Aprel döyüşləri göstərdi ki, xalqımız işğalla heç vaxt barışmayacaq
Hüseyn İbrahimov
Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
Üç il bundan əvvəl, aprelin 2-də erməni faşistlərinin təxribatlarına cavab olaraq, Ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsi azad edildi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Silahlı Qüvvələrimizin dörd gün ərzində apardığı döyüşlər Ordumuzun nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Bütün bunlarla bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşündə çıxış edərək dedi: “Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Dövlətimizin başçısının dediyi kimi, Aprel döyüşləri Ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər Azərbaycan Ordusunun təmas xəttində mövcud vəziyyətə tam nəzarət etməyə və lazımi tədbirləri görməyə imkan verir.
Yuxarıda vurğulandığı kimi, istər Aprel döyüşləri və Günnüt zəfəri, istərsə də ötən ilin iyununda və sentyabrında Bakıda keçirilmiş iki möhtəşəm hərbi parad müasir müstəqil Azərbaycanın regionun lider dövlətinə, Ordumuzun isə bölgənin ən qüdrətli ordusuna çevrildiyini bütün dünyaya göstərdi. Bütün bunlar isə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyi günün uzaqda olmamasından xəbər verir.