06.03.2020, 11:22 - Baxış sayı: 1017

AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib


AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilibMartın 5-də AMEA-nın Rəyasət Heyətində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
Philosophy.edu.az science.gov.az-a istinadla bildirir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin adından salamlayıb. O, bu mötəbər elm məbədində işləyən qadın əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib, onlara can sağlığı və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Akademik İsa Həbibbəyli Azərbaycan qadınlarının tarixi xidmətlərindən, cəmiyyətdəki rolundan və nüfuzundan bəhs edib. Bildirib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpasından sonra onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.
Ölkəmizdə dövlət qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən alim bildirib ki, ulu öndər Azərbaycan qadınının ictimai-siyasi həyatda layiqli mövqe tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onun elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına verdiyi töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də böyük hörmətlə qarşılanır.
AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilibDaha sonra AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə və Azad Həmkarlar İttifaqının (AHİ) sədri, hüquq elmləri doktoru Habil Qurbanov çıxış edərək akademiyada çalışan bütün qadınları bayram münasibətilə təbrik ediblər. Çıxış edənlər AMEA-nın institut və təşkilatlarında qadınların fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıblar.
AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilibTədbirin sonunda akademiyanın elmi və ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, Fəlsəfə İnstitutundan f.e.d, professor Zümrüd Quluzadə, f.e.d., professor Rəna Mirzəzadə, f.e.d. Arzu Hacıyeva və AMEA Azad Həmkarlar İttifaqı tərəfindn isə institutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova Fəxri fərmanla təltif olunublar.
AMEA-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd edilib