23.09.2024, 10:35 - Baxış sayı: 72

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində elmi seminar keçirilib


“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində elmi seminar keçirilib

Sentyabrın 23-də “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsində “Yaxın Şərq və Cənubi Qafqazda siyasi vəziyyət” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda şöbənin əməkdaşları baş elmi işçi, dosent Lalə Mövsümova (sədr), aparıcı elmi işçilər Şahin Bağırov, Davud Həşimov, Təzəgül Qasımova, Etibar Əsədov, elmi işçilər Sevinc Quliyeva, Nailə Əlicanova və baş laborant Günay Cabarova iştirak etmişdir. Məruzəçi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şahin Bağırov çıxış edərək, Yaxın Şərq və Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə aydınlıq gətirdi və “İsrail-Fələstin”, Zəngəzur dəhlizi, Ermənistan-Azərbaycan sülh razılaşması və s. mövzularda dolğun və ətraflı çıxış etdi.
Seminarda mövzu ətrafında diskusiyalar olmuş, geniş müzakirələr aparılmışdır.