21.10.2024, 10:36 - Baxış sayı: 112

“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib


“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli alim, müəllim və ictimai-siyasi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, “Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib.
Giriş sözü ilə Fəsləfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək alimin keçdiyi ömür yoluna nəzər salaraq, Azərbaycan fəlsəfə elminə verdiyi töhfələrdən bəhs edib. Yetişdirdiyi alimlərdən söhbət açan İlham Məmmədzadə bildirib ki, bu gün fəlsəfə sahəsində Fuad müəllimin yetirmələri müəllimlərini layiqincə təmsil edirlər. Dövrün verdiyi imkanlardan yararlanaraq nə etmək mümkün idisə, Fuad Qasımzadənin fəlsəfə elmi üçün əlindən gələni etdiyini də vurğuladı. Professor vurğulayaraq qeyd edib ki, dünya şöhrətli filosof-aliminn əsas tədqiqat sahəsi Azərbaycanın fəlsəfi və ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.
Azərbaycan Fəlsəfə Tarixi şöbəsinin müdiri, f.e.d. Arzu Hacıyeva “Akademik Fuad Qasımzadənin həyat və yaradıcılığına dair” mövzusunda məruzə edərək bildirib ki, Azərbaycanda fəlsəfə elminin və təhsilin inkişafında, minlərlə gəncin maariflənməsində, alim və şəxsiyyət kimi yetişməsində misilsiz xidmətlər göstərmiş böyük pedaqoq, ilk dəfə Füzuli yaradıcılığını fəlsəfi aspektdə araşdıran tədqiqatçı bütün şüurlu həyatı boyu Azərbaycançılıq ideyalarını yorulmadan təbliğ edən tanınmış ictimai-siyasi xadim idi.
Tədbirdə iştirak edən BDU-nun kafedra müdiri, f.e.d.,prof. Rəbiyyət Aslanova “Elmi kadrların hazırlanmasında Fuad Qasımzadənin rolu” mövzusunda çıxış edərərk bildirdi ki, Azərbaycan elminin tanınmış nümayəndəsi kimi Fuad Qasımzadə uzun illər ərzində ictimai elmlərin aktual problemlərinin tədqiqi ilə ardıcıl surətdə məşğul olaraq, bədii-ictimai fikir tariximizin görkəmli nümayəndələrinin yaradıcılığının fəlsəfi-estetik aspektlərinə həsr olunmuş əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmışdır. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Abbasqulu ağa Bakıxanov, “Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilibMirzə Fətəli Axundzadə kimi şəxsiyyətlərin irsinə dair araşdırmaları ilə o, fəlsəfi fikir tariximizə layiqli töhfələr vermişdir. Alimin mədəni irsimizin bir sıra abidələrinin, o cümlədən "Kitabi-Dədə Qorqud"un fəlsəfi xüsusiyyətləri ilə bağlı fikir və mülahizələri mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.
Fuad Qasımzadənin elmi-pedaqoji fəaliyyəti monoqrafiyalar, dərsliklər və məqalələrdən ibarət 300-ə yaxın nəşrdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında çox sayda namizədlik və doktorluq dissertasiyaları müdafiə edilmişdir.
Tədbirdə f.e.d. Füzuli Qurbanov “Fuad Qasımzadə Azərbaycanlı ziyalısı kimi”, “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d., dos. Əli İbrahimov “Feyzulla və Fuad Qasımzadələr haqqında düşüncələrim”, “Etika” şöbəsinin f.ü.f.d., dosenti İradə Zərqanayeva “Mənim elmi rəhbərim” siyasi e.ü.f.d.,dos. Anar Məmmədov “Fuad Qasımzadənin ailə münasibətlərindən xatirələr” mövzularında çıxış etdilər.
Sonda ailə adından çıxış edən Anar Məmmədov tədbiri təşkil etdiklərinə, Fuad Qasımzadəni yada saldıqlarına görə institutun rəhbərliyinə təşəkkür edərək, öz kitabını təqdim edərək tədbir iştirakçılarına Fuad Qasımzadə haqqında öz xatirələrini bölüşdü.
“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib
“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib
“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib
“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib
“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib
“Fuad Qasımzadə -95 ” mövzusunda Dəyirmi Masa keçirilib