İşğalçı ölkə Azərbaycan Ordusunun nəyə qadir olduğunu yaxşı bilir
Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru
Bu il martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan danışıqlardan söhbət açarkən, əvvəlcə bir məqamı xatırlatmaq istərdim. Bu da işğalçı dövlətin neçə illərdir ki, reallaşdırmağa çalışdığı məkrli bir məqsədin – Dağlıq Qarabağın separatçı-terrorçularını danışıqlar prosesinə qoşmaq cəhdinin fiasko ilə nəticələnməsi ilə bağlıdır. Xatırladım ki, N.Paşinyan sözügedən danışıqlardan hələ bir müddət əvvəl “Ermənistan və Dağlıq Qarabağın təhlükəsizlik şuralarının birgə toplantısı”nda iştirak etmişdi və bununla əlaqədar keçirilən mətbuat konfransında lovğalıqla “Artsax ona öz adından danışıqlar aparmaq hüququnu vermir”, – deyə bildirmişdi. Bu, əslində, N.Paşinyanın separatçıları danışıqlar prosesinə qoşmaq hiyləsindən xəbər verirdi.
Amma işğalçı ölkənin baş naziri unudur ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zəbt edilməsi faktından beynəlxalq qurumlar da yaxşı xəbərdardır. Helsinki Yekun Aktı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri dünya ictimaiyyətinə məlumdur. Beynəlxalq hüququn tələblərinə uyğun şəkildə təcavüzkar Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılma, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunma tələbi heç kəsə sirr deyil.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olub. Təcavüzkar dövlətlə danışıqlarda, eləcə də bu məsələ ilə bağlı beynəlxalq səviyyəli bütün görüşlərdə bu xəttə sadiq qalıb. Ermənistan isə həmişə çirkin niyyətini bəyan edib, ölkəmizə qarşı qəsbkar münasibət sərgiləyib. Təəssüf ki, Nikol Paşinyan, eləcə də ondan əvvəlki Ermənistan rəhbərləri Azərbaycanın səbr kasasının bir gün daşacağını, ordumuzun işğalçı ölkəni respublikamızın hüdudlarından kənara atacağını anlamayıblar. Ermənistan silahlı qüvvələri vaxtaşırı təxribatlar törədiblər, atəşkəs rejimini pozublar. Təbii ki, cavablarını da alıblar. Elə 2016-cı ilin aprelində və daha sonra Naxçıvanda baş verən məlum hadisələr bunun bariz ifadəsidir. Bəli, bu gün Ermənistan yaxşı bilir ki, Azərbaycanla güc dilində danışmaq, ona hədə-qorxu gəlmək gülüncdür. İşğalçı ölkə Azərbaycan Ordusunun nəyə qadir olduğundan xəbərdardır.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki çıxışında da dövlətimizin başçısı dedi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu fikir əslində işğalçı Ermənistana verilən ciddi ismarıc kimi qiymətləndirilə bilər. Yəni danışıqlar prosesini imitasiya, yaxud manipuliyasiya etmək cəhdlərinə Azərbaycan sona qədər dözmək fikrində deyil və respublikamız öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır.
Bir sözlə, hazırda Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir və geostrateji şərtlərə əsasən yeri gələndə bu istiqamətdə qəti addımlar atacaq. Ermənistan da bunu dərindən dərk edir. Anlayır ki, onun Azərbaycana qarşı hər hansı bir addımının qarşısı ordumuz tərəfindən kəskin şəkildə alınacaq.
Bu məqamda yenidən N.Paşinyanın separatçıları danışıqlar prosesinə qoşmaq cəhdinə qayıtmaq istərdim. Cənab İlham Əliyev son çıxışlarının birində bəyan edib: “Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, – siz yəqin ki, onunla tanışsınız, – çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq”.
Bəli, Azərbaycanın Ermənistanla bağlı mövqeyi aydın və qətidir: Danışıqlar ikitərəfli formatda davam etdirilməli və bu zaman BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlər nəzərə alınmalıdır. Şübhəsiz ki, belə hal bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını əsas şərt kimi qarşıya qoyur.
Sonda onu da deməyi lazım bilirəm ki, Ermənistan rəhbərliyi ilə indiyədək çoxsaylı danışıqlar aparılıb. Görüşlərdə düşmən tərəf sülhə tərəfdar olmaq niyyətini ifadə edib. Amma danışıqlardan dərhal sonra işğalçı dövlətin rəhbərliyi əvvəlki mövqeyi ilə bağlı bəyanatlar verib. Məsələn, Vyana danışıqlarından az sonra işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulunu təqdim etməsi tamamilə qəbuledilməzdir. Belə bir fikir iki ölkə rəhbəri səviyyəsində reallaşan Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata qətiyyən uyğun gəlmir.
"Xalq qəzeti"