Hilmi Ülkən Ziya Göyalp irsi haqqında
Aytək Zakirqızı (Məmmədova)
fəlsəfə doktoru, dosent
Hilmi Ülkən Ziya Göyalp irsi haqqındaOnu türkçü kimi formalaşdıran ikinci şəxs Əli bəy Hüseynzadə olub
XIX əsrin sonu və XX əsrin əvvəlləri Türkiyədə elmi-mədəni həyat zənginliyi ilə fərqlənir. Ziya Göyalpın (1876-1924), İsmayıl Hakkı Baltacıoğlunun (1886-1978), Mehmet İzzətin (1891-1930) və başqalarının Türkiyənin həm elmi, həm də ictimai həyatında önəmli yerləri vardır.
Türk düşüncəsi tarixi haqqında məsələləri hərtərəfli şəkildə işıqlandıran Hilmi Ziya Ülkən (1901-1974) əsərlərində XIX əsrdən başlayaraq türk xalqlarını düşündürən əsas məsələlərdən birinin türkçülük olduğunu bildirmişdir. Bu baxımdan onun Türkiyənin görkəmli ictimai xadimi, yazarı Ziya Göyalpın (1876-1924) irsi haqqında araşdırmaları maraq doğurur.
Hilmi Ziya Ülkən “Yeni Sabah” qəzetində 1956-cı ildə mütəfəkkirin doğumunun 80 illiyi münasibətilə qələmə aldığı məqaləsində onu "Türk Universitetlərinə və Türkiyəyə sosiologiya elmini gətirmiş” bir şəxsiyyət kimi təqdim etmişdir.
Ziya Göyalp, yaradıcılığının ilk dövrlərində qələmə aldığı əsərlərində Osmanlı milliyyətçisi kimi, lakin sonra düşüncəsini dəyişərək bir türkçü kimi çıxış etmişdir. Hilmi Ziya Ülkən onun haqqında yazırdı ki, çalışmaları ilə özü-özünü yetişdirmişdir. Diyarbəkirdə məktəbdə təhsil alarkən fəlsəfə və sosial elmlərə maraq göstərmiş, yazılarında Osmanlı milliyyətçisi kimi çıxış etdiyi dövrlərdə kültürünün genişləndirmişdi. Ziya Göyalp "Osmanlılar artıq türk deyildir” deyir. Hakim ünsür, türklər deyil, osmanlılardı. Bu hala görə türkcənin üstündə bir də “Osmanlı” dili quruldu. Osmanlılar özlərinə türk demədikləri kimi, dillərinə də “türkcə” demirdilər.
Ziya Göyalp osmanlı millətinə bir nümunə axtarır və bu nümunəni də Amerikada tapır: “Ünsürlərdən ibarət bu millətə mənsub hər fərd "amerikalıyam” deyir. Osmanlı milləti də Şərqin tərəqqi sevər amerikalısıdır”. Lakin bir müddət sonra mütəfəkkir bu mövqeyindən imtina edir. Belə ki, məktəb hocalarından Yorgi Əfəndi ona fəlsəfə öyrədir, yunan filosoflarını tanıdırdı. Bir tərəfdən də ailə baxımından dindar və mühafizəkar idi. Bu iki istiqamət arasında qalan Ziya şiddətli bir inanc böhranı keçirirdi.
Onun düşüncə tərzindəki dəyişkənliklərdən bəhs edərkən Hilmi Ziya Ülkən göstərirdi ki, mütəfəkkir, yaradıcılığının ilk dövrlərində Diyarbəkir qəzetlərində çap etdirdiyi yazılarında “Osmanlı milləti”nin “Amerika milləti” kimi gerçək olması fikrini qəbul etmişdir. Diyarbəkir qəzetlərində çıxardığı ilk yazılarında Namiq Kamal (1840-1888) kimi düşünürdü. “Müxtəlif ünsürlərdən ibarət və müsəlmanlıqdan qüvvəsini alan Osmanlı milləti, eyni bir Amerikan milləti kimi gerçək ola bilər” deyirdi.
