15.11.2024, 09:13 - Baxış sayı: 211

"AZƏRBAYCAN GƏNCLİYİ VƏ YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ: EKOLOJİ PROBLEMLƏR, SÜNİ İNTELLEKT VƏ FƏLSƏFƏ" adlı kitab nəşr olunub


"AZƏRBAYCAN GƏNCLİYİ VƏ  YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ:  EKOLOJİ PROBLEMLƏR,  SÜNİ İNTELLEKT VƏ FƏLSƏFƏ" adlı kitab nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamı”na əsasən 2024-cü il fevralın 1-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 2 fevral “Gənclər günü”nə həsr olunmuş “Azərbaycan gəncliyinin “Yaşıl dünya naminə həmrəylik ili”nə dəstəyi” adlı ümumrespublika konfransının (Bakı şəhəri, 1 fevral 2024) materialları əsasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Elmi Şurasının 2024-cü il 30 aprel tarixli 02 nömrəli iclasının qərarı ilə “AZƏRBAYCAN GƏNCLİYİ VƏ YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ: EKOLOJİ PROBLEMLƏR, SÜNİ İNTELLEKT VƏ FƏLSƏFƏ” adlı kitab çap olunub.
Kitabın redaksiya heyəti:
AMEA-nın Prezidenti, akademik (sədr)- İsa Həbibbəyli
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d.,professor (sədr müavini)- İlham Məmmədzadə
AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent (elmi redaktor)-Sənan Həsənov
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent-Hüseyn Hüseynov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “”Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin elmi işçisi (redaktor)-Telman Quliyev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun fəlsəfə üzrə fəlsəfə dostoru, dosent, YAP ərazi təşkilatının sədri –Şölət Zeynalov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri (tərtibçi və layihənin koordinatoru)-Ceyran Hüseynli
AMEA Azad Həmkarlar İttifaqının mütəxəssisi (texniki redaktoru)-Mətanət Hüseynova
Yardımçı heyət:
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru-Məhəmməd Cəbrayılov
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi-Vüsalə Gülmalıyeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi (ingilis dilində mətnlərə məsul)-Hafizə İmanova