Gənclərin uğuruna sevinən alim
Vüsalə Gülmalıyeva
Gənc Alimlər Şurasının üzvü, “Məntiq” şöbəsinin kiçik elmi işçisi
Fəlsəfədən bildiyimiz kimi, hər bir təsadüf arxasında hər zaman obyektiv zərurət gizlənir. Başqa sözlə, təsadüflər əslində zəruri olana yol açır. Məhz həyatımda zərurətə gedən yolda Fəlsəfə İnstitutunda işləməyim və Bakı Dövlət Universitetinin “Fəlsəfə” ixtisası üzrə ali təhsil aldığım müddətdə keçirilən mövzuların heç də sadəcə nəzəri deyil, real həyatla uzlaşmasını görməyim oldu. Etika dərsini keçəndə Sokratın məşhur kəlamı olan “Özünü dərk et!” prinsipi mənə o qədər də qeyri-adi gəlmirdi. Lakin illər sonra fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin rəhbərliyi ilə işlədiyim Fəlsəfə İnstitutunda bu prinsipin nə qədər əhəmiyyətli bir kəlam olduğunu anladım. Çünki İlham müəllimin müxtəlif yönümlü tədbirlərdə çıxışlarında gənclərə aşılamaq istədiyi ən mühüm şüar budur: “Özünü dərk et!”. Bu şüar insanın mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsinə zəmin yaradır, insanın həyatda atdığı hər bir addımı ağıla, rasionallığa tabe olmasını təmin edir. Əsl filosof düşüncəsinə malik olan İlham müəllim insana öz nöqsanlarını görməyə, başqaları haqqında qərəzsiz mühakimə yürütməyə və beləliklə də, özünü dərk etmək yolunda ən böyük maneə olan eqoizmi, xudbinliyi məhv etməyə çağırır.
Böyük filosofun “Etikaya giriş”, “Əxlaqın şərhinin təcrübəsi”, “Siyasət və əxlaq”, “Xeyir və şər”, “Siyasi etika” əsərləri əsasını qoyduğu əxlaq-etika vahid elmi sistemi özündə əks etdirir. İlham Məmmədzadənin fəlsəfi tədqiqat aləmi geniş diapazona malik olaraq təkcə etikanın bioetika, siyasi etika sahələrini deyil, digər elm sahələrinin qarşılıqlı əlaqələrini fəlsəfə tarixi, kulturologiya, politologiya və s. sahələrini tədqiq etməsi milli elmi fikir tariximizin inkişafı işinə xidmətinin bariz nümunəsidir. Bu baxımdan etik-filosof İlham Məmmədzadənin “Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi”, “Fəlsəfə haqqında müasir istiqamətlər, ənənələr və perspektivlər”, “Etik analiz baxımından Azərbaycanda etnik konfliktlər”, “Qloballaşma və müasirləşmə prosesində fəlsəfənin aktuallığı haqqında”, “Fəlsəfə haqqında - müasir istiqamətlər, ənənə və perspektivlər” əsərləri biz gəncləri müasir cəmiyyətin problemlərini görməyə və çıxış yollarını tapmağı göstərən əhəmiyyətli mənbədir.
Ulu Öndər Heydər Əliyevin elm, alim haqqında fikirləri, bütün zamanlar üçün aktualdır: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə gətirə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur”.
Hər bir cəmiyyətə sistem-element mövqeyindən yanaşaraq qeyd olunmalıdır ki, Ulu Öndərimiz Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasəti və bu siyasətin məntiqi davamı kimi dövlətimizin prezidenti İlham Əliyevin daim gənclərə olan diqqət və qayğısı AMEA-da, eləcə də Fəlsəfə İnstitutunda təzahür olunur. İlham Məmmədzadənin idarəçiliyi ilə gənclər üçün əlverişli mühitin yaradılması, üzərimizə düşən vəzifələri anlamaqda, istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyəli elmi konfrans, dəyirmi masa və forumlarda iştirakın zəruriliyi və bu yolda köməyliyin edilməsi, qloballaşma əsrində dünya elminə inteqrasiya üçün tanınmış beynəlxalq səviyyəli bazalarda indeksləşən nüfuzlu jurnal və nəşrlərdə elmi məqalələrin nəşrinə olan ehtiyacın vurğulanması və buna ciddi əhəmiyyət verilməsi təqdirəlayiqdir. Məhz belə mühitdə yaradılmış şərait biz gənclərə öz potensialımızı ortaya qoyaraq gercəkləşdirilməsi yolunda yaxşı imkanlar açır. İlham müəllim bu istiqamətdə biz gənclərə yol göstərən, istiqamət, fikir, ideya verən və bizim elmi tədqiqatlarımızda hansı sahələrə diqqət etməyi göstərən alim və müəllimdir.
Dahi Platon “görməyə ilahinin bəxşişi kimi” baxır və sübut edirdi ki, görmək-anlamaqla əlaqədardır. Məhz İ.Məmmədzadənin də hansı gəncin yorulmaz tədqiqatçı olacağını, hansının elmə və eləcə də cəmiyyətə heç bir fayda verməyəcəyini, hansı gəncin necə qabiliyyətə və bacarığa malik xüsusiyyətlərini görmək və seçmək qabiliyyəti var.
Fəlsəfədə keçdiyimiz prinsiplərdən biri olan varisilik prinsipi əsasında əxlaqi vərdişlər, davranışlar sonrakı nəsillərə ötürülür və yaddaşlarda həkk olunur. Məhz istedadlı alim, nəcib insan və dəyərli ziyalı İlham müəllimin öz həyat kredosuna çevirdiyi etik normaları- işgüzarlığı, uzaqgörənliliyi, xeyirxahlıq kimi nəcib əməlləri, elm və təhsilin inkişafına yönələn keyfiyyətləri biz gənclər yiyələnməliyik. İlham müəllim fəlsəfə ictimaiyyəti arasında adı hörmətlə çəkilən görkəmli alim, yüksək mənəvi keyfiyyətlərə malik insan, səriştəli müəllim, tanınmış filosof kimi səciyyələndirilir.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı bildirərək - cansağlığı və elm yolunda məsul fəaliyyətinizdə yeni uğurlar diləyirik.