Ziya Göyalp 1900-cü ildə Selanik İttihat və Tərəqqi Konqresinə Diyarbəkir bölgə üzvü olaraq gəlir, sonra yeni nəslin çıxardığı “Gənc Qələmlər” dərgisi qrupuna qatılır. Bu dərgi dil çalışmaları işini üzərinə almışdı. Bunların başında Ömər Seyfəddin (1884-1920) ilə Əli Canip Yöntem (1887-1967) durmuşdu. Dərginin əsaslı yazısı Ömər Seyfəddin tərəfindən qələmə alındığı təxmin edilən ilk sayındakı yazı, silsilə halında sonrakı saylarda davam etmişdir. Türkçülər buradakı görünüşləri ilə siyasətçi idealist deyildilər. Birləşdikləri tək məqam, dildə türkçülükdür. Ömər Seyfəddin bu ilk saylarda böyük rol oynayaraq, bəlkə də Ziya Göyalp yeni şəxsiyyətinin formalaşmasına yardım etdi. Ömər Seyfəddin və Əli Canip Yöntemin başladığı cığırda sonra Ziya Göyalp öndər oldu. 1911-ci ildə “Gənc Qələmlər” dərgisində çap etdirdiyi “Bugünkü fəlsəfə” başlıqlı ilk yazısında o, artıq türkçü Göyalpdır. Bununla da Hilmi Ziya Ülkən Diyarbəkirdəki Ziya Göyalp ilə Selanikdəki Ziya Göyalpın tamamilə iki ayrı şəxsiyyət olduğunu bildirmişdir: Birincisi tənzimat dövrünü yaşayan osmanlı millətçisidir, ikincisi türkçüdür.
Türkiyənin böyük yazarı Əli Canip Yöntem “Ziya Göyalpa Türkçülüyü aşılayan adam” məqaləsində ona iki şəxsin təsir etdiyini bildirmişdir. Alim onlardan birinin sonradan düşmən olduğu Abdullah Cevdət olduğunu yazmışdır. Əli Canip Yöntem göstərmişdir ki, Abdullah Cevdət məmurluğu zamanında Ziya Gökalp hələ yetişməkdə olan bir uşaq idi. O, intihara təşəbbüs edərkən onu ilk müalicə edən doktor Abdullah Cevdət idi. Əli Canip Yöntem Ziya Gökalpı türkçülük sahəsində oyandıran ikinci şəxsin isə Əli bəy Hüseynzadə (1864-1940) olduğunu yazmışdır: “Bu oyanış qarşı-qarşıya görüşüb tanış olmaqla deyil, Əli bəy Hüseynzadənin hələ əvvəl Bakıda nəşr etdiyi (Füyuzat) və buna bənzər dərgiləri oxumasından hasil olmuşdur”.
Ziya Göyalp “ümumi türk millətinin vətəni haradır?” sualını belə cavablandırır:
Vətən nə Türkiyədir türk üçün nə Türkistan;
Vətən böyük və əbədi bir ölkədir: Turan.
Əli Canip Yöntem bu beytdən bəhs edərkən Əli bəy Hüseynzadənin Ziya Göyalp təsirini yada salaraq bildirmişdir ki, bu mənzumədəki ruhu Ziya, özünə Turan soyadı verən Əli bəy Hüseynzadədən almışdır.
Ziya Göyalp “Turan” sözünü bu cür açıqlayır: “Turan, bütün türkləri bir araya toplayan və türk olmayanları isə oraya almayan ideoloji bir vətəndir. Turan türklərin yaşadığı, türkcənin danışıldığı bütün ölkələrin tamamıdır”.
Ziya Göyalp vətən anlayışını belə ifadə etmişdir: “Uğuruna həyat fəda edilən müqəddəs bir ölkə”. Bu müqəddəs varlıq nə ola bilər? Dövlətmi? Halbuki o da qüvvəsini ümmətlə millətdən alır. Elə isə müqəddəs varlıq olaraq millətlə ümmət qalır. Onların qərargahı olan vətənin də iki olması lazımdır: “Ümmətin vətəni, millətin vətəni. Bir islam vətəni vardır bütün müsəlman millətlərin yurdudur, digəri milli vətəndir, türklər Turan adını verirlər. Osmanlı ölkəsi İslam vətəninin müstəqil qalan parçasıdır. Bunun bir qismi Türk yurdu, Turanın bir parçasıdır. O biri qismi ərəb yurdudur ki, böyük ərəb vətəninin bir parçasıdır. Türklərin Türk yurdunu və ya Turanı özəl bir sevgi ilə mənimsəmələri nə kiçik İslam vətəni olan “Osmanlı ölkəsi”ni, nə də böyük İslam vətənini unutmalarını gərəktirməz. Çünki millət idealı, dövlət idealı, ümmət idealı başqa şeylərdir və hər üçü də müqəddəsdir”.
