Gənclər siyasəti uğurla həyata keçirilir
Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İnstitutunun “Heydər Əliyevin siyasi irsi və
azərbaycançılıq fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi
Respublikamızda dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm nəticələrə nail olunub.
Prezident İlham Əliyev də son 16 il ərzində gənclərə diqqət və qayğını daim diqqət mərkəzində saxlayıb. Buna görə də Azərbaycanda gənclik sözügedən dövrdə cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edib, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynayıb, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilib.
Azərbaycan dövləti gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlamaqla, gəncliyin cəmiyyətin inkişafında sosial təbəqəyə çevrilməsinə, demokratikləşmədə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir.
Onu da xatırlatmaq istərdim ki, Prezident İlham Əliyev tərəfindən 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı dövlət gənclər siyasətinin daha da inkişafına mühüm təsir göstərib.
Ötən dövr ərzində adıçəkilən strategiya və proqram gənclər siyasətinin səmərəli həyata keçirilməsində, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasında əhəmiyyətli rol oynayıb. Bu, eyni zamanda, təhsil sisteminin gücləndirilməsinə, ölkədə elm potensialının artırılmasına əsaslı şərait yaradıb.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda ölkədəki yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının səmərəli fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi hər bir gəncimizdə özünə, öz gücünə, istedadına, potensialına inam hissini artırıb. Bu baxımdan bir neçə gün bundan əvvəl uğurla keçirilən bələdiyyə seçkilərində gənclərin fəallıq nümayiş etdirmələri təsadüfi deyildi. Çünki Prezident İlham Əliyevin rəhbərliyi ilə son vaxtlar aparılan köklü islahatlar gəncləri bələdiyyə seçkilərində daha fəal iştiraka ruhlandırmışdı. Ümumiyyətlə, gənclərin seçkilərdə daha fəal iştirakı və öz innovativ potensiallarından geniş istifadə edə bilmələri üçün ölkəmizdə hərtərəfli şərait yaradılıb.
Yeri gəlmişkən, burada mühüm bir məqama da toxunmaq istərdim. Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə söylədiyi nitqində hazırda gənclərin potensialına xüsusi önəm verildiyini, onların bilik və bacarıqlarından səmərəli istifadə edildiyini vurğulayıb. Eyni zamanda, gənclərə dəyərli tövsiyələrini də çatdırıb. Bildirib ki, bu gün radikal müxalifətin anti-Azərbaycan dairələri tərəfindən maliyyələşməsi, pul təminatı azalıb: “Ona görə çapzalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar”.
Bəli, Azərbaycan gəncləri Vətəni sevir, ümummilli liderimiz Heydər Əliyev ideyalarına sədaqətlilik göstərərək, cənab Prezidentimizin ətrafında sıx birləşirlər.
Prezident İlham Əliyev əmindir ki, Azərbaycan gəncləri ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini bundan sonra da daha dərindən mənimsəməsi işinə töhfə verəcək, ulu öndərin dövlətçilik ənənələrinin qorunub saxlanılması ilə bağlı üzərlərinə düşən məsuliyyəti daim hiss edəcəklər.
"Xalqqazeti.com"