İslahatçı lider
Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İnstitutunun Heydər Əliyev siyasi irsi və azərbaycançılıq
fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru
İqtisadi inkişafının yeni keyfiyyət mərhələsini yaşayan Azərbaycan aşkarlıq və şəffaflıq tələb edən vətəndaş cəmiyyətinə keçid mərhələsini inamla adlayır. Yeni mərhələdə səmərəli dövlət idarəçiliyi sisteminin yaradılması məqsədilə demokratik islahatların dərinləşdirilməsi, habelə vətəndaş cəmiyyəti institutlarının inkişafı və liberal siyasi mühitin formalaşdırılması qarşıda ciddi vəzifələr kimi nəzərdən keçirilir.
Prezident İlham Əliyevin müəllifliyi ilə ötən 16 ildə möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələrini yazan respublikamız son illər daha heyrətamiz, inqilabi xarakterli keyfiyyət dəyişikliklərinə imza atır. Müasir dünyada gedən proseslərə uyğun olaraq, Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə köklü dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür tərzi dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir.
Sistem islahatlarının diktə etdiyi idarəetmə fəlsəfəsi
Prezident İlham Əliyevin son illər reallaşdırdığı islahatlar nəticəsində Azərbaycan müasir keyfiyyət və iqtisadi yüksəliş mərhələsi yaşayır.
Prezident İlham Əliyevin iqtisadi modernləşməni davamlı və sonu görünməyən proses kimi dəyərləndirməsi isə yeni elmi yanaşma kimi böyük maraq doğurur: "Biz gələcəyə baxmalıyıq. Bizi gələcəkdə nələrin gözlədiyi bizdən asılıdır, Azərbaycan xalqından asılıdır. Biz seçimimizi etmişik. Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmənin limiti, hüdudları yoxdur. Bu, əbədi bir prosesdir, sonsuz bir prosesdir”.
Müasirləşmə sonu olmayan proses olub ictimai təfəkkür tərzinin dəyişməsi, insanların demokratik prosesləri, yeni dünya nizamının reallıqlarını adekvat qavraması, idarəçiliyin modernləşdirilməsi və şəffaflaşdırılması, çevik, kreativ, vətənpərvər kadr bazasının formalaşdırılması kimi amillərlə sıx şəkildə bağlıdır. Dövlət başçısı ölkədə vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması, idarəetmədə hüquq qaydaları ilə bir araya sığmayan neqativ amillərin aradan qaldırılması ilə bağlı kifayət qədər prinsipial mövqedə olduğunu dəfələrlə ifadə etmişdir.
2018-ci il 11 aprel seçkilərində xalqın böyük dəstəyi ilə Azərbaycana rəhbərlik kimi məsuliyyətli missiyanı növbəti mərhələdə də üzərinə götürən cənab İlham Əliyev ona göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldur, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün əzmlə, qətiyyətlə çalışır. Təkcə onu demək kifayətdir ki, respublikamız son prezident seçkilərindən sonra daha da güclənmiş, zənginləşmiş, hərtərəfli inkişaf yolunda yeni uğurlara imza atmış, insan amili həyata keçirilən siyasətin ana xəttində yer almışdır.
Sistem xarakterli islahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması istəyi özünü daha qabarıq biruzə verir. İndiki mərhələdə dövlət başçısının başlıca tələbi yeniliklərlə ayaqlaşmaq, aparılan islahatların mahiyyətini düzgün dərk edərək ona dəstək vermək, bürokratik və neqativ amillərdən tamamilə uzaq olmaq, xalq üçün işləmək, hər bir vətəndaşın mənafeyini uca tutmaqdır.
Yeni dövrün tələblərinə cavab verən, islahatlara meyilli, kreativ kadrların yüksək vəzifələrə irəli çəkilməsi, mütərəqqi islahatları konyunktur iddia və maraqları baxımından həzm edə bilməyən, bu prosesdə əngələ çevrilən, bürokratik təfəkkür tərzindən uzaqlaşa bilməyən məmurların öz postları ilə vidalaşmaları deyilənləri bir daha sübut edir. Son aylarda baş verən ciddi kadr dəyişiklikləri ölkədə idarəetmə fəlsəfəsinin tamamilə dəyişməsi ilə bağlı cəmiyyətə verilən böyük mesajdır.