Hilmi Ziya Ülkən Ziya Göyalp vətən anlayışını Qərb millətlərinə aid edərkən yazmışdır: “Bu təriflər Qərb millətlərinə necə tətbiq edilir? Ümmətin vətəni nədir? İndoneziya və Afrika, Sibir, Ərəbistan, Balkanlar bir vətən sayıla bilərmi? Xristian dünyasının ortaq bir vətəni və belə bir vətən fikri varmıdır? Bu məqamlar cavabsız qalır və müdafiə edilmir. Millətin vətəni də Göyalpda çox qeyri-müəyyəndir. Çünki “Turan”a qədər uzanır. Bəzən yalnız oğuz türklərini içinə alır, bəzən də Türkiyə və ya Osmanlı hüdudlarında qalır”.
Ziya Göyalpa görə, milliyyətçilik ideyasının güclənməsi üçün iki duyğunun yardımına ehtiyac vardır. Bunlardan birincisi millət sevgisidir ki, milli qürur duyulacaq səbəbləri ilə ənənələrdən qaynaqlanıb yaranar. İkincisi isə milli kindir ki, hər hansı bir zülm və təzyiqə qarşı nifrət və düşmənçilik oyanması ilə əmələ gəlir.
Ziya Göyalp Osmanlı İmperiyasındakı zülmün bir türk zülmü kimi qəbul edildiyini, buna görə də türk olmayan millətlərin türk adına qarşı olduqlarını, ümumiyyətlə, o dövrdə türk millətlərinə bir nifrətin yarandığını göstərmişdir. Mütəfəkkir Türk qövmünün ortaya çıxıb “Mən varam!” deyə bilmədiyi bir zamanda belə, Avropanın ölkədəki rəzalətə görə yalnız türkləri günahlandırdığını, daxildə də müsəlman olan və olmayan qövmlərin sarayın təzyiqindən dövlət məmurlarının etdiyi əziyyətlərin məsuliyyətinin də türklərin üzərində olduğunu yazmışdır: “Orada türkə yüklənən bu məsuliyyət yükü vardı, amma onu mənimsəyən bir çiyin yoxdur. Türklər milli bir vəzifəyə yüklənməmiş olan, öz başına qalmış fərdlərdən meydana gəlirdi: Milli bir şüur, milli bir ideyaya sahib olmayan bir cəmiyyətdən, əxlaq, milli birlik, fədakarlıq gözləmək boşunadır, məhz yaradılış baxımından soylu bir şəxsiyyətə sahib türklərin, ictimai bucaqdan tənəzzülü, ancaq “öz mənliyini tanımamaq” və “milli məsuliyyətlərini bilməmək” səhvlərindən ortaya çıxırdı”.
Ziya Göyalp bunun səbəbini belə izah etmişdir: “Türk qövmü “Mən varam” dedikdən sonra məsuliyyətinin önəmini və lüzumunu daha yaxşı anlayır və bu gün millilik duyğularından uzaqlaşmaları imkansız olan eyni dinə və dövlətə mənsub olanlarla daha gözəl anlaşmaq yollarını tapır. Türk qövmü öz varlığını anlar-anlamaz, ərəblərin və başqa azlıqların irəliləmək üçün ehtiyac duyduqları şeyin nə olduğunu da bu yeni duyğunun işığı ilə gördü”.
Hilmi Ziya Ülkən “Turan” sözünün ilk dəfə macarlar arasında 1839-cu ildə Türk qövmlərinin əsas araşdırma yolu olaraq işlədildiyini, Budapeştdə Turan cəmiyyətinin 1911-ci ildə yarandığını, Türkiyənin ümumi fikir havasının isə bu yeni anlayışın girməsinə uzun zaman əlverişli olmadığını yazmışdır. Hilmi Ziya Ülkən mənşəcə yəhudi olan macar alimi Herman Vamberinin Pantürkizmin atası kimi tanındığını bildirmişdir. Türkiyəli filosof onun 1861-ci ildə Rəşid Əfəndi adı ilə Asiyanı gəzmək üçün İstanbuldan keçdiyini və burada bir neçə il qalaraq bütün ziyalı mühiti ilə tanış olduğunu bildirmişdir.
Ziya Göyalp Turanın türkçülərin uzaq ideologiyası olduğunu, bu ad altında birləşən oğuzların, tatarların, qırğızların, özbəklərin, yakutların dildə, ədəbiyyatda, kültürdə birləşmək məqsədində olduqlarını yazmışdır. Mütəfəkkir “bu ideologiyanın bir gerçəkliyə çevrilməsi imkanı varmı, yoxmu?” sualını belə cavablandırmışdır: “Yaxın ideologiyalar üçün bu istiqamət aranırsa da, uzaq ideologiyalar üçün aranmaz”.
Ziya Göyalp Turan ideyasını yüz milyon türkün bir millət, ulus olaraq birləşməsi kimi dəyərləndirmişdir. Turan türkçülər üçün ən güclü coşqu qaynağıdır, bu ideologiya olmasaydı, türkçülük bu kimi sürətlə yayılmayacaqdı. Mütəfəkkir Turan ideologiyasının gerçəkləşə biləcəyi ehtimalını da qəbul etmişdir: “Bununla birlikdə kim bilir, bəlkə gələcəkdə Turan ideologiyası da gerçəkləşə biləcəkdir. İdeologiya, gələcəyin yaradıcısıdır. Dünən türklər üçün yuxu bir ideologiya olan milli dövlət, bu gün Türkiyədə gerçəkləşmişdir”.
Hilmi Ziya Ülkən Ziya Göyalpın vəfatının 28 illiyi ilə əlaqədar 1952-ci ildə “Yeni Sabah” qəzetində qələmə aldığı məqaləsində mütəfəkkirin şöhrətinin yalnız elm və siyasət sahələrində olmayıb, eyni zamanda Türk milliyətçiliyinə açıq-aşkar şəklini verməsi, bir-biri iə uzlaşmayan türkləşmək, islamlaşmaq və avropalaşmaq ideyaları arasında ahəng tapması kimi mənalandırmışdır.
Hilmi Ziya Ülkənin fikrincə, Göyalp ən çox bəhs edilən türk fikir adamlarındandır. Sintezçi və ahəngdar zəkası bir-birinə zidd bir çox cərəyanları barışdırdığı üçün, olduqca uzaq istiqamətlərdə onun sevgi və alqışla qarşılandığını görürük. Fəqət, bu sintezçi zəka, yenə bu cərəyanlardan hər birinin təəssübkeşləri tərəfindən tənqid edilmişdir. Tənzimatdan bu günə qədər bir çox vəsilələrlə mübarizədən geri qalmayan bu üç cərəyandan hansı aşırı bir hal almışsa, onun mənsubları yalnız qarşı tərəfə hücum etməyib, eyni zamanda Göyalpı tənqid etmişdilər. İçində olduğumuz mədəniyyət dünyası və millətimizin hələ keçirməkdə olduğu kültür və mədəniyyət mücadiləsi Göyalpın sintezçi görüşünə bir çox baxımlardan daha uzun müddət ehtiyac olduğunu göstərmişdir.
Qeyd etmək lazımdır ki, Hilmi Ziya Ülkən türkləşmək, islamlaşmaq və avropalaşmaq düsturunun ilk dəfə hələ türkçülüyün oyanmadığı, bir az qeyri-müəyyən, sistemsiz bir şəkildə Əli Suavi (1839-1878) tərəfindən irəli sürülüb və müdafiə edildiyini yazmışdır. İkinci dəfə Əli bəy Hüseynzadə tərəfindən bu düsturun təklif edilməsi, tam zamanında idi. Azərbaycan mütəfəkkirinin təsiri ilə Ziya Göyalp türkçülük cərəyanına daxil olmuş, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” fikrini ondan mənimsəmişdir.
Hilmi Ziya Ülkən Ziya Göyalpın fəaliyyətini iki cəhətdən müqayisə etmişdir: İdealist və ideoloq Göyalpın çox geniş bir çevrəyə yayılan şöhrəti yanında, elm adamı və sosioloq Göyalp adı xeyli zəif qalır. Lakin bu çığırda çalışanlar, yeni araşdırmalara və yeni metodlara qarşı nə qədər açıq olsalar da, Göyalp yenə onların ilk rəhbərləri olaraq qalacaqdır.
2019-cu ildə görkəmli mütəfəkkirin vəfatının 95 illiyidir. Ziya Göyalp alim və ideoloq kimi Türk dünyasının mədəniyyət və ictimai fikir tarixində özünəməxsus yer tutur.
"Kaspi" qəzeti