Birgə yaşayış fəlsəfəsi və milli identikliyin formalaşması probleminin bəzi aktual məsələləri
Eynulla Mədətli
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
(İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” əsəri haqqında düşüncələr)
AMEA Fəlsəfə institutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların Cənubi Qafqazda məskunlaşması” əsəri Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamında irəli sürülən ideya və tövsiyələrə uyğun olaraq YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının layihəsi çərçivəsində hazırlanmışdır. Kitabın ingilis dilinə tərcümə edilib nəşr edilməsi və keçən ilin sonlarında Berlində Almaniya Xarici İşlər Nazirliyində təqdimatının keçirilməsi bu maraqlı mövzuya xarici ölkələrdə də artan diqqətin göstəricisidir. Əlbəttə, ölkəmizdə almanların məskunlaşması məsələləri, bunun səbəbləri, tarixi mərhələləri və məskunların son aqibəti tarixçilərimiz tərəfindən tədqiqata cəlb edilmiş, bunlarla əlaqədar bir sıra kitablar və elmi məqalələr meydana çıxmışdır. Amma müxtəlif xalqlar arasında qarşılıqlı təsir mədəniyyəti fəlsəfəsinə və azərbaycanlıların almanlarla birgəyaşayış təcrübəsindən çıxarılan nəticələrə dair tədqiqat işləri demək olar ki yoxdur.
Təqdirəlayiqdir ki, İ. Məmmədzadənin kitabında alman köçkünlərinin Cənubi Qafqazda taleyinin necə olduğu deyil, daha çox burada onların üzləşdiyi mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi araşdırılır, mədəniyyət və mənəviyyat məsələləri mədəniyyətlərin müxtəlifliyi və qarşılıqlı əlaqələri kontekstində nəzərdən keçirilir. Müəllif haqlı olaraq qeyd edir ki, qonşuluqda yaşayan xalqlar, eləcə də hətta bir-birindən coğrafi mənada uzaqda yaşayan xalqlar mədəniyyətlərinin birbaşa və ya hər hansı vasitə ilə qarşılıqlı təmasları nəticəsində bir-biri ilə, həmçinin digər mədəniyyətlər ilə birgəyaşayış fəlsəfəsini formalaşdırırlar. Müəllif yazır ki, bu kontekstdə dərk edilməsi zəruri olan bir neçə maraqlı və mühüm sual meydana çıxır: birincisi, xalqın digər xalqlar və mədəniyyətlərlə yanaşı mövcud olma təcrübəsi və onun dərk edilməsi fəlsəfəsi arasında hansı münasibətlər vardır və ümumiyyətlə, belə münasibətlər mövcuddurmu? İkincisi, bir-birindən fərqlənən xalqlar və mədəniyyətlər arasında birgəyaşayış təcrübəsi necə yaranır və nə üçün bu məsələnin öyrənilməsinin zəruriliyi bizim dövrümüzdə xüsusi əhəmiyyət kəsb edir?
Əsərdə qeyd edildiyi kimi, müxtəlif dinlərə, mədəniyyətlərə mənsub olan və fərqli məkanlardan gəlmiş bir çox xalqlar ölkəmizdə həmişə isti sığınacaq tapmışlar. İndi, multikulturalizm və tolerantlığın mahiyyəti barədə düşüncələrin bütün dünya siyasətçilərinin diqqət mərkəzində olduğu bir zamanda, bizim başqa xalqlarla yanaşı yaşama üzrə mental təcrübəmiz onlarda müəyyən maraq doğurur və bu bizim özümüz üçün dədiqqətçəkicidir. Xüsusilə də, müstəqillik əldə edildikdən sonra bu məsələlər xalqımızın tarix və fəlsəfəsində çox aktual olmuşdur.
