11.09.2019, 09:21 - Baxış sayı: 908

Akademik Ramiz Mehdiyevin “ Ermənistan -Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” məqaləsinə fəlsəfi və real siyasi baxış


Şölət Zeynalov,
AMEA-nın fəlsəfə İnstitutu, Fəlsəfə üzrə fəlsəfə doktoru


İyun ayının 4-də Respublika qəzetində Prezident Admnistrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” adlı son iki yüz illik tariximizi və məlum münaqişəni tarixi, fəlsəfi və ictimai-humanitar aspektdən elmi-fəlsəfi təhlillər əsasında, zəngin mənbələrə müraciət edilərək təhlil edilmiş məqaləsi ictimayətə təqdim olundu. Əsl həqiqətdə tarixi faktlara istinad edilərək yazılmış, həm müasir regional, həm də beynəlxalq təhlükəsizliyin problem və perspektivlərinin fəlsəfəsinə həsr edilmiş bu elmi-fəlsəfi məqalə bir sanballı elmi-tədqiqat əsərindən, elmi monoqrafiyadan daha çox təsir qüvvəsinə malik olduğundan o müasir, siyasət, fəlsəfə, tarix və humanitar elmlərlə məşğul olan mütəxəssislər üçün tədqiq olunan problemin “mənbələri və nizamlanma perspektivləri” barədə tarixi-fəlsəfi traktat kimi qiymətləndirilməlidir.
Bu kontekstdən məqaləyə yanaşdıqda xüsusi qeyd etməliyik: brincisı, məqələ dərin fəlsəfi-tarixi, siyasi əhəmiyəti özündə ehtiva edən zəngin traktatdır; ikincisi, bu traktatın tarixi kökləri, son dərəcə müxtəlif mənbələrdən – faktaloji tarixdən gəlir; üçüncüsü, burada uydurma və utopik erməni mifi elmi, fəlsəfi, siyasi və hətta fenomenoloji kontekstdən araşdırılır və elmi-fəlsəfi əsaslarla bu mifin fiksiya olduğu sübut edilir; dördüncüsü, beynəlxalq müasir münaqişələrin mahiyyəti və anatomiyası üzərində elmi-fəlsəfi analizlər aparılır və məlum münaqişənin anatomiyası təfsir edilərkən müasir utopik ideyaların siyasi nəzəriyyələr üçün ciddi əngəl olması diqqətə çatdırılır. Beşincisi, məqalənin xüsusi əhəmiyyəti ondadır ki, burada istifadə olunan mənbələrin əsasını arxiv sənədləri və mötəbər qaynaqlar təşkil edir. Düşünürük ki, müasir tariximizə dövlətçilik kontekstindən yanaşdıqda zamanın və tarixin fəlsəfi dərki anlamında bu məqalə hələ uzun müddət elmi-fəlsəfi, tarixi və digər siyasi-humanitar aspektdən mənalandırılacaqdır. Fəlsəfi-tarixi-siyasi traktatın fundamental əhəmiyyəti həm də ondadır ki, brada əsl həqiqətdə mövcud beynəlxalq münaqişələrin mahiyyətinə elmi-fəlsəfi baxış məlum münaqişənin mənbələri və nizamlanma perspektivləri ilə paralel olaraq əsas ana xətt kimi diqqət mərkəzinə çəkilərək interperetasiya olunur. Bu da müasir beynəlxalq münaqişələri nəzəri kontekstdə bir daha aktuallaşdırır və bu münaqişələrin həllinin fəlsəfi dərkini zərurətə çevirir .
Hörmətli akademik məqalənin əvvəlində problemə fəlsəfi-siyasi-tarixi anlamda yanaşaraq real dünya mənzərəsinin çoxaspektli və ziddiyyətli olmasını qeyd edərək yazır: “Bu gün dünyamızda gözlənilən hadisələrin proqnozlaşdırılması getdikcə çətinləşir, planetin çox hissələrində risklər, təhdidlər, qanlı münaqişələr artır, barışmaz qarşıdurmalar kəskin xarakter alır və bu vəziyyətin sonu görünmür. Bir sözlə, birqütblü dünya nizamı gözümüzün qarşısında pozulur. Dünya və regional miqyaslı aktorlar arasında qarşıdurma kəskinləşir, beynəlxalq hüququn əsas prinsipləri pozulur, sülhə və təhlükəsizliyə görə cavabdeh olan beynəlxalq strukturlar fəaliyyət göstərmirlər. Bu mürəkkəb şəraitdə dövlətlər milli maraqların müdafiəsinə yönəlmiş müxtəlif strategiyalardan istifadə edirlər”. Daha sonra belə çətin və mürəkkəb beynəlxalq şəraitdə az qala “hamının, hamıya qarşı ( T. Hobsun sosial nəzəriyyəsində olduğu kimi) dayandığı bir dövrdə nümunəvi seçim kimi Azərbaycanın tutduğu düzgün strateji kursu yüksək qiymətləndirərək hörmətli
