İslahatların mərkəzində insan potensialının insan kapitalına çevrilməsi siyasəti dayanır
Hüseyn İBRAHİMOV
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
İnsan kapitalının inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu başlıca prioritet istiqamətlərdəndir. Ölkə başçımız hələ, 2003-cü ildə özünün ilk seçki platformasında Azərbaycan regionlarının inkişaf proqramlarının həyata keçirilməsi ideyasını irəli sürərək, hökumətin fəaliyyətini bu istiqamətdə səfərbər etmiş oldu. Bunun ardınca mərhələli şəkildə Azərbaycan regionların sosial-iqtisadı inkişaf proqramlarının icra olunması ölkədə həyat səviyyəsinin yüksəldilməsinə, insan kapitalının formalaşması və möhkəmlənməsinə böyük zəmin yaratdı.
Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artdı. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə endi. Bu siyasətin fəlsəfəsini sözügedən proseslərin mərkəzində insan amilinin dayanması prinsipləri təşkil edirdi.
Regionlar üzrə Azərbaycan vətəndaşlarının sosial-mədəni inkişaf səviyyəsi, dəyişən dünya reallıqları zəminində asan idarəetmə və xidmət vərdişlərindən istifadəsi, insan potensialı göstəricilərini yüksəltməyə xidmət məqsədi daşıyaraq, insan kapitalının formalaşmasını sürətləndirmiş oldu. Ölkə başçısının inteqrasiya, dialoq mədəniyyəti, tolerantlıq, multikulturalizm kimi müasir dünyanın aktual pradiqmalarını praktiki gündəmə gətirməsi isə ölkəmizin insan kapitalı sisteminin mədəni-ideoloji zəmində qurulmasına və təminatına hesablanmış oldu.
2019-cu il ərzində cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar kursu adekvat olaraq idarəetmədə insan kapitalının yeni əsaslarla qurulmasını şərtləndirdi. Həmçinin, bu islahatlar insan potensialının insan kapitalına çevrilməsi zamanı mövcud problemlərin də həllini təmin etməyə əsas verdi. Bu xüsusda qarşıdan gələn bələdiyyə və parlament seçkiləri ölkənin modernləşmə və sosial dəyişiklik indikatorlarını müəyyən etməyə istiqamətlənmişdir. Azərbaycanın regionlarının inkişafı ölkədə elektron hökumətin qurulması və möhkəmlənməsi baxımından da aktualdır. Elektron hökumətin müasir dünya reallıqları zəminində qurulmasının vacibliyini dövlət başçımız öz çıxışlarında dəfələrlə vurğulamışdır: “Biz ölkəmizi müasirləşdiririk. Bizim təşəbbüslərimiz, xüsusilə təhsillə bağlı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı təşəbbüslərimiz gələcəyə yönəlib. Biz 10, 20, 50 il qabağa baxmalıyıq ki, Azərbaycan 50 ildən sonra necə yaşayacaq, insanların intellektual səviyyəsi necə olacaq.”
Azərbaycan dövlətinin uğuruna zəmin yaradan başlıca amillər həm də bundadır ki, ölkə başçısı müasir dünyanın aktual paradiqmalarının milli zəmində tətbiqinə nail ola bilmişdir. Bu təsnifata bazar iqtisadiyyatı, demokratiya, inteqrasiya, kommunikasiya, tolerantlıq kimi mühüm anlayışlar daxildir. Ölkədə keçirilən seçkilərin (prezident, parlament, bələdiyyə) demokratikliyinin və şəffaflığının artması, bazar iqtisadiyyatında dayanıqlılığın təmin olunması (insan inkişafı indeksində Azərbaycanın ön sıralara çıxması), neftdən sonra informasiya – kommunikasiya texnologiyalarının tətbiqi və inkişafının ikinci prioritet istiqamət elan edilməsi (elektron–hökumətin bazisinin yaradılması), tolerantlıq paradiqmasını “xalqımızın düşüncə tərzinə” çevirmək tezisi bu fundamental dəyişikliklərin əsasında dayanır. Bu baxımdan formalaşan yeni bazis modeli müasir üstqurum təsisatlarının da yeni əsaslarla formalaşdırılmasını – yeni çevik islahatları və idarəetmə aparatında ixtisarları zəruri etmişdir. Yaxın müddətdə xalqın səsverməsi ilə formalaşacaq yeni bələdiyyə və parlament üzvlərinin potensialı isə ölkə başçısının insan kapitalının dayanıqlığına hesablanan siyaəsətində daha mühüm tarixi mərhələ olacaqdır.
"Xalqqazeti.com"