Avropa İttifaqı–Azərbaycan tərəfdaşlığı bəzi dairələri ciddi narahat edir
Hüseyn İbrahimov
Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu əlaqələr dinamik inkişaf tempinə malikdir. Əməkdaşlığın möhkəmlənməsində enerji təhlükəsizliyi məsələsi önəmli rol oynayır. Azərbaycan enerjinin şaxələndirilməsi siyasəti aparır və bu, eyni zamanda, Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi deməkdir. Ən başlıcası da ölkəmiz Cənub Qaz Dəhlizi layihəsində aparıcı qüvvədir və adı çəkilən layihə ikitərəfli əlaqələrimizin ən mühüm ifadəsidir.
Yeri gəlmişkən, burada bir məsələni də xüsusi vurğulamaq istərdim. Azərbaycan Avropa İttifaqı tarixində ilk ölkədir ki, öz saziş layihəsini tərəfdaş ölkə qismində təqdim edib. Aİ kifayət qədər böyük təşkilatdır, ölkələrlə münasibətlərini özü qürur və əməkdaşlıq haqqında layihə hazırlayır. Lakin 2015-ci ildə Riqada “Şərq tərəfdaşlığı” sammitində Azərbaycan Aİ-yə strateji tərəfdaşlıq haqqında öz saziş layihəsini təqdim edib və hazırda da danışıqlar məhz həmin sənəd əsasında davam edir.
Nəqliyyat sahəsində də istifadə olunmayan böyük potensial var. Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulur. Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı, daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün səmərəli alət rolunu oynayacaqlar.
Məhz elə bütün bunlara görə də bir sıra antiazərbaycan dairələrin ölkəmizə qarşı “qara piar” kampaniyası aparmasına baxmayaraq, Avropa İttifaqı (Aİ) reallığı yaxşı görür. Bu qurum Cənubi Qafqazın lider dövləti ilə əməkdaşlığın zəruriliyini dərindən dərk edərək, rəsmi Bakı ilə münasibətlərə çox həssaslıqla yanaşır. Bunun təməl prinsiplərindən biri isə təbii ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sərhədlərinin toxunulmazlığını qəbul etməkdən ibarətdir.
Azərbaycan-Aİ münasibətlərini korlamağa çalışan qüvvələrin zaman-zaman fəallaşması və tərəflər arasında süni anlaşılmazlıqlar yaratmağa cəhd göstərmələri də heç kəsə sirr deyil. Lakin Azərbaycan diplomatiyasının güclü fəallığı sayəsində onlar məqsədlərinə nail ola bilmirlər. Konkret desək, Aİ getdikcə daha böyük əminliklə başa düşür ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və regionun təhlükəsizliyinin təminində açar rolunu oynayır.
Azərbaycanın dünyada söz sahibinə çevrildiyi, nüfuzunun artdığı, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyi bir vaxtda Belçika Krallığının paytaxtı Brüsseldə 3-4 nəfər antimilli ünsürün aksiya keçirməyə cəhd etməsi də bir daha sübut etdi ki, ölkəmizin uğurları kimlərinsə məkrli planlarına mane olur. Özü də həmin qüvvələr Azərbaycanda mötəbər tədbirlərin həyata keçirildiyi bir vaxtda daha da fəallaşırlar:
Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar nəticəsində ölkəmizin dinamik inkişafı, qazandığı uğurlar şər qüvvələrin yuxusunu ərşə çəkib. Onlar yalan və böhtanlarla ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Lakin heç zaman buna nail ola bilməyəcəklər.
"Xalq qəzeti"