04.03.2020, 14:05 - Baxış sayı: 731

“İki fenomen – İslam və Heydər Əliyev fenomeni” mözusunda seminar keçirilib


“İki fenomen – İslam və Heydər Əliyev fenomeni”  mözusunda seminar keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda ümuminstitut seminarı keçirilib. Seminarı f.e.d. Füzuli Qurbanov açaraq mövzunu təqdim etdikdən sonra məruzə üçün sözü fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanova verdi.
Əsədulla Qurbanov “İki fenomen – İslam və Heydər Əliyev fenomeni” mözusunda məruzə ilə çıxış etdi. O, öz məruzəsində Heydər Əliyevin çıxışlarında islamla bağlı söylədiyi fikirlərdən nümunələr gətirdi. Heydər Əliyevin islam dininə əhəmiyyət verdiyini deyən məruzəçi bu sahədə bir çox işlərin görüldüyünü diqqətlərə çatdırdı.
Sonra Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxışında əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil etdiyi Azərbaycanın dünyəvi dövlət olduğunu və bu dövlətdə yaşayan müxtəlif dinlərin nümayəndələri olan insanların da öz dinlərini rahat şəkildə yaşatdıqlarını qeyd etdi. Bunun ulu öndər Heydər Əliyevin dinlərə verdiyi dəyərdən irəli gəldiyini bildirən alim, sözünü Ulu öndərin bir fikiri ilə yeklunlaşdırdı: “Azərbaycan dünyəvi dövlətdir, amma dinsiz ölkə deyil”.
Sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.e.d. Rəfiqə Əzimova, f.e.d., professor Əlikram Tağıyev, f.e.d. Afaq Rüstəmova, ped.ü.f.d. Habil Həmidov, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, f.e.d. Arif Bünyatov, f.ü.f.d. Radif Mustafayev və digər çıxışçılar məruzəçiyə suallar verib, mövzu ətrafında geniş və əhatəli çıxış edərk fikirlərini bildirdilər.