“Bakı prosesi” – multikulturalizm fəlsəfəsi axtarışında mühüm mərhələ
Hüseyn İbrahimov
Fəlsəfə İnstitutu multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Azərbaycan bu gün sürətlə hərtərəfli inkişaf edərək dünya poseslərinə inteqrasiya etməkdədir. Mədəni siyasətin modernləşməsi prinsipləri müasir dövrdə sosio-mədəni həyatımızın da yenilikləri zəminində aktuallaşır. Bu proseslərin mahiyyətində həm də müasir qlobal paradiqmalar və onları dünyanın da diqqətində saxlamaq siyasəti dayanır. Müasir dövrdə inteqrasiya prosesi çoxtərəfli olması və dünya xalqlarının sosio-mədəni həyatını daha geniş əhatə etməsi ilə səciyyələnir. Sözsüz ki, davamlı mədəni inteqrasiyaya təsir edən mühüm amillərdən biri də tarixən zəngin maddi-mədəni irsimiz və bunun siyasi-mədəni mühit faktorlarına çevrilməsi prosesidir. Bu kimi məsələlərin siyasi-hüquqi və elmi-metodoloji baxımdan gündəmdə saxlanılması ölkəmizi mədəniyyətlərin müasir problemlərinin müzakirəsi və həll edilməsi məkanına çevirmişdir. Bu mərhələnin əsas ideya xəttini həm də beynəlxalq zəmində inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2008-ci ildə dünyamiqyaslı qlobal mədəniyyətlərarası dialoq axtarışlarını təklif edərək, “Bakı prosesi”nin təməlini qoydu.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mədəniyyət siyasətinin əsas məqsədi müasir dövrdə mədəniyyətlərarası dialoq fəlsəfəsi zəminində dünya dövlətlərini bir araya gətirməkdədir. Bu, həm də sosial-siyasi proseslərin təkamülündən irəli gələn milli inkişaf strategiyasının nəticəsidir. Bu strategiyanın təməlində hüquqi-demokratik Azərbaycan dövləti və onun davamlı inkişaf strategiyası dayanır. Aparılan uğurlu mədəniyyət siyasəti zəminində ölkəmizdə multikulturalizm artıq həyat tərzinə çevrilmişdir. “Bakı prosesi” isə bu mərhələrin başlanğıcı kimi nəinki ölkəmiz üçün eləcə də bəşəriyyət üçün vacib siyasi-mədəni hadisədir. VI Bakı Humanitar Forumu və bu forumda “Bakı prosesi – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri”, “Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimi” müzakirə mövzuları mədəniyyətlərin kəsişməsində həm də ehtimal ediləcək problemlərin qabaqcadan aradan qaldırılması ideyalarını artırır.
Ölkəmizdə gedən sosio-mədəni islahatlar zəminində həyata keçirilən multikulturalizm məsələləri genişlənərək bu gün multikultural maarifçilik konsepsiyasına çevrilmişdir. Bu konsersiyanın beynəlxalq əhəmiyyətinin genişlənməsində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tarixi rolu olmuşdur. Mehriban xanımın maddi-mədəni irsimizin öyrənilməsi və dünyada tanıdılmasına istiqamətlənmiş sistemli, ardıcıl fəaliyyəti mədəni inkişaf hərəkatına səbəb olmaqla, multikulturalizmin xarici siyasətimizdə böyük uğur qazanmasına gətirib çıxarmışdır.
Müqayisələr göstərir ki, digər mədəniyyətlərin mahiyyətini, xüsusiyyətlərini, tarixini dərindən öyrənmədən, onlara tolerant münasibət bəsləmək və nümayəndələrinə hörmət göstərmək, qarşılıqlı anlaşma, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq mümkün deyil. Dünyada bütün dövlətlər açıq formatda sülh danışıqlarını təqdir edirlər. Ancaq gizli şəkildə müharibə təhrikləri, bilvasitə silahlandırma posesləri bu gün davam edir. “Təcavüzkar dövlətlərlə əlaqələrin kəsilməsi”nə qoşulma hərəkatları bu gün gözə çarpmır. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağdakı Azərbaycanın maddi-mədəni irsinın məhv edilməsi, qəribədir ki, beynəlxalq ictimaiyyəti ciddi narahat etmir. Bu kimi faktlar mədəniyyətlərin beynəlxalq dialoqun yeni mərhələsində aktual problemlərdir.