“Bizi həm də bu təcrübədə nəyin müasir dövrün tələblərinə, dünyanın qlobal ölçüdə mövcudluğuna uyğun və qlobal etika adlanan fenomenə daxil olması məsələsi maraqlandırır”- deyən müəllif bu əsərin bizim digər mədəniyyətlərlə birgə mövcud olma təcrübəmizin təhlili və fəlsəfi dərkinə, eyni zamanda günümüzün bu sahədəki çağırışlarına cavab vermək istəyinə xidmət etdiyini vurğulayır . Həqiqətən də bu gün, mədəniyyətlərin dialoqu və həmrəyliyi ideyasının bizim üçün aktual olduğu bir vaxtda, sülhsevərlik, tolerantlıq təcrübəmiz və dəyərlərimizi dünyaya çatdırmaq üçün başqa xalqlarla birgə yaşama təcrübəmizdən inkişafımız üçün necə istifadə etdiyimizi anlamaq vacibdir. Müəllif yazır ki, ölkəmizə gələn ya göndərilən köçkünlərlə yanaşı yaşama təcrübəsindən çıxardığımız nəticələrin öyrənilməsi bizim yalnız ünsiyyət prosesinin özündə necə dəyişdiyimizin deyil, həm də, keçmişdə qazandığımız təcrübəni yenidən mənalandıraraq, bu təcrübədən bu gün istifadə etmək şansını necə əldə edə biləcəyimizin dərk olunmasını nəzərdə tutur. Şübhəsiz ki, bu özünüdəyişdirmədə nəsə itir (keçmiş və indinin köhnə anlamı), lakin biz bir çox şeylər də qazanırıq (o cümlədən, keçmiş və indinin yeni dərkini).
Azərbaycanda bir neçə miqrasiya dalğasınin olduğunu və bunları ümumi şəkildə təhlilə cəlb edən müəllif Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamının mədəniyyətlərin qarşılıqlı əlaqələrini və bu təcrübəni öyrənib yaymağnn necə böyük əhəmiyyət daşıdığını göstərir. Bizim bugünkü həyatımızda mədəniyyətlərarası qarşılıqlı əlaqələr sahəsində qazandığımız təcrübə göstərir ki, biz öz ənənələrimizi qoruyub saxlayırıq, bunlar isə bizə bir çox mövcud problemlərin həllində kömək edir. Ənənələr təcrübədə sınaqdan keçir, ona görə də onlar yenidən təfsir edilir, mənalandırılır ki, insanlara yeni şəraitdə də xidmət etsin.
Qeyd etmək lazımdır ki, müəllifin almanların Cənubi Qafqazda məskunlaşması timsalında mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi haqqında düşüncələrini Azərbaycan və alman filosoflarlarının və tarixçilərinin ideyalarına əsaslanmaqla irəli sürməsi maraqlıdır.
Kommunikasiyaların əhəmiyyətini, onların cəmiyyətlərin sosial və digər transformasiyalarında rolunun dərkini, insan və ideyalar mübadiləsinin sürətlənməsini şərtləndirmiş qloballaşma keçmişin mahiyyətinə və cəmiyyət, xalq və millətlərin təşəkkülü proseslərinin tədqiq olunması üsullarına münasibəti kökündən dəyişir. Mədəniyyət və mədəni mübadilə keçmişi və indini dərk etməyimizdə mühüm amilə çevrilir.
Müəllif haqlı olaraq qeyd edir ki, bizdə intellektual təcrübəmizin ayrılmaz hissəsi kimi ənənəvi multikultural təcrübə təşəkkül tapmışdır. Məhz o, mədəniyyətlərin ünsiyyəti və dialoqu mühitinin yaranmasına imkan yaradır. Məlum olduğu kimi, ənənəvi cəmiyyətdə identiklik dəyişmir, o, gerçəklikdir. Qonşular onun üçün təhlükə yaratdıqda o, sakral, ülvi, yaxud, xüsusilə məhrəm mahiyyət kəsb edir. Bu zaman o, qoruyucu, müdafiə xarakteri daşıyır.
Müəllifin fikrincə dəyərlərin, o cümlədən sakral dəyərlərin dərkinə yuxarıda ifadə olunan yanaşma Azərbaycanın sosiomədəni modernləşməsinə yeni münasibəti də səciyyələndirir. Əvvəllər elmi və ictimai ədəbiyyatda hesab olunurdu ki, sekulyarlaşma (dünyəviləşmə) modernləşmə ilə ayrılmaz surətdə bağlıdır, lakin indi aydın olur ki, cəmiyyət sakrallığın müxtəlif təfsirləri arasında tələb olunan konsensusun köməyi ilə, lakin mütləq qarşılıqlı hörmət saxlanmaqla, modernləşə bilər (postsekulyarlıq). Bu məqam azərbaycanlıların almanlarla yanaşı yaşama təcrübəsinə müraciət etdikdə önəmlidir. Bu təcrübənin dərin tarixi kökləri göstərir ki, keçmişdə də ölkədə təbii şəkildə müsəlmanlar və xristianlar arasında qarşılıqlı münasibət və qarşılıqlı hörmət sahəsində konsensus təşəkkül tapmışdır.