R. Ə. Mehdiyev yazır: “Məsələn, Azərbaycan Qoşulmama Hərəkatının tamhüquqlu üzvü kimi, bütün dövlətlərlə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş ölçülüb-biçilmiş və müstəqil xarici siyasət kursu yürüdür”. Mürəkkəb şəraitə baxmayaraq müstəqil suveren dövlət kimi Azərbaycanın tarazlaşdırılmış xarici siyasəti, enerji ehtiyatlarından praqmatik şəkildə istifadəsi, sosialyönümlü strategiyası və digər rasional proqramları hesabına dünyada böyük hörmət qazanması faktından bəhs edərək müəllif qeyd edir ki, hazrda “Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir”. Bəhs olunan bu mürəkkəb münaqişənin mənbələrinin mahiyyətini, tarixi və müasir konyukturunu anlamaq üçün müəllif qeyd edir ki, “bu münaqişəni, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır”. Beləliklə, hazırda Cənubi Qafqazın ən böyük problem ocağı olan münaqişənin tarixi dinamikasından, mənbələrindən bəhs edərək Prezident Admnistrasiyasının rəhbəri bu elmi-fəlsəfi traktatda tariximizə fəlsəfi anlamda ekskurs edərək hələ on səkkizinci əsrdən başlayaraq ölkəmizin böyük imperiyaların – Osmanlı, İran və Rusiyanın maraq dairəsində olmasından, I Pyotrun Cənubi Qafqazı fəth etmək istiqamətində yürütdüyü siyasətindən, Nadir şah Əfşarın müstəqil Azərbaycan uğrunda mübarizəsindən, Çar Rusiyasının Cənubi Qafqazda xristian bufer dövləti yaradılması istiqamətində reallaşdırdığı ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürmə siyasətindən, İmperatriça II Yekaterinanın I Pyotrun vəsiyyətlərini davam etdirməsi istiqamətində yürütdüyü strategi planlardan və nəhayət rus-İran müharibələri (1804-1813; 1826-1828-ci illər) nəticəsi olaraq Azərbaycanın parçalanmasından məqalədə geniş şəkildə bəhs edir. Tarixi prosesin faktoloji dinamikasını tarixi-fəlsəfi kontekstdə mənalandırarkən akademik R. Ə. Mehdiyev təhzibedilməz tarixi faktlardan çıxış edərək yazır: “1828-ci ildə İran ilə Türkmənçay müqaviləsini imzalamaqla Rusiya ermənilərin Cənubi Qafqaz ərazisinə, daha dəqiq desək, əzəli Azərbaycan torpaqları olan keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazilərinə köçürülməsinin birinci dalğasını həyata keçirdi”.
Ermənilərin bölgəyə köçürülmə prosesinə rus mənbələri əsasında müaciət edərək akademik qeyd edir: “Ermənilərin Qarabağa, İrəvana və Naxçıvana köçürülməsi rus yazıçısı və tarixçisi S.N.Qlinkanın 1831-ci ildə Moskvada nəşr edilmiş “Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (“Opisanie pereseleniə armən adderbijanskix v peredelı Rosii, s kratkim predvaritelğnım izlojeniem istoriçeskix vremen Armenii”) əsərində ətraflı təsvir olunub. 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni, üç ay yarım ərzində İrandan buraya 8249 erməni ailəsi və ya ən azı 40 min erməni köçürülüb. Sonrakı bir neçə ildə Osmanlı İmperiyasından bu üç keçmiş xanlığa daha 90 min erməni köçürülüb”. Bu köçürülmələrin nəticələri məhz Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasının ilk zamanəti kimi çıxış etmişdir. Tarixə fəlsəfi kontekstdən yanaşaraq baş vermiş prosesi tam aydın şəkildə, heç bir tərəfə güzəştlər etməyərək dinamikanı mənbələrindən istifadə edərək müəllif qeyd edir ki, “1829-cu ildə Rusiya ilə Osmanlı İmperiyası arasında 1828-1829-cu illər rus-türk müharibəsinə son qoymuş Adrianopol sülh müqaviləsi imzalanandan sonra köçürmənin ikinci dalğası başlandı. Həmin sazişin şərtlərinə əsasən Rusiya Osmanlı İmperiyasının ərazisində yaşayan çoxsaylı erməni ailələrini də yuxarıda göstərilən ərazilərə köçürdü”. Münaqişənin mənbələrin üzərində dərin intrperatiasiyalar edərkən filosof maraqı güclərin məqsədli siyasəti nəticəsində köçürmələr hesabına ermənilərin regionda sürətlə çoxalmasından, Rusiyanın müstəmləkəçilik siyasətilə monofizit erməni kilsəsinin milli dövlət yaratmaq istiqamətində həyata keçirdiyi maraqlarının üst-üstə düşməsindən, çar Rusiyasının ermənipərəst siyasətininin davam etdirilməsində “beynəlmiləlçi sovet rəhbərliyinin” azərbaycanlılara münasibətdə etnik zəmində ayrı-seçkilik siyasəti yürütməsindən, onların sövetlər birliyində Moskvadakı erməni lobbisi və ermənipərəst dairələr tərəfindən daim və məqsədyönlü müdafiəsindən təkzibedilməz faktlarla bəhs edərək tarxi ədalətsizliyin – münaqişənin mənbələri üzərində dərin fəlsəfi analizlər edir.
