətdir. Bu fürsət nadanların yox müdriklərin bir araya gəlməsinə möhtacdır. Odur ki, tarixin bütün cətin anlarında olduğu kimi xalqımız müdrikliyini, ümummilli qüdrətini Prezident İlham Əliyevin ətrafında birləşib həmrəy olmağı ilə göstərməlidir. Cəmiyyətimizin ictimai-siyasi mühitində proseslərin bu məcrada getməsi inaniram ki, səmərəli və effektli nəticələr verəcəkdir. Belə məsuliyyətli bir vaxtda özündə coxsaylı ziyalıları birləşdirən Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə İnstitutu uzrə Ərazi Partiya Təşkilatının üzvləri öz elmi ictimai fəaliyyətini Prezident İlham Əliyevin cağırışları əsasında qurur, onu dəstəkləyir. Dövlətimizin siyasi xəttinə əsaslanaraq maarifləndirmə işlərinin elmi əsaslarını təhlil və təbliğ edir. Vətəndaşlarımızı həmrəyliyə, “birlikdə güclüyük”ideyasına və “evdə qal sağlam qal” prinsipinə əməl etməyə cağırır.

Sənan Həsənov
Yeni Azərbaycan Partiyası Fəlsəfə İnstitutu uzrə Ərazi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru

"Sia.az"