Prioritetlər düzgün seçilib
Hüseyn İbrahimov
Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
Cari il ərzində Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində mühüm uğurlar əldə edilib, sosial-iqtisadi inkişafın dayanıqlığı təmin olunub. Bu isə respublika iqtisadiyyatının 2019-cu ildə də öz inkişaf dinamikasını qoruyub saxlayacağını, iqtisadi artımın müsbət meyillərinin davam edəcəyini deməyə əsas verir.
İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2019-cu il və sonrakı 3 il üzrə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına, eləcə də proqnoz göstəricilərinə əsasən, gələn il ümumi daxili məhsulun (ÜDM) real iqtisadi artımı 3,6 faiz olmaqla, 81,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 50,5 milyard manat təşkil edəcək.
Xatırladaq ki, bir müddət öncə beynəlxalq reytinq agentlikləri olan “Moody’s” və “Standard&Poor’s”un növbəti illər üçün açıqladıqları proqnozlarda da Azərbaycan iqtisadiyyatının artım tempi öz əksini tapmışdır.
Ölkə iqtisadiyyatının 2019-cu ildə 3 faiz təşkil edəcəyi, 2019-2020-ci illərdə illik ümumi daxili məhsul istehsalı artımının isə 3,5 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
2019-cu il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu respublika iqtisadiyyatının qarşıdakı dövrdə də öz inkişaf dinamikasını qoruyub saxlayacağını, iqtisadi artımın müsbət meyillərinin davam edəcəyini deməyə əsas verir. Yeri gəlmişkən, Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri ilkin proqnoza nisbətən 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərcləri isə ilkin proqnoza nisbətən 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırılıb.
Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində mərkəzləşdirilmiş gəlirlər 22 milyard 429 milyon manat, mərkəzləşdirilmiş xərclər isə 24 milyard 347 milyon manat məbləğində təsdiq edilib.
Bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil cənab İlham Əliyevin müdrik iqtisadi konsepsiyasının tam doğru formada icrası ilə bağlıdır. Dövlətimizin başçısının söylədiyi kimi, son 15 il ərzində yerinə yetirilməyən heç bir vəd yoxdur. Bu günün reallıqları da onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.
Xalq qəzeti