S.Hantinqton özünün məşhur “Sivilizasiyaların toqquşması” kitabında identikliklərin böhranından, qloballaşma dövründə sivilizasiyaların toqquşmasından yazaraq, böhrana təkan verən iki amili: sivilizasiya identikliyinə keçidi və radikal millətçiliyi qeyd etmişdi. İ. Məmmədzadənin fikrincə, dünya bu böhranla dəfələrlə qarşılaşıb və hər dəfə onun öhdəsindən gəlmişdir. Şübhəsiz, qlobal dünya münaqişəlidir və S.Hantinqton öz baxışlarında ideyaların, sivilizasiyaların qarşıdurmasının inkişafa impuls verdiyini göstərən A.Toynbi ənənəsini davam etdirir. Müəllifin fikrincə, mübarizə və toqquşmalar müasir dövrdə ara vermir, lakin bu, sivilizasiyaların dialoqunu inkişaf etdirmək imkanlarını, dialoqun yalnız qonşu mədəniyyətlər deyil, bir-birinə yaxın olmayan mədəniyyətlər arasında da mümkün olduğunu inkar etməyə əsas vermir. Bütöv bir tam kimi “düşünülən dünya ideyası” başqa mədəniyyətlərin əhəmiyyətinin etiraf edilməsini nəzərdə tutur. Üstəlik, ayrı-ayrı mədəniyyətlər daxilində mühüm əməkdaşlıq və qarşılıqlı yardım təcrübəsi toplanmışdır, hərçənd çoxlu düşmənçilik təcrübəsi də vardır. S.Hantinqton münaqişələrin mənbəyi qismində soyuq müharibə dövrü toqquşmalarında olduğu kimi iqtisadiyyatı və ideologiyanı deyil, mədəniyyəti göstərir. Lakin o unudulur ki, mədəniyyət yalnız ayırmır, o, həm də birləşdirməyə qadirdir.
Bakıda Azərbaycan prezidentinin təşəbbüsü ilə ardıcıl beynəlxalq humanitar forumların keçirilməsi, həmin forumların materialları aydın şəkildə göstərir ki, dünyada mədəniyyətlərin dialoqu nəzəriyyəsinin formalaşdırılmasına yönəlmiş ciddi təmayül mövcuddur. Qeyd olunmalıdır ki, onun işlənib hazırlanmasına Azərbaycan filosofları, o cümlədən təqdim olunan kitabın müəllifi müəyyən töhfə vermişlər .
İ. Məmmədzadə yazır ki, dialoqu insanlar aparır, buna görə də o, sistem kimi bütün mədəniyyət xüsusunda aparılmır, onu təhdid etmir. İnsan və təsisatlar identikliyi və onun təməl dəyərlərini müəyyən edir, lakin dialoq insanların özünü dərkini və özünü duymasını dərinləşdirir, həm onları, həm də onların institutlarını gücləndirir. Buna görə də mədəniyyətlərarası dialoq, bir qayda olaraq həm praktik, həm də nəzəri xassəli konkret problemlərin həlli kontekstində səmərəlidir.
Bizim keçmişi dərk etmə təcrübəmiz göstərir ki, cəmiyyətlər nadir hallarda tamamailə homogen, eyni mənşəli olur. Bir qayda olaraq, onlar müxtəlif mədəniyyətləri ehtiva edir. Mədəniyyətlərin qarşılıqlı təsiri, mədəniyyətlərin bu və ya digər dərəcədə kortəbii dialoq təcrübəsi bütün cəmiyyətlərin tərkib hissəsidir.
Bəzi alimlər hesab edir ki, yalnız homoloji baxımdan bənzər mədəniyyətləri müqayisə etmək olar, analoq oxşarlığı isə mədəniyyətlərin bənzərliyi və fərqinin təhlilini yalnız çətinləşdirir. Buna görə də onlar hesab edirlər ki, xristianlıq və islamı, avtoxton xalqlar və miqrantlar arasında analoq oxşarlığını və s. müqayisə etmək olmaz. İ. Məmmədzadə bu kimi fikirlərin əsaslı olmadığı qənaətindədir.
