01.11.2024, 06:49 - Baxış sayı: 107

“Məhəmməd Füzulinin fəlsəfi görüşləri” mövzusunda seminar keçirilmişdir


“Məhəmməd Füzulinin fəlsəfi görüşləri” mövzusunda seminar keçirilmişdir

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fəlsəfə və sosial elmlər kafedrasında elmi seminar keçirilmişdir. Seminarda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov “Məhəmməd Füzulinin fəlsəfi görüşləri” məruzəsi ilə çıxış etmişdir. Məruzədə filosof-şairin dünya fəlsəfi irsinə münasibəti ətraflı təhlil edilmiş, “Etiqada giriş” fəlsəfi əsəri haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, şairin təfəkkürünün məhsulu olan əsərlərdə ürfani eşq, saf məhəbbət, insanın mənəvi aləmi, dostluq, nəciblik, humanizm, ədalətli idarəetmə, ilkin yaradılış, bilik və onun növləri, elmin və alimlərin cəmiyyətdə yeri, yaradana inam, axirət inancı, qadın hüquqsuzluğu kimi məsələlərə toxunulmuş, cəmiyyətin kamilləşməsi üçün biliklərə üstünlük verilməsinin zəruriliyi barədə maraqlı fikirlər irəli sürülmüşdür.
“Məhəmməd Füzulinin fəlsəfi görüşləri” mövzusunda seminar keçirilmişdir