Müasir milli ideologiyanın BANİSİ
İlham Məmmədzadə
AMEA Fəlsəfə İnstitutunun direktoru, professor
Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir
Ulu Öndər Heydər Əliyev
Bəşər cəmiyyətinin mövcudluq salnaməsi zaman-zaman minlərin, milyonların arasından seçilmiş fenomenal şəxsiyyət və liderlərin ictimai-siyasi proseslərə hədsiz təsirini, bəzən hətta cərəyan edən hadisələrin məcrasını başqa səmtə yönəltmək qüdrətini özündə tam parlaqlığı ilə təcəssüm etdirir. Yaranmış müəyyən bir əlverişli mərhələdə meydana çıxan liderlər xalqının əsrlər boyu formalaşaraq ümumbəşəri dəyərlərlə çulğalaşan siyasi-ictimai dünyagörüşü və mental dəyərləri əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını yaradır, beləliklə, pozitiv rakursda siyasi varislik ənənələrini formalaşdırırlar.
XX əsrin sonunda yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan suveren, azad dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Məhz ona görə də bu Böyük İnsan təkcə öz ömrünün, bir insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış Dahi şəxsiyyətdir. Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 50 illik tarixinin və 27 il suverenlik dövrü bütün mərhələlərində bu fenomenal şəxsiyyətin geniş fəaliyyətinin izləri qabarıq duyulur. Məhz bu nöqteyi baxımdan da Ulu Öndərin öz fikri ilə dediklərimizi təsdiqləyək: Ulu Öndər vurğulayırdı ki: «Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm». Bu kəlamlar akademik R.Mehdiyevin «Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr» əsərinə istinad olunur. Akademik bu əsərində çox əhatəli bir təhlil aparır və yazır: «Azərbaycan xalqı məhz III minilliyə Heydər Əliyevin adı ilə qədəm qoymuşdur. Azərbaycanın gələcək taleyi baxımından bu tarixi dövrün başlıca məzmunu isə milli dirçəliş fəlsəfəsinin gerçək birləşdirilməsindən ibarətdir. Onun fəlsəfəsi sırf ehkamlaşdırılmış əsərlərdə təsvir edilən hər hansı təlim olmaqdan və ya buna çevrilməkən uzaqdır. Əslində bu fəlsəfə bizim hamımızın gözləri qarşısında yaradılmışdır və onun mahiyyəti Heydər Əliyevin əksər halda bədahətən söylədiyi bir çox nitq və çıxışlarında son dərəcə aydın ifadə olunmuşdur… Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətdir» (R.Mehdiyev. Yeni dünya düzəni və milli ideya. B., 2017, s.78). Həqiqətən də Ulu Öndər Heydər Əliyev reallığın özünün obyektiv qanunlarını ehtiva edən elmi metodologiyaya uyğun olaraq XX əsrn son qərinəsi və XXI əsrin ən yeni başlanğıc siyasi fəlsəfi və tarixi irsini formalaşdırmışdır.
Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında» sərəncamında vurğulandığı kimi, «Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir».
Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi, idarəetmə proseslərinin müasirləşdirilməsi, milli iqtisadiyyatda durğunluq prosesinin aradan qaldırılması məqsədi dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatları həyata keçirməyə başlamışdır. Bütün bunlar isə məhz Azərbaycana öz maraqlarının toqquşması məkanı və müxtəlif qrupların eksperimentləri üçün sınaq meydanı kimi yanaşanların siyasi romantizmdən və bəsirətsizlikdən irəli gələn bütün məkrli niyyətlərinin üstündən qələm çəkmişdir.
Tarixdən məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtlərdir. Məhz belə xarizmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. Müasir Azərbaycan dövlətçiliyinin əsaslarının formalaşması və inkişafının nəzəri əsasları da Böyük Heydər Əliyev dühasının məhsuludur. F.Fukuyama baxışları ilə desək: “Əgər dövlət quruculuğu haqqında elmi yaratmaq mümkün olsaydı, ona nə qədər böyük tələbatın olacağını təsəvvür etmək mümkündür. Çünki bununla həm güclü dövlət qurmaq, həm də beynlxalq sistemin əsasları olan, öz-özünü təmin edən siyasi institutların fəaliyyətini təmin etmək olardı”. (Ф.Фукуяма Сильное государство: Управление и мировой порядок в ХХЫ веке. М., 2006, с.4). XX əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın da ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu milli dövlətçilik institutunu formalaşdıracaq lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanılması özü nəinki milli ideyaya çevrilmirdi, hətta ölkəyə ciddi təhidlər belə var idi. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ulu Öndər xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır.