Aydındır ki, qloballaşma şəraitində bütün mədəniyyətlər bir-birinə heç də bənzər deyildir, lakin bununla belə, bütün fərqlərə rəğmən, dünyanın informasiya dövrünə, qloballaşma dövrünə qədəm qoyduğunu göstərən proseslər gedir. Bu isə onu göstərir ki, natamam, yaxud analoq oxşarlığı müxtəlif mədəniyyətlərin nüvəsində dəyişikliklərə səbəb olur.
Müasir Azərbaycanda mədəni müxtəlifliyin birləşdirici qüvvəsi qismində mədəniyyətimizin keçmişi və indisinin bütün spesifikliyini və komponentlərini, o cümlədən digər mədəniyyətlərlə qarşılıqlı mədəni təsir təcrübəsini ehtiva edən azərbaycançılıq ideologiyası olmuşdur. Bu xəttin əsasını qoymuş ümummilli lider Heydər Əliyev dəfələrlə ölkənin “xüsusi” çoxmədəniyyətli özünəməxsusluğunu vurğulamışdır. O həmçinin hesab edirdi ki, Azərbaycanın keçmişi və bu günündə həmin element və komponentləri, keçmişin ənənləri və müasir davranış modellərinin qəribə qarşılıqlı əlaqəsini müəyyən etmək mümkündür.
Əsərdə göstərilir ki, müxtəlif tarixi dövrləri tədqiq edərkən, lokal mədəniyyətlərin və universal mədəniyyətin qarşılıqlı təsirində ümumi və xüsusinin fəlsəfəsinə və dialektikasına müraciət etmək lazımdır. Fəlsəfi baxımdan multikulturalizm həm hər bir ayrıca xalqın, həm də bütün dünyanın müasir mədəniyyətinin tərkib hissələrinin vahidliyi və müxtəlifliyinin tanınması, habelə onların uzlaşdırılmasında ölçünün başa düşülməsidir. Vahidlik və müxtəlifliyin uzlaşdırılması axtarışlarında uğur daha çox keçmişin təcrübəsini indiki zamanda görmək və onun perspektivlərini müəyyən etmək kimi rasional bacarıqla bağlıdır. Belə material fəlsəfənin tarixi hissəsində bir o qədər də dərk olunmamışdır. Azərbaycan dilini götürsək, onda da müxtəlif dillərdən alınma sözlər tapmaq mümkündür, eposa müraciət etsək, burada da xeyli müxtəlif mədəni qatlar mövcuddur.
Müasir dövrdə vahidlik və müxtəliflik arasında ölçü məsələsi həm də müəyyən siyasət, iqtisadiyyat, hüquqi həllər tələb edir, lakin bundan ötrü bu məsələnin keçmişdə və indi dəyərlər səviyyəsində necə həll olunduğu, keçmişdə və indi mədəniyyət polifoniyasının təsvirinə kömək edən anlayışların məzmununun zaman ərzində necə dəyişdiyi müəyyən olunmalıdır.
İ. Məmmədzadənin fikrincə milli mədəniyyətlərin inkişafında fərqlərin dərki həm onun çoxmədəniyyətli əsaslarının tədqiqi, həm də sərhədləri ləğv etməyən, mədəni təcrübələrin ünsiyyəti və müxtəlifliyi üçün şərait yaradan ümumi qlobal mədəniyyət və etika mövzusunda düşüncələrə marağı aradan qaldırmamalı, əksinə, şərtləndirməlidir.
Biz orta əsrlər Azərbaycan filosofları Bəhmənyar, Nizami , Nəsimi, Füzuli, Şəbüstəri və başqalarının ideyalarına müraciət edərkən görürük ki, onlar, bir qayda olaraq, müxtəlif etnik mənşəli insanlar arasında məhəbbət, yəhudi, məsihi və islam peyğəmbərlərinin böyüklüyü, bilik, etiqad və zəkanın xeyirə xidmət etməli olduğu barədə ideyaları müdafiə edirdilər. Yada salmaq olar ki, N.Tusi insanlar arasında harmoniya yaradılması yolları haqqında düşünürdü. Bu ideyalar eyni dərəcədə aydın şəkildə XVIII, XIX, və XX əsr filosoflarının, tarixçilərinin, alimlərinin və maarifçilərinin baxışlarında təmsil olunmuşdur.
Müəllif vurğulayır ki, Azərbaycan tarixən müxtəlif etnosların, konfessiyaların burada yaşadığı, fərqli adət-ənənə və həyat tərzinin yanaşı mövcud olduğu və hazırda polikültür sabitliyin olduğu və tolerantlıq dəyərlərinin prioritet təşkil etdiyi yer olaraq qaldığı ölkədir. Eyni zamanda, qloballaşma milli identiklik üçün ən çətin sınaq oldu – bunu bir çox alimlər etiraf edirlər. Təəssüf ki, onların əksəriyyəti bu çətinliklərin aradan qaldırılmasında dövlət və liderin gücünü lazımi qədər qiymətləndirmirlər. Digər birlik, xalq və mədəniyyətlərə münasibətimizin identikliyimizin inkişafında oynadığı rol da layiqincə qiymətləndirilmir. Aydındır ki, bizim digər etnik qruplarla, o cümlədən almanlarla, ruslarla, yəhudilərlə və s. yanaşı yaşayış təcrübəmizdən yeni şəraitdə istifadə oluna bilər. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin almanların Cənubi Qafqaza köçürülməsinin 200 illiyi haqqında Fərmanı cəmiyyətə çoxəsrlik multikulturalizm təcrübəsinə münasibət haqqında mesaj kimi çıxış edir.
İ. Məmmədzadə yazır ki, yalnız fəlsəfi yanaşma milli ideyaya keçmişdəki, bugünkü və gələcəkdə olacaq konseptual surətdə əsas çağırışları aşkar etməyə, onlara tarixin müxtəlif mərhələlərində cavab verilməsində dövlət və liderin rolunu dərk etməyə imkan verir. Filosoflarımız bir çox əsərlərində bu məslələri təhlil edirlər. Bu kontekstdə filosof- akademik Ramiz Mehdiyevin 2017-ci ildə Moskvanın «Политическая энциклопедия» nəşriyyatı tərəfindən çap edilmiş “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” monumental əsəri həqiqətən böyük əhəmiyyət kəsb edir. Bu kitabda müasir Azərbaycan milli ideyasının nə olduğunun konsepti verilir, onun inkişafında mədəniyyətin tutduğu yer, həmçinin zamanın çağırışlarına cavab verilməsində dövlət və liderin, milli ideologiyanın rolunun dialektikası göstərilir.
Kitabda qeyd olunur ki, hər millət öz tarixinə malikdir. O, müstəqil dövlətin yaradılmasından güclü və inkişaf etməyə qadir olan dövlətə doğru bir yol keçir. Beləliklə, milli ideya liderlə, dövlətlə, onun təşəkkülü və inkişafı ilə bərk-bərk bağlıdır. Bu məsələlərin əsas leytmotivi də, elmi-fəlsəfi və ideoloji aktuallığı da ölkənin zamanın çağırışlarına cavab vermək iqtidarında olması üçün milli ideyanın necə olması ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar milli ideyanın inkişafında dövlət və liderin rolunu lazımınca qiymətləndirmirlər və zənnimizcə, bu, onunla əlaqədardır ki, XX əsrdə siyasi araşdırmaların mərkəzində daha çox birlik, xalq, siniflər, kütlə və vətəndaş cəmiyyəti yerləşirdi. XX əsrin sonunda, ölkə qarşısında bütün kəskinliyi ilə müasir müstəqil dövlətin yaradılması vəzifəsi durduğu zaman, milli dövlət quruculuğunda liderin, millətin inkişafında isə dövlətin rolunun, liderin qonşu xalqlar xüsusunda həmrəylik siyasətini formalaşdırmasının və öz xalqının təcrübəsinin ən yaxşı xüsusiyyətlərinə əsaslanmasının nə dərəcədə vacib və əhəmiyyətli olduğu bizə aydın oldu.
Azərbaycan öz müstəqilliyinin ilk illərində, 1991-1993-cü illərdə zamanın çağırışlarına cavab verə bilmirdi, əsasən ona görə ki, ölkə rəhbərliyi vəziyyəti dərk etmir, yeni strategiyalar təklif edə bilmir və hər şeydən əvvəl, cəmiyyətin özünün mənafeyinin nəzərə alınmasının lazım olduğunu nəzərə almırdı.
