“İnsan zəkasının təkamülü və süni intellekt problemi” mövzusunda seminar keçirilib
Bu gün AMEA Fəlsəfə İnstitutunda ümuminstitut seminarı keçirilib. Seminarı f.e.d. Füzuli Qurbanov açaraq mövzunu təqdim etdikdən sonra məruzə üçün sözü "İnformasiya cəmiyyətinin fəlsəfi problemləri" şöbəsinin əməkdaşı f.ü.f.d. Məhəmməd Cəbrayılova verdi.
Məhəmməd Cəbrayılov “İnsan zəkasının təkamülü və süni intellekt problemi” mözusunda məruzə ilə çıxış etdi. O, öz məruzəsində insan zəkasının təkamül özəlliklərindən, insan zəkası ilə süni intellektin fərqli və oxşar cəhətlərindən danışıb, indiki insanlarla qədim insanlar arasında müqayisə apararaq zəkaların yaranması məsələlərinə toxundu. Həmçinin telepatiya nədir, süni zəka insan zəkasından üstün ola bilərmi, yaxud süni zəka - heyran olmaq, sevinc və kədər hissinə malik ola bilərmi kimi suallara da aydınlıq gətirdi.
Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək süni intellektlə bağlı alimlər arasında hələki ciddi fikir ayrılıqlarının mövcud olduğunu bildirdi. Süni intellektin gələcəkdə insan zəkasının alternativi kimi formalaşması məsələsinə toxunan İ.Məmmədzadə bu məsələnin özünü təsdiqinin sual altında olduğunu qeyd etdi.
Sonra f.e.d., professor Əli Abasov, f.e.d. Rəfiqə Əzimova, f.e.d., Əbülhəsən Abbasov, f.e.d., Afaq Rüstəmova, f.ü.f.d. İradə Zərqanayeva, f.e.d. Arzu Hacıyeva, f.e.d., Rəfael Əhmədli. f.ü.f.d. Radif Mustafayev, f.ü.f.d. Ağasəlim Həsənov və digər çıxışçılar mövzu ətrafında çıxış edərək, məruzəçiyə suallar verdilər.