Cümhuriyyətin süqutundan sonra yaranmış situasiyanı təhlil edərkən Azərbaycan ərazisinin faktiki utopik erməni ideyaları əsasında ermənilərə necə “hədiyyə” edilməsini göstərərək müəllif yazır: “Beləliklə, 1920-ci ilin may ayında Azərbaycan Respublikasının Versal sülh konfransı tərəfindən tanınmış ərazisi 114 min kvadratkilometr idisə, sovet hakimiyyəti illərində, xüsusən 1920-ci illərdə onun ərazilərinin bir hissəsinin Ermənistana verilməsi hesabına bu ərazi azalaraq 86,6 min kvadratkilometrə bərabər oldu”. Müasir Ermənistanın ərazi vahidinə və onun mənfur və məkrli siyasət nəticəsində genişləndirilməsinə diqqət çəkərək müəllif daha sonra qeyd edir: “Azərbaycanın əzəli torpaqlarında süni dövlət qurumu yaradılarkən Ermənistanın özünün ərazisi 9,6 min kvadratkilometrə bərabər idi. Bu gün isə onun ərazisi Sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarının Ermənistana verilməsi hesabına genişlənərək 29,7 min kvadratkilometrə çatıb. Qondarma “dənizdən-dənizə” ideyasını reallaşdırmağa çalışan Ermənistan 25 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır”.
Çox hörmətli akademikin qeyd etdiyi bu mənbələrin analizindən aydın bir nəticə meydana çıxır: tarixi baxımdan yanaşdıqda məlum olur ki, əslində müasir Ermənistan faktiki Azərbaycan torpaqlarında qurulmuş bir gəlmə dövlətdir. Bunu tarixi dinamika və istinad edilən mənbələr təkzibedilməz şəkildə təsdiq edir və uzaq olmayan tarix göstərir ki, Cənubi Qafqazda, ümumiyyətlə, regionda hansısa bir dövrdə erməni dövlətinin mövcudluğundan bəhs etmək ya tarixə şər atmaqdır, ya da ki, bu ümumiyyətlə, uyduluşmuş bir mifdir. Zira ən qorxulusu odur ki, erməni ideoloqları bu xəstə təfəkkürü (böyük Ermənistan xəstəliyini) öz xalqlarının beyinlərinə yeritməklə onları inandırıblar ki, onlar – ermənilər Qafqazın aborigen əhalisidir. Fakt odur ki, öz ideoloqları və saxta tarixçilərinin yanlış təbliğatı nəticəsində ermənilər inanır və iddia edirlər ki, onların “dənizdən-dənizə” bir dövləti olmuşdur və bununla da onalr bu utopiya üzərində öz mifik arzularını həyata keçirmək ümidilə yaşayırlar. Məqalədə qeyd edildiyi kimi, təəssüf doğuran məqamlardan biri budur ki, hətta SSRİ dövründə dəfələrlə ermənilər Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir və müxtəlif üsullarla özlərinin “yazıq” tarixi obrazını, həm bərpa edir, həm də onu beynəlmiləlçi imiclə maskalamğa müvəffəq olurdular. Tarixi təsvirdən və müasir erməni “məsələsinin” faktlarla təkzibindən sonra müəllif qeyd edir ki, bütün bu prosesin nəticəsi olaraq “beləliklə, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxardı. Bu prosesin son akkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu”. Daha sonra müasir Azərbaycan filosofu R. Ə. Mehdiyev ürək ağrısıyla qeyd edir: “Erməni milli ideyasının tərkib hissəsi olan bu iyrənc siyasət Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələrdən sonra bu torpaqları Ermənistana birləşdirməyə yönəlmişdi”. Bütün bunlar faktdır onları təkzib etmək barədə düşünmək özü ağılsızlıq olsa da, az qala 30 ilə yaxındır ki, erməni təbliğatı öz yalan istehsal edən maşını ilə bu faktları saxtalaşdırmaq yolunda hərəkətdədir. Yaxud beynəlxalq güclər Ermənistanın bu işğalçılıq siyasətini düzgün qiymətləndirmədiyindən hələ də problem öz həllini tapmır: Əslində nəinki tapmır, hörmətli müəllifin məqaləsindən aydın göründüyü kimi bu münaqişə erməni ideoloqları tərəfindən ən eybəcər üsullarla bir növ günü-gündən, daha da dərin siyasi avantüra və siyası manevrlərlə “malalanmağa”, bəzək-düzək vurulmağa və unutdurulmağa istiqamətləndirilir.
Daha sonra müəllif məqalədə tarixi prosesləri siyasi-fəlsəfi anlamda izah edərək SSRİ-nin dağılmasından, Azərbaycan və Ermənistanın müstəqilliyini bərpa etməsindən və münaqişənin sürətlə beynəlmiləlləşərək beynəlxalq problemə – regional, dünya miqyaslı müxtəlif aktorların mənafelərinin toqquşduğu maraq dairəsinədə, “problemin mənbəsinin ən son akkordlarından” bəhs edərkən nizamlama prespektivlərinidə olan çətinliklərin üzərində dayanır və onların səbəblərini göstərilir. Burada həmçinin ATƏM VƏ ATƏT-in problemlə bağlı ilkin münasibətlərindən, Minsk prosesinin əsasının qoyulmasından, 1992 ci illərdə baş vermiş ziddiyyətli proseslərdən və nəhayət 1992-ci ilin mayında Şuşanın süqut etməsi ilə keçmiş DQMV-nin ərazisində azərbaycanlıların etnik təmizlənməsindən, daha sonra isə 1993-cü ilin sonuna qədər Azərbaycanın keçmiş DQMV ilə həmsərhəd olan 6 rayonun - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın işğal edilməsindən və ermənilərin müasir günümüzdə belə sözün bütün mənalarıyla etnik təmizləmə siyasətini aparmasından ətraflı bəhs olunmuşdur. Müəllif münaqişə nəticəsində ölkəmizə dəyən maddi və mənəvi ziyandan, habelə kütləvi insan fəlakətinin miqyasından mənbələrə istinadən yazır: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana çox böyük maddi və mənəvi ziyan vuruldu. “1988-1993-cü illərdə Qarabağda 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb”. Bu münaqişə nəticəsində hərbi əməliyyatlar dövründə 20 min azərbaycanlı həlak olub, 50 min nəfər şikəst olub, 4 minə yaxın azərbaycanlı itkin düşüb, 2 mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb”.
