05.11.2024, 09:13 - Baxış sayı: 143

“İmmanuel Kant və müasir fəlsəfə” adlı kitab nəşr olunub


“İmmanuel Kant və müasir fəlsəfə” adlı kitab nəşr olunub

Görkəmli filosof, alman fəlsəfəsinin banilərindən biri İmmanuel Kantın anadan olmasının 300 illiyinə həsr olunmuş respublika konfransının materialları əsasında “İmmanuel Kant və müasir fəlsəfə” (Bakı, 2024, 148 s.) adlı kitabı nəşr olunub.Kitabın baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, məsul katib Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Sevinc Həsənova, buraxılış üzrə məsul şəxs Qabil Camalovdur. Kitabda klassik alman fəlsəfəsinin banilərindən biri İ. Kantın 300 illiyinə həsr olunmuş respublika konfransında edilmiş məruzələrdə Azərbaycan alimlərinin Kantın fəlsəfi görüşlərinin müasirliyinə onun postmodernizm fəlsəfəsinin aktuallığına, maarifçilik epistemoloji baxışları, əql və təfəkkür, dini-əxlaqi, təbiət fəlsəfəsi haqqında baxışlarına dair məsələlər əsk olunmuşdur.