Müasir fəlsəfədə yeni yanaşma və cərəyanlar + MÜSAHİBƏ
Fəlsəfəyə münasibət onun düşüncələrin hakimi, elmin inkişafına və cəmiyyətin şüurunun kamilləşməsi üçün hazırlanan tövsiyələrin gerçəkləşəcəyinə ümid yaradan fenomen kimi dərk edilməsindən başlamış rəqəmsal elm, fənlərarası tədqiqatlar və dini intibah dövründə lazımsız sanılmasına qədər geniş diapazonda dəyişir. Müasir fəlsəfənin elmə, cəmiyyətə nə dərəcədə lazım olduğunu, onun Azərbaycandakı vəziyyətini aydınlaşdırmaq üçün AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə AZƏRTAC-ın suallarını cavablandırır.
- Çoxları hesab edir ki, rəqəmsal elm, iqtisadiyyat, informasiya texnologiyaları dövründə fəlsəfənin əhəmiyyəti azalır. Sizcə, bu belədirmi?
- Bununla mübahisə etmək çətindir, bu cür düşünənlər az deyil, budur, artıq fəlsəfə üzrə minimum imtahanı da ləğv olunub. Bir tərəfdən informasiya texnologiyaları bütün elmə münasibəti dəyişdirir, elm rəqəmsallaşır. Digər tərəfdən dövrümüzün fəlsəfəsi necə olmalıdır, fəlsəfə rəqəmsal elmin bir hissəsi ola bilərmi və bunun üçün nə etmək lazımdır kimi suallar da olduqca aktualdır və bütün bu məsələlər öz yerini tapmalıdır.
İlk növbədə, qeyd etməliyəm ki, bəzi filosoflarımız, eləcə də fiziklərimiz, kimyaçılarımız və iqtisadçılarımız artıq müasir elmin subyektləridir. Fikrimi təsdiqləmək üçün təkcə bir misal gətirəcəyəm. İnstitutumuzun saytında hər bir əməkdaşımız məqalə və ya kitabını yerləşdirə, sayta daxil olan hər kəs isə onları açıb oxuya bilər. Lakin işçilərimizin heç də hamısı öz mətnlərini sayta yükləmək istəmir, onların kağız variantında nəşr edilməsinin daha yaxşı olduğunu düşünürlər. Onlara deyirəm ki, bu halda, sizin yazını, fərz edək, yüz-iki yüz nəfər oxuyacaq, saytda isə onu istənilən sayda insan oxuya bilər. Məlumat üçün deyim ki, təxminən yarım il ərzində saytımıza 20 min oxucu daxil olub, lakin onların sayı daha çox ola bilər və olmalıdır.
Fikrimcə, məsələ fəlsəfə və elmin əhəmiyyətinin guya azaldığında deyil, rəqəmsal elmin əsl alimlər və yalnız zahirən müasir alim, filosof kimi görünənlər arasında sərhəd yaratmasındadır. Yəqin ki, alimlərə ümumiləşdirilmiş yanaşmadan imtina etmək lazımdır. Yaxşı alim çox azdır, onları formal qiymətləndirmək olmaz. Rəqəmsal elmin nə qədər tələb olunduğu problemi də mövcuddur. Biz tez-tez institutumuzda xarici filosofların iştirakı ilə konfranslar təşkil edirik və onların hamısı yekdilliklə bu problemlərin öz ölkələrində də olduğunu deyirlər. Məncə, bilavasitə keçmiş və indiki filosofların fikirlərini, konsepsiyalarını araşdıran fəlsəfənin əhəmiyyəti azalır. Dar ixtisaslı mütəxəssislər istisna olmaqla, heç kim bu cür mətnləri oxumur. Bu və ya digər aktual problemə, dövrə, dünyaya, onu dəyişdirən tendensiyalara konseptual baxışların verildiyi proqnostik mətnlər oxunur. Hesab edirəm ki, oxucu hər zaman müəllifin yanaşmasının necə formalaşdığını, onun orijinallığı və işinin faydasının nədən ibarət olduğunu anlamağa çalışacaq. Fikrimcə, onlar üçün konsepsiyanın təşəkkülü prosesinin necə getdiyi də maraqlıdır. Onu da əlavə edək ki, nəticələrin konkret məlumatlar əsasında çıxarıldığı, müqayisəli yanaşmanın tətbiq olunduğu məqalələr oxunur.
