Azərbaycanın liderlik strategiyası
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə İnstitutunun direktoru, professor
XXI əsr dünyada qlobal siyasi rəqabətlərin, kataklizmlərin gücləndiyi, milli dövlətlərin özünütəsdiqi, innovasiyalar, rəqəmsal strategiya dövrüdür. Müasir Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən mühüm geosiyasi məkandır, keçmiş sosializm sistemindən müstəqil suveren dövlətçilik yoluna qədəm qoymuş hüquqi, azad respublikadır. U.Rastou qeyd edirdi: “Keçidin modeli və ya ideal tipi iki və ya üç empirik nümunənin öyrənilməsi əsasında alına bilər, sonra isə başqa nümunələrə tətbiq edilmək yolu ilə yoxlanıla bilər” (U.Rastou. Perexodı k demokratii: popıtka dinamiçeskoy modeli. Pol.is., 1996, № 5). Məhz bu nöqteyi-nəzərdən də müasir Azərbaycanın dövlətçilik institutunun strateqi ulu öndər Heydər Əliyev demişdir: “Keçid dövrü yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən adam olsun” (H.Əliyev. Müstəqillik yolu. 1997, s.30). Bu mənada təqdim etdiyimiz təhlildə ulu öndər Heydər Əliyev siyasi məktəbinin uğurlu davamçısı Prezident İlham Əliyev “çox təcrübəli və dünyanı biləndir”. Və nəinki dünyanı bilən, həmçinin dünyanın da bildiyi, tanıdığı milli liderdir.
Prezident İlham Əliyev müasir Azərbaycana rəhbərlik edənə qədər ali məktəbdə müəllimlikdən Baş nazir vəzifəsinədək böyük bir təcrübə məktəbi keçmiş, ən əsası isə ümummilli lider Heydər Əliyev dühasından həm genetik, həm də siyasi anlamda mükəmməl dərs almışdır. İlk dəfə 2003-cü ilin 15 oktyabrında prezident seçkilərində qələbə qazanan ölkə başçısı İlham Əliyev həmin il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” – deyə bəyan etdi.
Məhz bu siyasi kursu davam etdirən Prezident cənab İlham Əliyev son 16 ildə müasir Azərbaycan üçün çoxvektorlu strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanmasının və onların işlək mexanizmlər əsasında həyata keçirilməsinin əsas müəllifi olmuşdur. Gənc Prezident “Əsl siyasət konkret real iş görməkdən ibarətdir” – tezisini irəli sürmüş, bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və mətin əzmkarlıq nümayiş etdirmişdir.
III minillikdə Azərbaycana rəhbərlik edən dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirmiş, islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsini istiqamətləndirmişdir. Burada maraqlı bir sual ortaya çıxır: – Dünyada gedən qərbləşmə prosesində Azərbaycanın modernləşməsi necə olmalıdır? Cəmiyyətdə antimodernist potensialı aradan qaldırmaq, ənənəçilik qalıqlarını neytrallaşdırmaqla, ölkənin milli maraqlarını qorumaqla, iqtisadi rifahı tənzimləməklə, vətəndaşların sosial müdafiəsini, dini etiqad, insan hüquqları azadlığının təminatını ictimai və texnoloji yenilənmələrlə dəyişməkdir.
Bu mənada 2003–2019-cu illər Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və dünya sisteminin müxtəlif təsərrüfat sahələrinə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olmuşdur. Prezident İlham Əliyev bu illər ərzində imzaladığı fərmanlar, təsdiq etdiyi dövlət proqramlarında dünyanın müasir çağırışlarına hədəflənən istiqamətlərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirmişdir. Buraya ölkədə mövcud iqtisadi resursların gücləndirilərək kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan dövlətinin qurulması yolunda çoxşaxəli iqtisadiyyatın formalaşdırılması), hər bir regionun potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxsaylı yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişafına dəstək verilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və bu kimi həm iqtisadi, həm siyasi, həm mədəni və s. digər mühüm vəzifələri aid etmək olar.