Bir qrup insan tolerantlığı dözümlülük kimi başa düşür. Digərləri isə dözümlülüyü tolerantlıqdan fərqləndirərək qeyd edirlər ki, bu, başqasını anlamaq bacarığıdır və onun düşüncə tərzi ilə barışmaqdır. Buna görə də bu anlayış daha universaldır. Müasir tolerantlıq məfhumu mədəni dözümlülük, multikulturalizm, siyasi mədəniyyət anlayışları ilə daha düz mütənasibdir. Multikulturalizm etnik fərqliliyin saxlanılmasını və bu sahədə institut və qanunların yaradılmasını nəzərdə tutur. Prosesə nəzər yetirdikdə görmək olar ki, tolerantlıq və multikulturalizm anlayışları oxşar kateqorial aparat daşıyıcısıdır. Eyni zamanda hər iki anlayış mədəni siyasətin metodologiyasında vacib əhəmiyyət kəsb edərək müasir insanın dəyərlər sistemini müəyyən edir.
Akademik Ramiz Mehdiyev yazır: “Cəmiyyət insan şəxsiyyətinin inkişafını təmin edən, adamlarda mənlik və ləyaqət, haqq-ədalət, qanuna hörmət hissləri doğuran biliklər sisteminin zəruriliyinə daim ehtiyac duyur. Belə sistemi yalnız keçmiş və bu gün barədə dərindən fikirləşmək, gələcək üçün proqnozlar vermək sayəsində qurmaq olar. Bundan ötrü fikir, hisslər, intuisiya və sair xüsusiyyətlərin sintezi gərəkdir. Mənəviyyatla birləşməyən bilik təhlükəli ola bilər”. Bu baxımdan multikulturalizmin elmi metodoloji bazasının yaradılıb möhkəmləndirilməsi məsələləri də müasir elmi ictimaiyyəti düşündürür. Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid kimi VI Beynəlxalq Bakı Humanitar Forumunun sessiya mövzusu ətrafında müzakirələr də göstərdi ki, dialoq siyasəti axtarışlarında mənəviyyat amilinin önə çəkilməsi nəzəriyyələrin qlobal paradiqmaya çevrilməsi prosesinin problemləri də çoxdur. Bu baxımdan əsası 2008-ci ildə qoyulan “Bakı prosesi” və bunun Azərbaycanın beynəlxalq multikulruralizm siyasətində rolu və əhəmiyyəti elmi ictimaiyyəti dərindən düşündürməlidir.
Bəzi dövlətlər multikulturalizm siyasətini dünya siyasi-mədəni mühiti zəminində, bəziləri isə dar etnoərazi qrup çərçivəsində həyata keçirirlər. Multikulturalizm tolerantlıq olmadan, başqalarının fərqliliyini qarşılıqlı olaraq qəbul etmədən təsviredilməzdir. Müxtəlif xalqlar arasında razılıq axtarışı bu gün müasir cəmiyyətin qarşısında duran əsas məsələlərdəndir və multikulturalizm bu problemin həllində mühüm vasitədir.
Multikulturalizm anlayışında tədqiqatçı D. Martuçellinin fikrincə, 4 aparıcı ideya var:
a) Ədalətlilik bərabərliyi – hər kəsin mənafeyini;
b) fərqlilik bərabərliyi – şəxsi və ümumi maraqların birləşməsini;
c) fərqlilik azadlığı – müstəqil qərarların mümkünlüyünü;
d) ədalətlilik azadlığı – hər bir ayrı fərdin mənafeyinin mümkünlüyünü nəzərdə tutur.
