23.09.2019, 16:52 - Baxış sayı: 1201

“Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda seminar keçirilib+VİDEO


Sentyabrın 23-də AMEA Fəlsəfə İnstitutunda “Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda növbəti seminar keçirilib. Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə çıxış edərək “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanovun bu gün 60 yaşının tamam olduğunu və bu münasibətlə hesabat seminarının keçirildiyini qeyd edərək, məruzə üçün sözü Füzuli Qurbanova verdi.
Füzuli Qurbanov seminar iştirakçılarına təşəkkür edərək, bugünkü seminarın 60 yaşının tamam olmağı münasibətilə bir hesabat xarakterli olduğunu söylədi.
F.Qurbanovun məruzəsində müasir elmdə fənlərarası yanaşmanın təfəkkür hadisəsi kimi analizi əsasında uyğun metodologiyanın hazırlanmasının fəlsəfi refleksiyasına diqqət yetirib. Bu kontekstdə fənlərarası yanaşmanın təfəkkür hadisəsi kimi fəlsəfi və elmi özəllikləri təqdim edilib. Fənlərarası yanaşma İ.Kant fəlsəfəsindən sonra XIX əsrin sonlarında meydana gələn həyat fəlsəfəsi cərəyanına məxsus təfəkkür üsulu ilə əlaqəli görünür. “Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda seminar keçirilib+VİDEO
İ.Kant zəkanın hər şeyə qadir, universal məqamları belə mükəmməl dərk edə bilən məfhum kateqoriyasından çıxarıb, onun idraki sərhədlərini müəyyənləşdirməyə çalışdı. Bunun üçün zəkanı (rasionallığı) zəkanın özü ilə tənqid etdi. Yəni faktiki olaraq zəkanı başqa bir formada mütləqiləşdirdi. Buna Avropada fəlsəfi reaksiya həyat fəlsəfəsi cərəyanı formasında oldu. Filosoflar zəkanın mütləq həqiqətin qaynağı və ifadəçisi statusunu şübhə altına aldılar və daxili yaşantı məsələsini önə çəkdilər. Burada başlıca izah üsulu şüurla daxili emosional yaşantı arasında əlaqəni yenə də rasional müstəvidə axtarmaqdan ibarət oldu. Yəni Kantdan fərqli olaraq idraka intellektlə emosional daxili yaşantının vəhdəti kontekstində yanaşma meydana gəldi. Fənlərarası yanaşma məhz bu yanaşmanın konkret formalarından biridir və fəlsəfə ilə elmin kəsişməsində meydana gəlib”.
“Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda seminar keçirilib+VİDEO
Məruzəçi problemlə bağlı Azərbaycanda aparılan tədqiqatları da vurğulayaraq qeyd edib ki, bu kontekstdə professor İlham Məmmədzadənin məqalələrində fənlərarası yanaşmanın fəlsəfi refleksiyası üzərində dayanıb. Göstərib ki, prof. İ.Məmmədzadə fənlərarası yanaşmanın tədqiqinə fəlsəfə ilə elmin kəsişməsində baxılmasını daha konstruktiv hesab edir. Bu məqamda məruzəçi ilə prof.İ.Məmmədzadənin mövqe yaxınlığı aydın görünür. Bundan başqa prof. Z.Quluzadə, prof.Ə.Abbasov, prof. Əli Abasovun yaradıcılığında da fənlərarası yanaşmanın fəlsəfi-elmi təhlilinin aparıldığı vurğulanır.
“Fənlərarası metodologiyanın təşəkkülü” mövzusunda seminar keçirilib+VİDEO
Məruzədə fənlərarası yanaşmanın bu cür anlamı fonunda fənlərarası metodologiyanın təşəkkülü dinamikası təhlil edildiyini qeyd edərək bu problemə bağlı olan fəlsəfi-metodoloji və dünyagörüşü özəlliklərin məruzəçi tərəfindən analizi verilib. Bundan başqa, məruzəçi fənlərarası metodologiyanın fəlsəfi ölçülməsi üçün fraktallıq, qeyri-xəttilik, açıqlıq, multifraktallıq, idraki situasiyaya təkar daxilolma (re-entry), rekursiya, metamüşahidəçi, prosessual geştalt, bifurkasiya anlayışlarının təməlində dayandığı paradiqma kimi modelini təqdim edir. Bu bağlılıqda L.Zadənin və Corc Spenser Braunun modal məntiqinin sintezi üzərində qurula bilən multifraktal məntiq anlayışını daxil edir və metodologiyanın izahında ondan istifadə edir. Bütün bunların əsasında fənlərarası metodologiya vasitəsi ilə Azərbaycan cəmiyyətinin tarixi, sosial, mədəni və etik təkamülünün nəzəri modelini hazırlamağın mümkünlüyü üzərində dayanır deyə - F.Qurbanov bildirib.
Sonbda seminar iştirakçılarından f.e.d., prof. Z.Quluzadə, f.ü.e.d. Rəfiqə Əzimova, f.e.d., professor Əli Abasov, f.e.d. Adil Əsədov, f.e.d., f.e.d., professor Arif Büniyatov, f.e.d., professoru Əli Abasov, professor Əbülhəsən Abbasov, f.ü.f.d., dosent Anar Qafarov, f.ü.f.d. Şölət Zeynalov, f.ü.f.d. Hüseyn İbrahimov və digər iştirakçılar mövzu ilə bağlı suallar verdilər və çıxışlar edildi.