Nəzərə çatdıraq ki, müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev söyləyirdi: “Respublikanın sosial-iqtisadi vəziyyətini inkişaf etdirmək üçün biz xarici ölkələrlə və dünyanın bütün şirkətləri ilə sıx əməkdaşlıq etməyi, Azərbaycan ilə xarici ölkələr, şirkətlər arasında müştərək iş görməyi iqtisadiyyat sahəsində əsas istiqamətlərdən biri hesab edirik” (H.Əliyev. Müstəqillik yolu, Bakı, səh.48). Həqiqətən də, ulu öndər müstəqil Azərbaycanın dünyanın aparıcı ölkələri, nüfuzlu korporasiyaları ilə birtərəfli əməkdaşlıq müqaviləsi imzaladı. Və tədricən Azərbaycan dünyanın “böyük səhnəsində” özünəməxsus aparıcı rollardan birini apardı. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə “yeni neft strategiyasının” uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi tarixə yazıldı. Bunun nəticəsidir ki, ötən illərin iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş sosial-iqtisadi yüksəlişi ilk növbədə insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir. Şotlandiyalı politoloq C.Pyer yazır ki, “milli dövlət qloballaşma şəraitində öz əhəmiyyətini itirmir, bununla belə, iqtisadiyyatı idarə etmək bacarığını saxlaya bilir” (Siyasi elmin tarixi, B., 2005, s.176).
Ümumilikdə qəbul edilən əsaslı qərarlar, imzalanan fundamental sərəncamlar YAP-ın və onun lideri Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Yeni islahatlar mərhələsi bu yolun dialektik məntiqli davamıdır. G.Almandın məntiqi ilə desək, “dövlətin qayıtması” prosesi sanki başladı və dövlətçilik institutu daha da möhkəmləndi.
Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni inkişafının yeni mərhələsi həm də sahibkarların, orta sinfin milli həyatda aparıcı təbəqəsi kimi önə çıxması ilə səciyyəvidir. Bu təsadüfi olmayıb, əksinə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gəlir. Azad bazar iqtisadiyyatı münasibətlərinin fəal tərəfdarı kimi çıxış edən Prezident İlham Əliyev inkişaf prosesində orta sinfin rolu barədə əsaslı konsepsiyanın da yaradılmasına istiqamət verdi. Prezident İlham Əliyev deyir: “Sahibkarlıq bizim üçün prioritet məsələlərdən biridir. Sahibkarlığın inkişafı üçün həm siyasi dəstək verilir, eyni zamanda, dövlət qurumları tərəfindən çox böyük metodiki dəstək göstərilir” (az.trend.az 2743168 html).
XXI əsr Azərbaycanında həyata keçirilən islahatlar, köklü dəyişmələr həm də dövlət idarəçiliyinin modernləşdirilməsi, elitaların yeniləşməsi, şəffaflaşdırılması, müasir dövrün tələblərinə uyğunlaşdırılması tədbirləri ilə müşayiət olunur. XX əsrin böyük mütəfəkkiri F.F.Hayek “Köləliyə aparan yol” kitabında yazırdı: “Özlərini yedirə biləcəyinə əmin olmayan insanlarda müstəqil ağla və güclü xarakterə nadir hallarda rast gəlmək olur”. Müəllifin bu fikri praktikada təsdiqini tapır – reallıq yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Ölkə vətəndaşlarının yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin mövqelərinin ildən-ilə möhkəmlənməsi ümumbəşəri xarakter daşıyan demokratik normaların ictimai rəydə düzgün dərk olunmasına, qavranılmasına və qiymətləndirilməsinə əlverişli şərait formalaşdırır. Prezident İlham Əliyev qeyd etdiyi kimi, “Azərbaycan demokratiya yolu ilə uğurla gedir” (https://wwwbbc.com>azeriy).
Azərbaycanın üçüncü minillikdə sürətli inkişaf tempi cəmiyyətdə konsensusun əldə olunmasına, sosialyönümlü tərəqqiyə və modernləşməyə xidmət edən hüquqi-siyasi, demokratik islahatlar kursunun daha da genişləşdirilməsini obyektiv zərurətə çevirmişdir. Bir sıra siyasi analitiklərə görə, demokratiya tam şərtlər kompleksinin reallaşması nəticəsində möhkəmlənir. Bu mətndə A.Przevorski məntiqində: “Demokratiya o halda möhkəmlənir ki, mövcud siyasi və iqtisadi şəraitdə müəyyən təsisatlar sistemi təbii şəkildə mümkün oslun” (A.Przeworski 1991. Democracy and the Market Political Reforms).
