Fəlsəfə İnstitutunda Qadınlar Şurasının növbəti konfransı keçirilib
Bu gün AMEA Fəlsəfə İnstitutunda İnstitutunun Qadınlar Şurasının növbəti konfransı keçirildi. Konfransı Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə eləmləri doktoru, professor İlham Məmmədzadə açıq elan edərək mövzu ilə bağlı fikir və düşüncələrini bölüşdü. Ailə məsələlərində keçmişlə bu günü müqayisə edən İ.Məmmədzadə yaranmış problemlərin ümumiləşdirmənin əleyhinə olduğunu və bu problemlərin sakit şəkildə yoluna qoyulmasını xüsusi olaraq qeyd etdi. Həmçinin ailə məsələlərində fərdi münasibətlərindən çox elmi müstəvidə yanaşmanı vacibliyini xüsus olaraq vurğuladı.
Fəlsəfə İnstitutunun Qadınlar Şurasının sərdi f.e.d. Lalə Mövsümova Fizika, Elm tarixi, Coğrafiya, Ədəbiyyat, İqtisadiyyat, Qafqazşünaslıq, Tarix və Ədəbiyyat İnstitutularından gələn qonaqları salamlayaraq şuranın fəaliyyəti haqqında qısaca məlumat verdikdən sonra sözü Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş mütəxəssisi Aynur Veysəlovaya verdi. Dəvət üçün institut rəhbərliyinə təşəkkürünü bildirən A.Vesyəlova komitə sədri Nicran Hüseynovanın salamlarını çatdırdı. “Cəmiyyətin inkişafında ailə dəyərlərinin rolu” mövzusunda çıxış edərək ailə dəyərləri, onların üzləşdiyi problemlər barəsində ətraflı məlumat verdi.
Sonra f.e.d., professor Sakit Hüseynov çıxış edərək ailə dəyərlərinin qorunması yollarından danışdı. Ailə dəyərlərinin xarici təsirlərdən qorumağı və özünəməxsusluğunu saxlamağın vacibliyindən söz açaraq ailə dəyərlərinin formalaşmasında islamın böyük təsirlərinin olduğunu da qeyd etdi.
Sonda konfrans institut əməkdaşlarının və qonaqların mövzu ətrafında müzakirələri başa çatdı.