Deməli, VI Bakı Beynəlxalq Humanitar Forumundan irəli gələrək, digər baxışlara, dəyərlərə, vərdişlərə dözümlülük müasir dövrün beynəlxalq əhval-ruhiyyəsinə çevrilməli, tolerantlıq böyük çoxmillətli dövlətlər üçün siyasi həyat tərzi daşımalıdır.
Mədəniyyətlərin kəsişməsindən vüsət alan pozitivizm tolerantlığın digərlərinə məhəbbətlə yanaşı, özünə yüksək inamla da yanaşmanın metodologiyasını tələb edir. Bu, hər hansı bir cəmiyyətin hüquqi şüur səviyyəsi, milli mədəniyyətin əsl gücü və yaxud zəifliyi məhz həmin keyfiyyətin təzahürü nəticəsində özünü göstərir. Hər bir ölkənin dünyada baş verən, o cümlədən qloballaşma proseslərinə qoşulmasının özünəməxsusluğu mövcuddur.
Müasir dünya dəyərləri sistemi qloballaşır, ölkələr inteqrasiyaya doğru gedir, sosial və siyasi proseslər, belə desək, ümumiləşir. Azərbaycan belə dünya reallığına istiqamətlənmiş praqmatik mədəni tərəqqi kursunu əsas götürərək, son on ildə humanizmi və sülhü mədəniyyətlərin həll etməli olduğu beynəlxalq proqrama çevirə bilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına biz Avropa Şurasından mədəniyyət nazirlərini dəvət etmişdik. Yəni, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Bu gün “Bakı prosesi” yaşayır və inkişaf edir”`.
Prezident İlham Əliyevin dediyi kimi, ölkədə milli və dini dözümlülüyün, tolerantlığın yüksək səviyyədə olması faktdır və bu, Azərbaycan xalqının güc mənbəyidir: “Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir”. Əlbəttə, bu sözlər Prezident İlham Əliyevin strateji mövqeyini dəqiq nümayiş etdirir. Həmin mövqeyə görə, çox zəngin tarixi və mədəni irsi, dini və sosial tolerantlıq ənənələri olan Azərbaycan hazırda, mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin və sivilizasiyaların qarşılıqlı təsiri məkanına uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini dünya ictimaiyyətinə təklif edir. Bu tezislər həm də dünyanı pozitiv inteqrasiyaya yeni çağırşlardır. Məhz “Bakı prosesi” ilə başlanan dialoq axtarışları Azərbaycan multikulturalizmini xarici siyasətimizdə önə çıxardı. Müasir dünyada yeni multikultural konsepsiyaların yaranmasını sürətləndirdi.
Azərbaycan dövləti XX əsrdə ikinci dəfə dünya qaydalarının yeni mürəkkəb dövründə öz müstəqil siyasətini qurmuşdur. Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycanın böyük elmi yaranmış, respublikamızın milli mədəniyyəti yüksək səviyyələrə qalxmışdır. Azərbaycan öz mədəniyyəti, elmi, yüksək təhsili ilə böyük bəşəri keyfiyyətlərini bütün dünyaya nümayiş etdirə bilmişdir”. Müasir qloballaşma şəraitində cəmiyyətdə gedən bütün islahatlar sosio-mədəni prosesləri əhatə edən uzunmüddətli perspektiv kimi, obyektiv şəkildə insanların həyat tərzinə də əsaslı təsir göstərir. İkinci tərəfdən isə bu çoxcəhətli islahatlar təbəqələşmə prosesini sürətləndirir. Müasir sosio-mədəni hadisələrin, tarixi müasir inkişaf paradiqmalarının dinamikasının tədqiq edilməsi cəmiyyətin yenidən təşkilində və idarə olunmasında müasir proseslərin öyrənilməsi zərurətini daha da aktuallaşdırır. Müasir siyasi mədəniyyət mədəni siyasət ideyalarının həm də beynəlxalq aləmdə qəbul etdirilməsi formasıdır.
2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, 2017-ci il mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 2018-ci ilin oktyabrında VI Bakı Beynəlxalq Humanitar Forumu “Bakı prosesi”nin məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı prosesi” mükafatının təsis edilməsi təşəbbüsü irəli sürülmüşdür. “Bakı prosesi” həm də mühüm siyasi mədəniyyət hadisəsidir. Siyasi mədəniyyətin inkişafının ən mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılması və digəri aşkarlığın genişlənməsidir. Azərbaycanda siyasi mədəniyyət artıq plüralizmin geniş spektrini əhatə edərək, bu gün mədəniyyətlərin dialoq axtarışları özündə ehtiva edir. “Bakı prosesi” ilə başlanan humaitar elmi-siyası hərəkatla, həm də multikulturalizmin xarici siyasətimizdə də fəaliyyət mexanizmləri əksini tapdı. Bu hərəkat yeni qlobal ideologiya ətrafında düşüncələri bir araya gətirir. Azərbaycanın bu mənada böyük rolu həm də ondadır ki, dünyanı multikulturalizmin qlobal ideya olaraq qəbul edilməsinə çağırışlar edir.
VI Bakı Beynəlxalq Humanitar Forumunda “Bakı prosesi” – “İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunun da müzakirə predmetinə çevrilməsi ilə yeni konsepsiya axtarışlarını sürətləndirir. Beləliklə, ölkəmiz mədəniyyətlərin kəsişməsində yeni paradiqmaları dünya siyasi, ideoloji gündəliyinə gətirmişdir.
Azərbaycandan hərəkata çevrilən mədəniyyətlərin dialoq axtarışlarının səbəblərini, həm də Azərbaycan dövlətinin plüralizmə geniş əhəmiyyət verməsində axtarmaq lazımdır. Dövlət təsisatları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə daxili və xaricı aləmdə son on illik fəaliyyəti kifayət qədər böyükdür.
Hazırda həm də qloballaşmanın postmodern düşüncə dövrünü yaşayırıq. Bunu həm də informasiya dövrü adlandırırlar. Buna görə də ictimai məsuliyyətin də rolu və imkanları artır ki, bu da milli dövlətçilik maraqlarımızın yalnız korporativ əsaslarla deyil, ailə institutu çərçivəsində müdafiəsinə köklənməlidir. Cəmiyyətdə baş verən sosio-mədəni paradiqmaların bu baxımdan qlobal və innovasion problemlərinə aid olan və yeni ideyaların tətbiq olunmasının araşdırılması da zəruri əhəmiyyətə malik olur. Tarixi proses boyu mövcud olan sivilizasiyaların yanaşı yaşaması, milli və dini-konfensiyaların qonşu, insanların həyat normalarının və dünya duyumlarının birgə formalaşdığı prosesdir. XX əsrin ikinci yarısından başlayaraq “Roma klubu”nda birləşən alimlərin bəşəriyyəti böyük sürətlə öz inkarının məhvinə doğru getməsi haqqında mülahizələri bəşəriyyətin qlobal probleminə diqqəti artırdı. Bu proseslər özlüyündə qlobal problemlərin axtarışları yolunda ciddi çağırışlar idi. Artıq bu çağrışların önündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin svilizasiyaların dinc yanaşı yaşamağa çağırış fəlsəfəsi yeni postmodern düşüncənin əsasını qoymuşdur. On illik dövrünü yaşadığımız “Bakı prosesi” dünyanın bir çox problemlərinin həllini şərtləndirir. Bakı Beynəlxalq Humanitar forumları həm də sübut edir ki, Azərbaycan bu gün multikulturalizmin ideya mərkəzi olaraq qlobal ictimai şüura yeni paradiqmalar gətirməkdədir.
Mənbə "Xalq qəzeti"