Təcrübə də təsdiq edir ki, inkişaf səviyyəsi yüksək olan ölkələr postindustrial dövrünün tələblərinə uyğunlaşma məsələlərini yalnız müasir bilikli demokratik cəmiyyətin kifayət qədər formalaşmış təsisatları mövcud olduqda həll edə bilərlər. Bu təsisatların inkişafı cəmiyyətin yeniləşməyə meyilləri ilə birləşəndə səmərə verir. Buna nəzərən, demək olar ki, Azərbaycanda da milli gəlirin artım tempi ilə siyasi-hüquqi, mədəni-ictimai, sosial-mənəvi islahatların həyata keçirilməsi prosesi mütənasiblik təşkil edir. Məhz belə bir mərhələdə ictimai münasibətlərin xarakterində dövrlə bağlı fundamental dəyişikliklərin baş verməsini labüd və qarşısıalınmaz proses kimi səciyyələndirmək olar. Digər əsas bir məsələ – “informasiya iqtisadiyyatı” da formalaşır, bu isə müxtəlif dövlət qurumlarında vətəndaşların cəlb edildiyi ən mürəkkəb idarəetmə əməliyyatları tam elektron formada tətbiq edilir. “E-dövlət” və “vətəndaş-dövlət” seqmentində də Azərbaycanın dünyaya model kimi təqdim etdiyi “Asan xidmət” də Prezident İlham Əliyevin siyasi xəttidir.
Ölkədə həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlar mahiyyətcə cəmiyyətdə sosial liberallaşmaya, sivil və milli siyasi və əxlaqi davranış normalarının möhkəmlənməsinə xidmət etdiyindən, Azərbaycanda müxalifətçiliklə bağlı nihilist, radikal və anarxist yanaşmalarda da tədricən dəyişikliklərin baş verəcəyi şübhəsizdir. Ölkə iqtidarı da Azərbaycan sosiumunun inkişafının üç əsas amilini – milli birlik və həmrəyliyi, siyasi suverenliyi və firavanlığı, mənəvi dəyərlərin bütövlüyünü təmin etmək üçün ölkəni zəruri inkişaf səviyyəsinə çatdırmağa çalışır. S.Hantinqton məntiqi ilə desək: “Əgər uğur qazanmaq istəyirsinizsə, onda siz də bizim kimi olmalısınız: bizim yolumuz yeganə yoldur” (S.Hantinqton. Stolknovenie sivilizasiy. M.2003, str.104). Yəni, Azərbaycanın yolu demokratiyadır. Yeni siyasi şəraitdə demokratiya təkcə müəyyən olunmuş gündə səsvermə qutularına yaxınlaşıb səs verməkdən ibarət deyildir. Demokratiya cəmiyyətin həyatının bir hissəsi, onun üzvlərinin təfəkkür tərzi, habelə onların arasında qarşılıqlı hörmətin təzahür formasıdır. Bu proses dövlətin tənəzzülünə deyil, onun güclənməsinə və inkişafına imkan yaradır.
2019-cu ilin oktyabrından, belə demək mümkünsə, dəyişən payız fəslində ölkədə siyasi mühit də dəyişdi. Son proseslər, Prezident İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar da göstərir ki, ölkə iqtidarı siyasi məkanın yenilənməsinə olan ictimai tələbatı aydın dərk edərək, bu istiqamətdə əməli tədbirlər həyata keçirir. Siyasi cəhətdən sabit və oturuşmuş, iqtisadi kontekstdə davamlı inkişaf edən, mənəvi-ideoloji bütövlüyünü təmin edən müasir Azərbaycan idarəçilik sistemində yeni “işgüzar, sosial və birliklər strategiyası” tətbiq olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bu ərəfədə son çıxışları (BDU-nun 100 illik yubileyinə həsr olunan mərasimdə, eləcə də ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəsmi Moskva səfəri ilə əlaqədar və s.), sərəncamları, söylədiyi fikirləri bu baxımdan xüsusi maraq doğurur.
