“Könüllülər ili”ndə paradiqmal təhlillərə ehtiyac duyulur
Bizim təşəbbüslərimiz, xüsusilə təhsillə bağlı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüslərimiz gələcəyə yönəlib. Biz 10, 20, 50 il qabağa baxmalıyıq ki, Azərbaycan 50 ildən sonra necə yaşayacaq, insanların intellektual səviyyəsi necə olacaq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir. Yeni ildə ölkənin prioritetlərinin könüllülük metodları ilə də vahid məcraya yönəldilməsi tarixi əhəmiyyətli hadisələrdəndir. Ötən illərdə elan olunmuş “Kənd təsərrüfatı ili”, “Uşaq ili”, “Multikulturalizm ili” həmin sahələrdə böyük canlanmaya səbəb olmaqla bərabər, müqayisəli təhlil və tədqiqatların da miqyasını genişləndirərək, yeni ideya və təşəbbüslərin ortaya çıxmasını sürətləndirdi. Azərbaycan Respublikası Prezidentinin kompleks keçid dövrü siyasəti ilə cəmiyyətin könüllülük hərəkatı vüsət almağa başladı.
Könüllülük fəaliyyəti, eyni zamanda, vətəndaş məmnunluğunun yüksəlişi baxımından əhəmiyyətli işdir. Prezidentin daxili və xarici siyasət kursu istiqamətində ardıcıl fəaliyyəti həm də tarixilik, sistemlilik, institutlaşma, modernləşmə nəzəriyyələrinə söykənir. Bunun nəzəri əsaslarını isə müasir Azərbaycanı dünya dövlətləri sırasında güclü görmək ideyası təşkil edir. Prezident İlham Əliyevin söylədiyi kimi, “Biz ölkəmizi müasirləşdiririk. Bizim təşəbbüslərimiz, xüsusilə təhsillə bağlı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüslərimiz gələcəyə yönəlib. Biz 10, 20, 50 il qabağa baxmalıyıq ki, Azərbaycan 50 ildən sonra necə yaşayacaq, insanların intellektual səviyyəsi necə olacaq.”
Şübhəsiz, ölkə başçısının bu ideyaverici tezisi həm də müasir inkişafımızın sosio-mədəni paradiqmalarını tapmaq istiqamətində alimləri də düşündürərək, onları könüllü təşəbbüslərin artması və tətbiqi istiqamətində səfərbər etməlidir. Azərbaycanın regionlarının inkişafı haqqında ölkə başçısı cənab İlham Əliyevin silsilə sərəncamları son 17 ildə ölkə əhalisinin ictimai həyat şəraitində dəyişikliklərə yol açmış, minlərlə iş yerləri yaradılmış, əhalinin sosial rifahı nəzərəçarpacaq şəkildə dəyişilmişdir. İri müəssisələr, yeni peşə vərdişləri, regionların özünəməxsus inkişaf dinamikası, insan potensialının inkişafı məsələlərinin bu dəyişikliklər prosesində aparıcı rolunun nəzərə alınması ictimai mühitdə davamlı əlaqələrin formalaşmasını və elmi-ictimai mühitlə yeni ideyaların yaradılmasını da tələb edir. Könüllülər ilində bu istiqamətdə sosial fəaliyyətin təhlilləri alimlər tərəfindən genişləndirilməlidir.
Son illərdə Azərbaycanda həyata keçirilən inkişaf dəyişiklikləri, bu dəyişikliklərin vətəndaşlarımızın sosial həyat tərzində və düşüncəsində yaratdığı müsbət baxışların, eləcə də regionlar arasında müqayisəli təhlillərin aparılmasına zərurət böyükdür. Həyat sosiologiyası konsepsiyasından çıxış edərək ictimai həyatda gedən bu inkişaf göstəricilərinin təhlil olunması, eləcə də sosial dəyişikliyin mədəni həyat faktorunda əksi, sosial dəyişiklik və insan kapitalının potensialının dinamikası ətrafında elmi könüllülük təşəbbüsləri əlaqələndirilməlidir. Xüsusən, regionların sosial dəyişilik və inkişaf indikatorları davamlı olaraq araşdırılmalı və könüllülər ilində yeni elmi-kreativ, praqmatik analizlərlə möhkəmləndirilməlidir.
Könüllülük fəaliyyətinin Azərbaycan cəmiyyətində tarixi ənənəsi mövcuddur. Prezident İlham Əliyevin bu istiqamətdə sərəncamında ilk olaraq vurğulanan məhz könüllülüyün tarixi ənənəmizə, milli-mənəvi dəyərlərimizə söykənərək yaşanması, genişləndirilməsi ideyasıdır. XIX əsrin sonlarında Azərbaycanda formalaşan kapitalist münasibətlərində könüllülük fəaliyyəti təşəbbüsləri də əhəmiyyətli rola malik olmuşdur. Həmin dövrdə xeyirxahlıq təşəbbüsləri Qafqazda nümunəvi fəaliyyət növü sayıla bilərdi. Prezident İlham Əliyevin bu günlərdə Davos İqtisadi Forumunda keçirdiyi görüşlər və verdiyi müsahibələr sübut edir ki, dövlət başçımızın əsas məqsədi ölkəmizi sosial-iqtisadi cəhətdən güclü məkana çevirmək yolunda həlledici şirkətlərlə əlaqələr qurmaq, ölkəmizə daha yeni investisiya imkanları yaratmaqdır.