Heydər Əliyev elə məhz xalqın istəklərini doğruldan lider oldu. Azərbaycan xalqı zəruri keyfiyyətlərə və idarəçilik səriştəsinə, bilik və təcrübəyə malik olan, ən başlıcası isə, xalqı tərəqqiyə doğru aparmaq üçün onun etimadını qazanmış lideri seçərək, taleyini öz əlinə ala bildi. Heydər Əliyevi ölkəyə görə məsuliyyəti öz üzərinə götürməyə qadir olan bir lider hesab edən insanların etimadı onun Azərbaycan prezidenti seçilməsi üçün həlledici şərt oldu.
Heydər Əliyev xalqın etimadını, hər şeydən öncə, ona görə doğrultdu ki, onun mahiyyəti aşağıdakndan ibarət təsirli strategiya və fəlsəfəsi var idi: hər bir millətin öz inkişaf yolu vardır, amma o, başqalarının da təcrübəsini nəzərə almaya bilməz.
Heydər Əliyev xalqımizın Azərbaycanın müxtəlif yerlərində məskunlaşmış almanlara böyük hörmətlə yanaşdığını dəfələrlə vurğulamışdır. O, çox istəyirdi ki, ölkəmizin alman xalqı ilə əlaqələri qırılmasın və öz davamını tapsın. Çünki, dövlət müstəqlliyinin, milli identikliyin qorunub saxlanması və inkişaf etdirilməsi ayrılmaz surətdə dünya birliyinə, ümumdünya məkanına inteqrasiya ilə bağlıdır.
İ.Məmmədzadə əsərdə vurğulayır ki, mahiyyəti və mənasını Heydər Əliyevin öz siyasəti, bütün həyatı ilə ifadə etdiyi azərbaycançılıq ideologiyası bütün cəmiyyətin qəbul etdiyi bu günün və gələcəyin müasir mənəvi, siyasi-mədəni və tarixən zənginləşdirilmiş dərkidir. Aydın olur ki, Heydər Əliyev güclü, nəinki öz təsisatları, həm də cəmiyyətlə, onun dəyər və ənənələri ilə birliyi sayəsində güclü olan dövlət konseptinin əsaslarını yaratmışdır. Görünür, həm də buna görə prezident İlham Əliyevin Azərərbaycanın inkişafı və müasirləşdirilməsinə yönəlmiş səmərəli siyasəti bütün sahələrdə - iqtisadiyyatda, demokratik islahatlarda, mədəni quruculuqda, xarici siyasətdə - uğurla davam etdirilir. Bu da, xüsusi əhəmiyyət daşıyır – həmin ideologiya müxtəlif xalqları, mədəniyyətləri, ənənələri, konfessiyaları özündə üzvi surətdə birləşdirir. Mədəni müxtəliflik və multikulturalizm siyasəti də öz mənbəyini məhz bu özünüdərkdə və siyasi xətdə tapır. Azərbaycançılıq ideyası bütövlükdə Azərbaycanda yaşayan və onu öz Vətəni hesab edən bütün etnik-dini qruplar üçün birləşdirici amildir.
Ulu Öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək və yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq Prezident İlham Əliyev zamanın yeni çağırışlarına müdrikliklə cavabverir, bu isə sənaye cəmiyyəti problemlərini sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək deməkdir. Eyni zamanda, Prezident cəmiyyətin bütün sahələrinin yenilənməsinə çalışır. Demək olar ki, onun yanaşması Azərbaycanın inkişaf yollarının innovasion dərkinin daimi axtarışıdır. Bu konteksdə Azərbaycan filosoflarının modernləşmə nəzəriyyəsini dərindən tədqiq etməsi, onun müxtəlif mərhələlərini təhlil etməsi və keçmişin cəmiyyətin müasirləşdirilməsinə kömək edə bilən fenomenal xüsusiyyətlərini dərk etməsi nəzəri əhəmiyyət kəsb edir.
Azərbaycanın milli ideya fəlsəfəsi, azərbaycançılıq haqqında və alman köçkünlərinə münasibətin bizim üçün əhəmiyyətinin yalnız tarixi kontekstlə məhdudlaşmadığı barədə öz orjinal fikirlərini irəli sürən İ. Məmmədzadənin fikrincə azərbaycanlılar həmişə bundan çıxış etmişlər ki, burada yaşayan bütün insanlar xalqımızın, mədəniyyətimizin, adət və ənənələrimizin ayrılmaz tərkib hissəsidirlər.