İslahatların yeni mərhələsi və modernləşmə
Müasirlik prosesi mürəkkəbdir. Prezident İlham Əliyevin dövlət quruculuğunun möhkəmləndirilməsi ilə bağlı apardığı strateji xətti ölkənin modernləşməsinin ən yeni mərhələsidir. Dövrün artıq başlıca məqsədi biliklər iqtisadiyyatı, sosial kapitala əsaslanan dövlət–cəmiyyət sisteminin təkmilləşdirilməsidir. Bu isə ictimai sərvət və dəyərlərə, prioritet və meyarlara keyfiyyətcə yeni münasibət bəsləməyi nəzərdə tutur. F.Fukuyamanın fikirləri ilə yanaşsaq: “Postsənaye ölkələrinin ümumi trayektoriyası multimədəniyyət cəmiyyətinin yaradılması istiqamətində inkişaf edir” (Bax: LeFigaro (Fransa) 4 dekabr 2003-cü il). Müasir şəraitdə isə buna seçilmiş addımlarla, prioritet və dəyərlərin köməyi ilə, başqa sözlə, müasirliyi texniki və informasiya imkanlarını milli ənənələrlə birləşdirərək, elmin inkişafına impuls verməklə nail olmaq olar.
Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” kitabının I fəslində bu məsələ ətraflı və dərindən təhlil olunur. İlk növbədə, ölkəmizin sürətli inkişafı üçün bu proseslərin mərkəzində bilikli insan və vətəndaşı olmalıdır. İkincisi, biliklər iqtisadiyyatına və sosial kapitala əsaslanmış sistemin təkmilləşməsi azərbaycançılıq ideologiyasının inkişafını və yayılmasını bir vəzifə kimi qarşıya qoyur. Bunun üçün isə o, müasir fəlsəfi-tarixi, hətta siyasi-sosioloji metodologiyaya əsaslanaraq, müasirliyin ortaya çıxarmış olduğu ən mühüm suallara və çağırışlara cavab verə bilməli, mentalitetimizin və milli təcrübəmizin ən layiqli tərəflərini əks etdirməklə onu gələcək nəsillərə ötürə bilməlildir.
Azərbaycançılıq ideologiyasının əsasını ümummilli lider Heydər Əliyev qoymuşdur. Prezident İlham Əliyev bu strategiyanı davam etdirir. Biz ictimaiyyətşünaslıqla məşğul olan alimlərin üzərinə isə həmin ideologiyanı inkişaf etdirmək və yaymaq məsuliyyəti düşür. Başqa sözlə, islahatların yeni mərhələsində məhz inkişafın Azərbaycan modeli azərbaycançılıq ideologiyasının mərkəzində durmalıdır. Ulu öndər Heydər Əliyev qətiyyətlə bəyan edirdi ki: “Azərbaycanın özündə də bugünümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir” (H.Əliyev. Müstəqillik yolu, B., 1997, s.85-86). Keçmişə ehtiramla yanaşmaq, onu dərindən bilmək və onun ən gözəl nümunələrini gənclərin mənəvi, estetik və vətənpərvərlik ruhunda tərbiyə işində istifadə etmək günümüzün vəzifələrindən biridir. Lakin bu biliklər ölkəmizin müasir inkişaf məqsədlərinə xidmət etməli və gələcəyə yönəlməlidir.
