20.12.2019, 14:58 - Baxış sayı: 1027

Fəlsəfə İnstitutunda Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib


Fəlsəfə İnstitutunda Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda tanınmış Azərbaycan filosofu, AMEA-nın həqiqi üzvü Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirildi.
Giriş sözü ilə AMEA Fəsləfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək alimin keçdiyi ömür yoluna nəzər salıb, Azərbaycan fəslsəfə elminə verdiyi töfələrdən bəhs etdi. Fəlsəfə sahəsində yetişdirdiyi alimlərdən söhbət açan İlham Məmmədzadə bildirib ki, bu gün fəlsəfə sahəsində Fuad müəllimin yetirmələri müəllimlərini layiqincə təmsil edirlər. Dövrün verdiyi imkanlardan yararlanaraq nə etmək mümkün idisə, Fuad Qasımzadənin fəlsəfə elmi üçün əlindən gələni etdiyini də vurğuladı.
Sonra Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, f.e.d., professor Əsədulla Qurbanov, f.e.d., professor Azər Mustafayev, f.e.d., Adil Əsədov, f.ü.f.d, Mətanət Şəkixanova, f.e.d., Arzu Hacıyeva və digər iştirakçılar akademik Fuad Qasımzadə ilə bağlı xatirələrini bölüşdülər.
Elmi seminarda Fəlsəfə İnstitutunun “Etika” şöbəsinin aparıcı elmi işçisi, f.ü.f.d., dosent İradə Zərqanayeva “Müasir Azərbaycanın şöhrətində və istiqlalında əməyi olan akademik Fuad Qasımzadə” mövzusunda məruz ilə çıxış etdi.
Sonda ailə adından çıxış edən Anar Məmmədov tədbiri təşkil ediklərinə, Fuad Qasımzadəni yada saldıqlarına görə institutun rəhbərliyinə təşəkkür edərək, seminar iştirakçılarına Fuad Qasımzadə haqqında öz xatirələrini danışdı.
Fəlsəfə İnstitutunda Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
Fəlsəfə İnstitutunda Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib
Fəlsəfə İnstitutunda Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib