18.11.2024, 08:06 - Baxış sayı: 164

“Süni intellekt: yaşıl dünya və sosial ədalət” elmi məqalələr toplusu nəşr olunub


“Süni intellekt: yaşıl dünya və sosial ədalət” elmi məqalələr toplusu nəşr olunub

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri” şöbəsinin hazırladığı “Süni intellekt: yaşıl dünya və sosial ədalət” elmi məqalələr toplusunda informasiya cəmiyyətinin aktual məsələlərini əhatə edən süni intellektin epistemologiyası və qeyri səlis məntiqlə əlaqəsi, informasiya cəmiyyətində texnoloji determinizm, yaşıl dünya və iqlim dəyişikliyi, dördüncü sənaye inqilabı və sosial ədalət kimi məsələlər təhlil olunur. Toplu ictimai elmlər sahəsində çalışan mütəxəssislər, siyasətçilər, ali məktəblərin ictimai-humanitar fakültələrinin tələbələri üçün nəzərdə tutulub.