Üçüncüsü, ölkənin müasirləşməsi və biliklər iqtisadiyyatına yol təhsil sahəsində yüksək səviyyənin təmin olunmasını tələb edir. Gənclər ən yüksək keyfiyyətli bilik almağa layiq olmaqla informasyia cəmiyyəti şəraitində yaşamağı bacarmalıdır. Həm də bu yaşam tərzində yeni elitalara daxil olmalıdırlar. Müasir informasiya cəmiyyətinə keçid yalnız müasir texnologiyadan istifadə etmək demək deyildir. Eyni zamanda, onu, informasiyanı, bir strateji resurs kimi, sərvətin yeni növü kimi anlamaqdır, başqa sözlə, biliklər iqtisadiyyatında izafi dəyər prosesi zəhmət sayəsində deyil, bilik iqtisadiyyatında fərdlərlə qarşılıqlı əlaqə uğur gətirir. Ona görə də cəmiyyətdə milli ideologiyanın və qarşılıqlı etimadın, vətənpərvərlik və milli dəyərlərin olması olduqca vacibdir, eyni zamanda, ənənə və yenilik arasında isə mütləq əsas olaraq ölçü-balans gözlənilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev bu tezisi Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş yubiley tədbirində qeyd etmişdir: humanitar elmlərlə yanaşı, qeyri-ictimai elmlərə olan ehtiyac da təmin olunmalıdır. Dördüncüsü, təbii ki, Azərbaycanda siyasi liderliyin siyasi strategiyası və islahatların yeni mərhələdə etibarlı inkişafı mövzusunun aktuallaşması deməkdir.
Qloballaşma dövründə elitaların dəyişməsi məsələləri ciddi risklərlə bağlıdır və birlik, həmrəylik, razılaşma mövqelərindən bu risklərin qarşısını qabaqcadan almaq lazımdır. İndiki mərhələdə elitaların keyfiyyəti, dövlətin və ölkənin demokratikləşməsini təmin edir. Demək olar ki, bu tezis ölkənin alimləri, ictimaiyyəti üçün demokratiyanın dərk olunmasında irəliyə doğru bir sıçrayışdır. Həm də bir çoxları hələ də əmindirlər ki, demokratiya xalq hakimiyyəti və seçkilər deməkdir. Lakin bunun həm də peşəkarlıq, seçmə və seçmə meyarları olduğunu, keyfiyyətli menecerləri seçə bilmək, insanları peşəkar keyfiyyətlərinə görə vəzifəyə təyin etmək bacarığı olmadan demokratiyanın inkişafa qadir ola bilməyəcəyini unudur və ya bilmirlər. Buna görə də sakitliyi qoruyub saxlayaraq elitaları dəyişikliklərində bir ölçü, bir balans tapmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin oktyabrından başlayan qətiyyətli, əzmkar və siyasi modernə söykənən son addımları bu məsələnin gündəmdə olmasının göstəricisidir. .
Lider, xalq və elita: müasir siyasi mədəniyyətin təşəkkülü məsələsi
Liderlik olduqca məsuliyyətli, ciddi və ağır yükdür və onun altına yalnız tolerant, müdrik, təcrübəli siyasətçilər girə bilərlər. D.Tramp, Si Cinpin, V.Putin, R.T.Ərdoğan və s. bu tip siyasətçilər yalnız onlara, əsasən də öz ölkələrinin mənafeyinə uyğun strategiyalar həyata keçirirlər. Bu böyük ölkələrin dövlət və institusional quruluşları fərqlidir. Bu sıralarda öz strategiyası ilə özünəməxsus və dünya siyasətində parlaq yeri Prezident İlham Əliyev tutur.
Zaman ümumi, həm də konkretdir. Azərbaycanın da qarşısında yeni tələblər, yeni hədəflər, çağırışlar və seçimlər qoyur. Müasir dövrün demokratik dəyərlərinin təşəkkülü cəmiyyətləri sivilizasiyalı inkişafla eyniləşdirən yeni rəmzlərin gəlməsi üçün zəmin yaratmışdır. Sivilizasiyalara zaman səkisi, bu və ya digər cəmiyyətlərin tarixi vəziyyəti kontekstində baxılır, onların əlamətləri, məsələn, urbanizasiya ilə, əhalinin sürətlə artması ilə, təhsil sisteminin və elmi biliklərin inkişaf dərəcəsi ilə, əmək məhsuldarlığı ilə əlaqələndirir (Bax: R.Mehdiyev. Demokratiya yolunda: irs haqqında düşünərkən. B., 2008, s.219). Məhz bu aspektdən də yanaşanda S.Hantinqtonun sözləri ilə desək, “insanların ən yüksək mədəni birliyi və mədəni identifikasiyanın ən geniş səviyyəsi” kimi başa düşülür (S.Hantinqton. Stolknovenie sivilizasiy. M., 2003, str.51).