Məqalədə münaqişənin nizamlanması barədə BMT Təhlükəsizlik Şurası tərəfindən dörd (822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) nömrəli) qətnamə qəbul edilməsindən, bu qətnamələrdə Dağlıq Qarabağ regionunun Azərbaycana mənsub olmasının birmənalı təsbitindən, orada əsas tələblərdən biri kimi hərbi əməliyyatların dərhal dayandırılması və işğalçı qüvvələrin qeyd-şərtsiz işğal onunmuş ərazilərdən çıxarılması tələbindən, həmin qətnamələrin bu gün də faktiki olaraq münaqişəsinin nizamlanmasının hüquqi əsasını təşkil etməsindən, bu qətnamələrə ümummilli lider Heydər Əliyev böyük əhəmiyyət verməsindən, 1994-cü ilin sentyabrında “Əsrin Müqaviləsi”nin imzalanması və onun nəticəsində Azərbaycanın kompleks və sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymasından geniş və ətraflı bəhs olunur. Hörmətli akademik bu əsərdə münaqişənin nizamlanması istiqamətində, 1994-cü ildən başlayaraq ATƏM-in Budapeşt, daha sonra ATƏT-in Lissabon sammitinin sənədlərinə, 1997-ci ilin əvvəlindən ATƏT-də üçtərəfli həmsədrlik (Rusiya-Fransa-ABŞ) təsisatı yaradılması və 1997-2001-ci illər ərzində beynəlxalq təsasatlar tərəfindən münaqişənin nizamlanmasına dair bir neçə variantın təqdim olunmasından, ATƏT-in Minsk qrupunun həmsədrlərinin 1997-ci ilin sentyabrında hər iki tərəfə təqdim etdiyi “Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında” Sazişi nəzərdən keçirmək üçün qəbul etməyə razılaşmasından ətraflı bəhs edərək, bu illər ərzində münaqişənin sülh yolu ilə nizmamlanması üçün ölkəmizin ciddi səylərini xüsusi qeyd edir.
Daha sonra müəllif vurğulayır ki, münaqişənin nizamlanma istiqamətində atılan addım kimi bu – “İkinci mərhələdə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi, habelə Laçın və Şuşa rayonları ətrafında vəziyyətin nizamlanması nəzərdə tutulurdu. Ermənistanın ovaxtkı prezidenti L.Ter-Petrosyan da nizamlamanın bu variantı ilə bağlı ilkin razılığını bildirmişdi”. Həmin dövrdə əsl həqiqətdə problemin həllinə tərəflərin nə qədər yaxın olduğuna diqqəti çəkərək müəllif qeyd edir: “O, (L.Ter-Petrosyan) həmin planın qəbul edilməsinin məqsədəuyğunluğu məsələsində öz siyasi opponentləri tərəfindən kəskin tənqid edilməsinə baxmayaraq, “Respublika Armeniya” qəzetində “Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” adlı proqram xarakterli məqalə dərc etdirmiş, orada problemə öz münasibətinin əsas tezislərini şərh etmişdi. Həmin məqalənin tezisləri bu gün də öz aktuallığını itirməyib”. L. Ter Petrosyanın sonrakı erməni rəhbərlərindən fərqli olaraq problemə realist yanaşmasından bəhs edərək müəllif qeyd edir: “Təəssüf ki, Ermənistanın digər rəhbərləri münaqişənin nizamlanmasına L.Ter-Petrosyanın realist yanaşmaları ilə razılaşmadılar və 1998-ci ilin fevralında faktiki olaraq onu istefa verməyə məcbur etdilər. Bunun nəticəsində Ermənistan münaqişənin mərhələli nizamlanması təkliflərindən rəsmən imtina etdiyini bildirdi və beləliklə, münaqişənin həlli üçün iyirmi il bundan əvvəl yaranmış nadir imkan əldən buraxıldı”.