Ulu Öndər Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikada vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirilmişdir. Məhz Hegel də hər bir insanın dövlətçiliklə bağlılıq hissini belə təsvir edirdi: “Dövlət, onun qanunları, müəssisələri dövlətin ibarət olduğu fərdlərin hüquqlarının mahiyyətidir. Onun təbiəti, torpağı, dağları, havası və suyu onların ölkələrinin mahiyyətidir, onların vətəni onların xarici sərvətidir. Dövlətdə mövcud olan hər şey onların sərvətidir. Beləcə onlar da ona aiddirlər, çünki o, onların substansiyası, onlar isə onun varlığıdır” (Бах: “Бах: Гегель Г. Соч. Т.8, с.50”).
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişinin ilk illərində liberal dəyərlərlə manipulyasiya edən bəzi beynəlxalq siyasi dairələrin «daha çox demokratiya, daha az dövlət» çağırışlarına cavab olaraq, Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın ilkin pilləsində dövlətçilik prinsipinin dominantlığı zərurətini əsaslandırmalı olmuşdur. Aydın məsələdir ki, dövlət olmadan müasir milli ideologiyanın əsas hədəflərindən olan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək də mümkün deyildir. Lakin o biri tərəfdən, insanların hüquq və azadlıqlarını qoruya bilmədikləri dövlət son nəticədə cəmiyyətin inkişafı üçün təkanverici rolunu yox, buxov və əngəl rolunu oynamağa məhkumdur. Ümummilli lider Heydər Əliyev bu iki siyasi ideyanın hər ikisinin eyni dərəcədə düzgün olduğunu qəbul etdiyi üçün onlar arasında elə ritmik bir ahəng yaratmışdı ki, nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirməsin. Azərbaycan xalqı müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə liberal dəyərlərdən nəyi qazanıbsa, məhz dövlətçilik prinsiplərinin aliliyinə əsaslanan ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qazanmışdır.
Ulu öndər Heydər Əliyev bu mərhələdən respublikanın yeni dövrü üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük Öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.
Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Biz “xalq” məfhumundan danışarkən O.Spenqlerin qeyd etdiyi fikir yada düşür: “xalq anlayışı çox mənalı olub, keçmiş hadisələri təsvir etmk üçün geniş istifadə edilir, keçmiş reallıqla çox çox az bağlılığı olan müasir anlamlar keçmiş hadisələrə şamil edilir” (Бах: О.Шпенглер. Закат Европы М., 1998, т.2.е.166). Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider də cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdü. Böyük strateq azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir. Qeyd edək ki, tanınmış alim E.Deminq yazdığı kimi: “Dövlətdə həmin sahələrin kökündən yeniləşməsi yalnız müvafiq məqsədlərin milli ideyaya və ideologiyaya çevrilməsindən sonra mümkündür” (Бах: Э.Деминг и философия управления качество (http:www.stroibk.ru/library/a/dvard/htm).
Azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir; o həmçinin, milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl rolunu oynayır.
Bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan multikultural xətti seçən dövlət kimi ərazisində yaşayan bütün xalqların Vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya da təkcə azərbycanlıların deyil, digər milli azlıqların maraqlarını özündə ehtiva edir. Yəni dövlətin hədəflədiyi hər hansı ideya və proqramlar etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını ön plana çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikada insanların dini inancları, habelə vicdan azadlığı yüksək səviyyədə təmin olunur. Akademik R.Mehdiyev yazdığı kimi: “Azərbaycançılıq çərçivəsində qərarlaşan ideyalar kompleksi sosial-psixoloji məqsədlər və mədəni oriyentasiyalar milli problemlərə baxışların hamılıqla qəbul edilmiş sisteminin formalaşması işində faydalı ola bilər” (Fəlsəfə dərsliyi; B., 2010, s.342).
Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması da tolerantlığın bariz təzahürüdür. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası dini tolerantlığın başlıca təminatçısı kimi çıxış edir. Azərbaycanda tolerantlığın səviyyəsi tarixən formalaşmışdır və onun əlavə heç bir stimula ehtiyacı, zərurəti yoxdur. İdentikliklərin və mədəniyyətlərin inteqrasiyası baxımından multikulturalizm Azərbaycan kimi Şərqin və Qərbin qovşağında yerləşən ölkələrin çoxəsrlik təcrübəsindən də bəhrələnə bilər.