Artıq XXI əsrin ikinci onilliyinin sonunda sabitlik və nisbi firavanlıq dövründə bəzi adamların əvvəlcədən sezdiyi bir şey aydın oldu: özü-özlüyündə iqtisadiyyat və pul qüdrətli, güclü demokratik, hüquqi və sivil dövlət yaratmır və hətta fərdi xoşbəxtliyi belə təmin edə bilmir. Lakin indi – müasirləşmə və sosiomədəni transformasiya dövründə bu məsələnin tədqiqi transformasiya prosesinin təmayüllərini, istiqamətini, dəyərlərə, ideologiyaya və elitaya olan tələbatı aşkar etməyə imkan verir. Aydındır ki, ideologiya həmişə etik dəyərlər, hakimiyyət, elita və xalq arasında dialoq əsasında yaradılmış olur.
Əlbəttə, transformasiya yalnız bazar iqtisadiyyatının qurulması ilə məhdudlaşdırıla və dövlətin ədalətli, demokratik, hüquqi və sivil olması zəruriliyinə təfavütsüz ola bilərdi. Lakin bir halda ki, müasir XXI əsr Azərbaycanın lideri əsaslı transformasiyaya – cəmiyyət həyatının bir çox tərəflərini, onun siyasi mədəniyyətinin dəyişdirilməsinə, hüquqi dövlətin və vətəndaş siyasi mədəniyyətinin formalaşdırılmasına çalışır, onda, təbii ki, qeyri-maddi, etik, ideoloji, siyasi-fəlsəfi və s. amillərin nəzərə alınmasına indi daha diqqətli yanaşmaq lazımdır. Bu mənada Prezident İlham Əliyevin bütün uğurlarının fövqündə dayanan məslək, milli ideya və qüdrətli məfkurə – azərbaycançılıq ideologiyası – milli-mənəvi dəyərlərin qorunması, təbliği, dəyərli bir ideya kimi Azərbaycan reallığında bərqərar olmuşdur.
O hakimiyyət parlaq, tərəqqisevər sayılır ki, ilk növbədə öz xalqının qeydinə qalmış olsun. Burada cəmiyyətin müxtəlif qruplarının, insanlara hansı qayğının lazım olduğu barədə təsəvvürlərdə ilk fərqlənmə əks oluna bilər. Bəzilərinə total, hətta belə desək, paternalist qayğı lazımdır. Başqalarına isə yalnız yardım göstərmək, onları müdafiə etmək, amma müstəqil olmalarına mane olmamaq lazımdır. Buradaca İ.Kantın fikirlərinə müraciət edək: “Dövlət hüquqi qanunlara tabe olan çoxsaylı insanların birləşməsidir. Hər bir dövlətdə üç hakimiyyət, yəni ümumi tərzdə üç simada birləşdirilmiş iradə mövcuddur: qanunvericiliyin simasında ali hakimiyyət (suverenlik), hökmdarın simasında icra hakimiyyəti (qanuna əsasən idarə edən) və hakimin simasında məhkəmə hakimiyyəti (qanuna əsasən hər kəsi özününkünə məhkum edən)… Qanunverici hakimiyyət yalnız xalqın birləşmiş iradəsinə mənsubdur” (Antoloqiya mirovoy politiçeskoy mısli. T.1.m. 1997, s.478).
Hər bir ölkənin özünün siyasi, iqtisadi, intellektual və digər tərkib hissələrinə ayrıla və ya bütövlükdə, qavranıla bilən müəyyən mədəniyyəti vardır. Bir qayda olaraq, mədəniyyətlərin differensiasiyası prosesi, cəmiyyəti peşəkarlığın əhəmiyyətini dərk etməyə hazır olması ilə düşüncənin bütün həyat fəaliyyəti sahələrində üstünlük təşkil etməsinə, cəmiyyətin mütəxəssisləri özünün bütün işlərində ekspertlər kimi qəbul etməsinə hazır olmasını, cəmiyyətdə ekspertlərin fəaliyyətinin dəyərləndirilməsi meyarlarının formalaşmasına kömək etməlidir. Təbiidir ki, bu cür elitanın və belə bir cəmiyyətin təşəkkülü, indiki şəraitdə, orta sinfin mənafe və dəyərlərinin üstünlük təşkil edən qüvvə kimi təsbit olunması ilə bağlıdır.
