03.12.2018, 10:32 - Baxış sayı: 882

Erməni Qriqorian kilsəsinin Türk dövlətlərinə qarşı casusluq fəaliyyətinin xarakterik cəhətləri


İlham Məmmədzadə,
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr - XVIII əsrin ilk çərəyi)” adlı yeni kitabı çapdan çıxıb. Kitab Azərbaycan tarixinin ölkənin tarixçilərinin diqqətini öz məsələləri ilə həmişə cəlb edən maraqlı dövrünə - Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı gizli fəaliyyət göstərdiyi çağa həsr edilib. Bu dövr, təbii ki, təkcə tarixi tədqiqatlar üçün deyil, həm də kulturoloq, politoloq və siyasətçilər üçün bir zəmin kimi əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, həmin tarixi dövrdə bölgəmizin geosiyasətində Rusiyanın rolu artır, ona görə də Rusiya diplomatiyası erməni ruhaniləri və icması ilə işləməyə başlayır. Eyni zamanda, Qriqorian kilsəsi nəzarət etmək üçün ərazilər almaq məqsədi ilə regionun müsəlman dövlətlərinin zəiflədilməsi üzrə özünün uzağa gedən planlarında Rusiyaya güvənməyə başlayır. Əsərin müəllifinin çıxardığı nəticələrə xüsusi dəyər verən onun müxtəlif ölkələrin arxivlərində saxlanılan material və sənədlərdən istifadə etməsidir ki, bu həm bizim üçün, həm də xarici oxucular üçün inandırıcıdır.
Prinsipcə, kitab Azərbaycan tarixinə həsr olunub, aydındır ki, Qriqorian kilsəsinin keçmişdə bizim dövlət və dövlətçiliyimizə qarşı gizli fəaliyyəti və casusluğunun siyasi və proqnostik aspekti vardır. Kitabın müəllifi qeyd edir ki, faktlar o dövrün bir çox proseslərinin bu gün müşahidə etdiyimiz proseslərlə oxşarlığından danışmağa əsas verir. Keçmişi dərk etməyimizin keyfiyyəti onun bu günümüzə təsirini şərtləndirir. Belə ki, əsərin müəllifi qeyd edir ki, “Azərbaycan alimlərinin nə üçün bütün qüvvələrini XIX əsrin sonu - XX əsrin əvvəllərində ermənilərin törətdiyi cinayətlərin işıqlandırılmasına yönəldərək, erməni xalqının psixologiyasına...” və Qriqorian kilsəsinin, ermənilərin dövlətə zidd, daha erkən dövrlərin Azərbaycan dövlətlərinə qarşı fəaliyyətinə “lazımi diqqət yetirməyi unutmalarının səbəblərini anlamaq və müəyyən etmək çətindir”. Aydındır ki, o zamanlarda Vatikan da, Rusiya da, çox ehtimal, dünyanın həmin dövrünün digər güclü dövlətləri də ermənilərdən istifadə edirdilər. Lakin bu halda söhbət artıq yalnız siyasətdən, müasir ərazi münaqişələrindən deyil, həm də cəmiyyətin psixologiyasına, mədəniyyətinə bəlli olmağın müasir siyasətin bir çox həqiqətlərini, təkcə millətlərin deyil, həm də sivilizasiyaların (mədəniyyətlərin) qarşılıqlı münasibətlərindəki dəyişikliklər təmayüllərini qabaqcadan görməyə imkan verməsindən gedir. Proqnostik kontekstdə Səfəvilər dövrü çoxmənalıdır, ona görə ki, indi də, o zaman olduğu kimi, ermənilər səmtləri dəyişməyə, xidmət etməyin sərfəli olduğu yeni dövlətlər tapmağa və eyni zamanda, onlardan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Siyasətdə belə çoxəsrlik prinsiplərin olması bu birliyin xarakterinin mahiyyəti, millətinin son dərəcə hədsiz “yolagetməzliyinin”, başqalarından yalnız özünün dar eqoistik məqsədləri üçün istifadə etməyə can atmasının səbəbləri barədə düşünməyə vadar edir.