- Mədəniyyətlərin qarşılıqlı təsiri və fəlsəfə. Hansı əlaqə, yanaşma və tendensiyalar mövcuddur?
- Bu sual birinci sualla bağlıdır. Mədəniyyətin necə inkişaf etdiyini, mədəniyyətdə fərdin, başqa bir mədəniyyətin hansı rol oynadığını dərk etmək məsələsi fəlsəfənin son dərəcə zəruri olduğunu göstərir. Əlbəttə, bir çox Qərb siyasətçiləri multikulturalizmin iflasa uğradığını iddia edirlər. Qeyd edək ki, müvafiq siyasət, konkret olaraq Mey və ya Merkelin müxtəlif səbəblərdən Britaniya və Almaniyaya qaçqın axınının öhdəsindən gələ bilməyən konkret siyasəti iflasa uğramışdır.
Yeri gəlmişkən, 80-ci illərin sonlarında postsovet məkanında, Avropada ilk dəfə olaraq bu problemlə Azərbaycan məhz Ermənistanın təcavüzü, Ermənistandan azərbaycanlıların qovulması nəticəsində üzləşdi. Lakin söhbət bunda deyil, Prezidentimizin Azərbaycanın multikultural ölkə olduğunu, multikulturalizmin bizim üçün dəyər təşkil etdiyini bəyan etməsindən gedir. Bizcə, bu yanaşma son dərəcə düzgündür və bizi keçmişimizi düzgün başa düşməyə, ən başlıcası, yaxın gələcəkdə fəal inkişafımızı nəyin təmin edəcəyini, dünyanın necə olacağını dəqiq anlamağa yönəldir.
Turizm, yeni “İpək Yolu”, tranzit siyasəti, qloballaşma – bütün bu istiqamətlər bu və ya digər şəkildə multikulturalizmin nə üçün bizə lazım olduğunun geosiyasi və iqtisadi əsaslandırılması, hazırda mədəniyyətlərin necə qarşılıqlı təsir etdiyinin dərki ilə bağlıdır. Əlbəttə, Avropa dünya mədəniyyətinə ciddi təsir göstərmişdir, lakin onun özü də digər mədəniyyətlərin təsirini hiss etmişdir. Multikulturalizmin fəlsəfi, sosioloji, nəzəri-siyasi və hüquqi tədqiqatlarının yalnız ayrı-ayrılıqda deyil, həm də fənlərarası tədqiqatlar kimi lazım olduğu isə başqa məsələdir. Belə tədqiqatlar elmi fənlərin bütün palitrasında aktual istiqamətlərdən biridir. Lakin ilk növbədə, mədəniyyət problemlərinin araşdırılması bu cür olmalıdır.
Fəqət belə tədqiqatların aktuallığı onların məhz fəlsəfi təhlilinə, mənalandırılmasına olan ehtiyacı aradan qaldırmır. Onların spesifikliyi bundan ibarətdir ki, fəlsəfə mədəniyyətin bu gün və tarixin müxtəlif mərhələlərində necə bir fenomen kimi mövcud olduğunu araşdırır, onları müqayisə edir, mədəniyyətin digər sahələrə təsir tendensiyalarını dəyərləndirir. Burada isə yalnız filosofun ifadə edə bildiyi mədəni-tarixi metodologiyaya ehtiyac yaranır. Bununla bağlı Hegel, Haydegger, Toynbi, Yaspers, M.Fuko yada düşür. Mədəniyyət və mədəniyyətlərin qarşılıqlı təsirinin səhv və qeyri-dəqiq başa düşülməsi problemə keyfiyyətli yanaşmanı təmin etməyə, düzgün tövsiyələr hazırlamağa və qərarlar qəbul etməyə imkan verməyəcək.
Belə ki, məsələn, Qərb siyasətçilərinin multikulturalizmin iflası, mədəniyyətlə qaçqınlar və miqrantlar problemləri arasındakı əlaqələrin dərki aspektindəki bəyanatları, fikrimizcə, müəyyən dərəcədə Qərb mədəniyyətinin mövcud vəziyyətinə və yaxın tarixi dövrdə necə inkişaf edəcəyinə yanlış yanaşma və onların arasında səhv seçim edilməsi, ikili standartlar, islamofobiya ilə bağlıdır. Nəhayət, bir metodologiya kimi fenomenologiya perspektivlidir, fəlsəfi metodologiya kimi o, digər ictimai elmlər üçün də maraq kəsb edir, hərçənd bunu biologiyadan tutmuş astrofizikaya qədər bütün elmlər üçün demək istərdik.
