Fəlsəfə İnstitutunda Cümhuriyyətin ildönümü ilə bağlı dəyirmi masa keçirilib
Mayın 27-də AMEA Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq dəyirmi masa keçirilib. Tədbiri açıq elan edən Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə iştirakçıları salamlayaraq bayram münasibəti ilə təbrik edib və bildirib ki, ağır ictimai-siyasi mühitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsidir.
Sonra Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması zamanı tarixi şəraitə və bügünkü müstəqilliyimizə gedən yolun bir çox qaranlıq məqamlarına aydınlıq gətirərək qeyd etdi ki, Azərbaycanın sovet hökumətinin tərkibinə respublika kimi daxil olması birbaşa Azərbaycan Xalq Cümhuriyyətinə bağlıdır. E.Mədətli həmçinin dövrün siyasi şərtlərinə nəzər salaraq, bu kimi halların Cümhuriyyətə mənfi və müsbət təsirlərindən danışdı.
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Azərbaycan Xalq Cümhuriyyətinin İslam ölkələrinə böyük təsirinin olduğunu qeyd edərək bildirdi ki, AXC digər islam ölkələrinə bir nümunə olmuş və ilk dəfə olaraq müsəlman almində qadına azadlıq vermişdir.
Daha sonra çıxış edən “Estetika” şöbəsinin müdiri, fəlsəf elmləri doktoru Adil Əsədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti quruculuğunda bir çox bəyzadələrin rolundan və onların çar rusiyasına qarşı mübarizəsindən bəhs etmişdir.
Sonda Fəlsəfə İnstitutunun əməkdaşları mövzu ətrafında çıxış edərək, öz fikirlərini bölüşüblər.