Bundan sonra hadisələrin inkişafında baş vermiş ən müxtəlif proseslərdən nizamlama istiqamətində həm beynəlxalq qurumların, həm də Azərbaycanın apardığı səylər və onların nəticələrindən, danışıqların bəzi mərhələlərdə dalana dirənməsindən, Ermənistanın danışıqlar zamanı ciddi kanyukturasından, beynəlxalq təşkilatların və münaqişənin həllini üzərinə götürmüş həmsədrlərin vacib məqamlarda ciddi addım atmamasından, Avropada baş verən Kataloniya prosesindən, Ukrayna hadisələrindən, ABŞ-ın Kosovodakı mövqeyindən və bu zaman “ikili standartlar” siyasətinin işə düşməsindən bəhs edərək filosof yazır: “Ədalət naminə qeyd edilməlidir ki, bu təzyiqə baxmayaraq, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələ heç vaxt praktiki müstəvidə qoyulmayıb”. Bütün bunlardan sonra müəllif qeyd edir ki, “erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub”. Beləlikl erməni ideoloqlarının və intriqant hökumət rəhbərliyinin tələsinə düşmüş erməni xalqı anlamır ki, onların xilası sülhdədir, bu sülh və “diplomatik qələbə” isə məhz Azərbaycan torpaqlarının azad edilməsindən sonra “qazanıla” bilər.
Bəhs etdiyimiz fundamental traktat tarixi-fəlsəfi-siyasi anlamda dərin mahiyyət kəsb etdiyindən, fikrimizcə, bir qısa yazı ilə onu tam və ətraflı mənalandırmaq mümkün deyildir. Odur ki, bütün bu məsuliyyəti anlayaraq tədqiq olunan məqalədən münaqişənin nizamlanma prosesi üçün fəlsəfi mahiyyət kəsb edən 11 tezisi hörmətli oxucuya təqdim etməyi məqsədə müvafiq hesab edirik:
1. “Bu gün Ermənistan onu da etiraf etməlidir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Azərbaycanın işğal edilmiş ərazilərinə məhz Ermənistan nəzarət edir. Avropa İnsan Haqları Məhkəməsinin “Çiraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarı da bunu təsdiq edir”.
2. Azərbaycanın dəfələrlə bəyan etdiyi kimi, işğal edilmiş Dağlıq Qarabağda və ətraf yeddi rayonda Yerevan tərəfindən yaradılmış oyuncaq rejim həm Azərbaycan Respublikasının qanunvericiliyini, həm də beynəlxalq hüququ kobud şəkildə pozan qeyri-qanuni fəaliyyətlə geniş məşğul olur.
3. Çox güman ki, məhz 2016-cı ilin aprel hadisələri Ermənistanda hakimiyyətin “məxməri inqilab” nəticəsində növbəti dəfə dəyişməsinin səbəblərindən biri olub. Kriminal Koçaryan-Sarkisyan rejiminin yerinə gələn Ermənistanın yeni rəhbərliyi xalqa korrupsiyaya qarşı mübarizə və sosial-iqtisadi islahatlar aparılacağını vəd edib. 2018-ci il dekabrın 9-da vaxtından əvvəl keçirilmiş parlament seçkilərində N.Paşinyanın “Mənim addımım” blokunun inamlı qələbəsindən, onun özünün isə 2019-cu il yanvarın 14-də baş nazir seçilməsindən sonra optimistlər belə bir fikir söylədilər ki, məhz Qarabağ kökləri olmayan N.Paşinyan erməni xalqından mandat alaraq münaqişənin nizamlanmasına nail ola bilər. Lakin N.Paşinyanın bir-birinə zidd olan bəyanatları bunun əksini göstərir.
4. Ermənistanın indiki hakimiyyət orqanlarının qarşısında duran daha bir mürəkkəb çağırış “əhalinin sülhə hazırlanması” ideyasını populyarlaşdırmaqdır. Özü də ermənilərin onilliklər ərzində sülh tərəfdarı olduqlarını bəyan etmələrinə baxmayaraq, cəmiyyəti sülhə hazırlamaq çağırışına onların reaksiyası əsla birmənalı olmayıb”.
5. Qeyd edildiyi kimi, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ilk rəsmi danışıqlar keçirilib. Bu danışıqların yekunları ehtiyatlı nikbinlik hissi yaradır.
6. “Ermənistan tərəfindən xoş məram nümayiş etdiriləcəyi və Azərbaycanın işğal altında olan rayonlarının azad edilməsinə başlanacağı təqdirdə, Azərbaycan Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə zəmanət verilməsi məsələsini müzakirə etməyə hazırdır”.
7. “Son görüşlər barəsində müəyyən qədər nikbin olsam da, hər halda bunu vurğulamağa məcburam ki, danışıqlar prosesinin indiki mərhələsi asan olmayacaq. Ermənistanın rəsmi şəxslərinin bir-birinə zidd bəyanatları, o cümlədən həmin ölkənin müdafiə naziri D.Tonayanın məsuliyyətsiz bəyanatı bunu təsdiq edir. O, martın 29-da Nyu-Yorkda ABŞ-ın erməni icmasının nümayəndələri ilə görüş zamanı bildirib ki, “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə - yeni ərazilər” formulu ilə əvəz edir.
8. Bir-birinə zidd olan çoxsaylı bəyanatlara əsasən, N.Paşinyan münaqişənin nizamlanması kontekstində də praktiki addımlar atmayacaq. Bunu qondarma “DQR” nümayəndələrinin danışıqlarda iştirak məsələsini vaxtaşırı qabartmaq cəhdləri təsdiq edir.