Orta sinif elita deyil, amma nəzərə alaq ki, onun ən yaxşı nümayəndələri elitaya daxil olub, onu tamamlamalıdır. Bu mənada da Prezident İlham Əliyev Azərbaycanda XXI əsrin ikinci onilliyinin sonunda “yeni elitanın” formalaşması kursuna start verdi. Daha təhsilli, bacarıqlı, innovativ təfəkkürlü, menecment qabiliyyətlərinə malik peşəkarlardan ilbarət yeni komandanın formalaşmasına təkan verdi. Məhz bu amil də onu tarixə islahatçı, yenilikçi Prezident olaraq daxil edəcəkdir. Bu təbəqə, əlbəttə, nisbi olaraq, düzgün rəqabətyönlü islahat aparmağa, test və hər bir digər imtahanlardan çıxmağa hazırdır. Lakin nəzərdə saxlamaq lazımdır ki, bir çox qruplar hələ də rəqabəti hər cür yolla kənara qoyulası, xoşagəlməz bir şey hesab etsələr də Prezident İlham Əliyev öz balanslı yanaşma siyasəti ilə hər işi sahmana qoyur. Bu nöqteyi-nəzərdən də ulu öndər Heydər Əliyevin məntiqi ilə desək, “hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin” (Heydər Əliyev. Müstəqillik yolu. B., 1997, s.20).
Digər bir məsələdə sosiomədəni modernləşməni orta sinfin cəmiyyətdə təsbit olunması kimi başa düşmək olar. Azərbaycanın da bu qəbildən olduğu transformasiya olunan cəmiyyətlərdəki kimi bu proses mərhələ-mərhələ və tədricən həyata keçməlidir. Yəqin ki, elə buna görə də Azərbaycanda da müasirləşmənin üç mərhələsindən danışmaq olar. Vesternizasiya (Qərbləşmə) adlandırdığımız birinci mərhələdə bütün sosiumu təcəssüm etdirən ulu öndər Heydər Əliyevin rolu çox böyükdür. İkinci mərhələdə orta sinfin inkişafına təkan verən lider, elitanı formalaşdırır. Üçüncü mərhələdə isə çox güman ki, orta sinfin üstünlüyünün zəif tərəflərinin yenidən dərk olunması, elitaların cəmiyyətin həyatında rolunun dəqiqləşdirilməsi və s. ilə bağlı olacaq. Əlbəttə, hər bir sxem kimi, bu da məhduddur, prosesi ümumi şəkildə təsvir edir, lakin o, cəmiyyətimizdəki təmayülləri, ən yaxın və uzunmüddətli perspektivləri anlamağa kömək edir.
Beləliklə, ulu öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək və yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq, Prezident İlham Əliyev zamanın yeni çağırışlarına cavab verir, bu isə sənaye cəmiyyəti problemlərini sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçilməsi deməkdir. Eyni zamanda, Prezident İlham Əliyev cəmiyyətin bütün sahələrinin yenilənməsinə çalışır. Demək olar ki, onun yanaşması Azərbaycanın inkişaf yollarının innovasion dərkinin daimi axtarışıdır. Bu kontekstdə Azərbaycan alimlərinin modernləşmə nəzəriyyəsini dərindən tədqiq, onun müxtəlif mərhələlərinin təhlil və keçmişin cəmiyyətin müasirləşdirilməsinə kömək edə bilən fenomenləri xüsusiyyətlərinin dərk etməsi siyasi-fəlsəfi və nəzəri əhəmiyyət kəsb edir.
Fikrimizi Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley mərasimində söylədiyi tarixi, siyasi, fəlsəfi məzmunlu məntiqi ilə yekunlaşdıraq: “Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə də güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə nikbin baxan dövlətdir”.
"Xalq qəzeti"