Bu məsələləri təhlil edərkən, Ramiz Mehdiyev bizi xalqın psixologiyası, millətin xarakteri fenomenləri barədə də fikirləşməyə məcbur edir. Onlar əsrlər boyu formalaşır və birliyin tarixi-mədəni tipi və ya kodunu müəyyənləşdirir. O, bizə qarşı bütün vasitələrdən istifadə edən çoxəsrlik düşmənin xarakterinin necə təşəkkül etdiyini, onun mədəni kodunun nədən ibarət olduğunu başa düşməyin nə qədər də vacib olduğunu göstərir. Bu baxımdan, aydın olur ki, tarixi bilmək, daha doğrusu, tarixi biliklərdən düzgün istifadə edə bilmək üçün material, sənəd və kitablar lazımdır, amma həm də nəticə çıxarmağı bacarmaq, milli mədəniyyətlərin necə təşəkkül tapdığını anlamağı, onların xarakterini nəzərə alaraq, onlarla qarşılıqlı əlaqələri necə qurmaq lazım olduğunu başa düşmək gərəkdir. Nəhayət, keçmişin necə dəf olunduğunu, müasir xalqların qarşılıqlı münasibətlərinin necə və nə üçün dəyişdiyini və bu və ya digər millətin xarakterinin onun yaxşı və ya pis cəhətlərinə nə qədər uyğun olduğunu dərk etmək zəruridir.
Tarixdə bir çox xalqlar arasında müharibələr olub. Məsələn, fransızlar və ingilislər keçmişdə uzun müddət bir-biri ilə vuruşub, tarixçilər onların arasında yüzillik müharibə olduğunu, İngiltərə fransızların, Fransa isə ingilislərin torpaqlarını işğal etdiini yaxş bilirlər. Amma buna rəğmən, bu gün onlar bir-birinə yalnız xəfif ironiya ilə yanaşırlar. İki Dünya müharibəsində isə onlar müttəfiq olublar. Almanlar da ruslarla və fransızlarla döyüşüblər. Rusiya və Türkiyə, Rusiya və İran, Türkiyə və İran arasındakı münasibətlər də birmənalı olmayıb. Bütün xalqların tarixi müharibələr, xəyanət və sirlərlə doludur. Əbəs yerə marksizm klassikləri etiraf etmirdilər ki, zor tarixin mamaçasıdır. Məşhur müasir fransız filosofu Rene Jirar hesab edir ki, zorakılıq yalnız siyasətlə, müharibə ilə deyil, həm də “müqəddəs” olanla bağlıdır. Hərçənd tarix və din, hər halda, yenə də ona müncər olunmur.
Müharibələrdə, həqiqətən də, müxtəlif, o cümlədən əxlaqsız və çirkin vasitələrdən istifadə olunub. Orta əsrlərdə katolik kilsəsi indulgensiya da satır, aldatma, şantaj və casusluğa da haqq qazandırırdı. Və bu gün də müharibə çirkin işdir, ancaq həyatımızda heç də hər şey ondan ibarət deyil. Bu gün türk və ya rusların, fransız və ya ingilislərin milli xarakteri mübarizədə, müharibələrdə, toqquşmalarda onların nümayiş etdirdiklərindən daha zəngindir? Onu nə dəyişdirir və ermənilər niyə dəyişmir? Biz bilirik ki, ermənilərin mənfi münasibət bəslədikləri təkcə biz deyilik. Onların türklərə, gürcülərə, ruslara qarşı da olan münasibəti mürəkkəbdir və birmənalı deyil. Lap bu yaxınlarda onların Batum, Cavaxetiya ilə bağlı ərazi iddiaları barədə məlumat yayıldı, bir çox rusiyalı politoloqlar, həmçinin əmindirlər ki, Ermənistanın yeni hakimiyyəti Rusiyaya kələk gəlmək niyyətindədir. Akademik Ramiz Mehdiyev öz kitabında qeyd edir ki, “Bu, ermənilərin bir çox müxtəlif mənşəli və müxtəlif psixologiyaya malik etnosların orada iştirak etdiyi etnogenezinin tarixi ilə də bağlıdır. Yolagetməzlik - bu, onların xarakterinin mühüm cəhətidir. Keçmişin faktları bizdən həmişə sayıq olmağı və ermənilərin xain, xəyanətkar, namərd olduqlarını unutmamağı tələb edir”.