9. “N.Paşinyan nizamlamanın baza prinsiplərini və elementlərini təftiş edərək bildirir ki, “Azərbaycanın bu prinsiplərlə bağlı təqdim etdiyi interpretasiyalar bizim üçün qəbuledilməzdir”. Mənə elə gəlir ki, Minsk qrupunun həmsədrləri burada, o cümlədən erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması və beynəlxalq təhlükəsizlik zəmanətinin verilməsinə cavab olaraq məcburi köçkünlərin qaytarılması kimi nizamlama elementlərinin birinci növbədə həyata keçirilməsi məsələsində qəti nümayiş etdirməlidirlər”.
10. Bununla belə, əgər Ermənistan sivil demokratik dövlət kimi görünmək istəyirsə, onda öz silahlı qüvvələrini beynəlxalq hüququn əsas norma və prinsiplərinə müvafiq surətdə Azərbaycanın hamı tərəfindən tanınmış sərhədlərinin hüdudlarından kənara çıxarmalıdır.
11. “Ümid edək ki, Ermənistanın yeni rəhbərliyi, nəhayət, bu faktı dərk edəcək və Ermənistanın birinci prezidentinin acı təcrübəsini nəzərə alaraq, çoxdan gözlənilən sülhü əldə etmək istiqamətində əməli addımlar atacaq”.
Beləliklə, yuxarıda bəhs olunan dərin, tarixi faktlarla con dərəcə zəngin məqalə elmi fəlsəfi kontekstdə interperetasiya olunarkən məlum olur ki, Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi süni şəkildə həm erməni ideoloqları, həm də beynəlxalq güclər tərəfindən meydana çıxarılmış bir münaqişədir və onun mənbələrinin əsasını məqalədə qeyd olunan tarixi xətt təşkil etməkdədir. Bu münaqişənin həll olunmasında Azərbaycan tərəfi həmişə böyük səy göstərsə də, həm maraqlı beynəlxalq güclər, həm də Ermənistana rəhbərlik etmiş şəxslər, xüsusilə, R. Koçaryan və S. Sərkisyan hökumətləri münaqişənin nizamlanma kursunu labrintə salmaq üçün ciddi cəhdlər etmişlər. Xalqlar arasında səpilmiş dərin nifrətin toxumu və mənbəsini bilavasitə erməni ideoloqlarının uzunmüddətli təbliğatı və tarixən azərbaycanlılara qarşı aparılmış çoxaspektli soyqırımı sıyasəti təşkil edir.
Traktat elmi-fəlsəfi-siyasi kontekstdə interperetasiya olunarkən məlum olur ki, hal-hazırda münaqişəsinin nizamlanma prosesinə mane olan faktlar içərisində ən başlıca xətt kimi aşağıdakı amilləri göstərmək olar: Ermənistanda son 30 ildə hakimiyyətdə olanların (nisbətən L. Ter- Petrosyanıın mövqeyi istisna olmaqla) Qarabağ münaqişəsinin həllinin deyil, onun uzadılmasının tərəfdarı kimi çıxış etməsini; Beynəlxalq erməni diasporunun münaqişənin uzadılmasını dəstəkləməsini; Maraqlı regional və beynəlxalq qüvvələrin, o cümlədən münaqişənin həllində bilavasitə cavabdehliyi daşıyan təşkilatların bəzilərinin münaqişənin həllində maraqlı olmamasını və Ermənistana hamiliyini; Dağlıq Qarabağ saxta rejiminin münaqişənin həllinə bütün vasitələrlə maneə törətməsini; Münaqişə şəraitindən konkrekt gəlir götürən narkomafiya və kriminal DQ rejiminin Ermənistan hakimiyyəti tərəfindən birmənalı müdafiəsini; Erməni kilsəsinin tarixiən münaqişənin həllinə hətta azaçıq şans yaranan zaman “imkanların və ümidlərin” qapadılması istiqamətində apardığı genişmiqyaslı fəaliyyətini; Ermənistana rəhbərlik edən şəxslərdə siyasi iradənin, xarizmanın, humanizm amillərinin çatışmamasını; Nəhayət, barışığa meyl edən sadə erməni xalqının iradəsinin qırılmasını və Azərbaycanda aparılan dialoq, multikulturalizm və tolerantlıq strategiyasından, ideyalarından erməni xalqının izoliyasiya edilməsi və b. amilləri göstərmək olar.