Müasirləşən Azərbaycanda öz yolumuzu müəyyənləşirərkən Ulu Öndər Heydər Əliyev ideyalarına söykənirik. Bu mənada B.Rasselin yazdığı kimi: “Dövrü və ya milləti anlamaq üçün biz onun fəlsəfəsini anlamalıyıq, onun fəlsəfəsini anlamaq üçün isə biz özümüz müəyyən qədər filosof olmalıyıq. Burada qarşılıqlı asılılıq özünü aydın göstərir: insanların həyat şəraiti xeyli dərəcədə onların fəlsəfəsini müəyyən edir, lakin həm də əksinə, onların fəlsəfəsi xeyli dərəcədə həmin şəraiti müəyyənləşdirir” (Бертран Рассел История западной философии. Новосибирск, 2001, стр.20).
Məhz keçmiş sovet sistemindən ayrılan Azərbaycanın da demokratik dəyərlərə söykənən yolunu seçən Ulu Öndər Heydər Əliyev məntiqi, milli düşüncə fəlsəfəsi, sabit və inkişafa istiqamətlənən, ənənəvi institutsional normaları qoruyan, müasirliyi adaptasiya edən Milli İnkişaf Strategiyasıdır. ABŞ-ın keçmiş dövlət katibi Q.Kissincer bu haqda yerində deyir: «Postsovet ölkələrində gedən demokratikləşmə proseslərinə kifayət qədər real baxmaq lazımdır. İstənilən ölkədə baş verən təkamül prosesi haqqında düşünmək lazımdır və o tamamilə müsbət fikirdədir» (Bax: «İzvestiya» qəzeti 07.06.2006). Akademik Ramiz Mehdiyevin yazdığı kimi: «Məhz Azərbaycanda milli tarixin xüsusiyyətlərini nəzərə almaqla, müasir cəmiyyətin universal dəyərlərinə əsaslanan demokratik inkişafı təkamül yolunu seçmişdir» (R.Mehdyiev. Demokratyia yolunda: irs haqqında düşünərkən. s.693).
Milli ideya sabit və statik xarakterli olmayıb zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir. Hələ XX əsrin 90-cı illərin əvvəlində ulu öndər Heydər Əliyev obyektiv ictimai-siyasi proseslərlə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsini, habelə yeni ictimai-iqtisadi formasiya üçün zəruri iqtisadi islahatların həyata keçirilməsini milli ideya səviyyəsinə yüksəltmişdir. Lakin son illərdə Azərbaycanın ciddi makroiqtisadi nailiyyətlər əldə edərək bütün sahələrdə sürətlə modernləşməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsi fonunda perspektiv üçün qarşıya qoyulan milli ideya da mahiyyətcə yeniliyi qəbul etmişdir.
Yeni üçüncü minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı böyük siyasət ustadının məharətlə əsaslandırdığı inkişaf modelinin respublikamız üçün müstəsna əhəmiyyətini tam sübuta yetirir. Respublikamızın son illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Müstəqil Azərbaycan dövlətinin 27 il ərzində keçdiyi yol sübut edir ki, əldə edilən tarixi uğurların əsasında Ulu Öndər Heydər Əliyvin uzaqgörən düşünülmüş, əsrlərin perspektivlərinə hesablanmış milli dövlətçilik siyasətinin reallaşdırılması və nailiyyətlərə söykənən qabiliyyətli davamı dayanmışdır. Böyük Düha, fenomen şəxsiyyət Ümummilli Lider Heydər Əliyev siyasi irsinin öyrənilməsi, təbliğ edilməsi və tətbiqi günümüzün strateji istiqamətləridir. Bu yolda Prezident İlham Əliyevin də uğurlu fəaliyyəti Azərbaycan 2020 – Gələcəyin inkişaf perspektivlərini aydınlaşdıran, milli düşüncə fəlsəfəsinin meyarlarıdır. Zaman və Məkan ölçüsündə dahi Heydər Əliyev milli ideyaları Azərbaycan dövlətçiliyinin, milli birliyinin və milli dəyərlərinin həm siyasi-ictimai, həm də mədəni-mənəvi təməli kimi daim yolumuzu müəyyənləşdirəcəkdir.
Xalq qəzeti