Beləliklə, akademik Ramiz Mehdiyev bu məsələlərə müraciət edən zaman o, XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlinin bütün elmi paradiqmasının baza anlayışlarının birindən - “mədəni-tarixi kod”, milli xarakterin “kodlaşdırılması” məfhumundan - istifadə edir. Əlbəttə, bu əsərdə onu, ilk növbədə, tarixi araşdırmanın siyasi aspekti maraqlandırır. Lakin, eyni zamanda, onun ciddi fəlsəfi-metodoloji məsələyə toxunduğunu görməmək mümkün deyil.
Etiraf edək ki, ictimai-elmi ədəbiyyatmızda genokod probleminə daha çox müraciət edirlər və bu, çox vacibdir. Ramiz Mehdiyev yazır ki, ermənilərin xarakteri onların müxtəlif mənşəli və müxtəlif psixologiyaya malik bir çox etnosların iştirak etdiyi etnogenezininin tarixi ilə bağlıdır. Onun tezisinin müxtəlif psixologiyalar barədəki hissəsi, zənnimizcə, mədəni koda münasibət üzərində düşünməyə məcbur edir. Yeri gəlmişkən, bu kod, özünün bütün statikliyinə baxmayaraq, idarə olunur və dəyişir. Ona görə də işlətdiyimiz “xarakter - bu, taledir” ifadəsi heç də o demək deyil ki, öz taleyini idarə etmək lazım deyil. Erməni millətinin digər birliklərlə qarşılıqlı münasibətlərdə mədəni kodu xəyanət və yalandan ibarətdir. Qriqorian kilsəsi də bu vasitələrə bəraət qazandırır. Onu da qeyd edək ki, öz coğrafi rəqibini anlamaq, onu sülhə məcbur etmək bacarığı - bu da taledir. Bunun üçün nə etmək lazım olduğunu akademik Ramiz Mehdiyev öz əsərlərində dəfələrlə göstərib. Bu kitabda söhbət yalnız Qriqorian kilsəsinin “casusluqdan” də istifadə etməsindən deyil, həm də xarakterin mahiyyəti, toplumun mədəni-tarixi kodunun necə dəyişdiyi və bəzən hansı səbəbdən onun dəyişməməsi barədə gedir. Hərçənd müasirlik də tamamilə fərqli olub.
Müasir mədəniyyət fəlsəfəsində milli xarakter təsvir edilib, hərçənd elmi-fəlsəfi ədəbiyyatda bəzən “tarixi-mədəni xüsusiyyətlər”, “ tarixi-mədəni tip” kimi anlayışlar da işlədilir. Bir çox ictimaiyyatçı və filosoflar N.Danilevski və ya O.Şpenqler, A.Toynbi, M.Fuko və başqalarının bu mövzuda müvafiq əsərləri ilə tanışdırlar. Lakin heç də hamı yalnız identikliyin, birliyin milli xarakterinin məzmununun sabit səviyyələrini deyil, həm də mədəni dinamikanın təzahürünü - lap inkişafın inqilabi modellərinın, modernləşmə prosesləri dediyimiz və ya əvvəllər mədəni inqilab adlandırılan fenomenin fərqlərinə qədər - görə bilmir.