Hesab edirik ki, nəticə olaraq bir neçə ciddi punktların üstündə dayanaraq onları aşagıdakı kimi ümumiləşdirmək çox vacibdir: Beləliklə, geniş elmi-fəlsəfi və ictimai müzakirəyə təqdim olunan əsərdə bəhs olunan münaqişənin mənbələri və nizamlanma prosesinin genologiyası, siyasi, sosial, iqtisadi, humanitar və s. perspektivlərindən bəhs olunarkən burada Ermənistan və o cümlədən, onları müdafiə edənlər üçün çox ciddi mesajların olduğu məlum olur: Burada izah edilir ki, hər bir tərəf – istər beynəlxalq qurumlar, istərsə də Ermənistan anlamalıdır ki, artıq münaqişənin həll olunması zamanı çoxdan çatmışdır və hətta gecikmişdir. Beynəlxalq güclər nəhayət qəbul etməlidirlər ki, müasir münaqişələrin, o cümlədən bu münaqişənin fəlsəfəsinə dağıdıcı fəlsəfələr kontekstindən deyil, qurucu, birləşdirici və birgəmövcudluq fəlsəfəsinin ali prinsiplərindən baxmaq zamanın -qloballaşmanın bir nömrəli çağrışlarındandır. Yumuşaq güc nəzəriyyəsinin tərkibinin aktoru kimi çıxış etdirilən status-kvo sonsuza qədər davam edə bilməz. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan heç zaman öz ərazilərində ikinci erməni dövlətinin yaranmasına razı ola bilməz. Son iki yüz ildə Azərbaycan üçün ciddi bir problemə çevrilmiş uydurma “erməni məsələsi” əslində erməni ideoloqlarının regiona bəxş etdiyi çox təhlükəli və qorxulu bir ideoloji utopiyadır və onun vasitəsilə uzun müddətdir ki, azərbaycanlılara, regionda yaşayan digər qonşu xalqlara qarşı çoxtərifli genosid həyata keçrilməkdədir. Bu ideoloji xəstəlik artıq total olaraq erməni məfkurəsinə çevrildiyindən, bu yanlış tarixi xətt erməni xalqılnın özünü hətta məhvolmanın atanasına gətirib çıxarmışdır. İqtisadi, sosial, humanitar səfalət, mənəvi nihilizm ermənilərin sabaha ümidlərini puça çıxarmışdır. Halbuki təkcə Azərbaycanın resurslarının bir qismi əgər münaqişə baş verməsəydi sadə erməni xalqının problemlərinin biryolluq həllinə bəs edərdi. Bu tarixi şansdan erməni xalqını erməni ideoloqlarının məkrli siyasəti məhrum etmişdir.
Məqalədən digər bir ciddi mesajın fəlsəfəsi aşağıdaki kimidir: İndi ermənilərin böyük ümidlə baxdıqları küçə demokratiyası ilə hakimiyyətə gəlmiş Paşinyanın köhnə sələflərindən o qədərdə fərqlənməyən siyasəti göstərir ki, erməni xalqının bəlaları hələ qurtarmamışdır və onların öz rəhbərlərindən səadət gözləmələri əbəsdir. Bu səadəti onlara yalız münaqişənin həlli və Böyük Sülh verə bilər. Odur ki, yeni erməni rəhbərləri anlamalıdırlar ki, bu münaqişədə uzaq olmayan tarixdə, yaxud elə müasir günümüzdə erməni ideoloqlarının və R. Koçaryan - S. Sarkisyan hakimiyyəti nə qədər tarixi məsuliyyət daşıyırsa, Paşinyan hakimiyyəti də bu məsuliyyətdən kənarda deyildir. Müsir hadisələr fəlsəfi baxımdan mənalandırılarkən hörmətli filosofun qeyd etdiyi kimi “Tamamilə haqlı olaraq belə bir hiss yaranır ki, N.Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına görə məsuliyyəti özgəsinin üzərinə qoymağa çalışır, çünki gah bəyan edir ki, Qarabağ adından danışıqlar aparmaq hüququ yoxdur, gah da erməni xalqına müraciət edərək bildirir ki, Qarabağ problemini elə onun özü həll etməlidir”. Bütün bunlar isə əslində əvvəlki erməni rəhbərlərinin də buraxdığı tarixi səhvlərdən başqa bir şey deyildir, yaxud nizamlanma prosesinin fəlsəfi mahiyyətindən ümumiyyətlə, N. Paşinyanın siyasi-fəlsəfi xəbərsizliyidir.
Bu dərin və məzmunlu məqalədən çıxardığımız ən mühüm fəlsəfi nəticələrdən biri aşağıdakı kimidir: Münaqişənin nizamlanma prosesində ciddi əngəllərdən biri kimi çıxış edən bir sıra beynəlxalq aktorlara gəldikdə təssüf ki, məhz onlaraın ya passivliyi və biganəliyi, yada ki, bilavasitə “ikili standartların” mövcudluğu səbəbindən bu gün BMT-nin ali prinsiplərindən biri hesab edilən beynəlxalq hüquq və demokratiyanın aliliyi bir çox məqamlarda ya işləmir, ya da ki, təəssüf ki, söz oyunundan, olsun ki siyasi sofistikadan başqa bir şeyi ifadə etmir. Bu anlamda burada hörmətli akademik Ramiz Mehdiyevin elmi-fəlsəfi məqaləsindən çıxarılmış interperetasiya olaraq yalnız bir faktı göstərmək kifayət edər ki, problemin fəlsəfi mahiyyətində, böyük alman filosofu F. Nitsşenin demokratiya barədə ifadəsi öz təsdiqini tapmış olsun: Vaxtilə F. Nitsşe, qeyd edirdi ki, (müasir demokratiyanın) minib sürdüyü atlar yenidir, yollar və arabalarsa əvvəlkilərdir. Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsində hər iki tərəfə beynəlxalq müstəvidə eyni münasibətin göstərilməsi sübut edir ki, həqiqətəndə “yollar və arabalar” əvvəlkilərdir, yalnız bu gedişatda “atlar” dəyişdirilmişdir. Yox, belə deyilsə, işğalçı ilə işğala məruz qalan tərəflər arasında bərabərlik işarəsi nəyi ifadə edir? Məgər beynəlxalq hüquq işğal və işğala məruz qalan tərəfləri ayıra bilmir? Bu halda sual yaranır: uzun müddət böyük sülhə inanaraq atəşkəsə söykənənlər yenidənmi total əsgər ölümlərinə, anaların axan göz yaşlarına şahidlik edəcəkdir? Bəs o zaman bunun məsuliyyətini kim daşıyacaq? Müharibə olarsa Ermənistanın gələcək iflasının, fəlakətinin məsuliyyəti kimin üzərində qalacaq? Və nəhayət müasir beynəlxalq münaqişələrə yüksək əxlaq, etika, mədəniyyət, humanizm və s. prinsiplərindən yanaşmağın vaxtı çatmayıbmı? Başqa sözlə, bu ənənəvi siyasət bizi – bəşəriyyəti total ölümə – üçüncü dünya müharibəsi fəlakətinə aparmırmı? Bu anlamda yanaşdıqda nəticə olaraqə görürük ki, əslində hörmətli filosofun bu əsəri dünya ictimayəti üçün bir həyəcan təbilidir, fikirmizcə, hələ bu sanballı traktatda qaldırılmış dərin fəlsəfi mülahizələr nəzəri fikirin uzun müddət obyekti olaraq qalacaqdır.