- Fəlsəfə və din. Bu sahədə hansı istiqamətlər, problemlər aktualdır?
- Bu mövzu fəlsəfədə həmişə aktual olmuşdur. Bir zaman hesab olunurdu ki, fəlsəfə ilahiyyat və dinin xidmətçisidir, sonra ateizm “hökmran” oldu. İndi isə ölkədə və xaricdə din problemlərinin fəlsəfi, sosioloji və siyasi tədqiqini, sözün həqiqi mənasında, dinə münasibətdən fərqləndirmək lazımdır. Sosiologiya statistik məlumatlara aludə ola bilər, onların əhəmiyyəti var, lakin fəlsəfə üçün başqa məsələlər daha aktualdır: din nədir, dünyanın müxtəlif bölgələrində onun dərki necə fərqlənir, dində hansı – ayırıcı, yoxsa birləşdirici meyillər üstünlük təşkil edir, monoteist dinlər necə yaranmışdır, dinlərin və mədəniyyətlərin nisbəti necədir?
Bizim institutda bir filosof öz çıxışlarında daim monoteist dinlərin birliyini qeyd edir, bu fikrin təsdiqi üçün Qurandan bir parça gətirir. Düzdür, bu, birliyin elmi-fəlsəfi və tarixi əsaslandırılmasını vermir, halbuki fəlsəfədə belə araşdırmalar aparılır. Bu filosofun fikrincə, müqəddəs kitabdan iqtibas həmin fikri hər kəsin qəbul etməsi üçün kifayətdir. Lakin məsələ bunda deyil, dindarlar arasında müxtəlif insanlar mövcuddur, onlar öz ölkəsinin yaxşı vətəndaşları kimi tərbiyə olunmalı, qanunları və Konstitusiyanı pozmamalıdırlar. Bu, yalnız dini deyil, həm də etik, fəlsəfi, hüquqi məsələdir. Fəlsəfə mənəviyyatın pozitiv tərbiyəsi olan yeganə elmdir. Belə mənəviyyat olmadan vətəndaşların lazımi hüquqi mədəniyyətə yiyələnməsinə nail olmaq çətindir. Pozitiv tərbiyə yalnız tərbiyə dərsləri keçməkdən deyil, həm də yanlış, yaraşmaz davranışın səbəblərini müəyyən etməkdən, onların izahı və aradan qaldırılması yollarını göstərməkdən ibarətdir. İnstitutumuz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan İlahiyyat İnstitutu, Təhsil Nazirliyi ilə birlikdə bu işdə fəal iştirak etməyə çalışır.
- Uzun illərdir ki, etika və əxlaq problemlərini uğurla araşdırırsınız. Bu sahədə hansı maraqlı məsələlər mövcuddur?
- Bəli, mənim etika təlimləri tarixi, etika nəzəriyyəsi və metodologiyasına dair bir çox kitab və məqalələrim var. Ancaq mən yalnız “Etikaya giriş” və “Əxlaqın təfsiri təcrübəsi” kitablarını qeyd edəcəyəm. Bir çoxları bilirlər ki, mənim siyasi etikaya dair tədqiqatlarım təkcə bizdə maraq doğurmur. Fəqət məsələ bundadır ki, etika fəlsəfədə mühüm fəndir, o, fəlsəfə ilə funksional şəkildə bağlıdır. Etika insanı, onun şüuru, daxili aləmi və davranışını araşdırmalı və eyni zamanda, onun daha kamil, digər insanlarla münasibətlərində daha yaxşı, xeyirxah və ləyaqətli olmasına kömək etməlidir. Bu, çətin və nəcib vəzifədir.