Prinsipcə, milli ideologiya aradan qalxmış davranış modellərinin (ideologiyaların) həm təkrar istehsalına, həm də modernləşdirilməsinə (yeniləşdirilməsinə) yönəlmiş ola bilər. Həm də əvvəllər güman edilirdi ki, yeniliklər, pozitiv və mütərəqqi dəyişikliklər Qərbin təsiri altında baş verir və yad Qərb modellərinin qəbul olunmasından ibarətdir. Buna görə də qeyri-qərb ölkələrində bu proses “gecikmiş müasirləşdirmə” adlanırdı. İndi aydın olur ki, o, yalnız millətin öz - unikal, xüsusi, lakin, eyni zamanda, universal - inkişaf yolunu tapmış liderləri, elitaları və yaradıcı təbəqələrinin səylərinin nəticəsi ola bilər. Bu məsələlər də, akademik Ramiz Mehdiyevin əvvəlki əsərlərindən bildiyimiz kimi, həmçinin onun elmi axtarışlarının mərkəzində yer tutur. Və əslində, Ramiz Mehdiyevin bütün kitabları onun tarixi əsərləri ilə, o cümlədən bu kitabı ilə mahiyyət etibarilə vahid bir tam təşkil edir, çünki burada söhbət milli xarakterin nə üçün dəyişdiyi və ya dəyişmədiyindən gedir.
Milli ideologiyaya həsr olunmuş işlərində onu Azərbaycanın necə müasirləşdiyi maraqlandırır. O, həmin bu əsərlərdə ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının dərin məna və məzmununu açıb göstərir. Ölkənin müasir modernləşməsində sabitlik və inkişafın, iradə və biliyin, lokallıq və universallığın, elm və təcrübənin necə uzlaşdığını müəyyənləşdirir. Amma bu kitabda onu inqilablardan, irəliləyişlərdən və s. xəbər verən iderlərinin dəyişdiyinə baxmayaraq, ermənilərin və müasir Ermənistanın siyasətinin niyə dəyişmədiyi məsələsi maraqlandırır.
Millətin onun hansı səbəbdən mədəni cəhətdən dəyişdiyi və ya dəyişmədiyini anlamağa imkan verən mədəni-tarixi kodu xüsusunda bir neçə yanaşma və nəzəriyyə vardır. Adətən, İ.Vallerstayn və F.Brodelin dünya-sistemli təhlili, M.Fukonun epistemləri və ya mədəniyyətin izah, dərk edilməli “mətn” kimi kimi başa düşüldüyü “struktur-semantik metod” (R.Bart, Y.Lotman) yada düşür. Bu halda, “mətnlərin” təhlili və müqayisəsi həmin suallara cavab verməyə kömək edir. Amma əgər Ramiz Mehdiyevin əsərlərində M.Veberə müraciət etdirmə qeydlərinin çox olduğunu xatırlasaq, müəllifin millətin xarakteri, onun mədəni kodunu müəyyən edən amilləri təhlil edərkən M.Veberin ideyalarını yaradıcı surətdə inkişaf etdirdiyini zənn etsək, yanılmarıq. M.Veberdə onlar yalnız kapitalizm və Avropa protestant mədəniyyəti ilə bağlı olub, çünki qalanları statik idi. İndi aydın olur ki, kapitalizm ruhu protestant Avropası hüdudlarından çox kənara çıxıb və bundan başqa, digər mədəniyyət tipləri də dəyişir və dünyaya təsir edir. Fəqət statik birliklər də vardır.
Millətin xarakteri, onun mədəni kodu - bunlar identikliyin komponentləridir. Onlarda dünyanın millətə görə mənzərəsi, millətin müxtəlif tarixi şəraitdə, müxtəlif mədəni kontekstlərdə, müxtəlif hakimiyyət formalarında özünü necə ifadə etməsi (R.Mehdiyev), millətin özünə və başqalarına necə yanaşması ehtiva olunur. Biz onu da əlavə edərdik ki, həmin komponentlərdə inkişafının müxtəlif mərhələlərində birliyin, cəmiyyətin dəyərlərindəki dəyişməz və dəyişkən olanların ahəngi və iyerarxiyası əksini tapır. Nəzərə almaq lazımdır ki, bəzi alimlər toplumun, məsələn, rusların dəyəri mahiyyətinin dəyişmədiyinə əmindirlər.
