12.07.2019, 19:34 - Baxış sayı: 1140

Professor Rəna Mirzəzadəyə “Azərbaycan Xalq Cümhuriyyəti - 100” medalı verildi


Professor Rəna Mirzəzadəyə “Azərbaycan Xalq Cümhuriyyəti - 100” medalı verildiPrezident İlham Əliyevin sərəncamı ilə bir qrup media təmsilçisi, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai xadimlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalı ilə təltif olunublar.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunanlar arasında AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Seyid Rza qızı Mirzəzadə də var. Rəna Mirzəzadəyə medalı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov təqdim edib.
Fəlsəfə İnstitutunun rəhbərliyi və əməkdaşları Rəna Mirzəzadəni təbrik edir, elmi fəaliyyətində uğurlar arzulayırlar.
Professor Rəna Mirzəzadəyə “Azərbaycan Xalq Cümhuriyyəti - 100” medalı verildi
Professor Rəna Mirzəzadəyə “Azərbaycan Xalq Cümhuriyyəti - 100” medalı verildi