25.02.2020, 10:08 - Baxış sayı: 691

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilibAMEA Fəlsəfə İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətlərini dünya elmi ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bu məqsədlə xarici dillərdə kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Xocalı faciəsinin başvermə səbəblərindən danışdı. Qeyd edib ki, tarixdə baş vermiş hadisələri unutmamalıyıq. 1905-ci ildə baş verən hadisələri unutmasaydıq Xocalı faciəsi baş verməzdi. Bütün bunların kökündə baş vermiş hadisələrə qarşı unutqanlıq göstərməyimizdən irəli gəldiyini deyən Eynulla Mədətli, tarixin dərslərindən ibrət götürməyin vacibliyini qeyd etdi.
Sonda institutun şöbə müdiri f.e.d. Sakit Hüseynov, Asya Əhmədova, f.ü.f.d. Fikrət Nəbiyev, Telman Quliyev və digər çıxışçılar Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciəsi olduğunu dilə gətirdilər. Həmçinin 1990-1992-ci illərdə ölkədə olan siyasi vəziyyətdən, faciənin baş vermə səbəblərindən bəhs edərək həmin vaxt şahidi olduqları hadisələri tədbir iştiakçıları il bölüşdülər.