Ramiz Mehdiyev “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi (XVII əsr - XVIII əsrin ilk çərəyi)” kitabında tarixi materialların təhlili əsasında belə bir əsaslandırılmış nəticəyə gəlir ki, Qriqorian kilsəsi tarixi inkişafının bütün mərhələlərində ən erkən çağlardan, Qafqaz Albaniyası dövründən başlamış bu günə qədər, nəinki başqa xalqların tarixi ərazisi və mənəvi irsinə yiyələnməyə can atırdı, hətta Azərbaycana və digər qonşularına qarşı hər bir mübarizə üsullarına, başqa dövlətlərə yaltaqlanmağa haqq qazandırmağa hazır olub və həmin üsulları hakimiyyət və xalq üçün yeganə əxlaqi və düzgün vasitələr kimi ermənilərə zorla qəbul etdirirdi. Bu vasitə və metodlara birliyin guya xüsusi missiyasının, öz “ayrıca” yolunun olması ilə bəraət qazandırılır. Təəssüf ki, kilsənin ideoloqları başa düşə bilmirlər ki, belə siyasi əxlaq və fəaliyyət keçmişdə Qafqazda sabitliyə gətirib çıxarmadı və bu gün də çıxarmayacaq. Onlar intriqa, düşmənçilik və hiylənin köməyi ilə Cənubi Qafqazda torpaq “parçası” alıblar, ancaq indi onların “siyasət və əxlaqı” artıq sirr deyil.
Fikrimizcə, dəyərlər dəyişkəndir, çünki onlar müxtəlif prinsip, model və ənənələrin birliyi və konfiqurasiyasıdır. Yalan, terror, zorakılıq heç bir vəchlə başlıca dəyərlər ola bilməz, çünki onlar nəinki yönəldildiyi insanları, həm də vasitələrdən istifadə edənləri, onların əsasında tərbiyələnənləri, onlarla yaşayanları qəzəbləndirir. Amma onların müvəqqəti olduğunu, müəyyən situasiya ilə şərtləndirildiyini görmək asan iş deyil və ciddi siyasi qərar qəbuletmə və idarəetmə mədəniyyəti, birliyin bu və ya digər dəyişən şəraitdə ideoloji seçiminin elmi araşdırılmasını tələb edir. Üstəlik, müasir şəraitdə dəyərlərin nisbətinin konfiqurasiyası, iyerarxiyası daha qəliz olur. İnsanları xülyalara inanmağa məcbur etmək getdikcə çətinləşir. Burada informasiya inqilabı, təhsil, elm və s. öz rolunu oynayır. Və eyni zamanda, bizə bir məsələ çox müəmmalı görünür: Ermənistanın Cənubi Qafqazın dağılmasına və sabitliyinin pozulmasına yönəlmiş siyasəti nə vaxta kimi dəyişməz qalacaq?
Ramiz Mehdiyevin əsərinin təhlili buna cavab olaraq göstərir ki, iş ruhi-dini hakimiyyətin rolunun necə başa düşüldüyündə, Qriqorian kilsəsinin ölkə siyasətindəki rolundadır. Kilsə özünü savab əxlaqi işə çevirdiyi torpaqların işğalına, aldatma, casusluq, terrorizm və oğurluq prinsiplərinə bəraət qazandırılmasına həsr edir (O.Kuznetsov). Vaxtilə “məqsəd vasitəni doğruldur” prinsipi yezuitlər tərəfindən qəbul edilmişdi, orta əsrlərdə Vatikan da ondan istifadə edirdi, amma bu gün çətin ki, din öz məqsədlərinə nail olmaq naminə dindarlar üçün ağrısız olaraq bu prinsipə bəraət qazandıra bilə. Qeyd edək ki, Azərbaycanda həmişə dialoq və əməkdaşlığa yönəlmiş dinc, sülhsevər İslam mövcud olub və üstünlük təşkil edib. O, bu gün də bütün dinlər ilə dialoqda bulunur. Öz ölkəsində və dünya ilə həmrəylik, tolerantlıq və əməkdaşlıq - budur onun əsas prinsipləri.