Bu islahatların əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir. Cənab İlham Əliyev ilk növbədə vətəndaşların mənafeyini düşünərək dövlət idarəetməsi ilə bağlı bu və ya digər qərarlar qəbul edir, struktur islahatları həyata keçirir. Dövlət başçısının 2019-cu il 14 yanvar tarixli "Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı idarəetmə sistemində çevikliyin və səmərəliliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Vitse-prezident institutu - mütərəqqi islahatlara yeni təkan
Xatırlatmaq vacibdir ki, Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ölkədəki genişmiqyaslı islahatların keçirilməsi tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar idi. Bu təyinat mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması və islahatların sürətləndirilməsi baxımından əhəmiyyətli olmuş, Mehriban xanım Əliyeva cəmiyyətdə qazandığı yüksək nüfuz ilə dövlət idarəçiliyinə yeni nəfəs, müasirləşmə və innovativ ruh gətirməyə nail olmuşdur. Azərbaycanın Birinci vitse-prezidentinin son üç ilə yaxın fəaliyyəti postneft strategiyası dövründə həyata keçirilən çoxşaxəli islahatların davamlılığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmişdir. Xüsusilə cəmiyyətin aztəminatlı təbəqələri ilə apardığı fəal iş, onların problemlərinin həlli istiqamətində atdığı addımlar Mehriban xanım Əliyevanın idarəetmə fəaliyyətinin humanist və insanpərvər mahiyyətini bir daha təsdiqləmişdir.
2018-ci il 11 aprel seçkilərindən sonra sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələnin başlanmasında, xüsusən də bu ilin əvvəlindən etibarən əhalinin aztəminatlı və imtiyazlı təbəqələrinin sosial müdafiəsinin gücdəndirilməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsində dövlət başçısı cənab İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. Yürüdülən uğurlu iqtisadi siyasət - çevik və şəffaf vergi-gömrük islahatları nəticəsində son aylarda ölkəmizin maliyyə imkanlarının daha da artması ilə paralel dövlət başçısı uğurlu sosial islahatlar paketinin reallaşdırılmasını təmin etmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, 2016-cı ilin 26 sentyabrında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər gənclərin qarşıdakı bələdiyyə və növbədənkənar parlament seçkilərində iştirak imkanlarını genişləndirmiş, respublikamızda növbəti islahatların gerçəkləşdirilməsində onların rolunu artırmışdır. Ümumiyyətlə, son illər ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əsas hədəfi, şübhəsiz ki, hərtərəfli biliyə, bacarığa, məsuliyyət hissinə, dünyagörüşünə malik şəxsiyyət formalaşdırmaqla yanaşı, xalqın milli, əxlaqi, humanist, mədəni dəyərlərinə yiyələnən, millətini, vətənini sevən, qoruyan, şərəfini uca tutan sağlam nəsil yetişdirməkdir. Müasir Azərbaycan gəncliyi cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak etməklə yanaşı, ölkənin sabahı naminə üzərinə düşən vəzifələri düzgün dəyərləndirməyə çalışır, orta və nisbətən yaşlı nəslin davamçısı olmağın məsuliyyətini dərindən dərk edir. Qürur hissi ilə demək olar ki, Azərbaycan gəncliyi bu gün dövlətin hərtərəfli diqqət və qayğısı müqabilində milli maraqların etibarlı təminatçılarından biri kimi çıxış edir. Ölkədən kənarda müəyyən xarici dairələrin sifarişi ilə Azərbaycan dövləti və hakimiyyətinə qarşı məkirli kampaniya aparan təsadüfi "sosial şəbəkə qəhrəmanları”nın irəli sürdükləri cəfəng iddiaların ifşasında, edəcə də ölkənin həqiqətlərinin beynəlxalq miqyasda təbliğində həmin gənclərin mühüm xidmətləri danılmazdır.
2018-ci il 11 aprel seçkilərinin nəticəsi olaraq Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış siyasətin davamlılığının təmini, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoymuşdur. Ötən dövrün təhlili də göstərir ki, cəmiyyətdə mütləq çoxluğun alternativsiz lider olaraq qəbul etdiyi cənab İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək, Azərbaycanı yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır.
"azerbaijan-news.az"