Bəziləri bazar iqtisadiyyatı dövründə cəmiyyətdə xeyirxahlıq və humanizmə ehtiyacın olmadığına əmindir. Səhv fikir olsa da, bunun əksini sübut etmək olduqca çətindir. Bəzilərinin fikrincə, bununla din məşğul olmalıdır. Amma əslində, əxlaq məsələləri hamı üçün vacibdir. Hamımız övlad tərbiyə edirik və indi onlara başqasının tərbiyə verəcəyini gözləməliyikmi? Gözləsək, biz onları, bütöv nəsilləri itirərik. Lakin biz onların tərbiyəsinə özümüzdən başlamalıyıq, başqalarından yaxşı olduğumuzu düşünməməliyik. Bu vəziyyətdə etika, əlbəttə, düşünülmüş məsləhətlərlə sizə kömək edə bilər. Burada nəsihət, didaktika deyil, həssaslıq, başqasının halını duymaq, zamanı və məkanı anlamaq, həmçinin biologiya, psixologiya, neyrofiziologiya sahəsində biliklərə malik olmaq tələb olunur. Məsələn, bioetikanın aktuallığı həm də əxlaq və psixologiyanın biologiya ilə bağlılığından irəli gəlir. Əlbəttə, belə olduğu halda heç də hər bir filosof məsləhətlə kömək edə bilməz. O, etika zamanı, insanların illüziya və yanılmalarını, qeyri-şüuri fenomenlərini anlamağa çalışır. Bu məqsədlə ictimai şüuru əxlaq sosiologiyasının, fərdi əxlaqı və insanı isə psixologiya, sosial psixologiya, psixoanalizin köməyi ilə araşdırır, lakin hər bir halda bu bilikləri birləşdirmək, nəticələri yoxlamaq və tövsiyələr vermək üçün filosof zəkası və biliyi tələb olunur. Çox vaxt yalnız etikada deyil, ümumən bütün ictimai elmlərdə belə bir fikrə üstünlük verilir ki, elmi adı və dərəcəsi olan hər kəs məsləhət verə bilər. Bəzən valideynlər də əmindirlər ki, onların bilikləri məsələnin informasiya texnologiyaları, internet, sosial şəbəkələr, bazara xas qazanc hərisliyində olduğunu birmənalı şəkildə iddia etmək üçün kifayət edir. Guya bütün bu amillər uşaqları korlayır, valideynlərindən, kitablardan ayırır. Lakin bütün bu nəticələr yoxlanılmayıb, təcrübə ilə təsdiqlənməyib. Bunlardan bəziləri doğru olsa da, çətin ki, hamısı dürüst olsun. Fəlsəfə ilə yanaşı, etika mədəniyyətlə də bağlıdır. Tərbiyə mədəniyyət işidir, biz uşaqları tərbiyə edərkən bunu nəzərə alırıqmı? Onlar bizi evdə, həyətdə, nəzakətlə desək, mədəni olmayan şəkildə görmür və təkrar etmirlər ki? Vurğulamaq istərdim ki, etika çox zaman müxtəlif mədəniyyətlərə aid gender problemlərinə, cinslərin münasibətlərinə bələd olmaq, onları dərk etməklə də bağlıdır.
- Sizin yaradıcılığınızda tarix fəlsəfəsi və fəlsəfə tarixi, ideologiya və fəlsəfə xüsusi yer tutur...
- Bəli, belədir. Mənim üçün bu fəlsəfi fənlər arasındakı əlaqələr maraqlıdır. Azərbaycanda tarix fəlsəfəsi problem kimi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin əsərlərində çox dərindən öyrənilib. Fikrimcə, tarix fəlsəfəsi tarixin öz məna və məntiqinə, məqsədinə malik olması haqqında elmdir. Əlbəttə ki, bu elmdə məna və məqsədlərin dərki meydana çıxarılır və ya heç olmazsa, onların bir variantı göstərilir. Bu tezisi heç də hamı qəbul etmir.