Bu danılmaz faktdır ki, Azərbaycan bu gün dünyanın, xüsusilə Qərbin enerji təhlükəsizliyində və regionun iqtisadi–sosial, humanitar inkişafında ən yüksək şəkildə iştirakı ilə ciddi töhvələr verir. Regional layihələrin gerşəkləşdirilməsinin baş aktoru olan ölkəmiz indi mədəniyyətlərin, sivilizasiyaların və dinlərin dialoqunu, əlaqə və münasibətlərini gerçəkləşdirən ölkə kimi tanınmaqdadır. Ölkəmiz humanitar tədbirlərin, beynəlxalq konfransların, müxtəlif siyasi, iqtisadi, mədəni, və s. forumların keçrildiyi məkan kimi tanınmaqdadır. Beynəlxalq ekspertlər dəfələrlə münaqişə tərəflərinin bütün sferalarda potensialını müxtəlif indikatorlarla ölçərkən birmənalı olaraq bütün üstünlükləri Azərbaycanın xeyirinə qiymətləndirirlər. Məqalədən də aydın şəkildə hasil olunduğu kimi, Azərbaycan bu gün çox güclü orduya malikdir, ordumuzun gücü və hərbi üstünlüyü getdikcə artmaqdadır. 2016-cı ildə aprel əməliyyatları zamanı Azərbaycan sübut etdi ki, işğal faktı və status-kvo əbədi davam edə bilməz. Sülh və əminəmanlıq, multikulturalizm və tolerantlıq bu xalqın həyat tərizi və taleyi, milli xüsusiyyətləri olsa da o, öz torpaqlarının bir qarışından da imtina etməyəcəkdir. Bir şeyi unutmamalıyıq ki, ümumiyyətlə, erməni xalqı unutmamalıdır ki, onların bəlasının kökləri səhv ideologiya nəticəsindən meydan gəlmiş və yanlış fəlsəfi-tarixi interperatasiyalarından qaynaqlanır. Onlar anlamalıdırlar əgər iqtisadi və sosial cəhətdən yüksək səviyyədə təmin olunmaq istəyirlərsə, sosial rifaha çatmaq istəyirlərsə, məhz Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad etməldirlər. Erməni ideoloqları anlamalıdırlar ki, dünyada elə bir xalq yoxdur ki, əbədi olaraq öz həyatlarını başqalarına qarşı nifrət üzərində quraraq tarixdə öz xoşbəxtliklərini təmin etsin. Belə xlqlar və tayfalar tarixdə mövcud olsalarda onlar məhz özlərini sonda başqalarına bəslədikləri nifrətə qurban verərək, məhv olaraq tarix səhnəsindən silinmişlər. Hər halda erməni tarixçiləri bunu bilməmiş deyildirlər. Odur ki, məqalədən çıxardığımız bir fəlsəfi nəticəni də erməni ideoloqların nəzərinə çatdırmaq istərdik: Tarixin psi örnəklərini deyil, yaxşı, qurucu tərəfini özünüzün həyat tərzinizə çevirin. İngilis, fransız və alman xalqlarının orta əsrlərdəki müharibələrini və bu günkü nailiyyətlərini xatırlayın: onlar bu gün Avropanı sülh və əminəmanlıq, sosial bərabərlik və qardaşlıq rəmzinə çevriliblər; bu utopiya deyil, müasir sivilizasiyanın real tarixi-siyasi mənzərəsidir. Bu anlamda hesab edirik ki, məqaləni akademik Ramiz Mehdiyevin istinad etdiyi fəlsəfi-tarixi-siyasi faktlarla bitirmək məqsədə müvafiqdir və ümid edirik ki, heç olmasa bu sonuncu tezisin fəlsəfəsini dərk etməkdə müasir siyasi avantüristlər özündə qüvvə tapacaqlar. Akademik R. Ə. Mehdiyev yazır: “Amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan müdrik sözlərini Ermənistanın siyasi liderlərinə xatırlatmaq yerinə düşər. O deyib: “Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!”. Qeyd edək ki, C.F.Klark bu fikri çox rəmzi adı olan “Dövlət xadimi axtarılır!” sərlövhəli məqaləsində yazıb”. İbrətamizdir.

"Respublica-news.az"