Müasir dövrdə investisiya layihələri də müxtəlifdir. Bir çox dünya dövlətləri investisiyaların ənənəvi formaları üzərində dayanırlar. Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda görüşləri təsdiq edir ki, ölkənin dünya inkişafına daha asan və maneəsiz çıxışı, sosial dövlət ideyasının asan gerçəkləşməsi qoyulan investisiyaların da təyinatı və xarakteri ilə bağlıdır. Maksimum texnoloji üstünlük və vətəndaş məmnunluğunun sosial rifah prioritetlərinə adekvat hesablanması kursu “Könüllülər ili” üçün prioritetləri asanlaşdırır və əlçatan edir.
Təhlillər göstərir ki, Azərbaycanda son illərdə genişlənən könüllülük fəaliyyətinin ideya əsasında məhz ölkə başçısının illərlə apardığı praqmatik siyasət xətti dayanır. Dövlətin institutlaşmasında “elektron hökumət”in çəkisinin genişlənməsi həm də “elektron demokratiya” mexanizmlərini təmin edir. “Elek-tron hökumət” bu gün dünyada daha çox könüllü təcrübələrin şaxələndirilməsini tələb edir.
Onu da qeyd etməliyik ki, müasir Azərbaycanda könüllülük fəaliyyəti hərəkata çevrilmişdir. Bu gün “ASAN könüllüləri”nin təşəkkül tapması ilə genişlənən bu hərəkat digər təsisatları da əhatə edir. 2020-ci il bu hərəkata cəmiyyətin, xüsusən, gənclərin fəal qoşulması prioritet olaraq qarşıda durur. İctimai inkişafın qanunauyğunluqları sistemində ideyaların səfərbəredici rolu hər zaman aktual əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin hər ilin sonu növbəti il üçün qarşıya qoyduğu hədəflərdə il ərzində fəaliyyətin daha məqsədyönlü və dövlət – cəmiyyət maraqlarının sıx əlaqələndirilməsinə yönələn ideyaverici rolu mühüm əhəmiyyət daşıyır.
Könüllülük fəaliyyəti Azərbaycan Respublikasında hüquqi mexanizmlərlə təşkil olunmaqla bərabər, sosial-mənəvi əhəmiyyət də daşıyır. Fəaliyyətin bu növü müasir cəmiyyətlərin inkişafında xüsusi rol oynayır.
Müstəqil Azərbaycan dövləti öz inkişafının postmodern mərhələsinə qədəm qoyur. Bu mərhələ sosial-iqtisadi islahatların sürətli və sistemli dinamikası ilə əhatə olunaraq, 2018–2019-cu illərdə siyasi islahatlarla da yadda qalır. Belə ki, Azərbaycanda vitse-prezidentlik institutunun təsis olunması, idarəetmə aparatının yeni formada təşkili, ölkədə gənclərin funksional əhəmiyyətli vəzifələrə təyinatı bu mərhələnin inkişafında xüsusi əhəmiyyət daşıyır. Bu il könüllülük fəaliyyəti həm də ideyaverici əhəmiyyət daşımaqla 2020-ci ildə yeni layihələrlə yadda qalacaqdır. İslahatlar dövrünün sürətli və məzmunlu mərhələsi həm də Azərbaycan Prezidentinin xarici siyasət uğurları – keçirdiyi çoxtərəfli və ikitərəfli görüşlərdə strateji əhəmiyyət daşıyaraq, ölkənin xarici siyasət prioritetlərində mühüm rol oynadı. Müasir dövrdə “elektron hökumət”in fəaliyyətində könüllülük fəaliyyətinin önəmi böyükdür. Azərbaycanın milli ənənələri yaşadan multikultural konsepsiyası yeni dövrün çağırışları zəminində gənclərin könüllülük fəaliyyətini də stimullaşdırmış, ölkə gəncliyinin idarəetmə proseslərinə fəal adaptasiyasını sürətləndirmişdir.
Könüllü təşəbbüs imkanlarını ortaya qoymaq, reallaşdıra bilmək həm də ölkədə gedən islahatların nəticəsidir. Bu islahatlar Azərbaycanda möhkəm vətəndaş cəmiyyəti təsisatlarını yaratmışdır ki, burada da gəncliyin öz rolu və fəaliyyəti vardır. Vətəndaşların dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı aktiv fəaliyyəti ictimai iştirakçılığın genişlənməsi, sosial məsuliyyətin daha da artması, vətənpərvərlik, patriotizm hisslərinin genişlənməsi zəminində də aktualdır. Könüllülük fəaliyyəti milli dəyərlərlə bərabər, özündə liberal-demokratik ideya da daşıyaraq, sosial dövlət modelinin möhkəmlənməsi istiqamətində prioritetlərin ictimai əhəmiyyətini artırır. Bu isə sosial fəaliyyətin paradiqmal təhlillərinin aktuallığını artırır.
Hüseyn İbrahimov,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru
"Xalqqazeti.com"