Milli xarakterdə, mədəni kodda bir çox şey başqa mədəniyyətlərə münasibətdən asılıdır. Başqalarına münasibətin iki aspekti vardır: daxili və zahiri. Yəqin ki, söhbət “əritmə qazanı” deyilən Amerika mədəniyyətindən gedən zaman yeni birliyin yarandığı, onun dəyərlərinin müasir olduğu, onu təşkil edən tərkib hissələrinin keçmişdən qaynaqlanan dərin laylarının olmaması nəzərdə tutulur. Rusiya müəyyən mənada oxşar yol keçir, hərçənd onun bəzi ideoloqları başqa, qədim, əzəli, pravoslav, keçmiş Rusiya arzusundadır. Bu xüsusda, məsələn, Rusiyanın müasir geosofiyasina yol tapmağa çalışan rus filosofu və sosioloqu A.Duqinin əsərlərini, onun “nomarxiya” haqqında ideyalarını xatırlatmaq istərdik. Amma tarixən öz arealında yaşamış Azərbaycan cəmiyyəti üçün aydın olur ki, onun mədəniyyəti, tarixi-mədəni özgünlüyü və mədəni kodunun çərçivəsində digər, tarixin onlarla, məsələn, Səfəvilər imperiyasının, ya da artıq müasir müstəqil Azərbaycanın tərkibində yaxınlaşdırdığı mədəniyyətlərlə yanaşı, yaşaması təbiidir. Bizim mədəniyyətimiz başqa mədəniyyətlərin nailiyyətlərini mənimsəyir, digər mədəniyyətlərə hörmət edir, həm də təkcə taleyin onlarla rastlaşdırdıqları ilə yox. Bu yanaşma, münasibət birliyin dünyagörüşünün, dünyaduyumunun tərkib hissəsi olaraq, onun xarakterini dəyişir.
Xarakterin dəyişiklikləri həm ictimai, həm də fundamental elmlərin nailiyyətlərinin tətbiqinin köməyi ilə, ideologiyanın, mənəvi dəyərlərin və s. köməyi ilə baş verir. Bu kitabda Ramiz Mehdiyev tarix elminin əhəmiyyətini xüsusi olaraq vurğulayır və bu, təbiidir. Biz bilirik ki, tarix mədəniyyətin, milli ideologiyanın, xalq və elitaların dəyərlərinin tərkib hissəsidir. Əlbəttə, bizim mədəni kodumuz, digər millətlərdə olduğu kimi, sabitliyə, bizim necə varıqsa, elə belə də qalmağımıza xidmət edir. Amma reallıq və konyunktura, zamanın çağırışları, onlara cavab verərkən, dəyişməz qalmağın mümkün olmadığını nəzərdə tutur. Rəqəmsal iqtisadiyyat və ideologiya, müasir, bütün hər şeyi yoxlayan elm mütləq (hökmən) xarakterin və mədəni kodda dəyişikliklərə gətirib çıxaracaq. Miqrasiyalar, hətta genokodu da dəyişdirə bilər. Bütün bunlar ictimai elmlərin nailiyyətlərinə, onların ictimai şüuru tədqiq etməsinə və ona təsir göstəməsinə xüsusi diqqətlə yanaşmağa vadar edir. Akademik Ramiz Mehdiyevi digər elmlərin müasir nailiyyətlərinin tarixdə tətbiqi ilə, onun inandırıcılığı ilə bağlı olan hər bir şeyin belə narahat etməsi əbəs yerə deyil.