06.03.2020, 23:05 - Baxış sayı: 624

Fəlsəfə İnstitutunda 8 Martq Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib


Fəlsəfə İnstitutunda 8 Martq Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda 8 Martq Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
İnstitutun direktoru f.e.d., professor İlham Məmmədzadə bayram günü münasibəti ilə institutun xanım əməkdaşlarını təbrik edib. Onların elmi fəaliyyətinə diqqət çəkərək elm sahəsində əldə etdikləri nailiyyətilərini qeyd edib və gələcək işlərində uğurlar arzulayıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.e.d., Füzuli Qurbanov, f.e.d. Adil Əsədov, f.ü.f.d. Əli İbrahimov, s.ü.f.d. Məmmədağa Sərdarov bayram münasibəti ilə institutun xanım əməkdaşlarını təbrik edərək ürək sözlərini çatdırıblar.
Sonda tədbir poeziya dəqiqələri ilə sona çatmışdır.
Fəlsəfə İnstitutunda 8 Martq Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib