Sərhəd hərəkatından həmrəylik və azərbaycançılığa
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir
31 dekabr 1989-cu il tarixindən bizi 30 il ayırır. Azərbaycanın ən yeni tarixinə "Sərhəd hərəkatı"nın baş verdiyi gün kimi daxil olan həmin gün indiki yaşlı və orta nəslin hafizəsində dərin iz buraxıb.
Məhz həmin gün xalqın iradəsi və yenilməz gücü ilə 70 il göz bəbəyi kimi qorunan SSRİ-nin dövlət sərhəddindəki tikanlı məftillər və istehkamlar sökülmüş, bir-birindən ayrı salınmış vətən övladlarının qovuşması üçün imkan yaranmışdı. Sovet İttifaqının Azərbaycan SSR ərazisindəki İran və Türkiyə ilə dövlət sərhədi yüz minlərlə Azərbaycan oğul və qızının sel gücü ilə bir gündə aradan qaldırılmışdı. Qüdrətli bir dövlətin sərhəd qoşunları və çoxsaylı hərbi hissələri Mərkəzin təlimatı üzrə xalqla toqquşmamaq və baş verənləri seyr etmək zorunda qalmışdılar. Bu sətirlərin müəllifi də həmin gün bəzi məsul partiya-sovet işçiləri ilə bərabər, sərhəd dirəklərinin və tikanlı məftillərin sökülməsini seyr edənlərin arasında idi və əlində xatirə olaraq bir parça sərhəd tikanlı məftili, qəlbində "nəhayət, bağlı qapılar açıldı, o taylı qardaşlarımızla qucaqlaşa bildik sevinci" ilə geri dönmüşdü.
O zaman, Sovet dövlətinin süqutundan təqribən iki il əvvəl həyata keçirilən bu hərəkatı doğuran səbəblər, əlbəttə, on illiklər boyu bir-birindən təcrid edilmiş, aralarında keçilməz sədlər çəkilmiş Azərbaycan xalqının təbii hissləri ilə bağlı olsa da, bu hərəkat əslində, Sovet İttifaqının müstəmləkəçi siyasətinə, Kommunist ideoloji sisteminə qarşı xalqın bütün demokratik, azadlıqsevər qüvvələrinin etiraz hərəkatı idi. Bu, Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutan mərkəzi hakimiyyətə qarşı respublikamızda 1988-ci ilin noyabrından başlanan geniş ümumxalq etiraz hərəkatının yeni şəkildə davamı idi. Azərbaycanın ərazi bütövlüyünü pozmağa başlayan erməni separatizminin və onu fəal dəstəkləyən Ermənistan SSR-in təcavüzkar siyasətinin qarşısını almayan, hətta buna gizli-aşkar rəvac verən mərkəzi hakimiyyətə inamsızlığın və haqlı nifrətin coşan bir təzahürü idi. O zaman respublikamızda başlayan geniş xalq hərəkatının Naxçıvan MSSR-dəki fəalları mərkəzi və yerli partiya-sovet rəhbərlərinin, hüquq-mühafizə orqanlarının bütün cəhdlərinə, hədə və təzyiqlərinə baxmayaraq, qətiyyətlə ikiyə bölünmüş Şimali və Cənubi Azərbaycan (İran) arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinin və qurğularının sökülməsinin zəruriliyini irəli sürürdülər.
Qeyd etmək lazımdır ki, Azərbaycanda həm Mərkəzin, həm də Respublikanın partiya-sovet rəhbərliyinə qarşı yönəlmiş bu ümumxalq hərəkatının kütləviliyi və qərarlılığı Sovet rəhbərliyini də çaşbaş salmışdı, Arazın hər iki sahilinə toplaşaraq bir-birini haraylayan, soyuq şaxtalı bir gündə özlərini çaya atıb qarşı sahilə qovuşmaq istəyən (təəssüf ki, çayı keçib bizim sahilə çatmaq istəyənlərdən Arazın sularına qərq olanlar da oldu) on minlərlə insanın iradəsi ilə hesablaşmaq lazım gəlmişdi. Həmin gün dövlət sərhəddini süpürüb atanlara fiziki müqavimət göstərilməsə də, sovet təbliğat aparatı bütün vasitələrlə bu hərəkatı gözdən salmağa və bənzər hadisələrin ölkənin digər sərhəd ərazilərində baş verməsinin qarşısını almağa çalışırdı. Azərbaycanın o vaxtkı Sovet rəhbərliyi də bu hərəkata münasibətdə Mərkəzdən fərqli mövqe tutmurdu. Çox keçmədi ki, demokratiya və azadlıq istəyən bütöv bir xalqa divan tutuldu, Azərbaycana qarşı erməni təcavüzünə rəvac verildi, nəticədə isə, qanlı "20 Yanvar" milyonlarla Azərbaycan vətəndaşının nəzərində Sovet hakimiyyətinə və Kommunist partiyasına kütləvi nifrət və mübarizə gününə çevrildi.
Xalqın belə ağır günlərində dahi siyasətçi, insanların yeganə inam və ümid yeri olan Heydər Əliyev vətənə qayıtdı. 3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən gündən Heydər Əliyev Muxtar Respublikanın əhalisinin bütün təbəqələrinə möhkəm milli-mənəvi birlik iradəsi, müstəqil Azərbaycanın qorunması və inkişafına sədaqətlə xidmət göstərmək istəyi, Vətəni son nəfəsədək qorumaq üçün hər an səfərbər olmaq hissi aşılayır, eləcə də bütün dünya azərbaycanlılarını vahid vətən -- Azərbaycan Respublikası üçün təəssübkeşlik etməyə, onun uğrunda çalışmağa və mübarizə etməyə çağırırdı. Azərbaycanda müstəqil dövlət quruculuğunun bir sıra mühüm addımları Naxçıvanda, hələ Sovet hakimiyyətinin mövcud olduğu bir zamanda Heydər Əliyevin siyasi iradəsi ilə atılırdı. Belə ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da iki il əvvəl baş vermiş və tariximizə Sərhəd hərəkatı günü kimi düşmüş 31 dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü olaraq qeyd edilməsi məsələsi Ali Məclisdə geniş müzakirə edilmiş və tarixi qərar qəbul edilmişdi.
Ali Məclisdə keçirilən müzakirələrdə tarixi Azərbaycan torpaqlarının 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə İran və Rusiya arasında bölündüyü, 1918-ci ilin mayın 28-də müstəqillik qazanan Şimali Azərbaycanda Xalq Cümhuriyyəti qurulduğu, lakin iki il keçməmiş müsəlman şərqinin bu ilk cümhuriyyətinin bolşevik Rusiyasının işğalına məruz qaldığı, Azərbaycan xalqına qarşı Sovet hakimiyyəti illərində ədalətsizcəsinə kütləvi cəza tədbirlərinin, həbs və sürgünlərin, zorla köçürmələrin həyata keçirildiyi vurğulanmışdı.
Burada qeyd edilirdi ki, Sovet hökuməti və onun kommunist təbliğatı illər boyu dünya türklərini, həmçinin, SSRİ-dəki türk xalqlarını bir-birindən təcrid etmək məqsədilə sistemli ideya-siyasi tədbirlər həyata keçirmiş, birlik naminə çalışanları, hətta bu barədə düşünənləri "pantürkist" adlandırıb bu təbii hissləri birdəfəlik yox etməyə çalışmışdır. Daxildə qanlı repressiyalara, sərhədlərdə dəmir pərdələrə baxmayaraq, Azərbaycan türkləri milli dövlət quruculuğu, milli və mənəvi bütövlük, müstəqillik uğrunda mübarizəni bu və ya digər şəkildə davam etdirmişdilər. Müzakirələrdə deyilirdi ki, Naxçıvan Muxtar Respublikasından başlanıb Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya və hegemonluq mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hüquq-mühafizə orqanları və hərbi dairələr qara yaxaraq onu antidemokratik, bir qrup ekstremistin və cinayətkar ünsürün əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışırdılar. Eyni zamanda, Mərkəzin göstərişi ilə sərhəd zonasında əsassız olaraq fövqəladə vəziyyət elan edib bir çox yerlərdə sökülmüş sərhəd çəpərlərini bərpa edirdilər, bu hərəkatın fəallarını təqib edir, müxtəlif vasitələrlə onlara qarşı repressiv tədbirlər görür, işdən çıxarır, hətta həbs edirdilər. Lakin belə mürtəce addımlar daha xalqın qaynayıb daşan gücünün qarşısını ala bilməzdi. Üstəlik, həm Türkiyədə və İranda, həm də yaxın-uzaq ölkələrdə yaşayan azərbaycanlılar arasında böyük bir ruh yüksəkliyi yaranmışdı.
Qeyd etmək lazımdır ki, 1990-cı ilin noyabr ayının 3-də Türkiyədə keçirilən Birinci Beynəlxalq Azərbaycan Türk Dərnəkləri qurultayı da Naxçıvan Muxtar Respublikasından başlanmış Sərhəd hərəkatının əks-sədası və real nəticəsi idi, bu qurultay milli birlik və həmrəylik yolunda atılmış mühüm addım idi. Lakin bu tarixi hərəkatın ilk siyasi qiyməti məhz Heydər Əliyevin rəhbərliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisində verilirdi. Ali Məclisin sədri Heydər Əliyevin imzaladığı 5 maddəlik bu tarixi qərarın 1-ci və 2-ci maddələrində deyilirdi:
1. 31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin. Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
2. 31 dekabrın Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü kimi Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilsin.
Qərarın digər maddələrində bu bayramla əlaqədar mərasim və tədbirlərin, elmi konfransların keçirilməsi, bu qərarın dünya Azərbaycan türklərinə çatdırılması təsbit olunurdu. Sərhəd çəpərlərinin bərpasının qanunsuz olduğu və buna qarşı tədbirlər görülməsi də burada öz əksini tapmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin iradəsi ilə qəbul etdiyi bu qərar sonra Azərbaycan parlamentinin qanunu ilə artıq ölkə çərçivəsində 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü olaraq təsbit olundu.
1993-cu ildə Ulu öndər Heydər Əliyev artıq müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan sonra həmrəylik bayramı məzmunca və formaca daha da zənginləşərək milli bayramlarımız sırasında yer alaraq həm ölkəmizdə, həm də dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıları bir-birinə və ana vətənə bağlayan təsirli vasitəyə çevrildi. Məlumdur ki, 1991-1992-ci illərdə ölkəmizdə milli dövlət quruculuğunda hələ çox ciddi çatışmazlıqlar mövcud idi, respublikanın vətəndaşları olan ermənilərin qanlı müharibəyə gətirib çıxaran separatçı fəaliyyətləri, bəzi digər milli azlıqların nümayəndələri arasında bölücülük və dövlətəzidd hərəkətlər mövcud idi. Belə bir şəraitdə sərhəd hərəkatını da məhz etnik mənşəcə türk olan azərbaycanlılar başlatdığı üçün bu bayramın "Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü" kimi təqdim edilməsi cari vaxta və şəraitə uyğun idi. Lakin Ulu öndərin dövlətçilik siyasətində azərbaycançılığı Azərbaycan Respublikasında yaşayan bütün etnik mənsubiyyətli vətəndaşların milli məfkurəsinə çevirməsi, vahid Vətən mənsubiyyətini və təəssübkeşliyini əsas tutması bu bayramı yalnız Azərbaycan türklərinin deyil, özünü azərbaycanlı hesab edən bütün vətəndaşlarımızın, hətta Azərbaycan vətəndaşı olmayan müxtəlif ölkələrdəki azərbaycanlıların bayramı etdi. Bununla Heydər Əliyevin milli dövlət quruculuğunda və ölkədə milli birliyin təmin edilməsində necə həlledici rol oynadığı bir daha üzə çıxdı.
Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının Birinci Qurultayının müvəffəqiyyətlə keçirilməsi xarici ölkələrdə yaşayan soydaşlarımızı milli birlik yolunda tam bir hərəkətə gətirdi, onların Vətənə bağlılığının möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Heydər Əliyevin qurultayda böyük əzəmət və iftixarla dediyi "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı bu gün hər bir həmvətənimizin və soydaşımızın birlik və həmrəylik fəlsəfəsidir. Ulu öndərin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin (indiki Diasporla iş üzrə Dövlət Komitəsi) yaradılması ilə həmvətənlərimizlə iş artıq dövlət siyasəti səviyyəsində ardıcıl və sistemli şəkildə həyata keçirilməyə başlandı.
Bu gün Ulu öndər Heydər Əliyevin "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" kəlamı bütün dünya azəbaycanlılarının hisslərinə və şüurlarına nüfuz edən həmişəyaşar tövsiyə və nəsihətdir, həyat və fəaliyyət proqramıdır. Bu müdrik sözlər artıq milli təfəkkürümüzdə elə dərin kök salıb ki, bu sözləri hər bir vətəndaşımız etnik kökündən asılı olmayaraq qürurla səsləndirir. Bu, artıq bütöv Azərbaycan millətinin səsidir.
Ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaqdır!" dahiyanə sözləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə real həyatda özünü təsdiqləyir. Dünya Azərbaycanlılarının həmrəylik günü ilə əlaqədar Azərbaycan Prezidentinin hər yeni müraciəti ölkəmizin və xalqımızın yeni-yeni nailiyyətlərindən xəbər verir, Azərbaycan Respublikasını bütün dünya azərbaycanlıların əzəli və əbədi Vətəni kimi daha da ucaldır.
"525.az"