Beləliklə, tarix fəlsəfəsi həm fəlsəfə tarixi, həm də ideologiya və milli ideya ilə bağlıdır. Axı biz onun barəsində fəlsəfi əsərlərə, tariximizi necə mənalandırdığımıza, tariximizi, qəhrəmanlarımız, böyük liderlərimiz və mütəfəkkirlərimizin fəaliyyətini necə dərk etdiyimizə əsaslanaraq mühakimə yürüdə bilərik. Tarix fəlsəfəsinin fəlsəfə tarixi ilə bağlılığı fəlsəfə tarixinin fəlsəfə ilə əlaqəsindən daha güclüdür. Onların əlaqəsi aşkardır, çünki tarix fəlsəfəsi olmadan müxtəlif dövrlərin mənasını anlamaq mümkün deyil. Təəssüf ki, fəlsəfə tarixçiləri çox zaman bu və ya digər konkret müəllif mövqeyinin mətnlə əlaqəsinə deyil, konsepsiyalara xüsusi əhəmiyyət verirlər. Şübhəsiz, tarix fəlsəfəsi və fəlsəfə tarixi ilə (amma yalnız bunlarla deyil) bağlı olan milli fəlsəfə haqqında da danışmaq istərdim. Fəlsəfəni milli edən filosofun mənşəyi və doğulduğu yer deyil, müəyyən konkret bir bölgə filosoflarını birləşdirən yanaşma, onların seçdikləri mövzular, dünya fəlsəfi və tarixi proseslərinə baxışlarıdır. Buna görə də milli fəlsəfədə əsas diqqət fəlsəfə tariximizin, fəlsəfi keçmişimizin əsl fəlsəfə ilə necə bağlı olduğuna yetirilməlidir.
- Bu gün yerli-yersiz analitika, analitik yanaşma sözləri işlədilir. Bu barədə nə düşünürsünüz?
- Biz filosoflar “analitika” anlayışı ilə rastlaşdıqda Amerika analitik fəlsəfəsini xatırlayırıq, mənim yadıma amerikalı filosoflar – mərhum Riçard Rorti və Con Serl düşür. Əlbəttə ki, XX əsrin ortaları ingilis fəlsəfəsi də, müəyyən dərəcədə Bertran Rassell, L.Vitgenşteyn də onunla bağlıdır. Prinsipcə, burada əlaqə aşkardır, çünki dilçilik və məntiqə, məntiqi-metodoloji təhlilə əsaslanan mühakimələr analitik adlandırılır. Ümumiyyətlə, istənilən mətn analitikdir, çünki onda analiz (təhlil) ya tətbiq edilir, ya da (ona) tətbiq edilə bilər. Elmdə analitik fəlsəfə mühüm hadisədir, o, bütün digər məktəblərə, cərəyanlara, hər bir analitik işə təsir göstərmişdir. Bizdə bu yaxınlarda məntiq şöbəsi açıldı və şöbənin ilk kitablarında bu fəlsəfənin təsiri nəzərə çarpır. Lakin bu məktəbin təsirini hiss etmək hələ cərəyanın özünün inkişaf meyillərini düzgün başa düşmək demək deyil. Bu cərəyan çoxşaxəli, çoxnövlüdür. Burada metaetika da, siyasi fəlsəfə də, şüur fəlsəfəsi də və s. mövcuddur. Bununla belə, XXI əsrin əvvəlləri ABŞ-da şüur fəlsəfəsinin geniş yayılması ilə bağlıdır.
- Fəlsəfə İnstitutunun dünya filosoflarını Bakıya dəvət etməsi, konfranslar keçirməsi barədə çox eşitmişik. Bu istiqamətdəki planlarınızdan danışa bilərsinizmi?
- Bəli, biz Rusiya, Belarus, Bolqarıstan və Qazaxıstanın elmlər akademiyalarının fəlsəfə bölmələri, bir çox Avropa universitetləri ilə fəal əməkdaşlıq edirik. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Bununla əlaqədar “Fəlsəfə günü”nü böyük Azərbaycan şairi Nəsiminin fəlsəfi baxışlarına, poeziyası və dilinin fəlsəfəsinə həsr etməyi planlaşdırırıq. Bu konfrans iki gün davam edəcək. Qonaqları gözləyirik. Birinci gün Nəsiminin fəlsəfəsinin ümumdünya konteksti diqqətlə nəzərdən keçiriləcək. Biz mədəniyyətlərin qarşılıqlı təsiri və yeni “İpək Yolu” virtual laboratoriyamızdan, daha dəqiqi, Azərbaycan, Çin, Qazaxıstan, İtaliya və bir sıra digər ölkələrin filosof, tarixçi və yazıçılarının iştirak edəcəyi “Almanax”dan çox şey gözləyirik. Ümid edirik ki, müəlliflərimizin məqalələri öz yanaşmaları ilə başqa ölkələrin filosoflarını cəlb edəcək. Əminik ki, mədəniyyətlərin qarşılıqlı təsirinə yanaşma metodologiyamız yeni “İpək Yolu”nun xüsusi mənasının nədən ibarət olduğunu digər ölkələrin elm adamlarına göstərəcək.
Azertag.az